|
![](/i/favi32.png) D ə d ə qorqudara ş d ı rmalar ı • Folklor, Mifologiya və Etnoqrafiya • Onomastika, Dialektologiya və Etimologiya
191
Onomastika, Dialektologiya, Etimologiya
nalar, həm də “adam”, “insan” mənasını verən sözlərlə bağlıldır. (3,
s. 210) Surnaçıları qovdı, naqaraçuları qovdı. (1, s. 72) -lik
4
Hadi
Mirzəzadə yazılı materiallarımızda -lıq, -lik şəkilçili əşya, peşə, və-
zifə bildirən isimlərə nadir hallarda təsadüf edildiyini söyləmişdir.
(6, s. 211) Adağlusundan ərgənlik bir qırmızı qaftan gəldi. (1, s. 60)
Özü gürbüzdürür yalak bahadır,
Bahadırlıq yolunda key bəhadır. (2, s. 22)
-daş şəkilçisi. Prof. Ə.Tanrıverdi qeyd edir ki, bu şəkilçi Azər-
baycan, türk, tatar, qumıq dillərində -daş, qazax və xakas dillərində
-das, qırğız və türkmən dillərində -des, tuvin dilində isə -taş şək-
lindədir. Ortaqlıq, şəriklik, həmrəylik, qohumluq və sairə mənalı
isimdüzəldən şəkilçidir. (3, s. 213) Beyrək dəxi yedi kız karındaşını
yedi yigidə verdi (1, s. 77).
At deməzəm saña qardaş deyərəm!
Qardaşımdan yeg! (1, s. 66)
Bən axirətlik səni qardaş edindim
Gönüldən yarü həm yoldaş edindim (2, s. 73)
Hər iki əsərdən gətirilmiş nümunələrdə -daş şəkilçisi qohumluq,
yaxınlıq mənasını bildirir.
Başıma iş gəldi, yoldaş derəm,
Yoldaşımdan yeg! – dedi. (1, s. 66)
Doquz kişi anın yoldaşlarıydı,
Dünü gündüz bilə haldaşlarıydı. (2, s. 23)
Bu hər iki nümunədə isə -daş şəkilçisi həmrəylik, birgəlik məna-
larını verir.
Tol-tolara girdigim,
192
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Tularadarı, doxarlıyı qodığım. (1, s. 71)
Xəzinədar dəxi xəznəyə vardı,
Nəzər qıldı nə adam ki, nə gördi. (2, s. 35)
Fars mənşəli “dastan” felindən yaranan bu şəkilçi türk mənşəli
-çı
4
və -lı
4
şəkilçisinin sinonimi kimi götürülür və hər iki əsər üçün
ortaqlıq xarakteri daşıyır.
Feldən isim düzəldən şəkilçilərdən.
-q, -ıq
4
. Allah-təala maña bir qız vericək olursa, siz tanıq olun.
(1, s. 52)
Durun bir danışıq var eyləyəlim,
İşimizin sonunu söyləyəlim. (2, s. 31)
-ım
4
, bu şəkilşi də hər iki əsər üçün ortaqlıq xüsusiyyətini da-
şıyır. “Bu yaradan sana ölüm yoqdur; dağ çiçəgi, anan südü sana
məlhəmdir”(1, s. 33)
Nə var tañrı bir isə iş ikidir,
Ölüm dedikləri sanma ikidir. (2, s. 30)
Bunlardan başqa -ış
4
. Aslan kibi turuşundan. (1, s. 74) -aq, -ək,
-q, -k. Qazan bəgün qardaşı kafirin tüğıyla sancağı qılıcladı. (1, s.
50) -anaq
2
. Qızılcıq dəgənəgimcə gəlməz mana. (1, s. 39) -t, -ıt
4
.
Qız anadan görməyincə ögit almaz. (1, s. 20) ı
4
. Anın əlindən nə
ölümiz, nə dirimiz qurtulmış. (1, s. 155) -maq
2
. Çaqmaq çaqub od
yakdı. (1, s. 40) -ma
2
. qara qaurma bişirib. (1. s. 45) -gi, -gü. Qadın
anamın sevgisi. (1, s. 20) -ın
4
. Qədəmi qutsız gəlin deyincə. (1, s.
20) -ınc
4
. ...bənim başıma qaqınc qaxarlar. (1, s. 44) -ım
4
. bu yaradan
ölüm yoqdır. (1, s. 33). -lı
4
. Adağlusundan ərgənlik bir qırmızı qaftan
gəldi. (1, s. 60) -ğın
4
. Dərələrdə, dəpələrdə kafirə qırğun girdi. (1, s.
50). -cak
4
. Əmcəgini ağzına verdi. (1, s. 126) -ıstan
4
. Toquz tümən
193
Onomastika, Dialektologiya, Etimologiya
Gürcistanın xəracı gəldi. (1, s. 120) -xana. Qaçuban Salaxana qaya-
sına girəm derdim. (1, s. 129)
Mürəkkəb isimlər: Qabangücü, Dəmirgücü bu iki qardaşı yanı-
na aldı. (1, s. 38)
İrərlər İsfahan şəhrinə bir gün.
Biləsincə Güləndam xubi mövsün. (2, s. 60)
Sifət. Xüsusi mövqeyinə görə əşyanın əlamət və keyfiyyətini bil-
dirən sözlər sifətlərdir və sifətlər necə? nə cür? hansı? suallarından
birinə cavab verir. Türk mənşəli sifətlərə “Kitabi-Dədə Qorqud” das-
tanı və “Dastani-Əhməd Hərami” poemasının dilində çox rast gəli-
nir. Sadə sifətlər: Bir yerə ağ otaq, bir yerə qızıl otaq bir yerə qara
otaq qurdırmışdı. (1, s. 24) Əski pambıq bez olmaz. (1, s. 20)
Ulu bəylər qamu keçdi oturdu,
Nəqiblər ol saat xonlar gətirdi. (2, s. 85)
Düzəltmə sifətlər: lı4. Məgər Trabzon təkürinin bir əzim-görklü
məhbub qızı vardı. (1, s. 104) Boz ayğırlu Beyrək çapar yetdi. (1,
s. 49)
Təxt vergil ərdəmlidir.
Binər olsun hünərlidir.(1, s. 28)
Onu da qeyd edək ki, “Dastani-Əhməd Hərami” poemasının di-
lində sifət düzəldən şəkiklçilərdən ən çox -lı
4
şəkilçisinə rast gəlmək
olar.
A tı yegrək idi, kəndi yaraqlu
Ürəkli idi ol gözi çıraqlu (2, s. 67)
Ədəb birlə der: ey dövlətli ata
194
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Səxavət kanı, ey mürvətli ata.(2, s. 52)
-kı
4
. Qeyd edək ki, bu şəkilçi əsasən zaman zərflərindən sifət
düzəldir. Yarınkı gün zaman dönüb, bən ölüb sən qalıcaq olırsañ
(1, s. 79) Fellərdən yaranan düzəltmə sifətlər: -ğın, -kin, -ğun, -kün.
Azğın dinlü kafirdir, başların kəsəyin. (1, s. 97) -ıcı
4
. Oğuzun ol kişi
tamam bilicisiydi. (1, s. 19)
-aq
2
.
Qamın aqan yügrək sudan
Bir oğul aqıtdıñsa, degil maña! (1, s. 31)
-unc, -ünc. Oğlana qorxunc xəbərlər verəyim, (1, s. 92) -ın4.
Qolu-budı xırancə, uzun baldırları incə. (1, s. 74) -ı4. Qara sığırı
soqmanı tolu qan oldı (1, s. 33)
Dərəcələr sifətləri digər nitq hissələrindən ayıran ən əsəs xüsu-
siyyətlərdən biridir. Çoxaltma dərəcəsi: Sifətin sonuna -raq, -rək şə-
kilçisinin artırılması ilə. Atamdan yegrək qayınata! Anamdan yegrək
qayınana! (1, s. 99) Hadi Mirzəzadə -raq, -rək şəkilçisinin arxaikləş-
məsindən bəhs edərkən yazır ki, ismin çıxışlıq hal şəkilçisi müqayisə
dərəcəsinin məzmununu ifadə etməyə doğru inkişaf etdikcə -raq,
-rək şəkilçisinin vəzifəsi və daşıdığı məna get-gedə öz əhəmiyyəti-
ni itirmişdir. Buna görə də həmin dərəcə sifətlə isim arasında gələn
-dan, -dən şəkilçisi ilə, yəni sintaktik üsulla ifadə edilmişdir. (6, s.
94) -ca
2
. Ağca yüzli anasına muştçı gəldi. (1, s. 163). Ağ tözluca qatı
yayıñ vergil maña. (1, s. 43) Kölgəlicə qaba ağacıñ kəsilməsün. (1,
s. 51) Ap-alaca gərdəgünə qarşu gələn. (1, s. 98) ...oğlanın qırq gün-
də yarası onaldı, sapasağ oldu. (1, s. 33) “Dastani-Əhməd Hərami”
poemasında
Yerindən durdu ol Əhməd-Hərami,
Bilə yaranları düpdüz təmami. (2, s. 25)
Dostları ilə paylaş: |
|
|