D ə d ə qorqudara ş d ı rmalar ı • Folklor, Mifologiya və Etnoqrafiya • Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə68/93
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51012
1   ...   64   65   66   67   68   69   70   71   ...   93

225
dilinin ən mühüm ifadə ve poetik obrazlılıq vasitələrindən biridir. 
Varlığın ziddiyyətli cizgilərinin antonimlərin köməyi ilə təsvirində, 
adətən, emosional mühakimə tərzinin üstünlüyünə nail olur. Anto-
nimlərin əsasında şair antiteza yaradır ki, bu da öz estetik təbiətinə 
xas olaraq müxtəlif anlayışların, obrazların, əlamətlərin əks qütblə-
rini qarşılaşdırır və bu qarşılaşdırma nəticəsində “fikrin ifadəsi üçün 
aforistik dəqiqlik şəraiti yaranır” (4,100). Aşağıdakı nümunədə sino-
nim və antonimlərin bir-birini izləməsinə fikir verək:
Göydə qürub çağı da, dan yeri də gözəldir.
Həyatın sevinci də, kədəri də gözəldir.
Həyat–bir cıdır düzü, bir döyüş meydanıdır.
Hər kəsi öz cürəti, öz qüdrəti tanıdır.
İnci üzə çıxarmı çalxalanmasa ümman?
Bu meydanda heyif ki, daim eniş axtaran,
“Azca aşım, ağrımaz başım” – deyənlər də var.
Kədərdəki nəşəni, zövqü anlamayanlar 
Həyatın nəşəsindən, fərəhindən nə anlar?
Hər kədəri səadət, hər sevinci qəm izlər. 
Əsl könül həm qəmi, həm sevinci əzizlər...         
...Onlar orta yol tutub nə “hə”, nə də “yox”, – dedi.
Havaya nə “istidir”, nə də ki, “soyuq”, – dedi...
...Sən qımışma güləndə, inləmə ağlayanda        
Ağlasan, hönkür ağla, gülsən, qəhqəhə çək gül.
Gülsən də, ağlasan da tamam doysun qoy könül (1, 10).
Nümunədən sezilir ki, sinonimik  və  antonimik təkrarda üslubi 
məna istiqamətinə yad olan heç bir detal yoxdur. Misraların simmet-
rik qurulması da sinonim və antonim sözlərə borcludur. Danışıq dili-
nin sintaktik çevikliyi şeirin dilində məhz bu təkrarın sayəsində əks 
olunmuşdur. Ümumi mətnin linqvistik təhlilində eyni leksik–seman-
Onomastika, Dialektologiya, Etimologiya


226
DƏDƏ QORQUD ARAŞDIRMALARI
tik mənalı sözlərin fəal şəkildə işlənməsində ritm–poetika axtarışla-
rı, poetik əhval–ruhiyyəni yüksək səviyyədə cavablandırmaq, asso-
siativliyə nail olmaq, intellektual, yetkin bədii dillə qələmə vermək, 
canlandırmaq cəhdləri vardır. Buraya şairin sinonim və antonimlər 
vasitəsilə şeir dilinin estetik zənginliklərini təzahür etdirmə cəhdlə-
ri də daxildir. Sinonim və antonimlərin daxili enerjisini, çevikliyini 
səfərbərliyə alıb onları eyni misrada işlətmək üsulu da şeir dilinin 
karına gəlir.
Sevdim! Gecə - gündüz yandım şam kimi
İztirab... Göz yaşı... Min qan, min qada....
...Seyr edib yaxını, gah da uzağı
Bir az seçə bildim qaranı ağdan...
...Evləndim...hicrana son qoymaq üçün
Qurtardı həsrət də, xoş intizar da
İndi də qayğılar artdı günbəgün
Dedim:- Ay səadət, hardasan, harda? (1, 17).
     
“Əksliklərin təmasını görmək və əks etdirmək şairin poeziyasına 
xüsusi ekspressiya gətirir. Məhz buna görədir ki, onun dilində anto-
nimlər  sevimli  və  işlək  semantik  fiqurlardandır. Antonimlər  həyat 
və fikir təzadlarının  onun dilindəki siqnallarıdır; həyatın inkişafını 
təmin edən ziddiyətlərin, bir–birini yetirən ağla qaranın, acı ilə şiri-
nin, ölümlə doğuluşun–dialektik əksliklərin əks–sədasıdır” (3, 116).  
Onun  təsvirindəki  ziddiyətli  lövhələr  bədii  qayənin  bütövlüyünü 
təmin edir, təsvir obyektinin btün təfərrüatlarının oxucuya çatdırır. 
Əks mənalı sözlərin semantikasından doğan təzadlar poetik canlan-
dırmanın əsas stimuluna çevrilir.
Antonimlərin bədii gözəllik yaratma imkanını söz sənətkarımız 
onun varlığını obrazlı şəkildə əks etdirən bədii düşüncə prosesi ilə 
bağlı görür, əksmənalı leksik vahidlərə poetik təfəkkürdə baş verən 


227
inkişaf,  hərəkət,  proses  kimi  baxır.  Həyat  həqiqətlərinə  həssas  və 
fəal münasibəti nəzər çarpdırmaq, lirik qəhrəmanın mənəvi dünya-
sını dolğunluqla ifadə etmək baxımından da əks mənalı sözlər şairin 
poetikasını təyin etməklə müstəsna əhəmiyyətə malikdir.
Ədəbiyyat
1. B.Vahabzadə. Seçilmiş əsərləri. I cild. Öndər nəşriyyatı. Bakı-2004, 328 
səh.
2. B.Vahabzadə. Sənətkar və zaman. Bakı, 1978, 297 səh.
3. T.Hacıyev. Şeirimiz. Nəsrimiz. Ədəbi dilimiz. Bakı, Yazıçı, 1990, 360 səh.
4. M.Hüseynov. Dil və poeziya. Bakı , 2008, 434 səh.  
РЕЗЮМЕ
                       
                                        Асадова Хаяла
Синонимы и антонимы в стихах Бахтияра Вагабзаде 
В статье проанализированы стилистические особенности синонимов и 
антонимов, использованных в стихах Бахтияром  Вагабзаде. Здесь   на основе 
конкретных  примеров  был  проведен  анализ  стилистическо-семантических 
качеств синонимов и антонимов, использованных в текстах стихов.
Ключивые слова: синоним, антоним, поетизм, лексика
SUMMARY
 Asadova Xayala
Synonyms and antonyms in poems Bakhtiyar Vahabzade
In this  article was researched  in common use synonyms and antonyms in 
Bakhtiyar Vahabzadeh’s speech. In this article poetical and semantical features of 
synonyms and antonyms were analysised on basic concrete samples.
Key words:   synonym, antonym, poetic lexica       
Onomastika, Dialektologiya, Etimologiya


228
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Kəbirə Süleymanova,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistrantı
FELDƏ TƏSİRLİLİK-TƏSİRSİZLİK
KATEQORİYASI
Fellər  özünün  leksik-semantik,  morfoloji-sintaktik,  frazeoloji, 
fonetik  xüsusiyyətlərinin  zənginliyi,  rəngarəngliyi,  çox  cəhətliliyi 
ilə,  kateqoriyaların  çoxluğu  və  səciyyəvi  xüsusiyyətləri  ilə  başqa 
nitq hissələrindən seçilir. Bu nitq hissəsi milli orijinallığını, qədim 
izlərini daha yaxşı mühafizə edib saxlayır, söz yaradıcılığında, lüğət 
tərkibinin zənginləşməsində, fikrin başqalarına çatdırılmasında xü-
susi rol oynayır.
Məhz  buna  görə  də  dilimizdəki  felləri  hərtərəfli  tədqiq  etmək, 
onların az öyrənilmiş, az toxunulmuş sahələrini, tədrisdə böyük mü-
bahisələrə  səbəb  olan  təsirlilik-təsirsizlik  kateqoriyasını,  təsirli-tə-
sirsiz fellərin xüsusiyyətlərini faktik dil materiallarına əsasən dəqiq, 
səhih şərh etmək dilçiliyimiz qarşısında duran əsas problemlərdən 
biridir. Bu mövzunun ətraflı şəkildə şərh olunması və araşdırılması 
dilçiliyimizdəki bir sıra mübahisəli məsələlərin həllinə kömək edə-
cəkdir. Təsir  kateqoriyasının  şərhi  aşağıdakı  mövzuların  sərhədini 
dəqiqləşdirməyə kömək edəcəkdir: hərəkətlə obyekt və subyekt ara-
sındakı  münasibət,  vasitəli  tamamlıqla  vasitəsiz  tamamlıqlar,  təsir 
və növ kateqoriyası arasındakı münasibət, təsirlik hallı feli birləş-
mələr, felin bəzən təsirli, bəzən təsirsizlik çıxış etməsi, obyekt və 
subyekt arasındakı münasibətdə sözün semantik mənasının omonim 
və çoxmənalılığın rolu və s.
Məlum olduğu kimi, obyektiv aləmdə müəyyən bir səbəb və tələ-
bat nəticəsində hərəkət baş verir, müəyyən bir vəziyyət yaranır. Bu 
zaman əşya-obyekt az və ya çox dərəcədə, bu və ya digər cəhətdən 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə