D ə d ə qorqudara ş d ı rmalar ı • Folklor, Mifologiya və Etnoqrafiya • Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə74/93
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51012
1   ...   70   71   72   73   74   75   76   77   ...   93

247
yaratmaq, şerdə ahəngdarlığı təmin etmək və fikri yüksək ifadəli-
liklə  əks  etditmək  məqamında  da  əvəzliklərin  təkrarından  istifadə 
olunmuşdur. Dramaturqun “Uçurum” əsərindən aldığımız aşağıdakı 
nümunədə bunu müşahidə etmək olar.
Yıldırım
O qumral saçlar, o çatılmış qaşlar,
O dalğın gözlər, o özgün baqışlar,
Sana pək başqa bir lətafət vermiş,
Inan, kim görürsə eylər pərəstiş.
    
 
(“Uçurum”, səh. 275)
Bədii dildə müəyyən leksik-semantik vahidlərin yanaşı işlənmə-
si və qarşılaşdırılması zamanı da ekspressivlik əmələ  gələ bilir. Bu 
hal H.Cavid yaradıcılığında da özünü göstərir. Dramaturqun əsərlə-
rində bunu əsasən aşağıdakı şəkildə qruplaşdırmaq olar:
1. Sinonimlərin yanaşı işlənməsi zamanı yaranan ekspressivlik. 
Sinonimlər vasitəsilə fikir daha rəngarəng, incə məna çalarlıqları 
ilə ifadə edildiyindən Hüseyn Cavid də dramlarında ifadənin təsirini 
qüvvətləndirmək, ona yeni məna çalarlığı, üslubi rəng qatmaq üçün 
sinonimlərdən istifadəyə geniş yer vermişdir. Məs.:
Orxan
Bütün Dağıstanda var bir şöhrətim,
Yüksək dağlardan böyükdür həşmətim,
Hürmətim, izzətim, varım, sərvətim,
Nəslim, nəcabətim, gücüm, qüdrətim.
Günəş kibi parlayorkən, fəqət bən
Yalnız məftunum sana, ah, yalnız sən!..   
   
 
 
(“Ana”, səh. 14)
Qeyd edək ki, buradakı sinonimlərin bir qismi nisbi sinonimlər-
dir.
2. Antonimlərin  qarşılaşdırılması  nəticəsində  yaranan  ekspres-
sivlik.  H.Cavidin  dram  dilində  antonimlərin  qarşılaşdırılması  ilə 
kəskin təzad (kontrast) yaradılır ki, bu da fikrin emosional, obrazlı 
Onomastika, Dialektologiya, Etimologiya


248
DƏDƏ QORQUD ARAŞDIRMALARI
ifadəsində mühüm rol oynayır. Aşağıdakı misralarda Orxan İsmətə 
müraciət edərək bildirir ki, insafsız olma, mərhəmət elə. Orxan ona 
onsuz yaşaya bilmədiyini, onu çox sevdiyini söyləyir. O bu məqam-
da öz fikirlərini daha təsirli, yüksək ifadəliliklə əks etdirmək məqsə-
dilə antonimlərdən istifadə edir. Aşağıdakı nümunə bu cəhətdən sə-
ciyyəvidir.
Orxan
Mərhəmət qıl, insafsız olma, İsmət!
Ya gəl canımı al, ya ver tazə can,
Iştə sən, iştə xəncər, iştə Orxan! (“Ana” səh.17)
Hüseyn Cavid dramlarında surətlərin daxili aləmini açmaq, on-
ların  fikirlərini  daha  aydın,  təsirli  ifadə  etmək,  nitqdə  emosional-
lıq  yaratmaq  məqsədilə  həm  mütləq,  həm  də  nisbi  antonimlərdən 
özünəməxsus bir sənətkarlıqla istifadə etmişdir. Belə ki, o, aşağıdakı 
III və VI misralarda mütləq, IV və V misralarda isə nisbi, mətni anto-
nimlər yaratmaqla zidd məna ifadə edən məfhumların daha qabarıq 
nəzərə çarpdırılmasına uğurla müvəffəq olmuşdur.
Elxan
Sanki sərsəm yaşayışdan nə çıqar!?
Bəncə bilmərrə bütün insanlar
Həp gözəl olmalı, yaxud çirkin,
Həp fəqir olmalı, yaxud zəngin,
Həp həkim olmalı, yaxud nadan,
Həp mələk olmalı, yaxud şeytan.  (“İblis”, səh. 85-86)
3.  H.Cavidin  pyeslərində  omonimlərin  sayəsində  yaranan  eks-
pressivlik.
Bu vasitə ilə yaradılan omonimliyə nümunə olaraq aşağıdakı sin-
taktik bütövü misal göstərmək olar:
Sevda (gəlir, heyrət və sevinclə)
Nə səadət, yenə yad etdi Vəfa,
Yenə xoş gəldi Səfa, gəldi vəfa.(“Xəyyam”, səh. 64)
Yuxarıdakı misralarda nəzərə çarpdırılan leksemlər, zənnimizcə, 


249
sözün bu yolla yaranan üslubi rənginə - ekspressivliyinə misal ola 
bilər. 
H.Cavid dramlarında sözlər xüsusi təmtəraqlı intonasiya ilə ifadə 
edildiyi zaman da ekspressivlik yaranır. Fikrimizcə, bu xüsusiyyət 
(xüsusi  intonasiya  vasitəsilə  ekspressivlik  yaradılması)  H.Cavidin 
“Xəyyam” dramında Yavərin və camaatın nitqində verilən aşağıdakı 
misralarda öz təsdiqini tapır.
Yavər
Yaşasın qutlu, yenilməz Xaqan!
Camaat
Yaşasın Alp Arslan!
Yavər
Parlayıb bəxti, səadət bulsun!
Camaat
Yaşasın!.. (“Xəyyam”, səh. 39)
H.Cavid fikirlərini doğru, dürüst, səlis və daha canlı şəkildə ifadə 
etmək üçün sözləri xüsusi məharətlə seçib işlətmək bacarığına ma-
lik istedadlı bir dramaturq idi. O, yaratdığı ayrı-ayrı obrazların hiss 
və  həyəcanlarını  təbii,  inandırıcı  tərzdə  oxucuya  çatdırmaq,  nitqi-
nin təsirliliyini, kəsərliliyini artırmaq məqsədilə dramlarında emo-
sional-ekspressiv leksikaya geniş yer ayırmışdır. Yuxarıda gətirilən 
nümunələrdən də anlamaq olur ki, H.Cavid dramlarında ekspressiv-
lik və emosionallığın yaradılması üçün bir çox üsul və vasitələrdən 
istifadə etmişdir.  
Ədəbiyyat
1. Əfəndiyeva T. Azərbaycan dilinin leksik üslubiyyatı. Bakı, 1980, səh.176-
178.
2.  Məhərrəmova  R.  Sabirin  satiralarında  fikrin  ekspressiv-emosional  ifadə 
vasitələri. Azərb.SSR EA “Xəbərlər”i, İctimai elmlər seriyası.№1, 1961, səh.55.
3. Məhərrəmova R. Sabirin satirik şerlərinin leksikası: sinonimlər, omonim-
lər, antonimlər. Azərb.SSR EA, Bakı,1968, 144 səh.
Onomastika, Dialektologiya, Etimologiya


250
DƏDƏ QORQUD ARAŞDIRMALARI
4. Adilov M. Sənətkar və söz. Yazıçı, Bakı,1984, 184 səh.
5.  Dəmirçizadə  Ə.  Azərbaycan  dilinin  üslubiyyatı.  AZƏRTƏDRİSNƏŞR, 
Bakı, 1962, səh.73, 75. 
6. Cəlilova T. “Emosionallığın leksik ifadə vasitələri” (Filologiya məsələləri, 
№1. Bakı, 2001, səh.184-187).
7. Hüseyn C. Əsərləri. V cilddə. II cild. Lider nəşriyyatı, Bakı, 2005, səh.14, 
17, 39, 274, 275.
8. Hüseyn C. Əsərləri. V cilddə. III cild. Lider nəşriyyatı, Bakı, 2005, səh.17, 
45, 85-86.
9. Hüseyn C. Əsərləri. V cilddə. V cild. Lider nəşriyyatı, Bakı, 2005, səh.39, 
64.
РЕЗЮМЕ
Ахмедова Гюльгюн
В драматических произведениях Гусейн Джавида из создавшихся 
средствах использованы экспрессивность и эмоциональность
Гусейн  Джавид  для предания в драматических произведениях своим 
мыслям  большей  убедительности,  образности  и  эмоциональности  часто 
использовал эмоционально-экспрессивную  лексику. В этой статье  сказано о 
разных средствах, используемых драматургом для создания   экспрессивности 
и эмоциональности.
Ключевые  слова:  повторения,  ононимы,  синонимы,  антонимы  и  
своеобразная интонация
SUMMARY
Ahmedova Gulgun
Expressiveness and emotionalism creator means in Huseyn Cavid ‘s drama-
tic works
Huseyn Cavid has used emostional-ekspressive lexical much for the expres-
sing thought in the effective, acute, figurative, emotional in the dramatic works. 
We have spoken from different means which dramatists used for the creating exp-
ressiveness and emotionalism.
Key words: repetitions, homonym, synonym, antonym and special intonati-
on.


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə