D ə d ə qorqudara ş d ı rmalar ı • Folklor, Mifologiya və Etnoqrafiya • Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə65/93
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51012
1   ...   61   62   63   64   65   66   67   68   ...   93

215
adıdır. Boz Abdal dağ  silsiləsinin zirvələrindəndir. İlk dəfə “Kita-
b”da IV boyda adı çəkilir. B.Budaqov və Q.Qeybullayev Ağlağan 
toponiminin türk dillərində rəng bildirən ağ və mənası məlum olma-
yan “laqan” sözlərindən ibarət olduğunu qeyd edir. XIX əsrdə Eçmi-
adzin qəzasında Qızıl Zaqan (bulaq adı), Şimali Qafqazda Stavropol 
quberniyasının  Böyük Derbet ulusunda Zaqan – Xuduq (dağ adı) 
və Dağıstan əyalətinin Teynur – Xamşura dairəsində Cakas – Zaqan 
toponimləri ilə mənaca eynidir. XX əsrin 30-cu illərində fərmanla 
ermənicə Urasar adlandırılmışdır (12, 144). Ağlağan dağ adına Tiflis 
quberniyasının Borçalı qəzasında da rast gəlinir . Keçmişdə Qazax – 
Borçalı ellərinin yaylaq yeri olmuşdur (3, 106).
Ağlağan dağ adı “ağla” (fel) sözündən  və  sifət düzəldən -ağan  
şəkilçisindən də yarana  bilər Ola bilsin ki, qış ayları başı qarlı olan 
Ağlağan dağının yaz-yay aylarında qarının əriyib tökülməsini xalq  
dağın ağlamasına bənzədib bu adı verib.
Güney Azərbaycanda Savalan dağı ətrafında axan çaylardan biri-
nin adı da Ağlağan çayıdır.
Dərəşam. “Dədə Qorqud kitabı”nda  rast gəlinən toponimlər içə-
risində Dərəşam coğrafi adı da var. Məsələn: “Üç gün  dünli-dünli 
yortdu. Dərəşam ucından keçdi, ol qardaşı tutılan qorıya gəldi” (6, 
149).
“Tavlanbaz  urub,  yundları  önlərinə  bıraqdılar.  Dərəşam  suyını 
dəlub keçdilər” (6, 153).
Dərəşam coğrafi adı dərə - “çuxur” və şam/çam – “sucaq yer, 
bataqlıq”  anlamındadır.  Dərəşam  Culfa  rayonu  ərazisində  mineral 
bulaqlardır.  Araz  çayının  sahilində  Dərəşam  dəmir  yol  stansiyası 
yaxınlığındadır. Üç böyük və bir neçə kiçik bulaqdan ibarət olub, 
suyu turş-şordur. Culfa rayonu ərazisində Dərəşam dağı – oronimi 
də  mövcuddur.  Adını  ərazidəki  eyniadlı  bulaqlardan  almışdır  (1, 
161). “Kitab”da da “Dərəşam suyu” ifadəsinin işlənməsi bu coğrafi 
adın Culfa rayonu ərazisindəki  mineral bulaq adı ilə bağlı olduğunu 
təsdiqləyir.
Onomastika, Dialektologiya, Etimologiya


216
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Əlincə qalası. “Dədə Qorqud kitabı”nda rast gəlinən toponim-
lərdən biri də Əlincə qalasıdır. Məsələn: 
“Yolu Əlincə qalasına uğramışdı. Qara Təkür orada bir qorı yap-
dırmışdı.  Uçardan  qaz,  tavuq;  yürürdən  keyik,  tavşan  bu  hovlaya 
doldurub, Oğuz  yigitlərinə bunı dam etmişdi”; “Yigitləri qırdılar, 
Əgrəgi tutdular. Əlincə qalasına zindana bıraqdılar (6, 145).
“Kitab”da adı çəkilən Əlincə qalası toponimi Naxçıvanın Culfa 
rayonunun Qazançı kəndinin cənubunda yerləşir. Belə ki, qeyd olu-
nan ərazidə Əlincə adlı dağ yerləşir ki, həmin dağ Əlincə çayının 
sağ sahilindədir və sıldırım qayalıqdan ibarətdir. Əlincə qalası da bu 
sıldırım qayalıqda yerləşir. Əlincə qalası öz adını üzərində salındığı 
dağın adından götürmüşdür. Qalanın Şahtaxtı adlanan sahəsində biş-
miş kərpicdən tikilmiş binaların xarabalıqları qalmaqdadır. VII əsrə 
aid mənbələrdə qalanın adı Erincak, XIII əsrə aid mənbələrdə isə 
Alınca variantlarında çəkilir (1, 181).İspan səyyahı və diplomançı 
Ryui Qonsales  Klavixo Azərbaycanda olarkən yol qeydlərində ya-
zır: “Əlincə qalası uca dağda idi. Divar və bürclərlə əhatə olunmuş-
dur... Qala dağın lap zirvəsində ucalırdı” (12, 144). Eldəgizlər döv-
ründə qala mühüm hərbi istehkam olmuş və bu şöhrətini Səfəvilərin 
hakimiyyət dövrünə qədər saxlamışdır. “Dədə Qorqud kitabı”nda da 
Əlincə  qalası  –istehkam  kimi  göstərilir.  Cəlairlərin,  Teymurilərin, 
Qaraqoyunluların, Ağqoyunluların, Səfəvilərin hakimiyyəti dövrün-
də baş verən hadisələrlə bağlı Əlincə qalasının adı tez-tez çəkilir. 
Teymurləngin hücumu zamanı yerli əhali bu qalaya sığınmış, Tey-
murləng qoşununa ciddi müqavimət göstərərək qalanı ona təslim et-
məmişlər. Lakin feodal çəkişmələri və müharibələri nəticəsində qala 
dağıdılmışdır.
N.Məmmədov Əlincə dağ adından bəhs edərkən yazır ki, Əlincə 
(Alancik) dağ adının qədim türk sözü “alan” sözündən yaranmasını 
qəbul edənlər də vardır. Bu mülahizəyə görə coğrafi adın mənası qə-
dim türk dillərində “düzənlik-meydan” deməkdir. Daha sonra qeyd 
olunur ki, Mahmud Qaşqarinin XI əsrə aid “Divanü lüğat-it-türk” 


217
kitabında  həmin söz “hamar düz”, “açıq yer” mənasındadır. “Cik” 
sözü  isə  türk  dilinə  məxsus  söz  olub,  kiçiltmə  şəkilçisidir.  Əlbət-
tə, Əlincə dağ adının yuxarıdakı izahı ilə razılaşmaq olmaz. Çünki 
Əlincə dağının hündürlüyü 2000 metrə çatır və ərazi sıldırım qaya-
lıqdan ibarətdir. Bizcə, dağ adı türk tayfalarından olan əlcihin (el-
cihin) tayfasının adını bir abidə kimi qoruyub saxlamışdır. Əlcihin 
tayfası monqolların Azərbaycana yürüşləri zamanı bu ərazidə məs-
kunlaşmışdır (12, 145). 
Qərbi Azərbaycanda (indiki Ermənistanda) Əlincə adlı oykonim-
lər –  kənd adları da mövcuddur. Məsələn: Əlincə - 1728-ci ildə İrə-
van əyalətinin Aralıq nahiyəsində kənd adı. Əsli Eli-İncə, yəni “İncə 
eli,  tayfası”.  Qıpçaqların  Əncə  tayfasının  adını  əks  etdirir.  Əlincə 
- 1728-ci ildə İrəvan əyalətinin Şirakel nahiyəsində kənd adı. “Kən-
din başqa adı Qatarkənddir”. Əsli El-i Əncə, yəni “Əncə eli (tayfa-
sı)”. Əlincə - 1590-cı ildə Rəvan əyalətinin Aralıq nahiyəsində kənd 
adı. Əsli El-i Əncə, yəni “Əncə eli (tayfası)”. B.Budaqov və Q.Qey-
bullayev qeyd edir ki, bu oykonimlərin Naxçıvan MR-dakı Əlincə 
(Culfa  rayonu)  qalasının  adı  ilə  heç  bir  əlaqəsi  yoxdur  (12,  251). 
Göründüyü kimi, bəzi tədqiqatçılar Əlincə coğrafi adının monqolla-
rın yürüşündə iştirak etmiş elcikin tayfasının adı ilə bağlı olduğunu, 
bəziləri isə toponimin türk dillərindəki alancik (meydança, düz) sö-
zündən  yarandığını qeyd edirlər. Əlincə dağ adını alan tayfa adı ilə 
də əlaqələndirirlər. Bizə görə, həm Əlincə dağının, həm də Əlincə 
qalasının etimoloji açımı monqolların yürüşündə iştirak etmiş türk 
tayfalarından olan elcikin adı ilə bağlıdır. Bu fikir daha inandırıcı 
görünür. Belə ki, Əlincə dağ adının yaranma tarixi ilə monqolların 
Azərbaycana yürüş tarixləri də təxminən üst-üstə düşür.
Pasinik. “Kitab”da rast gəlinən maraqlı toponimlərdən biri də 
Pasinikdir. Məs.: “Pasnik Qara Dərvənd ağzına düş vermiş idik” (6, 
53). Ərzurumun güney səmtində qədim tarixçilərin Fasiana adlan-
dırdığı yer Basian dərəsi adlanır. Lakin Qafqazda Qaraçay-Balkar 
Muxtar  Respublikasındakı  Balkar  dərəsi  də  gürcü  salnamələrində 
Onomastika, Dialektologiya, Etimologiya


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə