D ə d ə qorqudara ş d ı rmalar ı • Folklor, Mifologiya və Etnoqrafiya • Onomastika, Dialektologiya və Etimologiya


Onomastika, Dialektologiya, Etimologiya



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə53/93
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51012
1   ...   49   50   51   52   53   54   55   56   ...   93

175
Onomastika, Dialektologiya, Etimologiya
çıxartmaq” mənasının əhatə dairəsini yazılı qaynaqlar içərisində biz 
daha çox “Divani-lüğəti-it türk”də izləyə bilərik. Nümunələrə diqqət 
edək: ay - de, söylə (9, s. 225, 251; 11, s. 158), aydı – dedi, söylədi (9, 
s. 225), aydım - dedim, söylədim (9, s. 111, 112, 157, 171, 178, 337, 
371, 461, 473; 11, s. 74, 202, 207, 316, 319, 325), aydum - dedim, 
söylədim (9, s. 157), aydınq - dedin, söylədin (9, s. 350), aymadınq 
- demədin, söyləmədin (11, s. 231), ayur - deyər, söyləyər (9, s. 125, 
472; 10, s. 134), ayur mən - deyərəm, söyləyərəm (11, s. 200), ayıp 
- deyib, söyləyib (9, s. 379; 10, s. 67), aymış - demiş, söyləmiş (9, s. 
153), ayğıl - de, söylə (9, s. 377; 11, s. 311), aydaçı - deyən, söyləyən 
(9, s. 359), ayıl - deyin, söylən (9, s. 297), ayıldı - deyildi, söyləndi 
(9, s. 297), ayılur - deyilir, söylənilir (9, s. 297), ayıt - de, söylə (9, 
s. 257), ayıttı - dedi, söylədi, soruşdu (9, s. 257), ayıttım - dedim, 
söylədim, soruşdum (oğuzca) (9, s. 257), ayıtur - dedirt, söylət (9, s. 
257), ayturdı - dedirtdi, söylətdi, ayıtğan - deyən, söyləyən (oğuzca), 
soruşan (11, s. 52), aytıl – soruş (9, s. 298), aytıldı – soruşuldu (9, s. 
298), aytılur - soruşulur, deyilir, söylənilir (9, s. 298), aytığ - xitab, 
hal-əhval soruşmaq (9, s. 174), aytış - xətir sorus, hal-əhval tut (9, s. 
174), aytın - soruşmağı öz üzərinə al (9, s. 298), aytındı - soruşmağı 
öz üzərinə aldı (9, s. 298), aytınur - soruşmağı öz üzərinə alar (9, s. 
298), aya - ayama, taxma ad, ləqəb (9, s. 299), ayadı - ləqəb verdi (9, 
s. 299), ayar - ləqəb verər (9, s. 299), ayağ - ayama, taxma ad, ləqəb 
(9, s. 299; 11, s. 169), ayağa - ayama, taxma ad, ləqəb (11, s. 169) 
ayık - vəd, vədə, söz vermə (9, s. 150; 10, s. 67), ayıkı - vəd, vədə, 
söz vermə (9, s. 150); “Kəldi manqa tat. Aydım: əmdi yat, Кuşka 
bolup ət, Səni tilər us, böri”. – Gəldi mənə tat, Dedim: indi yat. Quşa 
olub ət, Səni dilər us, börü (9, s. 111); “Əmdi ok aydım”. - Elə indicə 
dedim; “Ol andağ aydı”. - О belə dedi (9, s. 112); “Aşıç ayur: Tübüm 
altun, Kamıç ayur: Mən kayda mən”. - Qazan deyər: Dibim altın, 
Çömçə deyər: Mən hardayam? (9, s. 125); ayık - söz vermə, vəd: 
“Anınq manqa ayıkı bar”. - Onun mənə vədi var (9, s. 150); “Ərdi 


176
DƏDƏ QORQUD ARAŞDIRMALARI
uza ərənlər, Ərdəm bəgi bilik tağ. Aydı öküş ögütlər, Könqlüm bolur 
anqar sağ”. – Keçmişdə ərənlər vardı, ərdəm bəyi, bilgi daği kimi. 
Çoxlu öyüd verərdilər. Könlüm onlara açılır (9, s. 153); “Anqar ay-
dım”. - Ona dedim; “Aydum anqar, səwük, Bizni taba nə əlük, Keç-
tinq yazı kərik, Kırlar ədhiz, bədhük”. - Dedim ona, sevgilim, Bizim 
tərəfə doğru, Böyük dağı keçdin, Necə gəlib çıxdın? (9, s. 157); aytış 
- iki adamın bir-birilə hal-əhval tutması; aytığ - «aytış» mənasında 
olan bir sözdür, kef-hal və buna bənzər şeylər soruşmaq üçün işlə-
dilir; aydı – dedi: “Ol manqa söz aydı”. - О mənə söz söylədi (9, 
s. 225); “Təgür məninq sawımnı bilgəligə ay. Tınur kalı atatsa kıs-
rak səni tay”. – Mənim sözümü bilgələrə çatdır, de: Qısrağın dayı at 
olsa, qısraq dincələr (9, s. 251); ayıttı – söylədi, soruşdu: “Ol manqa 
söz ayıttı”. - О məndən söz soruşdu; “Mən anqar söz ayıttım”. - Mən 
ona söz söylədim (9, s. 257); ayıldı - deyildi, söyləndi: “Anqar söz 
ayıldı”. - Ona soz deyildi; ayturdı - dedirtdi, söylətdi: “Ol manqa söz 
ayturdı”. - О mənə söz söylətdi (9, s. 297); aytıldı – soruşuldu: “Söz 
aytıldı”. - Söz soruşuldu; aytındı - soruşmağı öz üzərinə götürdü: 
“Söz aytındı”. - Söz soruşmağı öz üzərinə götürdü (9, s. 298); aya-
dı – ləqəb verdi: “Xan anqar ayağ ayadı”. - Xan ona ayama, ləqəb 
verdi (9, s. 299); “Eşək ayur: Başım bolsa, sundında suw içgəymən”. 
– Eşşək deyər ki, bircə başım salamat olsun, dənizdən su içərəm (9, 
s. 472); “Urtu turup yağdı anqar kiş okı çığüwar, Aydım: asığ kılğu 
əməs, sən takı yalvar”. – Qarşımda durub, yağdı ona sədəqdən oxlar, 
Dedim: Xeyri yoxdur, istər yüz yalvar (9, s. 473); “Kim ayıp, iştür 
kulak, Ay əwi artuç budak”. - Kim deyib, kim eşidib, Ay evinin ardıc 
budağı olduğunu?; ay - əmri, buyruğu tanımamağı bildirən bir söz, 
ay - xitab ədatı: “Каnçа bardınq, ay oğul, Ərdinq munda inç amul, 
Attın əmdi sən tönqül, Kıldınq ərsə kılmağu”. - Hara getdin, ay oğul, 
Burda rahat, dinc idin. Atdan indi gəl sən dön, Qıldığını onsuz da 
qıldın  (9, s. 142).
XVI əsrdə yazıya alınan, lakin dil va üslubi cəhətlərinə görə daha 


177
Onomastika, Dialektologiya, Etimologiya
əvvəlki dövrlərlə, daha çox IX-XI əsrlərlə səsləşən, atalar sözləri və 
yaxud məsəllərinin toplusu olan “Oğuznamə”də də ay sinkretik kö-
künün “danışmaq”, “səs çıxartmaq” mənasını öz semantikasında qo-
ruyub saxlayan ayıtmaq sözü işlənmişdir. Məsələn: Atalar ayıtmış: 
“Həq Təala müsəlmanların qürbətdə xəstəlıqdan və yigitlikdə ölüm-
dən və pirlikdə yoxsulluqdan saqlasun” (6, s. 18; 1, s. 21).
İ.Nəsiminin yaradcılığında da ay sinkretik kökünün “danışmaq”, 
“səs çıxartmaq” mənasını öz semantikasında qoruyub saxlayan aydır 
sözünün  işləndiyini  bir  daha  görürük.  Məsələn:  Ey  Kəbeyi-həqiqi 
ləlün  nə  zəmzəm  olmuş,  Kim,  susamış  Nəsimi  aydur  ki,  zəmzəm 
oldur  (15, s. 55).
XVI əsrdə yaşayıb-yaratmış Azərbaycanın görkəmli dövlət xa-
dimi və şairi Ş.İ.Xətainin də yaradıcılığında ay sinkretik kökünün 
“danışmaq”, “səs çıxartmaq” mənasını öz semantikasında qoruyub 
saxlayan aydır sözünün işləndiyini müşahidə edirik. Məsələn: Aydır 
ki, bizimlə bağla hümmət, Yar etmiyə ta bu işdə höccət; Dedim ki, 
“Vəcəd fəcud səvabən?” Aydır ki, “Ləəlləni turabən” (24, s. 268).
Aymaq feli müasir dilimizin bir çox dialekt və şivələrində də ak-
tiv şəkildə işləkliyə malikdir. Ədəbi dilin lüğət tərkibində isə bu fel 
öz işləkliyini itirmiş və arxaik sözlər cərgəsinə keçmişdir. 
Bu leksem dialekt və şivələrimizdə aymağ formasında “demək, 
söyləmək” mənalarının ifadəçisi kimi (Füz.) (1, s. 26; 2, s. 23), ay-
dırmax  formasında  “söyləmək”,  “anlatmaq”,  “sezdirmək”,  “başa 
salmaq”, “qandırmaq” mənalarının ifadəçisi kimi (Kürd.) (2, s. 22), 
ayutmağ şəklində “demək”, “söyləmək” mənalarının ifadəçisi kimi 
(Qb., Dər.) də işlədilir: - O, ma: söz aydı (Qb., Dər.) (1, s. 26).
Həmçinin bu gün Azərbaycan dilinin dialekt və şivələrində bir 
qrup  sözlər  işlənir  ki,  bu  sözlər  də  mənşə  etibarilə  aymaq  feli  ilə 
əlaqədardır. Belə ki, bəzi dialekt və şivələrimizdə bir adama el tərə-
findən verilən “ləqəb, ad” mənalarını ifadə edən ayalğa (Bər., İm., 
Şəm.) (2, s. 21), ayama, ayalama (Cul., Nax., Ord., Şah., Şər.) (2, s. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə