251
Maral Mustafayeva,
ADPU-nun Azərbaycan dilçiliyi kafedrasının magistrantı
ZUVAND TOPONİMİ HAQQINDA
Zuvand Peştəsər, Burovar və Talış sıra dağlarının əhatəsində,
Qızyurdu və Kömürköy zirvələrinin arasında yerləşən bir ərazinin
adıdır. Hal-hazırda Zuvandın ərazisində 34 kənd yerləşir ki, bun-
ların da əksəriyyətində türklər yaşayırlar.Azərbaycanda sovet haki-
miyyəti qurulandan 1938-ci ilə qədər isə Lerikin bütün ərazisi Zu-
vand rayonu adlanmışdır. 1938-ci illərdən sonra “Zuvand” məfhumu
( toponimi ) ancaq öz tarixi ərazisinə, əsasən, “Dağlar qapısı” və
“Nisli körpüsü”ndən cənubda yerləşən vadiyə Diabar vadisinə (Di-
abar çökəkliyinə) aid edilməyə başladı” (7. 46-47).
Dilçiliyimizdə “Zuvand” toponimi haqqında fərqli fikirlər möv-
cuddur.Bəzi müəlliflər bu adı talış, bəziləri fars, bəzilləri də türk
mənşəli hesab edirlər. M.Mirzəyev “Talış toponimlərinin qısa izahlı
lüğəti”ndə yazır: “Fikrimizcə, talışca “zuxvand” sözü fonetik dəyi-
şikliyə məruz qalaraq zuvand şəklinə düşmüşdür. “Zu”-güc, qvvət,
“xvand”- sahib, yer deməkdir. Zuvand sözünü “zoən” (Zü-ön), yəni
oğlanlar, igidlər yeri şəklində mənalandırmaq da olar. Talışın dağlıq
hissələrindən rayonumuza pənah gətirmiş bu tayfalar məskunlaş-
dıqları əraziyə Zuvand adı vermişlər, yəni Zuvand toponimi etno-
nimlə bağlıdır (5. 42-43). M.Yaqublu yazır: “ Zuvand toponiminin
özü də talış dilində oğullar, igidlər, ərlər deməkdir. Zuva-oğul, an,
and- məkan mənasını verən şəkilçilərdir” (7. 56). Zuvand sözünün
farsca güclü, qüvvətli ,zorlu mənasını verən “zurmənd” sözündən
yaranması da ehtimal olunur (5. 42). N.Əsgərov qeyd edir ki, bəzi
mənbələrə Zuvand toponimi Züvənd şəklində yazılır. Züvənd oyko-
nimindəki “ vənd” komponentinin bulqar tayfa adı ilə bağlı olması
Onomastika, Dialektologiya, Etimologiya
252
DƏDƏ QORQUD ARAŞDIRMALARI
faktını daha inandırıcı hesab edir. Bu barədə yazır ki, bulqar türk
tayfalarının cənub bölgəsinin etnogenezində daha fəal iştirak etmə-
sini orada tarixən və hazırda mövcud olmuş toponimlər də təsdiq
edir. Bunlara Bolqar çay, Mişar çay hidronimlərini, Bolqar, Göytəpə
kəndlərini, Biləsuvar oykonimini və.s onomastik vahidləri misal
göstərmək olar”.
“Azərbaycanın makrotoponimləri” əsərində Zuvand toponimi-
ni bəzi mənbələrdə Züvənd şəklində yazıldığı qeyd olunur (4. 280-
281). Fikrimizcə, Zuvand toponiminin Züvənd şəklində yazılması
talışların tələffüzü ilə əlaqədardır. Belə ki, talışlar Azərbaycan dilin-
də “u” səsi ilə deyilən sözləri “ü” səsi ilə tələffüz edirlər. Məsələn,
buz-(büz), duz-(düz), yun- (yün) və s. Qeyd edək ki, G.Binnətova
“Azərbaycan dilinin Lerik rayonu şivələri” əsərində Lerikin, əsasən,
türklər yaşayan 18 kəndinin əhalisinin dili üzərində tədqiqat apar-
mış və u- ü əvəzlənmisini bu şivələr üçün xarakterik hesab etmir.
Deməli, u-ü əvəzlənməsi talış dili şivələridə mövcuddur və Zuvand
sözünün Züvənd şəklində tələffüzü və onun əsasıda yazılması müm-
kündür (1. 20).
S.Bayramzadə “ Qara müqavilədə ağ yalanlar” məqaləsində ya-
zır: Türkmənçay müqaviləsinin rus və Azərbaycan dilindəki tərcümə
mətnlərində 4-cü maddədə işlənmiş “ Züvand” adı mətnin fars di-
lində olan əslindəkindən fərqlənir. Türkmənçay müqaviləsinin rus
dilindəki əsl nüsxəsinin 4-cü maddəsində eyni coğrafi məkan adını
ifadə etmək üçün bir yerdə “Ziland” və sonra “Zuvant” işlənmişdir.
Azərbaycan dilinə tərcümədəki mövcud mətnlərdə isə bu “ Züvand”
kimi getmişdir. Əslində isə bu coğrafi məkanın adı “Zuvand” kimi
işlənməlidir (8). Qeyd edək ki, fars dilində “ü” hərfi yoxdur, odur ki,
Zuvand sözünün Züvand şəkilində yazılması mümkün deyildir.
“Masllı toponimləri” kitabında zuvand talış dağlarında yaşayan
bir tayfanın adı kimi göstərilir və qeyd olunur ki, onların Orand
tayfaları ilə iki qardaş olması haqqıda maraqlı bir əfsanə mövcuddur.
253
Xalq əfsanəsində deyilir:
Orat Zuvand kəlib Çini-Maçindən,
Düşmənləri qırıbdılar içindən. (6. 24).
Bu əfsanə həqiqətə yaxındır. Belə ki , əfsanədə orand və zu-
vandlıların Çini-Maçindən gəldiyi söylənilir.Alimcan İnayetin Çi-
ni-Maçin dedikdə hansı ərazilərin nəzərdə tutulamsı ilə bağlı dəyərli
araşdırması vardır.Tədqiqatda məlum olur ki, Çin tarixində qurulan
dördüncü dövlət “Qin/Çin” adını daşımışdır. “Qin-Çin” sülaləsi, əs-
lində, günbatandakı türklərə mənsub bir sülalə idi. E.ə 238-ci ildə
qurulan bu dövlətin 14 il hakimiyyətdə olmuşdur. “Çin “ ölkəsi ilə
bağlı uyğur əfsnələrində verilən məlumatlarda da görünür ki, bura
Şərqi Türküstan və Orta Asiya ərazisidir. Alim bu qənaətə gəlir ki,
Çin və Maçin adları müxtəlif dövrlərdə fərqli torpaqları, əraziləri
ifadə etmişdir. Bu adlar türklərin yaşadıqlar Mərkzi və Şərqi Asiya
torpaqlarına aiddir (9)
Q.Qeybullayev yazır : “Eranın ilk əsrlərində Mərkəzi Asiyadan
Cənub-Şərqi Avropaya hunlar gəldilər.Hunlarla birlikdə Albaniya-
ya kəngər, aran, katak, peçenek və s. tayfalar da gəldilər.Aranların
bir hissəsi Cənubi Azərbaycana ərazisinə keçdi. Orada indi Arançi,
Oranca, Oranar, Aran və Aranyan adlı kəndlər vardır ( 2. 78). Qeyd
edək ki, Lerikdə də Orand və Aran kəndləri vardır.Yuxarıda deyilən-
lərdən belə nəticəyə gəlmək olar ki,əgər orandlar eramızın ilk əs-
rlərində Mərkəzi və Şərqi Türküstandan gələn türk tayfalarıdırsa
və zuvandlarla qardaşdırlarsa, (qardaş tayfa) o halda zuvandlar da
həmin dövrdə gələn türk tayfalarındandır.
Zuvand və Orand adlarının semantik mənasına haqqıda onu deyə
bilərik ki, qədim türk dilində (şumercə) “zu” – bilən, müdrik (3. 84),
“ər” - kişi, igid, döyüşçü deməkdir. Fikrimizcə , adlardakı –an(and)
komponenti cəmlik bildirir. Zuan - müdriklər, oran- ərlər,igidlər
Onomastika, Dialektologiya, Etimologiya
Dostları ilə paylaş: |