D ə d ə qorqudara ş d ı rmalar ı • Folklor, Mifologiya və Etnoqrafiya • Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə52/93
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51012
1   ...   48   49   50   51   52   53   54   55   ...   93

172
DƏDƏ QORQUD ARAŞDIRMALARI
da bacarır (Ə.Vəliyev); 2. Atışda, nişançılıqda yarışmaq; 3. məсəza 
mənadan. Bir-birinə ağır sözlər demək, söyüşmək, dalaşmaq. Onlar 
bir-biri ilə bərk atışdılar. Qonşulardı - atışırlar (3, s. 161).
Bu zaman heç bir şübhə olmadan deyə bilərik ki, “Kitabi-Dədə 
Qorqud”un lüğət tərkibində “deyişmək”, “höcətləşmək” mənaların-
da işlənən aytışmaq feli bu gün dilimizin lüğət tərkibində (daha çox 
danışıq dilində) işlənən və təxminən eyni mənaları ifadə edən atış-
maq felidir.
Qədim  tarixə  malik  olan  sinkretik  köklərin  tarixi  inkişaf  pro-
sesləri  nəticəsində  semantik  və  fono-semantik  dəyişmələrə  məruz 
qalması  zamanı  həmin  köklərə  müxtəlif  qrammatik  ünsürlərin  bi-
rikməsi və sonrakı inkişaf mərhələlərində sinkretik köklərlə birlikdə 
asemantikləşməsi və leksikləşməsi prosesi dilimizin lüğət tərkibində 
tədricən yeni-yeni sözlərin əmələ gəlməsinə səbəb olmuşdur. Həmin 
sözlərin tərkib hissələrinə, yəni kök və şəkilçiyə bölünməsi və on-
ların tarixi formalarının bərpa olunması prosesi isə olduqca gərgin 
linqvistik təhlil tələb edir. Belə ki, xüsusi tədqiqat nəticəsində əv-
vəlcə həmin sözlərin əsasında duran sinkretik köklər müəyyənləş-
dirilməlidir. Yalnız bundan sonra həmin sinkretik köklərə birikmiş 
qrammatik ünsürləri müəyyənləşdirmək və onların işləndikləri döv-
rdə hansı funksiyanı daşıdığını müəyyənləşdirmək olar. Bu barədə 
B.Xəlilov  qeyd  edir:  “Tarixən  qovuşuq  leksik  səciyyə  kəsb  etmiş 
sinkretik söz kökləri semantik və fono-semantik inkişaf ilə bağlı ola-
raq həm leksik, həm də qrammatik xüsusiyyətləri də özündə birləş-
dirmişdir. Beləliklə, müəyyən müddətdən sonra sinkretik söz kökü, 
onun  mənası  və  qrammatik  xüsusiyyətləri  leksikləşmişdir.  Məhz 
ona görə də leksikləşmiş sinkretik köklərin, qrammatik ünsürlərin 
sərhəddini müəyyənləşdirmək üçün tarixi Ieksikologiyanın tədqiqat 
metodlarına istinad etməli və onun imkanlarından müvəffəqiyyətlə 
istifadə olunmalıdır.
Müşahidələr bir daha göstərir ki, sinkretik söz kökləri izlərini di-


173
Onomastika, Dialektologiya, Etimologiya
alekt və şivələrdə, yazılı abidələrdə, qohum, о cümlədən türk dilləri 
ilə kontaktda olmuş bir sıra dillərdə az da olsa qorumuşdur. Amma 
sinkretik söz kökləri ilə müqayisədə qrammatik ünsürlər dilin erkən 
dövrlərində fəaliyyət göstərən kökə birikmiş, öz izlərini çox az, qəti 
demək olar ki, heç qorumamışdır. Yalnız leksikləşmiş dil vahidində 
sinkretik söz köklərinin sərhəddini müəyyənləşdirdikdən sonra ona 
birikmiş ünsürlərin – şəkilçilərin hansı qrammatik kateqoriyanın da-
şıyıcısı olduğunu müəyyən duyum və məntiqlə müəyyənləşdirmək 
olur” (2, s. 35).
Məhz bu mənada qeyd edə bilərik ki, bu gün biz atışmaq felini 
günümüzün tələblərindən irəli gələrək iki müsahibin qarşı-qarşıya 
dayanaraq bir-biri ilə söz (fikir) mübadiləsi etməsi, bir-birinə söz at-
ması, başqa sözlə, məcazi mənada atışması kimi başa düşürük. Buna 
görə də biz atışmaq sözünü at + ış(maq) şəklində tərkib hissələrinə 
ayırırıq. Lakin yazılı qaynaqlarda həmin sözün tarixi inkişaf prosesi-
ni izlədikdə bizə bir daha aydın olur ki, atışmaq sözünü at + ış(maq) 
şəklində deyil, a(y) + tış(maq) şəklində ay sinkretik kökünə və -tış 
şəkilçisi kimi tərkib hissələrinə bölmək lazımdır. Buradan da belə 
nəticəyə gəlmək olar ki, aytışmaq felində ay sinkretik kökünün və 
onun “danışmaq”, “səs çıxartmaq” mənasının mövcudluğuna heç bir 
şübhə yeri qalmır. Bu sinkretik kökün “deyişmək”, “höcətləşmək” 
mənası  öz  izini  yalnız  yazılı  abidələrimizdə  qoruyub  saxlamışdır. 
Eyni  zamanda  qeyd  etmək  lazımdır  ki,  bu  gün  dilimizdə  mövcud 
olan atışmaq sözü tarixən dilimizin lüğət tərkibində mövcud olmuş 
aytışmaq sözündən tarixi inkişaf prosesləri nəticəsində у samitinin 
düşməsi ilə formalaşmışdır. Sözə tarixən artırılan -tış şəkilçisinə gəl-
dikdə  isə,  bu  şəkilçinin  -(ı)t  +  -ış  formasında  olduğunu  söyləmək 
olar. Ehtimal etmək olar ki, -(ı)t şəkilçisi təsirlilik kateqoriyasının, 
-ış isə növ kateqoriyasının, qarşılıq növün şəkilçisidir. Atışmaq sözü 
haqqında söylədiyimiz bütün qənaətlərimizi ümumiləşdirsək, bu fe-
lin tarixən mövcud olmuş formasını a(y) + (ı)t + ış (maq) şəklində 


174
DƏDƏ QORQUD ARAŞDIRMALARI
göstərmək olar.
Biz yuxarıda da qeyd etdik ki, aymaq feli qədim fellərdən biri ol-
maqla mənşə etibarilə ay sinkretik kökündən törəmişdir. Bu mənada 
aymaq feli ay sinkretik kökünün ifadə etdiyi 16 mənasından yalnız 
birinə - “danışmaq”, “səs çıxartmaq” mənasına daxil olan fel kimi 
özünü göstərir. Biz türk yazılı abidələrini nəzərdən keçirdiyimiz za-
man aymaq felinin qədimliyinin bir daha şahidi olarıq.   
Qədim türk yazılı qaynaqlarından olan Orxon-Yenisey abidələ-
rində ay sinkretik kökünün “danışmaq”, “səs çıxartmaq” mənasının 
izlərini aşağıdakı sözlərdə müşahidə edə bilərik: Ay - demək, söy-
ləmək, danışmaq: Bilgə Tonukuk baŋa aydı: - Мüdrik Tonyukuk, - 
mənə dedi (19, s. 119, 124; 16, s. 42, 47); ayt // ayıt // ayıd - demək, 
söyləmək, əmr etmək: Yelmə, karağu edgüti urğıl, basıtma, - timis. 
Bög(ü) kağan baŋaru ança ayıdmıs. – Kəşfiyyatı, keşiyi yaxşıca təş-
kil et, qoşunu basılmağa qoyma - demiş, Bög(ü) xaqan mənə eləcə 
demiş (19, s. 120, 124; 16, s. 43, 47); ayıt - günahlandırmaq, cəza-
landırmaq; ayğuçı - məsləhətçi: Kırkızda yantımız. Türgis kağanta 
körüg kəltı, sabı antəg: öndən kağanğaru sü yorılım, -timis. Yorıma-
sar, bizni - kağani alp ermis, ayğuçısı bilgə ermis. – Qırgız (elindən) 
qayıtdıq.  Türkəş  xaqanlığından  müşahidəçi  gəldi.  (Onun)  sözləri 
belə idi: Şərqdən xanın üzərinə qoşun çəkək, - demiş, biz qoşun çək-
məsək, о bizə (qalib gələcək); onun xanı igid, məsləhətçisi ağıllıdır 
(19, s. 119, 124; 16, s. 42, 47).
Ay  sinkretik  kökünün  “danışmaq”,  “səs  çıxartmaq”  mənasının 
izlərinə  “Drevnetyurskiy  slovar”da  da  təsadüf  etmək  olar.  Burada 
aymaq sözü “danışmaq”, “söyləmək”, “adlandırmaq”, “əmr etmək”, 
“idarə etmək” mənalarında işlənmişdir: Bularda talusın ajajin saŋa. 
“Mən sənə bunların ən yaxşısını danışaram”; Tezikler ajur anı Af-
rasijab. “İranlılar onu Əfrasiyab adlandırırlar”; Ağırla bularıy negü 
ajse qıl. “Onları oxu və nə əmr edirlərsə, yerinə yetir” (22, s. 25).
Ay sinkretik kökünün semantik tutumunu, onun “danışmaq”, “səs 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə