212
DƏDƏ QORQUD ARAŞDIRMALARI
axtarmaq olar. “Kitab”da saz leksemi ilə yaranan digər toponimə də
rast gəlmək olur. Məsələn,
Qazan, oğlan uçurduŋmı?
Talı sazıŋ aslanına yedirdinmi?
Bu nümunədə adı çəkilən Talı saz - “Kür çayının qollarından bi-
rinin yanındakı qamışlığın adı” dır.
Sürməli. Bu toponim Azərbaycanın qədim yaşayış məntəqə-
si olan İrəvan xanlığının mahallarından biridir. Sürməli coğrafi adı
haqqında məlumat verən B.Budaqov və Q.Qeybullayev qeyd edir ki,
Sürməli – 1728-ci ilə aid mənbədə Sürməli nahiyəsində kənd adıdır.
IV əsrdə tikilmiş Surb-Mariya monastrının və oradakı Surb Mariya
qala adının təhrifidir. Surmari qalasının və ondan şimalda Qarabağ
qalasının adları ilk Alp Arslanın 1064-cü ildə Ani (indi xarabalıqları
Türkiyə ərazisindədir) qalasını tutması ilə əlaqədar hadisələrdə çə-
kilir. Qalanın xarabalıqları indi Qaraqala adlanır, “Sürməli” forması
ilk dəfə “Kitabi-Dədə Qorqud” eposunda (XI boyda) çəkilir. XVIII
əsrə aid ərəbcə mənbədə Surmali kimidir. Lakin 1386-cı ildə Əmir
Teymurun hərbi səfəri ilə əlaqədar mənbədə Surmari forması vardır.
Həmin mənbədə qeyd olunur ki, Surmari qalasının hakimi Tutan adlı
türkdür. Qeyd etmək lazımdır ki, 1225-ci ilə aid hadisələrdən danı-
şan mənbədə göstərilir ki, Surmari əyalətinin başçıları Şərəfəddin
Uzdərə və Hüsaməddin Xızr, qalanın başçısı Sançakxan adlı şəxslər
idi. XI əsrə aid ermənicə mənbədə Surmari kimi qeyd olunmuşdur.
Kirakos Qandzaketsi (XIV əsr) bu adı Surb-Mari kimi qeyd etmişdir.
Yunanca “monastır” mənasında “surb” sözü XIX əsrdə Aleksand-
ropol qəzasında Surb-Azataran və Sürb-Ovanes, Naxçıvan qəza-
sında Surb-Qriqor, Qazax qəzasında Surb-Qriqor, Borçalı qəzasın-
da Surb-Sarkis monastırları adlarında vardı. 1728-ci ilə aid türkcə
mənbədə İrəvan əyalətinin Məzrə nahiyəsində “Yaylağı Köksüköv-
rək Sürməli”, “Yaylaqı Termi-Sürməli quraları” kənd adları, “Yay-
213
Onomastika, Dialektologiya, Etimologiya
laqi-Aqri” (“Sürməli yaylağı”) və “Yaylaqi-Soyuqbulaqi Arpabəyi”
(“Sürməli yaylağı”) yaylaq adları qeyd olunmuşdur.
Sürməli İrəvan xanlığının Dərəkənd-Parçenis qəzasında kənd adı
vardır. 1728-ci ildən məlumdur. 1828-1832-ci illərdəəhalisi qovul-
muş, lakin sonra qayıtmışdır. 1919-cu ildə əhali yenidən qovulduq-
dan sonra kənd dağılmışdır (2, 377). Qeyd edək ki, Sürməli həm
də Şərqi Anadoluda və Cənubi Azərbaycanda Marağa səmtində yer
adıdır. Sürməlim kənd adlarına Türkiyənin Samsun şəhəri, Barfa
qəsəbəsində, Bolu və İğdır şəhərlərində də rast gəlinir.
Ala tağ (dağ). “Dədə Qorqud kitabı”nda ən çox rast gəlinən
toponimlərdən biri də Ala tağdır. “Kitab”ın, demək olar ki, əksər
boylarında bu coğrafi ada rast gəlmək mümkündür.
Qarşu yatan Ala dağdan
bir oğul uçurduŋsa, degil maŋa! (6, 31)
Arxu beli Ala dağı dünin aşdıŋ,
Aqındılı suyın dünin keçdiŋ,
Qanlu kafir elinə dünin girdiŋ (6, 110)
Arqu belı, Ala dağı avlar idim (6, 117)
Yelisi qara Qazılıq atıma butun bindim
Arquri yatan Ala dağ ətəginə vardım (6,146)
Qalqubanı Qazan xan yerindən duri gəldi.
Ala dağda çadırın – otağın dikdi (6, 165)
Arqubeli Ala dağdan dinin aşuŋ,
Aqındılı görkli suyı dəlüb keçüŋ (6, 167) və s.
Toponimiyada ala sözünün “böyük”, “iri”, “rəng” (məs.; qonur;
müxtəlif rəngli), “geniş” mənaları daha çox yayılmışdır. Fikrimizcə,
“Kitab”dakı Aladağ (tağ) coğrafi adındakı “ala” komponenti “böyük,
hündür” mənası əsasında yaranmışdır. Aladağ (tağ) – “böyük, hün-
dür dağ” anlamını ifadə edir. “Ala” sözü “Kitab”da ümumi əlamət
bildirən leksem kimi də çox işlənmişdir. Məsələn:
214
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Yeriŋdən uru durğıl!
Ala çadırıŋ yer yüzinə dikdirgıl! (6, 26);
Dürtişərkən ala göndəriŋ ufanmasun! (6, 36);
Ağ yüzlü, ala gözlü gəlinlər gedərsə,
bənim gedər (6, 35).
Ala savyan gög yüzinə aşanmışdı (6, 78).
Altındağı alaca atıŋnə ögərsin,
Ala başlu keçimcə gəlməz maŋa (6, 39).
Biləgüŋdə doqsan oquŋ nə ögərsən, mərə kafir.
Ala qollu sapanımca gəlməz maŋa! (6, 39);
Ala yılan sökəməz anuŋ ormanı olur (6, 106);
Canvərlər sərvəri qavan aslan qıran.
Ala köpək itinə kəndözin taladarmı? (6, 110) və s.
Nümunələrdən göründüyü kimi ala sözü müxtəlif sözlərin qarşı-
sında gələcək fərqli məna çalarları ifadə edir. Müasir dilimizdə də
“ala” sözü çoxmənalı söz kimi işlənir. Məs.: ala it, ala qapı, ala çatı,
ala göz, Alabaş (it adı),
ala keçi, Ala Yaqub və s.
Tədqiqatçılardan M.Adilov ala sözünü ulu sözü ilə əlaqələndirir
. Tədqiqatçı qeyd edir ki, ala sözü fonetik tərkibcə “ulu” sözünün
variantından başqa bir şey deyildir (8,40).
Ala sözü çoxmənalı sözdür və yəqin ki, onun bir mənası da
“ulu”dur. Azərbaycan toponimiyasında ala komponentli coğrafi ad-
lar çoxdur. Məs.: Aladağ-Qazax rayonunu İkinci Şıxlı kəndində dağ,
Alaqaya - Kəlbəcər və Ağdərə rayonunda qaya, Aladaş dağı-Şamaxı
və Abşeron rayonlarında, Aladaş dağı və Aladaş dərəsi – Zəngilan
rayonunda, Aladaş dərəsi - Qubadlı rayonu Tatar kəndində, Alagü-
ney dağı - Zəngilan rayonu Ağbiz kəndində və s. mövcuddur.
Ağlağan. “Kitab”da rast gəldiyimiz toponimlərdən biri də Ağ-
lağandır. Məs.: Kafir sərhədinə, Cızığlara, Ağlağana, Göycə dağa
aluban çıqayın (6, 80).
Ağlağan İrəvan quberniyasının Aleksandropol qəzasında dağ