D ə d ə qorqudara ş d ı rmalar ı • Folklor, Mifologiya və Etnoqrafiya • Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə71/93
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51012
1   ...   67   68   69   70   71   72   73   74   ...   93

236
DƏDƏ QORQUD ARAŞDIRMALARI
sistemidir. Hər bir üslub ümumxalq dilinin tarixən formalaşmış rən-
garəngliyidir. Üslublar müxtəlif dil səviyyələrində müəyyən dil va-
sitələri toplusunun işlənmə tezliyi ilə səciyyələnir. Üslubların insan 
fəaliyyətinin müxtəlif vəzifələr daşıması onların funksional bölgü-
sünə şərait yaratmışdır. 
Dilçilikdə funksional üslubların yaranmasında dil faktları ilə ya-
naşı ictimai amillər də iştirak edir. Üslublar arasında qarşılıqlı əlaqə 
və münasibət, ümumi və fərqli cəhətlər var. Dilin ictimai funksiya-
ları çox zaman bir-birilə kəsişir. Dilçilikdə funksional üslublardan 
bəhs  edən  sahə  1950-ci  illərdən  formalaşmağa  başlamışdır.  Funk-
sional üslubları yaranma tarixinə görə iki yerə ayırmaq olar: yazıya 
qədərki və yazı dövrünün üslubları. Yazıya qədərki dövrlərdə poetik 
ədəbi söhbət, məişət-ədəbi söhbət, rəsmi-ədəbi söhbət kimi funksi-
onal üslublar olmuşdur. Yazı dövrlərində isə elmi, publisistik, kar-
güzarlıq, arxaik, natiqlik, təntənəli və s. kimi üslublar yaranmışdır. 
Ədəbi  dilimizin  ayrı-ayrı  inkişaf  mərhələlərində  müxtəlif  üslublar 
olmuşdur.  Zaman  keçdikcə  bu  üslublar  kəmiyyətcə  dəyişmiş,  art-
mış, zənginləşmiş, təkmilləşmişdir. Ünsiyyət prosesində dilin lüğət 
tərkibinin leksik qruplarında müxtəlif şəkildə, müxtəlif münasibətlə 
əlaqədar istifadəsi, sözlərin müəyyən məqsədə uyğun seçilməsi nə-
ticəsində ədəbi dilin dil mövzusunu elmi və ya kütləvi şəkildə ifadə 
etmək olar.  Hər iki formanın mövzusu, ideyası eyni olsa da onun 
dinləyicilərə çatdırılması müxtəlif yollarla, müxtəlif vasitələrlə olur. 
Funksional  üslubların  növləri,  kəmiyyəti  və  onların  əhatə  dairəsi 
barədə dilçilər-filoloqlar arasında fikir birliyi yoxdur. Funksional üs-
lubların bölgüsündə dilin insanlar arasındakı vəzifəsi və fəaliyyəti 
(V.Vinoqradov), təfəkkür tərzləri (Ə.Dəmirçizadə) tarixən yaranmış 
kommunikativ ixtisaslaşma (K.Əliyev) əsas götürülür. 
Azərbaycan  ədəbi  (yazılı  ədəbi)  dili  fəal  təşəkkül  prosesində 
ikən,  ümumən  ədəbi  dilin  funksional  üslublar  bölgüsü  mütəfəkkir 
yazıçılarımıza  da  bəlli  idi.  Görkəmli Azərbaycan  şairi  Ə.Xaqani-


237
nin hələ 800 il əvvəl gəlmə ədəbi dil əsaslarına əsaslanaraq verdi-
yi funksional üslubi bölgü elə Azərbaycan yazılı ədəbi dilinin ilkin 
formalaşma mərhələsinə də şamil edilə bilər. Ə. Xaqani alim dostu 
Qütbəddinə yazdığı məktubunda nəsr əsərlərindən və onların üslub 
xüsusiyyətlərindən bəhs edərək demişdir: “Katiblik (nəsrlə yazmaq)  
üç  növdən  artıq  deyil:  dibiranə,  vaizanə  və  mühəqqiqanə.  Lakin 
“ibarələr və sözlə oynamaq üslubları çoxdur”. Y.Seyidov qeyd edir 
ki, Xaqaninin bu bölgüsündə 1) “dibiranə”- bədii və rəsmi kargüzar-
lıq üslubuna, 2) “vaizanə”- dini didaktik üsluba, 3) “Mühəqqiqanə” 
– elmi tədqiqat üslubuna uyğun gəlir. 
Ədəbi dilimizin üslubi növləşmənin ilkin formalaşma (XIII-XIV) 
və erkən təkamül (qismən XIV-XV) mərhələsində klassik üslub xalq 
ədəbi dili üslubunun təkamülü ilə yanaşı getmişdir. 
XIII əsrdən Azərbaycan ədəbi bədii yazılarında üslubi ayrılma 
özünü göstərir. Üslublar differensiallaşır, ədəbi dil bütün əlamətləri 
ilə fəaliyyətə başlayır. Ədəbi dilin inkişafı üçün üslubların yaranma-
sı vacibdir. Üslubların ümumiləşdirilməsində tarixi şərait, dil faktor-
larının differensiallaşması nəzərə alınmalıdır. Üslubi ayrılmada dil 
faktorlarından istifadə, onların sistemləşdirilməsi əsasdır. XII-XIV 
əsrlərdə ədəbi dilin iki üslubu üstün idi: klassik-kitab üslubu və da-
nışıq-folklor üslubu. 
Klassik-kitab üslubunda əcnəbi dil elementləri- leksik və qram-
matik faktorlar boldur. Burada əcnəbi dillərin qəlib halına düşmüş 
ifadələri, cümlələri iştirak edir. Danışıq-folklor üslubunda xalq dili 
xüsusiyyətləri  üstündür.  Klassik-kitab  üslubunun  şeir  və  nəsr  dili 
ərəb-fars sözlərinin çoxluğu ilə səciyyələnir. 
Azərbaycan ədəbi dilinin publisistik üslubu XIX əsrin 70-ci il-
lərindən  fəaliyyətə  başlayır.  XIX  əsrdə  artıq  ədəbi  dilin  aşağıdakı 
üslubları vardı: bədii üslub, publisist üslub, elmi üslub, şəriət üslubu, 
rəsmi-epistolyar üslub. 
Publisistik  üslubda  məqsəd  müəyyən  məlumat  haqqında  xəbər 
Onomastika, Dialektologiya, Etimologiya


238
DƏDƏ QORQUD ARAŞDIRMALARI
vermək və dinləyicilərə təsir göstərməkdir. Bu baxımdan publisis-
tik üslub həm elmi, həm də bədii üsluba yaxındır. Bu üslub öz for-
masına,  məzmununa  və  həcminə  görə  müxtəlifdir.  Dövrün  aktual 
məsələlərinə  həsr  olunmuş  ictimai-siyasi  məzmunlu  qəzet-jurnal 
məqalələri, qəzetlərin baş məqalələri, oçerk, felyeton, çağırış, tənqid 
–biblioqrafiya əhatə olunur. 
Publisistik üslubun üç çaları var: siyasi publisist üslub, bədii-pub-
lisist  üslub,  elmi-kütləvi  üslub.  Bu  üslubların  dilində  standartlıq, 
qəliblilik, vahid formalar özünü göstərir. Bunun leksikasına ədalət, 
bərabərlik, hüquq, həmrəylik, əsarət, müxtariyət və s. sözlər aiddir. 
Publisist üslub müxtəlif janrlarda müxtəlif olur. İctimai- publisist üs-
lub baş məqalələr, intervyu, reportaj, oçerk, felyeton və s. ilə əlaqə-
dar  olaraq  bədii  ictimai  siyasi  məzmunlu  –mövzulu  məqalələrlə, 
tənqidi publisist işlərlə elmi üsluba yaxınlaşır. Burada fəlsəfi, siyasi, 
iqtisadiyyata aid əsərlərdəki ictimai fikirlərin dərin elmi təhlili ilə 
yanaşı, kütləvilik üçün lazım olan bütün xüsusiyyətlərə rast gəlmək 
olur. Bu üslubda yazılmış əsərlər yalnız müəyyən bir siyasi məsələni 
izah etməklə kifayətlənmir, həm də geniş xalq kütlələrini ələ ala bil-
mək  məqsədilə publisistikanın ən vacib cəhətlərindən istifadə edir. 
Publisistik  üslub  öz  xüsusiyyətlərinə  görə  təbliğat-təşviqat  xa-
rakterlidir. Təbliğat-təşviqat xarakterli nitqlərdə çoxlu abstrakt söz-
lər və siyasi terminlər işlədilir. Bu üslubda bədi təsvir vasitələri sər-
bəst tətbiq olunur, ritorik suallara yer verilir, hiss, həyəcan doğuran 
sözlər və ideomatik ifadələr, feli sifət, feli bağlama tərkibli sadə və 
mürəkkəb cümlələr işlədilir. Bu üslubun səciyyəvi cəhətləri aydın-
lıq, dürüstlük, dəqiqlik, sadəlik, anlaşıqlıq sözlərin istehza ilə işlədil-
məsi sarkazm yaratmaq, sitatlar verməkdir. 
Ədəbiyyat
1. Abbasova B. Sözalma hadisəsinin əsasları. Bakı, 1995
2. Abdullayev Ə.Z. Azərbaycan dili məsələləri (elmi əsərlərin toplusu) BDU, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə