D ə d ə qorqudara ş d ı rmalar ı • Folklor, Mifologiya və Etnoqrafiya • Onomastika, Dialektologiya və Etimologiya


Onomastika, Dialektologiya, Etimologiya



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə55/93
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51012
1   ...   51   52   53   54   55   56   57   58   ...   93

181
Onomastika, Dialektologiya, Etimologiya
kimi  işlənərək  danışıq  dilində  “tab”,  “taqət”,  “qüvvət”,  “iqtidar”, 
“hey”  mənalarını  ifadə  edir.  Bu  sözlə  əlaqədar  dilimizdə  belə  bir 
məsəl  də  işlənir:  Hay-hayı  gedib,  vay-vayı  qalıb.  Bu  sözdə  də  ay 
sinkretik kökünü aşağıdakı kimi bərpa etmək olar: (h)ay-(h)ay - tab, 
taqət, qüvvət, iqtidar, hey. Bu sözün “tab”, “taqət”, “qüvvət”, “iqti-
dar”, “hey” mənaları ay sinkretik kökünün “danışmaq”, “səs çıxart-
maq” mənası ilə əlaqədardır. Тəbii ki, tabı, taqəti, qüvvəti, iqtidarı, 
heyi olmayan adamın səsi də çıxmır. Buna görə də taqəti, qüvvəti 
olanın nərəsi, səsi, avazı da yüksək olur. Təsadüfi deyildir ki, “Ko-
roğlu” dastanında xalq qəhrəmanı olan Koroğlunun nərəsi də onun 
gücü, qüvvəti ilə bərabər tutulur. Bundan başqa, hay-hay sözü into-
nasiya ilə deyilərək “istehza”, “rişxəndlik” mənasını da bildirir.
Dilimizdə mövcud olan ay nidası da ay sinkretik kökünün “da-
nışmaq”,  “səs  çıxartmaq”  mənasını  öz  semantikasında  qoruyub 
saxlamışdır. Aşağıdakı nümunələr də bunu bir daha sübut edir. Nü-
munələrə diqqət yetirək: Ay nida - Çağırış, müraciət, haylama, ha-
raylama nidası: Ay camaat! - Ay qalan uşaqlar, siz bizim dalımızda 
olun,  qorxmayın!  (M.F.Axundzadə).  [Kərbəlayi  Fatma:]  Ay  hacı, 
bu nə xəbərdir? Deyirlər, Кərbəlayi Fətulla dirilib gəlir? (C.Məm-
mədquluzadə).  Növbət  gəlinə  gəldi:  Аy  uşaq,  qaçın,  gəlin  gəlsin 
(Çəmənzəminli).  //  Bəzən  təsiri  şiddətləndirmək  üçün  “haray”, 
“dad” sözləri ilə birlikdə deyilir: [Nazir:] Ay haray, ay dad, a başına 
dönüm, axır mənim təqsirim nədir! (M.F.Axundzadə); “A” yerində 
nida olaraq işlənir: Ay uşaqlar, bir sakit olun! Ay yoldaş, səbr et! Ay 
qız! Ay qoçaq!  (3, s. 70).
Bəzən danışıq dilində ayın-şayın sözünü işlədirik ki, fikrimizcə, 
bu söz də ay sinkretik kökünün “danışmaq”, “səs çıxartmaq” mənası 
ilə sıx bağlıdır. Bu söz nitq hissəsi kimi zərfdir və dilimizdə əsasən 
“arxayın”, “nigarançılıqdan uzaq”, “rahat”, “asudə” mənalarını ifadə 
edir və təxminən “dimməz-söyləməz” mənasına uyğun gəlir. Müqa-
yisə edin: [Hacı Baxşəli:] Cəlilin toyunun tədarükündə idim ki, bir-


182
DƏDƏ QORQUD ARAŞDIRMALARI
dən ayın-şayın gəzdiyi yerdə, bax, boynunun burasından … bir yara 
çıxdı. C.Məmmədquluzadə (3, s. 180).
Orta əsr türk (osmanlı) dili mənbələrində “söyləmək”, “demək”, 
“anlatmaq” mənalarını bildirən ayıtmak//eyitmek sözləri işlənmiş-
dir: Eyle kim gördüydü ayittı düşün, Eyittiler nitmek gerek bunun 
işin (25, s. 323). Müasir türk dili lüğətlərində “demək” mənasında 
köhnəlmiş söz kimi eyitmek feli qeyd edilmişdir: Kul Mustafa eydür 
coştum, Aşkın  deryasına  düştüm  (Kul  Mustafa). Türk  dilinin  dia-
lektlərində ayitmak feli “söyləmək” mənasında işlənməkdədir (26, s. 
421). Orta əsr türkmən dilli mənbələrdə ayıt feli “danış” mənasında 
verilmişdir: Men anar söz ayıttım. “Mən ona söz dedim” (29, s. 58). 
Müasir türkmən dilində ayıtmak feli “danışmaq”, “xəbər vermək”, 
“nağıl etmək”, “mahnı oxumaq”, “ifa etmək”, “adlandırmaq” mə-
nalarında işlənir: Dostun aybını yüzüne ayt. – “Dostun eybini üzünə 
de”; Muna nəme diyip aydılər? – “Buna nə deyib adlandırdılar” (34, 
s. 35). 
Aymaq feli “söyləmək”, “demək” mənaları ilə yalnız müasir türk-
mən dilində mühafizə olunmuşdur. Həmin mənalar türk və Azərbay-
can dillərinin dialekt və şivələrində qorunmaqdadır. Müasir qaqauz 
dilində isə bu fel tamamilə köhnələrək, işləklikdən qalmışdır. Eyni 
zamanda  ay-  felinin  ilkin  mənalarından  biri  (“əmr  etmək”)  oğuz 
dillərində itmiş, “adlandırmaq” mənası isə müasir türkmən dilində 
qalmışdır.  Bu  felin  ilkin  mənadan  fərqli  “mahnı  oxumaq”  mənası 
müasir türkmən dilində və türk dilinin bəzi dialektlərində müşahidə 
olunur (17, s. 228-229).
Türk dillərinin lüğət tərkibində də ay sinkretik kökünün “danış-
maq”, “səs çıxartmaq” mənasını öz semantikasında qoruyub saxla-
yan sözlər mövcuddur. Fikrimizi əsaslandırmaq üçün həmin sözlərin 
nəzərdən keçirilməsi daha məqsədəuyğun olardı. Nümunələrə diqqət 
yetirək: Ayıt (uyğ.) danışdırmaq: Ayıttı Elik aidı alınq nedek. – Əlik 
onu danışdırdı və dedi: “Vəziyyətin necədir?” (KB, s. 46, 14); Ayıt-


183
Onomastika, Dialektologiya, Etimologiya
maklık erkek turur ai Elik – çırvabı tiji ol yidürse bilik. – Danışdıran 
kişidir, ay Əlik, bilgi verən şeyin cavabı isə qadındır (30, s. 222); 
ayu: (uyğ.) – söhbət, danışıq, söz: Kereklik anqar pu ağımlar ayu:. – 
Ona bu böyüklərin (müdriklərin) kəlamları, hikmətli sözləri gərəkdir 
(30, s. 223); ayın-oyun (osm..) – lazımsız, boş söhbət: ayın-oyun bil-
məz adam – düzgün, sözü üzə deyən adam (30, s. 220); ayalğı (tel., 
qırğ.) – söhbətin gedişi, ifadə etmə, nəğmə, hava, mövzu (tel.); in-
sanın adəti üzrə tez-tez işlətdiyi, vərdiş etdiyi ifadə (qırğ.): Katıvım-
nınq taspaka dep kör aitu:nunq me:nesi özününq sözününq ayalğısı. 
– Əgər xatunum tamam “taspaka” deyib durursa, deməli bu onun 
söhbətdə  vərdişidir  (30,  s.  213);  ayalğıla  (tel.)  –  həmahəng,  xorla 
oxumaq (30, s. 213); ayalğu (cğt.) – nəğmə, səsin modulyasiyası, 
takt, vəzn, bülbül nəğməsi, ümumiyyətlə, gözəl səs; musiqi işarəsi 
(30, s. 213); ayat (qız.) – səs ucaltmaq, oxumaq (30, s. 214) və s.  
Bu gün də “demək”, “danışmaq” mənalarını ifadə edən ay sözü 
türk, türkmən, qırğız, qazax, noqay, qaraqalpaq, özbək, başqırd, uy-
ğur dillərində işlənməkdədir (31, s. 112).
Ədəbiyyat
Azərbaycan dilində
1. Azərbaycan  dilinin  dialektoloji  lüğəti.  Bakı: Azərb.  SSR  EA  nəşriyyatı, 
1964, 466 s.
2. Azərbaycan dilinin dialektoloji lüğəti. 2 cilddə, I cild, A- L. Ankara: TDK, 
1999, 374 s.
3. Azərbaycan dilmin izahlı lüğəti. AMEA, I cild, Bakı: “Şərq-Qərb”, 2006, 
744 s.
4. Azərbaycan dilmin izahlı lüğəti. AMEA, II cild, Bakı: “Şərq-Qərb”, 2006, 
792 s.
5. Ələkbərova Elnarə. İr - kökü haqqında. Tədqiqlər. III cild. Bakı: 2006, 388 
s. səh. 113-119
6. Əlizadə S. Oğuznamə. Bakı: “Yazıçı”, 1987, 222 s.
7. Əlizadə S. Oğuznamə. Bakı: “Şərq-Qərb”, 2006, 216 s.
8.  XəliIov  B.Ə. Azərbaycan  dilində  təkhecalı  fellərin  əsasında  duran  ilkin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə