D ə d ə qorqudara ş d ı rmalar ı • Folklor, Mifologiya və Etnoqrafiya • Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə66/93
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51012
1   ...   62   63   64   65   66   67   68   69   ...   93

218
DƏDƏ QORQUD ARAŞDIRMALARI
“Basiani”  adlanırdı  (5,  263).  B.Budaqov  və  Q.Qeybullayev  indi-
ki Ermənistanın qərbində, Türkiyə ilə həmsərhəd bölgədə yaşamış 
türkdilli tayfanın yunan və erməni mənbələrində Pasian və Basion 
kimi qeyd olunduğunu yazır. Bu tayfanın adını orada ilk dəfə e.ə. 
V əsr yunan müəllifi Ksenefont çəkmişdir. Pasianlar e.ə. VII əsrdə 
saklarla gəlmişlər. Bu fikri Ksenefontun pasianların skiflərlə (yəni 
saklarla) yanaşı yaşaması haqqında məlumat da təsdiqləyir.
Müəllif yazır ki, Arpasos (Qərbi Arpaçay) çayından 20 fərsəng 
aralıda düzəndə skiflərin ölkəsi yerləşir. Bir fikrə görə pasianlar indi 
Türkiyəyə məxsus olan Qars, Qarıqamış, Kaqızman və Sürməli əra-
zilərində yaşayırdılar. Məhz bu tayfanın adı ilə Araz çayının yuxarı 
axını antik müəlliflərin əsərlərində Pasis (yunanca Fasis) adlanırdı. 
V əsr müəllifi Favst Buzand “B asion mahalı “ ifadəsini işlətmişdir 
(12, 79).
“Kitab”da  adı  çəkilən  Pasinik  toponimi,  çox  güman  ki,  mən-
bələrdə  Pasion  və  Basian  kimi  qeyd  olunan  türkdilli  tayfa  adı  ilə 
bağlı yaranmışdır.
Ədəbiyyat
1. Azərbaycan  toponimləri. Ensiklopedik  lüğət. I c., Bakı, 2007.
2. B.Budaqov, Q.Qeybullayev. Ermənistanda Azərbaycan mənşəli toponimlə-
rin izahlı lüğəti. Bakı, 1998.
3. B.Budaqov, Q.Qeybullayev. Gürcüstanda türk mənşəli toponimlərin izahlı 
lüğəti. Bakı, 2002.
4. B.Xəlilov. Türkologiyaya giriş. Bakı, 2006.
5. “Kitabi-Dədə Qorqud”. Bakı, 1988.
6. “Kitabi-Dədə Qorqud”.  Əsil və sadələşdirilmiş mətnlər. Bakı, 2004.
7. Ə.Tanrıverdi. “Kitabi-Dədə Qorqud və Qərb ləhcəsi. Bakı, 2002.
8. M.Adilov. “KDQ”da işlənmiş bəzi söz və ifadələrin təfsirinə dair” Türk 
dillərinin quruluşu və tarixi. Bakı, 1983.
9.  M.Çobanov,  M.Çobanlı.  Dədə  Qorqud  dünyasına  səyahətdən  parçalar. 
Bakı, 1998.
10. M.Ergin. Dede Korkut kitabı. İstanbul, 1964.


219
Onomastika, Dialektologiya, Etimologiya
11. M.Kaşğari. “Divanü lüğat-it-türk”. I cıld, Bakı, 2006.
12. N.Məmmədov. Azərbaycanın yer adları. Bakı, 1993.
13. Səbahəddin Eloğlu. Zəngəzur hadisələri. Bakı, 1992.
Р е з ю м е
Айнура Алиева
Место  топонимов использованные в эпосе «Книга-маего Деда 
Коркуда» в современных тюркских языках
«Книга-мoего  Деда  Коркуда»  ценный  памятник  в  изучении  истории 
дрености Азербайджанского народа. «Книга» доказывает что Азербайджан 
является  главном  местом  проживания  Огузской  аристократии.  В  «Книге» 
большинство  имен  местностей  относятся  территории  Азербайджана  и 
Восточной Анаdоlии.
S u m m a r y
Aynura Aliyeva
The plase of toponyms which used in the  epos 
”Kitabi-Dede Korkud” in  the contemporary turkic languages
”Kitabi-Dede Korkud” is the valuable monument in studying of Azerbaijan 
nation`s history. “Kitab” proves that Azerbaijan is a main places of the Oghuz 
noblemen. İn “Kitab” there are  most of the places name concern Azerbaijan and 
Eastern Anadoly`s territory.


220
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Yaqut Əliyeva,
ADPU-nun Ümumi dilçilik ixtisası üzrə magistri
BİLƏSUVAR RAYONUNUN BƏZİ ETNONİM 
MƏNŞƏLİ OYKONİMLƏRİ HAQQINDA
Biləsuvar  rayonunun  oykonimləri  tam  şəkildə  tədqiqata  cəlb 
olunmamışdır. Rayon ərazisindəki oykonimlərin hərtərəfli tədqiqatı-
na ehtiyac vardır.  Tayfa, qəbilə adları əsasında yaranmış toponimlər 
onomastikada etnotoponim adlanır. Bu toponimlər xalqımızın qədim 
tarixi ilə bağlıdır. Tayfa və nəsil adları vasitəsilə formalaşan adlar 
tarixi baxımdan daha qədim hesab edilir. Toponimlərdə xalqın ta-
rixinə, keçmişinə, məişətinə, adətinə aid sirlər, həmçinin qədim dil 
quruluşunun, türk mənşəli tayfa birliklərinin izləri yaşayır.
Bildiyimiz  kimi,  tarixən  Azərbaycan  ərazisinə  müxtəlif  dövr-
lərdə bir sıra türk xalqları köç etmiş və burada məskən salmışlar. 
Müxtəlif dövrlərdə buraya oğuz, qıpçaq, səlcuq, bulqar və s. mənşəli 
türk tayfaları gəlmişlər. Türk köklü əhalinin bir qismi də Azərbayca-
nın qədim diyarlarından olan Biləsuvar rayonu ərazisində məskun-
laşmışlar. Bunu Biləsuvar adında yaşayan bulqarların və suvarların 
tarixindən də görmək mümkündür. Biləsuvar rayonu ərazisində məs-
kunlaşan etnoslara bəydili, cürəli, xırmandalı və s. kimi tayfaları mi-
sal göstərmək olar.
Xırmandalı oykonimi. “Azərbaycan Toponimlərinin Ensiklope-
dik lüğəti”ndə Xırmandalı oykonimi haqqında belə yazılıb: “Bilə-
suvar rayonunun eyniadlı i.ə.v.-də kənd. Muğan düzündədir. Yaşa-
yış məntəqəsinin adı türkdilli xırmandalı tayfasının adı ilə bağlıdır. 
Mənbələrdə harmandalu/xarmandalu/xərbəndəlu/xudabəndəlu kimi 
qeydə  alınan  xırmandalıların  adı  bayat  tayfasının  tərkibində  çəki-
lir və Səfəvilər dövlətinin siyasi həyatında mühüm rol oynadıqları 
göstərilir.  Bu  tayfanın  adına  İran  və  İraq  toponimiyasında  da  rast 


221
Onomastika, Dialektologiya, Etimologiya
gəlmək mümkündür. Qubalı Fətəli xan dövründə (1758-1789) xır-
mandalıların bir hissəsi Cənubi Azərbaycanın Ərdəbil əyalətindən 
köçüb  Quba  xanlığının  Müşkür  və  Şabran  mahallarına  gəlmişlər. 
Füzuli rayonundakı Mandılı oykonimi də Xırmandalı adının təhrif 
olunmuş formasıdır” (2. 247 ). Qeyd etdiyimiz kimi, Xırmandalı to-
ponimin arealları İran və İraq ərazisində olduğu kimi, respublikamı-
zın bəzi başqa rayonlarında da vardır. Məsələn, Masallı rayonunda 
eyniadlı kənd və Füzuli rayonunda, Qarabağ silsiləsinin cənub-şərq 
qurtaracağında zirvə. Bu oronim də eyniadlı tayfanın adını daşıyır.
 Bir mənbədə də qeyd olunur ki, vaxtilə Kür çayının bir qolu olan 
Aquşa çayı bir neçə qola parçalanmışdır. Yerli əhali bu hidroqrafik 
proseslərin əmələ gətirdiyi obyektlərə ad vermişlər. Aquşa çayının 
bir qolu da Xırmandalı adlanır. Bu çay Kür-Araz ovalığından-Salyan 
rayonu ərazisindən axır. Görünür, etnos kimi bəhs etdiyimiz xırman-
dalı tayfasının bu ərazilərdə də izləri vardır (6. 187). Mirzəyev M., 
Ağayev Ş. “Masallı toponimləri” kitabında yazırlar ki, “Xırmandalı 
toponiminin “xırman” və “dalı” sözlərindən yaranması ehtimalı var-
dır. Xırman fars sözüdür. Dəni sünbüldən ayırmaq əməliyyatına və 
taxılı döymək, təmizləmək, qurutmaq üçün qabaqcadan hazırlanmış 
dairəvi  düz  yerə  xırman  deyilir.  Fikrimizcə,  Xırmandalı  toponimi 
Harmandalu,  Xarmandalu,  Xərbəndelu  və  bəzən  Xurbəndəli  şək-
lində qaynaqlarda adı çəkilən türkdilli tayfanın bu ərazidə məskun-
laşması  ilə  əlaqədar  yaranmışdır.  Bu  tayfanın  adı  sonralar  fonetik 
dəyişikliyə məruz qalaraq Xırmandalı şəklinə düşmüşdür. Kənd sa-
kinlərinin fikrincə, Xırmandalı keçən əsrdə yaranmış və bu söz “xar” 
(yaxud “xər”) – tikan, “dalı”-dalayan, dələn mənasındadır” (8. 48). 
N.Məmmədov isə qeyd edir ki, “Xırman” sözü türk dillərindəki kar-
man sözünün “xarman” və daha sonra “xırman” formasına düşmüş 
yazılışıdır. Türk dillərindəki karman – “qala” sözü Ağdam rayonu 
ərazisindəki Qarmandağ oronimində də “Qarman” formasında sax-
lanmışdır. Məlum olduğu kimi, Xırmandalı oykonimində də xırman 
məhz karman – “qala” sözünün təhrif formasıdır” ( 7. 66).


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə