D ə d ə qorqudara ş d ı rmalar ı • Folklor, Mifologiya və Etnoqrafiya • Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə75/93
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51012
1   ...   71   72   73   74   75   76   77   78   ...   93

251
Maral Mustafayeva,
ADPU-nun Azərbaycan dilçiliyi kafedrasının magistrantı
ZUVAND  TOPONİMİ  HAQQINDA
Zuvand    Peştəsər,  Burovar  və Talış  sıra  dağlarının  əhatəsində, 
Qızyurdu və Kömürköy  zirvələrinin arasında yerləşən bir ərazinin 
adıdır.  Hal-hazırda Zuvandın ərazisində  34 kənd yerləşir ki, bun-
ların da əksəriyyətində türklər yaşayırlar.Azərbaycanda sovet haki-
miyyəti qurulandan 1938-ci ilə qədər isə Lerikin bütün ərazisi Zu-
vand rayonu adlanmışdır. 1938-ci illərdən sonra “Zuvand” məfhumu 
(  toponimi  )  ancaq  öz  tarixi  ərazisinə,  əsasən,  “Dağlar  qapısı”  və 
“Nisli körpüsü”ndən cənubda yerləşən vadiyə  Diabar vadisinə (Di-
abar çökəkliyinə) aid edilməyə başladı” (7. 46-47).
Dilçiliyimizdə  “Zuvand” toponimi haqqında fərqli fikirlər möv-
cuddur.Bəzi müəlliflər bu adı talış, bəziləri  fars, bəzilləri də türk 
mənşəli hesab edirlər. M.Mirzəyev  “Talış toponimlərinin qısa izahlı 
lüğəti”ndə yazır: “Fikrimizcə, talışca “zuxvand” sözü fonetik dəyi-
şikliyə məruz qalaraq zuvand şəklinə düşmüşdür. “Zu”-güc, qvvət, 
“xvand”- sahib, yer deməkdir. Zuvand sözünü “zoən”  (Zü-ön), yəni 
oğlanlar, igidlər yeri şəklində mənalandırmaq da olar. Talışın dağlıq 
hissələrindən  rayonumuza  pənah  gətirmiş  bu  tayfalar  məskunlaş-
dıqları əraziyə Zuvand adı vermişlər, yəni Zuvand toponimi etno-
nimlə bağlıdır (5. 42-43). M.Yaqublu yazır: “ Zuvand toponiminin 
özü də talış dilində oğullar, igidlər, ərlər deməkdir. Zuva-oğul, an, 
and- məkan mənasını verən şəkilçilərdir” (7.  56). Zuvand sözünün 
farsca  güclü,  qüvvətli  ,zorlu  mənasını  verən  “zurmənd”  sözündən 
yaranması da ehtimal olunur (5.  42). N.Əsgərov  qeyd edir ki,  bəzi 
mənbələrə Zuvand toponimi Züvənd şəklində yazılır. Züvənd oyko-
nimindəki “ vənd” komponentinin bulqar tayfa   adı ilə bağlı olması 
Onomastika, Dialektologiya, Etimologiya


252
DƏDƏ QORQUD ARAŞDIRMALARI
faktını daha inandırıcı hesab edir. Bu barədə yazır ki, bulqar türk 
tayfalarının cənub bölgəsinin etnogenezində daha fəal iştirak etmə-
sini orada  tarixən və hazırda mövcud olmuş toponimlər də təsdiq 
edir. Bunlara Bolqar çay, Mişar çay hidronimlərini, Bolqar, Göytəpə 
kəndlərini,  Biləsuvar  oykonimini  və.s  onomastik  vahidləri  misal 
göstərmək olar”.
“Azərbaycanın makrotoponimləri” əsərində  Zuvand toponimi-
ni bəzi mənbələrdə Züvənd şəklində yazıldığı qeyd olunur (4. 280-
281).  Fikrimizcə,  Zuvand  toponiminin  Züvənd  şəklində  yazılması 
talışların tələffüzü ilə əlaqədardır. Belə ki, talışlar Azərbaycan dilin-
də  “u” səsi ilə deyilən sözləri “ü” səsi ilə tələffüz edirlər. Məsələn, 
buz-(büz), duz-(düz), yun- (yün) və s. Qeyd edək ki, G.Binnətova 
“Azərbaycan dilinin Lerik rayonu şivələri” əsərində Lerikin, əsasən, 
türklər yaşayan 18 kəndinin əhalisinin dili üzərində tədqiqat apar-
mış və u- ü əvəzlənmisini bu şivələr üçün xarakterik hesab etmir. 
Deməli, u-ü əvəzlənməsi talış dili şivələridə mövcuddur və Zuvand 
sözünün Züvənd şəklində tələffüzü və onun əsasıda yazılması müm-
kündür (1.  20).
 S.Bayramzadə “ Qara müqavilədə ağ yalanlar” məqaləsində ya-
zır: Türkmənçay müqaviləsinin rus və Azərbaycan dilindəki tərcümə 
mətnlərində  4-cü maddədə işlənmiş “ Züvand” adı mətnin fars di-
lində  olan  əslindəkindən  fərqlənir. Türkmənçay  müqaviləsinin  rus 
dilindəki əsl nüsxəsinin 4-cü maddəsində eyni coğrafi məkan adını 
ifadə etmək üçün bir yerdə “Ziland” və sonra  “Zuvant” işlənmişdir. 
Azərbaycan dilinə tərcümədəki mövcud mətnlərdə isə bu “ Züvand” 
kimi getmişdir. Əslində  isə bu coğrafi məkanın adı “Zuvand” kimi 
işlənməlidir (8). Qeyd edək ki, fars dilində “ü” hərfi yoxdur, odur ki, 
Zuvand sözünün Züvand şəkilində yazılması mümkün deyildir. 
“Masllı toponimləri” kitabında zuvand talış dağlarında yaşayan 
bir  tayfanın  adı  kimi  göstərilir  və  qeyd  olunur  ki,  onların    Orand 
tayfaları ilə iki qardaş olması haqqıda maraqlı bir əfsanə mövcuddur. 


253
Xalq əfsanəsində deyilir:
                  Orat Zuvand kəlib Çini-Maçindən,
                  Düşmənləri qırıbdılar içindən. (6. 24).
Bu  əfsanə  həqiqətə  yaxındır.  Belə  ki  ,  əfsanədə  orand  və  zu-
vandlıların  Çini-Maçindən  gəldiyi  söylənilir.Alimcan  İnayetin  Çi-
ni-Maçin dedikdə hansı ərazilərin nəzərdə tutulamsı ilə bağlı dəyərli 
araşdırması vardır.Tədqiqatda məlum olur ki, Çin tarixində qurulan 
dördüncü dövlət  “Qin/Çin” adını daşımışdır. “Qin-Çin” sülaləsi, əs-
lində, günbatandakı türklərə mənsub bir sülalə idi. E.ə 238-ci ildə 
qurulan bu dövlətin 14 il hakimiyyətdə olmuşdur. “Çin “ ölkəsi ilə 
bağlı uyğur əfsnələrində verilən məlumatlarda da görünür ki, bura 
Şərqi Türküstan və Orta Asiya ərazisidir. Alim bu qənaətə gəlir ki, 
Çin  və  Maçin  adları  müxtəlif  dövrlərdə  fərqli  torpaqları,  əraziləri 
ifadə etmişdir. Bu adlar türklərin yaşadıqlar Mərkzi və Şərqi Asiya 
torpaqlarına aiddir (9)
Q.Qeybullayev yazır : “Eranın ilk əsrlərində Mərkəzi Asiyadan 
Cənub-Şərqi Avropaya  hunlar  gəldilər.Hunlarla  birlikdə Albaniya-
ya kəngər, aran, katak, peçenek və s. tayfalar da gəldilər.Aranların 
bir hissəsi Cənubi Azərbaycana ərazisinə keçdi. Orada indi Arançi, 
Oranca, Oranar, Aran və Aranyan adlı kəndlər vardır  ( 2. 78). Qeyd 
edək ki, Lerikdə də Orand və Aran kəndləri  vardır.Yuxarıda deyilən-
lərdən belə nəticəyə gəlmək olar ki,əgər orandlar  eramızın ilk əs-
rlərində    Mərkəzi  və  Şərqi Türküstandan  gələn  türk  tayfalarıdırsa 
və zuvandlarla qardaşdırlarsa, (qardaş tayfa) o halda zuvandlar da  
həmin dövrdə gələn türk tayfalarındandır.
Zuvand və Orand adlarının semantik mənasına haqqıda onu deyə 
bilərik ki, qədim türk dilində (şumercə) “zu” – bilən, müdrik (3. 84),  
“ər” - kişi, igid, döyüşçü  deməkdir. Fikrimizcə , adlardakı –an(and)  
komponenti  cəmlik  bildirir.  Zuan  -  müdriklər,  oran-  ərlər,igidlər 
Onomastika, Dialektologiya, Etimologiya


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə