D ə d ə qorqudara ş d ı rmalar ı • Folklor, Mifologiya və Etnoqrafiya • Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə62/93
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51012
1   ...   58   59   60   61   62   63   64   65   ...   93

206
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Düzmürd qalası, Evnik qalası, Əlincə qalası,  Əmman dənizi, Gəncə, 
Göycə dənizi, Günortac, İç Oğuz, İstanbul, Kan Abxaz eli, Kərbə-
la, Qalın Oğuz, Qapılar Dərbəndi, Qara dəniz, Qaraquc, Qara dərə, 
Qara Dərvənd, Qara tağ, Qarun eli, Qazılıq dağı, Qıpçaqlar (topo-
nim), Mədinə, Məkkə, Mərdin qalası, Oğuz eli, Parasarın Bayburt 
hasarı,  Pasinik, Rum eli, Sallaxana, Sancıdan, Sürməli, Talı, Tana 
sazı, Qatyan qalası, Taş Oğuz, Trabuzon, Tuman qalası, Türkistan, 
Şam, Şirokuz.
“Kitab”da rast gəlinən toponimləri iki qrupa bölmək olar: 1) Ta-
rixən Azərbaycan ərazisinə daxil olan coğrafi adlar; 2) Azərbaycanın 
sərhədləri xaricində mövcud olan coğrafi adlar.
“Kitab”  özü  təsdiq  edir  ki,  Oğuz  bəylərinin  əsas  yaşayış  yeri 
Azərbaycandır.  Onun boyları Qafqaz dağı (“Kitab”da Qazılıq dağı), 
daha doğrusu, Qafqazın cənub ətəkləri və ümumən Azərbaycan əra-
zisi ilə bağlıdır. Burada baş verən hadisələr  Kür-Araz düzənliyində 
Ağcaqalada, Sürməlüdə, Ağ Qayada, Ağ sazda, Qara dərədə, Qara 
dağda, Şərur mahalında (“Kitab”da: Şərük), Əlincə qalasında, Dərə-
şamda, Göycə dənizdə, Bayatda və s. yerlərdə baş verir. Bu adda 
yerlər  isə  Naxçıvan  ərazisində,  Araz  üstündə,  Göyçə  mahalında, 
Zəngilanda,  Ağcabədidə,  Şəmkirdə,  Şəkidə,  Şirvanda,  Dəvəçidə, 
Abşeron torpağında və s. yerlərdə  bu gün belə mövcuddur.
“Kitab”da eyni zamanda tez-tez rast gəlinən  Dərbənd toponi-
mi indiki Dərbənd şəhəridir. Hazırda Rusiya dövləti daxilində olsa 
da,  bura  qədim  türk  yaşayış  məskənidir.  Cızıxlar, Ağlağan,  Bük-
düz, Ayqırgözlü və s. torpaqları da oğuzların, oğuz qəhrəmanlarının 
yurd-yuvasıdır. “Kitab”da adı çəkilən Bərdə və Gəncə şəhərləri də 
oğuzların oylağıdır. Bu toponimlər də Azərbaycanın qədim şəhər-
ləridir  və  hazırda  eyni  adla  (Bərdə  və  Gəncə)  mövcuddur.  Azər-
baycanın  Qazax-Borçalı bölgəsi də oğuzların yurd-yuva saldıqları 
yerlərindəndir. “Kitab”dakı hadisələrin müəyyən hissəsi məhz qeyd 
etdiyimiz ərazidə baş verir. Bu bölgədəki Qarayazı, Qazan qayası, 
Qonbor dağı, Göyçəli, Böyük Ulaşlı, Kiçik Ulaşlı, Oruzman, Beja-


207
Onomastika, Dialektologiya, Etimologiya
noğuzaran, Kəpənəkçi, Baytallı, Təkəli kimi toponimik vahidlərin 
“Kitab”ın  onomastik vahidi ilə bağlılığı fikrimizi əsaslandırır.
“Dədə Qorqud kitabı”ndan bəhs edən tədqiqatçılardan bir çoxu 
(M.Ergin, Ş.Cəmşidov, M.Çobanov, N. Məmmədov və b.) araşdır-
malarında  “Kitab”dakı  toponimik  vahidlərin  Qazax-Borçalı  və  bu 
bölgəyə yaxın ərazilərlə səsləşməsini xüsusi olaraq qeyd etmişlər. 
Məsələn,  M.Çobanov  və  M.Çobanlı  “Dədə  Qorqud  dünyasına  sə-
yahətdən parçalar” (Bakı, 1998) adlı kitabında yazır: “...dastandakı 
hadisələr əsas etibarı ilə Azərbaycanda və ona həmsərhəd olan Bor-
çalıda (Şərqi Gürcüstanda), Göyçə və İrəvan hüdudlarında (Ermə-
nistanda), Dərbənddə (Dağıstanda) və Türkiyə ərazisinin müəyyən 
bölgələrində cərəyan edir. Bu mənada Borçalıda – Gürcüstan əra-
zisində də Dədə Qorqud dünyasının müəyyən izlərinə indi də rast 
gəlmək olur” (9, 58). 
“Kitabi-Dədə Qorqud” və Qərb ləhcəsi” əsərinin müəllifi, qorqu-
dşünas alim Ə.Tanrıverdi də Qərb ləhcəsində Qazax-Borçalı şivəsi-
nin xüsusi yer tutduğunu, həmin bölgədə “Kitabi-Dədə Qorqud”un  
izlərinin  daha çox müşahidə olunduğunu qeyd edir (7, 4).
Qeyd edək ki, “Kitab”dakı  yer adlarının çoxu Qərbi Azərbaycan 
(indiki Ermənistan) və Şərqi Anadolu ərazisinə  aiddir. B.Budaqov 
və Q.Qeybullayev “Ermənistanda Azərbaycan mənşəli toponimlərin 
izahlı  lüğəti”  (Bakı,  1998)  adlı  əsərində    oğuzların  bir  sıra  tayfa-
larının Avşar, Bayat, Bayandur, Bəydilıi, Dügər, Yaycı, Yirə, Kayı, 
Karkun, Uregir və b. adlarını əks etdirən toponimlər verilmiş həmin 
toponimlərin “Dədə Qorqud kitabı” ilə bağlılığı əsaslandırılmışdır. 
B.Budaqov  və  Q.Qeybullayev  bu  barədə  yazır:  “Kitabi-Dədə 
Qorqud” eposunda çəkilən adların əksəriyyəti indiki Ermənistan əra-
zisindədir. Alagöz dağının cənub yamacları Abarandan gələn Qazax 
su çayının sol tərəfi keçən əsrdə “Uquz yurdu” adlanırdı. Eposun III 
boyunda oğuzların yurdu olan indiki Ermənistan ərazisi “Türküstan” 
adlandırılır. Çünki, eposda Qazan xan “Türküstanın dirəyi” sayılır. 
Eposun IV boyunda oğuzların ərazisi “Oğuz eli” də adlandırılır. 


208
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Diqqətəlayiqdir ki, eposda “Gürcüstan” adı çəkilir, lakin “Ermə-
nistan” adı yoxdur. Eposda deyilir ki, Oğuz elinin 90 tümən (990 
min)  nəfərlik  ordusu  vardı.  Eposda  Göycə  gölü  ilə Van  gölü  ara-
sı ərazi “İç Oğuz” adlanır. Eposdakı Qaradərə sonrakı Zəngibasar-
dır,  çünki  farsca  zəngi  “qara”  mənasındadır.  Ermənistanda Avşar, 
Yuva, Qacarabay, Çebin, Qarxun, Dəyərli, Qırıqlı və b. kənd adları 
Oğuz tayfalarının adlarını əks etdirir” (2, 894). Bütün bu deyilən-
lər “Kitab”dakı toponimlərin daha çox Azərbaycanla bağlılığını və 
“Kitab”dakı  hadisələrin məhz Azərbaycan ərazisində baş verdiyini 
təsdiqləyir.  Lakin  daim at belində olan Oğuz qəhrəmanları tez-tez 
Azərbaycan sərhədlərini aşaraq Abxaziya elinə qız almağa, Trabzo-
na qız bəyənməyə, Rum elinə alış-veriş etməyə, Qara dəniz kənar-
larına,  Qarun  elinə  “av  avlayıb,  quş  quşlamağa”,  istirahət  etməyə 
gedirlər. Məsələn;
“Qan Abqaz elinə mən gedərəm,
Altun xaça mən əlümi basaram,
Pilon geyən keşişiŋ əlin öpərəm
Qara gözlü kafir qızın mən aluram” (6, 78)
“İç Oğuza girdi. Qız  bulımadı. Dolandı. Daş Oğuza girdi, bu-
lımadı.  Dolandı.,  Trabuzana  gəldi.  Məgər  Trabuzan  təküriniŋ  bir 
əzim-görklü məhbub qızı vardı” (6, 104).
“Baybörə bəg bəzirganlarını yanına oxıdı, buyuruq etdi: “Mərə 
bazirganlar! Allah-Taala maŋa bir oğul verdi. Varın Rum elinə, mə-
nim ağlum ıçün yaxşı ərmağanlar gətürün mənim oğlım böyüyincə”, 
- dedi” (6, 53); “Günlərdə bir gün Düzmürd qalasına gəldi. Qara də-
niz kənarında idi. Aŋa irübən qondılar” (6, 119);  “Atla Qarun elinə 
çapqun yetdim” (6, 158); “Arqıc qırda yıqanır Əmman dəŋizində...” 
(6, 157).
“Kitab”da    hadisələrin  cərəyan  etdiyi  yerlər Azərbaycanda  və 
bəzən də onun sərhədlərindən kənarda baş verdiyi üçün buradakı to-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə