D ə d ə qorqudara ş d ı rmalar ı • Folklor, Mifologiya və Etnoqrafiya • Onomastika, Dialektologiya və Etimologiya


Onomastika, Dialektologiya, Etimologiya



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə63/93
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51012
1   ...   59   60   61   62   63   64   65   66   ...   93

209
Onomastika, Dialektologiya, Etimologiya
ponimlərin böyük əksəriyyəti Azərbaycan (türk) dilli, digər qismi isə 
başqa dillərə məxsusdur.
Bu baxımdan “Dədə Qorqud kitabı”ndakı toponimləri dil mənsu-
biyyəti baxımından iki qrupa ayırmaq olar: 1) Azərbaycan (türk)dilli 
toponimlər.  Bu  toponimlər  “Kitab”da çoxluq təşkil edir.  Məsələn: 
Ağcaqala, Ağca saz, Ağ Hasar (qala), Ağ Qaya, Ağlağan, Ala tağ, 
Cızıxlar, Qara tağ, Oğuz eli, İç Oğuz, Əlincə və s.
2) Başqa dillərə məxsus toponimlər. Bu tip toponimlər “Kitab”-
da nisbətən azlıq təşkil edir. Məsələn: Rum, Şam, Kərbəla, Mədinə, 
Məkkə və s. “Kitab”da işlənmiş toponimlərin bir çoxu elmi tədqiqa-
ta cəlb edilmiş, etimoloji təhlil süzgəcindən keçirilərək müəyyən fi-
kirlər söylənilmişdir. Odur ki, biz bəzi toponimləri nəzərdən keçir-
məklə kifayətlənməyi məqsədəuyğun sayırıq.
Ağcaqala. “Kitab”da rast gəlinən toponimlərdən biridir. Məsələn:
Ağca qala Sürməlidə at oynatdım.
Atla Qarun elinə çapqun yetdim (6, 158).
Ağcaqala  toponimində    “ağca”  rəng  anlamlı  sözdür. Ağcaqala  
yəni “ağ rəngli daşdan tikilmiş qala” mənasındadır. Ağcaqala topo-
niminə İrəvan quberniyasının Eçmiadzin qəzasında (sonra Talin ra-
yonunda) kənd adı kimi rast gəlinir (13, 4). 
B.Budaqov və Q.Qeybullayev qeyd edir ki, İrəvan  quberniya-
sında    mövcud  olan Ağcaqala  toponimi  1590-cı  ildən  məlumdur. 
1728-ci ilə aid mənbədə kəndin həm də Uruş adlandığı qeyd olunur. 
1828-1832-ci illərdə kənddə    xaricdən gəlmə ermənilər də məs-
kunlaşmışlar. 1918-ci ildə kəndin azərbaycanlı əhalisi qovulmuşdur. 
1946-cı ildə kənd ermənicə Bazmaberd , 1978-ci ildə Txaskaşen ad-
landırılmışdır. Yaxınlığındakı “Ağcaqala” xarabalığının adındandır. 
Xarabalıq isə qədim Yervandaşat şəhərinin qalıqlarıdır. XVII əsr er-
məni müəllifi yazır ki, qədim Yervandaşat indiki Ağcaqaladır. Ağ-
caqala “ağumtul    rəngli daşdan tikilmiş qala” mənasındadır. XIX 


210
DƏDƏ QORQUD ARAŞDIRMALARI
əsrdə  Azərbaycanda  və  Ermənistanda  mövcud  olmuş  9  Ağcaqa-
la toponimindən  biridir. Ağcaqala toponimi  “Ağcaqala Sürməli” 
formasında ilk dəfə “Kitabi-Dədə Qorqud” eposunda çəkilir. Şərqi 
Türkiyədə Qars çayı üstündə yerləşən həmin Ağcaqalanı XVII əsrin 
əvvəllərində bir erməni müəllifi də qeyd etmişdir. Həmin Ağcaqala 
orta əsrlərdə sancaqlığın mərkəzi idi (2, 111). Bundan əlavə Ağcaqa-
la – 1590-cı ildə Rəvan əyalətinin  Şərabxana nahiyəsində kənd adı. 
1590-cı ildə Rəvan əyalətinin Karbi nahiyəsində kənd adı. Mənbədə 
kəndin həm də Xatunkənd adlandığı göstərilir. 1728-ci ildə İvəvan 
əyalətinin  Xınzirək  nahiyəsində  kənd  adı.  Ağcaqala  1728-ci  ildə 
İrəvan əyalətinin Dərələyəz nahiyəsində kənd adı. XVIII əsrin əv-
vəllərində Qeqarkuni mahalında (Göycə mahalında) kənd adı. Ye-
lizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında (indi Ermənis-
tanın Krasnoselsk rayonunda) qışlaq adı. XX əsrin 30-cu illərində 
kollektivləşmə  ilə  əlaqədar  olaraq  qışlaq  dağıdılmışdır.  Ağcaqala 
1728-ci ildə İrəvan əyalətində Məzrə nahiyəsində kənd adı. 1590-cı 
ildə Rəvan əyalətinin Ağcaqala nahiyəsində kənd adı kimi (2, 111) 
mövcud  olmuşdur.  Tiflis  quberniyasının  Borçalı  qəzasında  (indi 
Marneuli rayonunda) Debneda çayının sağ sahilində xaraba qala adı 
mövcud idi. XVIII əsrdə qalanın adı ilə Tiflis əyalətinin bir nahiyəsi 
də Ağcaqala adlanırdı. Qədim gürcü mənbələrində XV-XVIII əsrlərə 
aid hadisələrdə adı çəkilir. Vaxustinin yazdığına görə Sultan Yaqub 
tərəfindən tikilmişdir. I şah Abbas onu gürcü hökmdarı Georgidən 
almış  və  borçalıları  yerləşdirmişdir.  Digər Ağcaqala  Qazax  qəza-
sında  idi.  XIX  əsrdə  Nuxa  və  Cavad  qəzalarında Ağcaqala  adlı  5 
qala vardı. “Kitabi-Dədə Qoprqud” eposunda  adı çəkilən Ağcaqala 
ilə əlaqəsi yoxdur, çünki həmin Ağcaqala Sürməli mahalının Diqor 
qəzasında yerləşirdi. Diqor qəzasının Arpaçay boyu çuxur bölgəsi 
Aran (“qışlaq” mənasında) adlanır. Diqor qəzasına həm də Qarabağ 
deyilmişdir. Ağcaqala da  məhz  Türkiyədəki Qarabağdadır. Qara-
bağ Osmanlı dövlətinin dövründə Ağcaqala sancaqlığının şəhəri idi. 
Bunu eposda “Ağcaqala Sürməli” ifadəsi də göstərir (3, 108). 


211
Onomastika, Dialektologiya, Etimologiya
“Kitab”da  Ağcaqala  toponimi  bəzən  bir  –  Ağcaqala  Sürməli, 
bəzən  isə ayrı-ayrı yer adları kimi yazılmışdır. “Kitabi-Dədə Qorqu-
d”un 1988-ci il nəşrində qeyd olunur ki, Ağcaqala Sürməli toponimi 
Arpa çay axarında – indiki Naxçıvan ərazisində yerləşirdi (5, 258). 
Ağcaqala  toponiminin  “ağca”  komponenti Azərbaycanda  ilk  dəfə 
1603-1604-cü illərdən məlum olan Ağcabədi (ağca – ağ rəngli əvə 
ərəbcə badiyə - “çöl”, “səhra” sözlərindən)  yaşayış məntəqəsi adın-
dakı “ağca” sözü ilə eyni anlamdadır.  
Ağ saz. “Kitab”da rast gəldiyimiz maraqlı yer adlarından biri də 
Ağ (Aq) sazdır:
Aq sazıŋ aslanında bir köküm var,
Qaz alaca yunduŋu durğurmaya... (6, 158).
“Ağ”  leksemi  toponimik  vahidlərin  əsas  tərkib  hissələrindən 
olub, müxtəlif  mənalar ifadə edir. Həmin məna müxtəlifliyi aşağı-
dakı kimidir:
1)  Ağ – “hündür, uca”
2)  Ağ – “rəng”
3)  Ağ – “kiçik, balaca”
4)  Ağ –“keyfiyyətli, içməyə yararlı, yüngül”
Ağ saz toponimində isə ağ sözü rəng anlamını bildirir. “Kitab”da  
Ağ saz coğrafi adına Ağca saz şəklində rast gəlıinməsi də bu fikri 
təsdiqləyir. Məs.: 
Sultanım Qanturalı, 
Ağca sazlar içində...” (6, 109) 
Saz isə “çöllük, meşəlik, qamışlıq” mənalarını ifadə edir. 
Türkiyənin Bursa şəhərində Akça saz kənd adı da “Dədə Qorqud” 
əsilli addır.
“Kitab”dakı Ağ qaya və Ağ Hasar (qala) toponimlərinin semantik 
məzmununda isə həm “hündür, uca”, həm də “rəng” məna çalarlarını 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə