D ə d ə qorqudara ş d ı rmalar ı • Folklor, Mifologiya və Etnoqrafiya • Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə54/93
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51012
1   ...   50   51   52   53   54   55   56   57   ...   93

178
DƏDƏ QORQUD ARAŞDIRMALARI
22) sözlərinə də rast gəlirik ki, bu da ay sinkretik kökünün “taxma 
ad, ləqəb” məna çalarlığını dilimizdə qoruyub saxlayan ən dəyərli 
faktlardır. 
Yuxarıda qeyd etdiyimiz kimi, ay sinkretik kökünün “ayama”, 
“taxma ad”, “ləqəb”, “ləqəb vermək” kimi məna çalarlıqlarını “Di-
vani-lüğəti-it  türk”də  də  aya  (ləqəb  vermək,  ləqəb),  ayağ  (ləqəb), 
ayağa  (ləqəb)  sözlərində  görürük. Ay  sinkretik  kökü  əsasında  aya 
(ləqəb vermək, ləqəb), ayağ (ləqəb), ayağa (ləqəb) sözləri yaranmış-
dır. Ortaq türk dilinə məxsus olan aya (ləqəb vermək, ləqəb) sözü 
əsasında ayağ (ləqəb), ayağa (ləqəb) isimləri yaranmışdır. Ay sink-
retik kökündən yaranan ayalğa, ayama, ayalama (ləqəb) isimləri isə 
dilimizin  ortaq  türk  dilindən  fərqlənən  özünəməxsus  sözyaratma 
formalarıdır. Hər iki mənbəyə əsaslanaraq sözün formalaşma ardı-
cıllığını təxminən aşağıdakı kimi göstərə bilərik: ay – aya - ayağ – 
ayağa – ayalğa – ayala -ayalama - ayama.
Aymaq feli türk dillərində ayt//eyt variantlarında da işlənir. Bu 
felin semantikası ilə bağlı N.K.Dmitriyev haqlı olaraq qeyd edir ki, 
ayt- feli yalnız adi danışığı bildirmir, həm də insan nitqinin yüksək 
səslənməsini ifadə edir. Buradan aydın olur ki, ayt- feli “sözü uca-
dan demək”, “ucadan danışmaq”, hətta “mahnı oxumaq” mənaları-
nı bildirir (27, s. 571). Maraqlıdır ki, sonuncu mənası türk dilinin 
dialektlərində mühafizə olunub (26, s. 421). Ayt- feli “Kitabi-Dədə 
Qorqud”da da “mahnı oxumaq”, “demək” mənalarında işlənmişdir: 
Qız aydır: Ayıtma ozan! (13, s. 59).
Bu gün dilimizin lüğət tərkibində bir qrup sözlər mövcuddur ki, 
həmin sözlərin semantikasında da ay sinkretik kökünün “danışmaq”, 
“səs çıxartmaq” mənası öz izlərini qoruyub saxlamışdır. Başqa sözlə, 
bu sözlər öz semantikasında “çağırmaq”, “müraciət etmək”, “hayla-
maq”, “haraylamaq”, “səsləmək”, “qışqırmaq”, “kişnəmək”, “nəril-
dəmək”, “cavab vermək”, “səsə səs vermək” məna çalarlarını ifadə 
edir. Həmin sözlər aşağıdakılardır: ay, ay haray, haray, hay, hay ver-


179
Onomastika, Dialektologiya, Etimologiya
mək, hay basmaq, hay qopmaq, hay düşmək, hay salmaq, hay vur-
maq, hayında, haya bənd olmaq, haya yetmək, hay-haray, hay-haray 
salmaq,  hay-huy,  hay-küy,  hay-küylə,  hay-küyçü,  hay-küylü,  hay-
lı-küylü, hay-küysüz, hay-küy salmaq, hay-küy qaldırmaq, hayqırıq, 
hayqırışma, hayqırışmaq, hayqırma, hayqırmaq, hayqırtı, hayxırıq, 
hayxırma, hayxırmaq, hay-hay, haylama, haylamaq, haylaşma, hay-
laşmaq, haray çəkmək, haray qoparmaq, haray salmaq, haray etmək, 
harayına gəlmək, harayına yetmək, harayına yetişmək, harayına çat-
maq, haray-həşir, haray-həşir salmaq, haraylamaq (4, s. 336-338).
Dilimizin lüğət tərkibində hayqırmaq, haray, hay (təql. çağırışa 
cavab), haydı (nida. bir yerə getmək, yaxud bir işə başlamaq üçün 
çağırış  və  ya  əmr  mənasında işlədilir) və  s.  bu  kimi  sözlər  vardır 
ki, həmin sözlərdə ay sinkretik kökünün “danışmaq, səs çıxartmaq” 
mənasının izlərini çox asanlıqla bərpa etmək olar. Belə ki, bu gün 
dilimizdə işlənən hayqırmaq feli bunu bir daha sübut edir. İlk əvvəl 
sözə nəzər saldıqda onun iki tərkib hissədən – hay+qır ibarət olduğu-
nu söyləmək heç də çətin deyil. H səsinin sonrakı səs artımı (ürmək 
– hürmək, örmək – hörmək fellərində olduğu kimi) olduğunu nəzərə 
alsaq, hay sözündə ay sinkretik kökünün izlərini çox asanlıqla müəy-
yənləşdirmiş olarıq: (h)ay+qır. Sözün ikinci tərkib hissəsi olan qır 
ünsürünə gəldikdə, onun hər hansı bir qrammatik ünsür, yaxud söz 
kökü olduğunu müəyyənləşdirmək kimi çətin bir problemlə qarşıla-
şırıq. 
Məsələyə bir qədər diqqətlə yanaşdıqda qır ünsürünün qramma-
tik ünsür deyil, söz kökü olduğunu görürük. Bunu vaxtilə dilimizdə 
çox geniş işlənən və “tərcüməçi” mənasını ifadə edən, lakin sonralar 
semantik dəyişməyə məruz qalaraq dilimizin lüğət tərkibində kobud 
xarakterli sözlər sırasına keçən dılqır (dil qıran) sözü bir daha sübut 
edir. Yaxud bu gün daha çox danışıq dilində işlənən qiybət qırmaq 
ifadəsindəki  qırmaq  sözü  “eləmək”,  “danışmaq”  mənalarını  ifadə 
edir. Müqayisə edin: qiybər qırmaq – qiybət eləmək – qiybət danış-


180
DƏDƏ QORQUD ARAŞDIRMALARI
maq. Bu zaman hayqır sözünün mənşəyini belə izah edə bilərik: (h)
ay+qır – (h)ay elə (çağır, səslə, qışqır).
Yaxud dilimizdə haray sözü mövcuddur ki, həmin sözün də eti-
mologiyasını bu cür izah etmək olar: H səsinin sonrakı səs artımı 
olduğunu nəzərə alsaq, sözün tarixi formasını aray şəklində bərpa 
etmiş oluruq. Lakin məsələyə bir qədər də diqqətlə yanaşdıqda, xü-
susi duyum və məntiq əsasında müəyyən etmək olur ki, həmin söz 
tarixən ara (axtar) + ay (çağır, səslə, qışqır) formasında olmuşdur. 
Doğrudan da, haray sözünün məzmunu da bunu təsdiq edir. 
Belə ki, biz hər hansı bir şəxsi axtarmaq üçün harayladıqda, eyni 
zamanda iki hərəkəti icra edirik; bizə lazım olan şəxsi arayırıq, ax-
tarırıq və elə bu məqsədlə də onu səsləyirik, çağırırıq, haraylayırıq. 
Buradan belə bir nəticəyə gəlirik ki, haray sözü ara və ay sözlərinin 
tarixən birikməsi nəticəsində yaranmışdır. Bu söz quruluş etibarilə 
tarixən mürəkkəb olmuşdur, lakin müasir Azərbaycan dilində sadə 
söz  hesab  edilir.  Haray  sözündə  də  ay  sinkretik  kökünün  “danış-
maq”, “səs çıxartmaq” manasının izini bərpa etməaklə onun tarixi 
formasını aşağıdakı kimi göstərə bilərik: (h)ar(a) + ay - axtar, çağır.
Eyni qayda ilə hay sözündə də ay sinkretik kökünün izini bərpa 
etmək olar. Məsələn, (h)ay. Həmin söz hal-hazırda dilimizdə çağırışa 
cavab məqamında işlənən təqlidi sözdür. Məsələn: Мənə niyə hay 
(çağırışıma cavab) vermirsən? Yaxud qərb qrup dialekt və şivələrin-
də bu söz hə sözü əvəzində çağırışa cavab, qarşı tərəfin verdiyi su-
alı başa düşmədikdə suala sual vermək məqamlarında indi də işlən-
məkdədir. Məsələn, - Ay Kərim!;  - Hay! Nə de:rsən aya?; - Şəhərə 
gedəjəx’səŋmi?; - Hay? (уəni, nə?, песə?, nə deyirsən?); - De:rəm 
şəhərə gedəjəx’səŋmi?; - Hay, gedəjəm. 
Hay-huy səs təqlidi sözdür. Ay sinkretik kökünün “danışmaq”, 
“səs çıxart-maq” mənası bu sözdə asemantikləşmişdir. (h)ay-(h)uy 
səs küy
Hay-hay sözü dilimizdə iki halda işlənir. Birinci halda, о, isim 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə