D ə d ə qorqudara ş d ı rmalar ı • Folklor, Mifologiya və Etnoqrafiya • Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə76/93
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51012
1   ...   72   73   74   75   76   77   78   79   ...   93

254
DƏDƏ QORQUD ARAŞDIRMALARI
deməkdir.  Toponim  kimi    fonetik  dəyişikliyə  uğrayaraq  Zuvand  
(Azərbaycan  dilinin  qanunauyğunluğuna  görə  iki  sait  yanaşı  gələ 
bilmir, ona gör də “v” bitişdirici samit rolunu oynayır- Zu-v-and)  və 
Orand şəklinə düşmüşlər.
Zuvand toponimi etnonim mənşəlidir. Zuvandlar eramızın ilk əs-
rlərində Mərkəzi və Şərqi Asiyadan gələn türk tayfalarından biridir. 
Zuvand toponimi iki hissədən (zu-(v)-and ) ibarətdir. Zu- qədim türk 
dilində (şumercə )“bilən”, “müdrik” mənasındadır,  -an( -and) isə 
cəmlik bildirən komponentdir. Zuvand sözünün mənası “müdriklər” 
deməkdir.  
Ədəbiyyat
1. Binnətova.G “Azərbaycan dilinin Lerik rayonu şivələri”, Bakı, “Nurlan”, 
2007, - 176 səh. 
2. Qeybullayev Q.  “Azərbaycanlıların etnik tarixinə dair”, Bakı, 1994,
3. Qeybullayev Q. ” Azərbaycan türklərinin təşəkkül tarixi”, Bakı, 1994
4.  Əsgərov  N.  ”  Azərbaycan  makrotponimləri”,  Bakı,    “Elm  və  Təhsil”,  
2009,-  488 səh.
5. Mirzəyev M.“Talış toponimlərinin qısa izahlı lüğəti”, Bakı, 1992
6. Mirzəyev M., Ağayev.Ş“Masallı toponimləri”, Bakı, 1993
7. Yaqublu M. “ Şah Xətai atını zuvandda şahə qaldırmış...”, “Ulduz” jurnalı, 
2009, №  9, səh 44.
      İnternet materialı 
8. Bayramzadə S. “ Qara müqavilədə ağ yalanlar”. http:// www.səs.az. 
9. İnayet A. “ Divanü lüğat-it türk te geçen “Çin” ve “Maçin” adı üzerine. 
http:// www.turkishstudies.net
 
          
РЕЗЮМЕ
Марал  Мустафаева 
О  ЗУВАНДСКОМ ТОПОНИМЕ
Статья  посвящена  происхождению  Зувандского  топонима.  В 
исследовании были рассмотрены мнения азербайджанских лингвистов  об 
этом  топониме.  В  работе  также  предоставлено  личное  мнение  и  выводы  


255
автора статьи. 
Ключевые слова: Зуванд, топоним,  етнотопоним
SUMMARY
Maral Mustafayeva
ABOUT TOPONYM ZUVAND
The article is dedicated to the problem of the origin toponym Zuvand. During 
the discovery this toponym  was researched  having thought in Azerbaycan lingu-
istics. At the same time in this article is given the attitude  and solution of author  
to these thoughts. 
Key words: Zuvand, toponym, etnotoponym.
Onomastika, Dialektologiya, Etimologiya


256
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Nərmin Məmmədova,
ADPU-nun magistrantı
SİFƏT DÜZƏLDƏN -Lİ
4  
ŞƏKİLÇİSİNİN 
TƏDQİQİ TARİXİ
Əşyanın əlamət və keyfiyyətini bildirən, necə? nə cür? hansı? su-
allarından birinə cavab olan, dərəcə kateqoriyasına malik, ismə aid, 
sintaktik vəzifəsinə görə əsasən təyin rolunda çıxış edən əsas nitq 
hissəsi sifət adlanır. Sifətin quruluşca sadə, düzəltmə və mürəkkəb 
növləri vardır. Düzəltmə sifətlər isimdən və feldən düzələn düzəltmə 
sifətlər olmaq üzrə iki qrupa bölünür. Bu  məqalədə  isimdən sifət 
yaradan -li4 şəkilçisinin tədqiqi tarixi haqqında məlumat veriləcək. 
Məhsuldar şəkilçi olub dördvariantlıdır (-lı, -li, -lu, -lü).
“Divanü lüğat-it-türk”də -lı
4
 şəkilçisi -lığ, -lig, -luğ, -lüg forma-
sında işlənmişdir. Əsərdə bu şəkilçi əşya ilə bağlı əlamət və ya sahib-
lik, hər hansı bir əlamətin normadan artıq olduğunu və daxili mənəvi 
keyfiyyət bildirən sifətlər yaradır. Məsələn: otluğ tağ-otlu dağ, atlığ 
ər-atlı adam, körklüg-görklü, gözəl, ağırlığ ər-hər kəs tərəfindən sa-
yılan, ağırlanan, əzizlənən adam, bağırlığ-heç kimə boyun əyməyən 
adam.
“Kitabi-Dədə Qorqud” dastanında -li
4
 şəkilçisi elə olduğu kimi 
də  işlənmişdir.  Hətta  “Divanü  lüğat-it-türk”də  işlənən  “körklüg” 
sifətinə Dədə Qorqudda “görklü”  şəklində rast gəlinir. Məsələn: Dö-
lümündən ağarsa baba görklü. Sevgili qardaş görklü. Saqqallı, bozac 
torağay sayradıqda. Yapağlı kökçə çəmən guzə qalmaz.
B.Çobanzadə “Türk qrammeri” əsərində -lı, -li, -lu, -lü şəkilçi-
sinin  dialekt  və  şivələrdə  necə  işləndiyini  araşdırmış,  əskidən  bü-
tün  türk-tatar  ləhcələrində  -lıq,  -lik  şəklində  işləndiyini  bildirmiş-
dir. Sonrakı dövrlərdə Şimal ləhcələrinin bir çoxunda -liq, -lıq şəkli 
saxlansa da , Cənub və Şimal şivələrinin bəzilərində -liq və -lık-ın 


257
sonundakı k, q düşərək yeni bir şəkilçi yaranmışdır. Məsələn: dağ-
lı, yaralı, gəncəli, kirli və s. H.Mirzəzadə -li
4
 sifət düzəldən şəkil-
çinin  inkişaf  tarixinə  nəzər  yetirmiş,  xüsusilə  XIII-XVIII  əsrlərə 
aid ədəbi materialların dilində hansı formalarda işləndiyini müəy-
yənləşdirmişdir. “Kitabi-Dədə Qorqud” dastanının dilində (Dəmirli 
oxla atmağa qıymadı...) və XVI əsr ədəbi abidələrindən olan “Şü-
hədanamə”də (dəmirlü tavülqə, dəmirlü silah və s.)  təsadüf olunan 
“dəmirlü” sözünü qaydaya uyğun yaranmış sifət hesab etmirdi. Bu 
xüsusiyyətə başqa əsərlərin dilində təsadüf olunmur. Ehtimal olunur 
ki, bu qaydadan döyüş silahlarının keyfiyyətini nəzərə çarpdırmaq 
üçün istifadə olunmuşdur.
Ə.C.Şükürov,  A.M.Məhərrəmov  “Qədim  türk  yazılı  abidələri-
nin dili” adlı əsərdə  -lı
4
 şəkilçisinin qədim uyğur yazılı abidələrin-
də -lıg, -lik, -luk, -lük, -luğ, -lüğ, -lüq variantlarının mövcudluğunu 
müəyyənləşdirmişlər.  Məsələn:  kılınclığ-qılınclı,  kutluğ-xoşbəxt, 
biliklik-bilikli, seviklik-sevimli, körklük-gözəl, atlığ-atlı və s.
-Lıg, -lik şəkilçisi müasir türk dillərinin əksəriyyətində ixtisara 
düşərək -lı
4
 şəklində işlədilir. Lakin həmin şəkilçi müasir xakas, tu-
vin, şor, yakut dillərində öz qədim şəklini müəyyən dərəcədə qoru-
yub saxlaya bilmişdir.
A.H.Vəliyev -lı
4
 şəkilçisinin dialekt və şivələrdə işlənən fonetik 
variantlarını aydınlaşdırmışdır. Bunlar aşağıdakılardır: -nı, -ni (bo-
rannı, enni); -rı, -ri (karrı, torrı, tərri); -dı, -di (otdı, güjdi); -lı, -li 
(higgəli, ehmallı).
Y.Məmmədov “Orxan-Yenisey abidələrində adlar”  əsərində -lı
4
 
şəkilçisinin qədim forması olan -lığ, -lig - in işləndiyi mənaları ay-
dınlaşdırmışdır. Bunlara aid çoxlu nümunələr gətirmişdir. Məsələn: 
...yalan  budunığ    tonlığ  çığan  budunığ  bay  kıltım  (...  çılpaq  yalın 
xalqı geyimli, kasıb-yoxsul xalqı varlı etdim), Kırkız küçlig kağan 
yağımız boltı (Qırğızların güclü xaqanı bizə yağı oldu), ... eblig atı 
Tucayan oğlı, atı Kara çur (... evli adı Tucayan oğlu, adı Qara çur-
dur).
Onomastika, Dialektologiya, Etimologiya


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə