D ə d ə qorqudara ş d ı rmalar ı • Folklor, Mifologiya və Etnoqrafiya • Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə60/93
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51012
1   ...   56   57   58   59   60   61   62   63   ...   93

199
Onomastika, Dialektologiya, Etimologiya
Təyini əvəzliklər: Öz canıma qıyam, mən sana qıymıyam (1, s. 
98) Qamu yerdə əhədsən, allahu səmədsən. (1, s. 122) Cümlə quşlar 
sultanı, çal qaraquş. (1, s. 72) “Dastani-Əhməd Hərami”də:  
        
Hər ayağında birər qul oturur.
Əlində qılıcı hərbə götürür. (2, s. 97)
Qeyri-müəyyən əvəzliklər: Kimi aydır keyik tozıdır, kimi aydır 
yağı tozıdır. (1, s. 80)
Qarılar dört dürlüdür:
Birisi solduran soydur.
Birisi dolduran toydur.
Birisi evin dayağıdır.
Birisi necə söylərsən, bayağıdır.(1, s. 22)
Hər kim yemədi ol Qazan xatunudır. (1, s. 75) “Dastani-Əhməd 
Hərami”də
Qamusunu buların şöylə gözlər,
Kimin boğar, kimini boğazlar. (1, s. 100)
Fel. Hamının sevimlisi, şeirləri ilə qəlbləri riqqətə gətirən, mər-
hum şairimiz Bəxtiyar Vahabzadə şerlərinin birində «isim», «sifət», 
«fel»  kimi  nitq  hissələrini  qarşılaşdırır,  onların  bəzi  təsəvvürləri 
təmsiletmə gücünü saf-çürük edir və, nəhayət, belə bir nəticə çıxarır 
ki, fel bütün nitq hissələrinin şahıdır. Yəni, o türkköklü olması ilə, 
tarixinə, keçmişinə bağlı sözlər olması ilə, başqa dillərdən demək 
olar ki heç bir söz qəbul etməməsi ilə özünəməxsus keyfiyyəti ilə 
seçilir.


200
DƏDƏ QORQUD ARAŞDIRMALARI
İsim, sifət döyüşlərdə çox zaman
   
 
karıxar…
Fellərsə döyüşlərdən həmişə
   
 
qalib çıxar.
Çox sevirəm igid kimi döyüşən
Kəlməni mən, Sözü mən,
Fel olmaq istəyirəm
   
Düzü, mən…(7, s. 83)
Burada  şair  feli  döyüşkənliyin,  mübarizliyin,  failliyin,  fəaliy-
yətin  rəmzi  kimi  mənalandırır.  “Kitabi-Dədə  Qorqud”  dastanı  və 
“Dastani-Əhməd Hərami” poemasının dilində işlənən fellər də əsl 
türkköklü olduğunu göstərir. Dirsə Xanı qarşuladılar. (1, s. 24) Ağ 
əllərim ardunda bağlanduğum. (1, s. 88) Yalıncıq görsən tonatgil. 
(1, s. 26) Qanıña susanma gəl and iç. (1, s. 38). Gördi bənizi sarar-
mış. (1, s. 95) Arğab-arğab qara tağıñ yığılmış idi, yucaldı axır. (1, 
s. 75) Dastani-Əhməd Hərami” poemasında.
Bir ulu köşk üçün bünyad uruldu,
Yuca, möhkəm mürəttəb xoş durıldı (2, s. 90)
Dedi: xoca, yaraqlanın gedəlim
Buyur, nə qulluğun varsa edəlim. (2, s. 41)
Əmr şəkli: Beyrək and içdi: “Qılıcıma doğranayın! Oxıma san-
cılayın!”(1, s. 65) Altın başlı ban ev vergil bu oğlana (1, s. 28) 
Saqın bu razı kimsəyə deməgil,
Bu sözü kimsəyə faş eyləməgil. (2, s. 55) 
Dedi: xoca, yaraqlanın gedəlim
Buyur, nə qulluğun varsa edəlim. (2, s. 41)


201
Onomastika, Dialektologiya, Etimologiya
Xəbər şəkli: Baş kəsübdür, qan dökübdür (1, s. 79) Bir dərənin 
içinə  qarqa-quzqun  enər-çıkar.  Qonar-qalqar.  (1,  s.  32)  Ayrı-ayru 
yollar izin dəvə bilür, yedi dərə qoxuların dilki bilür. (1, s. 21) At 
diməzəm saña, qartaş deyərəm. (1, s. 65) Yoldaşlarım çıqarmayın-
ca, hasarı aşmayınca murada irməzəm. (1, s. 38) Lazım şəkli: Bəli 
xanım, bulasıyam. (1, s. 120) Yatacaq yerim genə bu xarab olasıydı. 
(1, s. 124) Arzu şəkli: ”Qazan bəgün xatunu qanğınızdır deyü qırq 
yerdən avaz verəsüz (1, s. 44) Vacib şəkli: “Baba, bu sözi sən maña 
diməmək gərək (deməməli – Ə.C.) idiñ.” (1, s. 105) Burada gərək 
sözü -malı
4
 şəkilçisini əvəz edir. Şərt şəkli: Selcan Xatun köşkdən 
baqar, Kimə baqsa, eşqilə oda yaqar. (1, s. 111) 
Feli sifət: Oğul sən varacaq yerin tolamac-tolamac yolları olur. 
(1, s. 105).      
Görər gözüm aydını oğul!                    
Tutar belim qüvvəti oğul! (1, s. 76)
Gələn xalqı yedirdi, toyladı xoş.
Tamam qırx gün dügünü eylədi xoş. (2, s. 54) 
“Dastani-Əhməd Hərami” poemasında feli sifətin isimləşməsini 
də görmək olar.
Məsəldir sevəni sevmək gərəkdir,
Eyi niyyətinə irmək gərəkdir. (2, s. 83)
Feli bağlama: Oğlanın üstünə çapub çıqa (çıxaraq – Ə.C.) gəldi. 
(1, s. 32) Göz açuban (açaraq – Ə.C.) gördügüm. (1, s. 30) Yoldaş-
larım çıqarmayınca, hasarı aşmayınca murada irməzəm. (1, s. 38) 
Beyrək gedəli bam-bam təpə başına çıqdıñmı qız? (1, s. 74) -ikən, 
kən.  Hadi  Mirzəzadə  -ikən  şəkilçisinin  təkcə  feldən  deyil,  həm  də 
isimdən sonra işlənərək zaman etibarilə keçmişə bağlandığını qeyd 
edir. (6, s. 173)


202
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Bilgilərin bütün ərz etdi şaha
İkən xoş gəldi qayət padişaha. (2, s. 42)                       
Tamam bir yıl olubdur evlənəli
Güləndamı sevibən ol alalı. (2, s. 95)
Əgər quş oluban uçar olursa.
Dənizlər aşıban keçər olursa (2, s. 84) 
Zərf. Qamın (sürətlə – Ə.C.) aqan yügrək sudan. (1, s. 31) Gözü 
gögçək qızlarıñ- gəlinləriñ  canın çoq almışam (1, s. 96) Buğac bəg 
yerindən ulu durdı (1, s. 34) Bir yazın, bir güzin (yazda, payızda – 
Ə.C.) buğayla buğrayı savaşdırarlardı (1, s. 27) Yazıdan-yabandan 
(çöl-biyabandan – Ə.C.) evə bir qonaq getsə (1, s. 22) “Dastani-Əh-
məd Hərami” poemasında əsasən araşdırma zamanı ğörürük ki, bu-
rada ən çox zaman zərflərinə təsadüf olunur.
Şoluq saət genə gəldi saraya. 
Nigarilə oturdu bir arayə (2, s. 83)
Şoluqdəm belinə qılınc quşandı,
Bulardan qorxdu və nə heç üşəndi. (2, s. 29)
Gözətmədi sağını və solunu,
Həman ol tutdu Gürcüstan yolunu (2, s. 61)
 
Nümunələrdə o işarə əvəzliyi o//şo//şol və şoluq şəklini almış, 
“şoluq saət” (o saat – Ə.C), ikinci nümunədə şoluqdəm, (o dəm, o 
vaxt – Ə.C.)  üçüncü nümunədə isə həman (həmən – Ə.C.) zaman 
zərfləridir. 
Hər iki əsəri müqayisəli şəkildə tədqiq etdikdə çox gözəl nüans-
lar ortaya çıxdı. “Dastani-Əhməd Hərami” poemasında qədim türk 
(Azərbaycan) sözlərinin işlənməsi də təsadüfi deyildir. Məsələn: şair 
çox yerdə ol əvəzinə oluk, şoluk sözlərindən, sifət dərəcələrini bil-
dirmək  üçün  onların  sonuna  -raq,  -rək  şəkilçilərini  qoşur.  Hər  iki 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə