D ə d ə qorqudara ş d ı rmalar ı • Folklor, Mifologiya və Etnoqrafiya • Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə64/93
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51012
1   ...   60   61   62   63   64   65   66   67   ...   93

212
DƏDƏ QORQUD ARAŞDIRMALARI
axtarmaq olar. “Kitab”da saz leksemi  ilə yaranan digər toponimə də 
rast gəlmək olur. Məsələn, 
                              
Qazan, oğlan uçurduŋmı?
Talı sazıŋ aslanına yedirdinmi?
Bu nümunədə adı çəkilən Talı saz - “Kür çayının qollarından bi-
rinin yanındakı qamışlığın adı” dır.
Sürməli.  Bu    toponim  Azərbaycanın  qədim  yaşayış  məntəqə-
si olan İrəvan xanlığının mahallarından biridir. Sürməli coğrafi adı 
haqqında məlumat verən B.Budaqov və Q.Qeybullayev  qeyd edir ki, 
Sürməli – 1728-ci ilə aid mənbədə Sürməli nahiyəsində kənd adıdır. 
IV əsrdə tikilmiş Surb-Mariya monastrının və oradakı Surb Mariya 
qala adının təhrifidir. Surmari qalasının və ondan şimalda Qarabağ 
qalasının adları ilk Alp Arslanın 1064-cü ildə Ani (indi xarabalıqları 
Türkiyə ərazisindədir) qalasını tutması ilə əlaqədar hadisələrdə çə-
kilir. Qalanın  xarabalıqları indi Qaraqala adlanır, “Sürməli” forması 
ilk dəfə “Kitabi-Dədə Qorqud” eposunda (XI boyda) çəkilir. XVIII 
əsrə aid ərəbcə mənbədə Surmali kimidir. Lakin 1386-cı ildə Əmir 
Teymurun hərbi səfəri ilə əlaqədar mənbədə Surmari forması vardır. 
Həmin mənbədə qeyd olunur ki, Surmari qalasının hakimi Tutan adlı 
türkdür. Qeyd etmək lazımdır ki, 1225-ci ilə aid hadisələrdən danı-
şan  mənbədə  göstərilir  ki,  Surmari  əyalətinin  başçıları  Şərəfəddin 
Uzdərə və Hüsaməddin Xızr, qalanın başçısı Sançakxan adlı şəxslər 
idi. XI əsrə aid ermənicə mənbədə  Surmari kimi qeyd olunmuşdur. 
Kirakos Qandzaketsi (XIV əsr) bu adı Surb-Mari kimi qeyd etmişdir. 
Yunanca  “monastır”  mənasında  “surb”  sözü  XIX  əsrdə Aleksand-
ropol  qəzasında  Surb-Azataran  və  Sürb-Ovanes,  Naxçıvan  qəza-
sında Surb-Qriqor, Qazax qəzasında Surb-Qriqor, Borçalı qəzasın-
da Surb-Sarkis monastırları adlarında vardı. 1728-ci ilə aid türkcə 
mənbədə İrəvan əyalətinin Məzrə nahiyəsində “Yaylağı  Köksüköv-
rək  Sürməli”, “Yaylaqı Termi-Sürməli quraları” kənd adları, “Yay-


213
Onomastika, Dialektologiya, Etimologiya
laqi-Aqri” (“Sürməli yaylağı”) və “Yaylaqi-Soyuqbulaqi Arpabəyi” 
(“Sürməli yaylağı”) yaylaq adları qeyd olunmuşdur.
Sürməli İrəvan xanlığının Dərəkənd-Parçenis qəzasında kənd adı 
vardır. 1728-ci ildən məlumdur. 1828-1832-ci illərdəəhalisi qovul-
muş, lakin sonra qayıtmışdır. 1919-cu ildə əhali yenidən qovulduq-
dan  sonra  kənd  dağılmışdır  (2,  377).  Qeyd  edək  ki,  Sürməli  həm 
də Şərqi Anadoluda və Cənubi Azərbaycanda Marağa səmtində yer 
adıdır.  Sürməlim  kənd  adlarına  Türkiyənin  Samsun  şəhəri,  Barfa 
qəsəbəsində, Bolu və İğdır şəhərlərində də rast gəlinir.
Ala  tağ (dağ). “Dədə Qorqud kitabı”nda  ən çox rast gəlinən 
toponimlərdən  biri  də Ala  tağdır.  “Kitab”ın,  demək  olar  ki,  əksər 
boylarında bu coğrafi ada rast gəlmək mümkündür.
         
Qarşu  yatan Ala dağdan
    bir oğul uçurduŋsa, degil maŋa! (6, 31)
Arxu beli Ala dağı dünin aşdıŋ,
Aqındılı suyın dünin keçdiŋ,
Qanlu kafir elinə dünin girdiŋ (6, 110)
Arqu belı, Ala dağı avlar idim (6, 117)
Yelisi qara Qazılıq atıma butun bindim
Arquri yatan Ala dağ ətəginə vardım (6,146)
Qalqubanı Qazan xan yerindən duri gəldi.
Ala dağda çadırın – otağın dikdi (6, 165)
Arqubeli Ala dağdan dinin aşuŋ,
Aqındılı görkli suyı dəlüb keçüŋ (6, 167) və s.
Toponimiyada ala sözünün “böyük”, “iri”, “rəng” (məs.; qonur; 
müxtəlif rəngli), “geniş” mənaları daha çox yayılmışdır. Fikrimizcə, 
“Kitab”dakı Aladağ (tağ) coğrafi adındakı “ala” komponenti “böyük, 
hündür” mənası əsasında  yaranmışdır. Aladağ (tağ) – “böyük, hün-
dür dağ” anlamını ifadə edir. “Ala” sözü “Kitab”da ümumi əlamət 
bildirən leksem kimi də çox işlənmişdir. Məsələn:


214
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Yeriŋdən uru durğıl!
Ala çadırıŋ yer yüzinə dikdirgıl! (6, 26);
Dürtişərkən ala göndəriŋ ufanmasun! (6, 36);
Ağ yüzlü, ala gözlü gəlinlər gedərsə
   
bənim gedər (6, 35). 
Ala savyan gög yüzinə aşanmışdı (6, 78).
Altındağı alaca atıŋnə ögərsin,
Ala başlu keçimcə gəlməz maŋa (6, 39).
Biləgüŋdə doqsan oquŋ nə ögərsən, mərə kafir.
Ala qollu sapanımca gəlməz maŋa! (6, 39);
Ala yılan sökəməz anuŋ ormanı olur (6, 106);
Canvərlər sərvəri qavan aslan qıran.
Ala köpək itinə kəndözin taladarmı? (6, 110) və s.
Nümunələrdən göründüyü kimi ala sözü müxtəlif sözlərin qarşı-
sında gələcək fərqli məna çalarları ifadə edir. Müasir  dilimizdə də  
“ala” sözü çoxmənalı söz kimi işlənir. Məs.: ala it, ala qapı, ala çatı, 
ala göz, Alabaş (it adı), ala keçi, Ala Yaqub və s.
Tədqiqatçılardan  M.Adilov  ala sözünü ulu sözü ilə əlaqələndirir 
. Tədqiqatçı qeyd edir ki, ala sözü fonetik tərkibcə “ulu” sözünün 
variantından başqa bir şey deyildir (8,40).
Ala  sözü  çoxmənalı  sözdür  və  yəqin  ki,  onun  bir  mənası  da 
“ulu”dur. Azərbaycan toponimiyasında ala komponentli coğrafi ad-
lar çoxdur. Məs.: Aladağ-Qazax rayonunu İkinci Şıxlı kəndində dağ, 
Alaqaya - Kəlbəcər və Ağdərə rayonunda qaya, Aladaş dağı-Şamaxı 
və Abşeron rayonlarında, Aladaş dağı və Aladaş dərəsi – Zəngilan 
rayonunda, Aladaş dərəsi - Qubadlı rayonu Tatar kəndində, Alagü-
ney dağı - Zəngilan rayonu Ağbiz kəndində   və s. mövcuddur.
Ağlağan. “Kitab”da rast gəldiyimiz toponimlərdən biri də Ağ-
lağandır.  Məs.:  Kafir  sərhədinə,  Cızığlara, Ağlağana,  Göycə  dağa 
aluban çıqayın (6, 80).
Ağlağan  İrəvan  quberniyasının  Aleksandropol  qəzasında  dağ 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə