247
yaratmaq, şerdə ahəngdarlığı təmin etmək və fikri yüksək ifadəli-
liklə əks etditmək məqamında da əvəzliklərin təkrarından istifadə
olunmuşdur. Dramaturqun “Uçurum” əsərindən aldığımız aşağıdakı
nümunədə bunu müşahidə etmək olar.
Yıldırım
O qumral saçlar, o çatılmış qaşlar,
O dalğın gözlər, o özgün baqışlar,
Sana pək başqa bir lətafət vermiş,
Inan, kim görürsə eylər pərəstiş.
(“Uçurum”, səh. 275)
Bədii dildə müəyyən leksik-semantik vahidlərin yanaşı işlənmə-
si və qarşılaşdırılması zamanı da ekspressivlik əmələ gələ bilir. Bu
hal H.Cavid yaradıcılığında da özünü göstərir. Dramaturqun əsərlə-
rində bunu əsasən aşağıdakı şəkildə qruplaşdırmaq olar:
1. Sinonimlərin yanaşı işlənməsi zamanı yaranan ekspressivlik.
Sinonimlər vasitəsilə fikir daha rəngarəng, incə məna çalarlıqları
ilə ifadə edildiyindən Hüseyn Cavid də dramlarında ifadənin təsirini
qüvvətləndirmək, ona yeni məna çalarlığı, üslubi rəng qatmaq üçün
sinonimlərdən istifadəyə geniş yer vermişdir. Məs.:
Orxan
Bütün Dağıstanda var bir şöhrətim,
Yüksək dağlardan böyükdür həşmətim,
Hürmətim, izzətim, varım, sərvətim,
Nəslim, nəcabətim, gücüm, qüdrətim.
Günəş kibi parlayorkən, fəqət bən
Yalnız məftunum sana, ah, yalnız sən!..
(“Ana”, səh. 14)
Qeyd edək ki, buradakı sinonimlərin bir qismi nisbi sinonimlər-
dir.
2. Antonimlərin qarşılaşdırılması nəticəsində yaranan ekspres-
sivlik. H.Cavidin dram dilində antonimlərin qarşılaşdırılması ilə
kəskin təzad (kontrast) yaradılır ki, bu da fikrin emosional, obrazlı
Onomastika, Dialektologiya, Etimologiya
248
DƏDƏ QORQUD ARAŞDIRMALARI
ifadəsində mühüm rol oynayır. Aşağıdakı misralarda Orxan İsmətə
müraciət edərək bildirir ki, insafsız olma, mərhəmət elə. Orxan ona
onsuz yaşaya bilmədiyini, onu çox sevdiyini söyləyir. O bu məqam-
da öz fikirlərini daha təsirli, yüksək ifadəliliklə əks etdirmək məqsə-
dilə antonimlərdən istifadə edir. Aşağıdakı nümunə bu cəhətdən sə-
ciyyəvidir.
Orxan
Mərhəmət qıl, insafsız olma, İsmət!
Ya gəl canımı al, ya ver tazə can,
Iştə sən, iştə xəncər, iştə Orxan! (“Ana” səh.17)
Hüseyn Cavid dramlarında surətlərin daxili aləmini açmaq, on-
ların fikirlərini daha aydın, təsirli ifadə etmək, nitqdə emosional-
lıq yaratmaq məqsədilə həm mütləq, həm də nisbi antonimlərdən
özünəməxsus bir sənətkarlıqla istifadə etmişdir. Belə ki, o, aşağıdakı
III və VI misralarda mütləq, IV və V misralarda isə nisbi, mətni anto-
nimlər yaratmaqla zidd məna ifadə edən məfhumların daha qabarıq
nəzərə çarpdırılmasına uğurla müvəffəq olmuşdur.
Elxan
Sanki sərsəm yaşayışdan nə çıqar!?
Bəncə bilmərrə bütün insanlar
Həp gözəl olmalı, yaxud çirkin,
Həp fəqir olmalı, yaxud zəngin,
Həp həkim olmalı, yaxud nadan,
Həp mələk olmalı, yaxud şeytan. (“İblis”, səh. 85-86)
3. H.Cavidin pyeslərində omonimlərin sayəsində yaranan eks-
pressivlik.
Bu vasitə ilə yaradılan omonimliyə nümunə olaraq aşağıdakı sin-
taktik bütövü misal göstərmək olar:
Sevda (gəlir, heyrət və sevinclə)
Nə səadət, yenə yad etdi Vəfa,
Yenə xoş gəldi Səfa, gəldi vəfa.(“Xəyyam”, səh. 64)
Yuxarıdakı misralarda nəzərə çarpdırılan leksemlər, zənnimizcə,
249
sözün bu yolla yaranan üslubi rənginə - ekspressivliyinə misal ola
bilər.
H.Cavid dramlarında sözlər xüsusi təmtəraqlı intonasiya ilə ifadə
edildiyi zaman da ekspressivlik yaranır. Fikrimizcə, bu xüsusiyyət
(xüsusi intonasiya vasitəsilə ekspressivlik yaradılması) H.Cavidin
“Xəyyam” dramında Yavərin və camaatın nitqində verilən aşağıdakı
misralarda öz təsdiqini tapır.
Yavər
Yaşasın qutlu, yenilməz Xaqan!
Camaat
Yaşasın Alp Arslan!
Yavər
Parlayıb bəxti, səadət bulsun!
Camaat
Yaşasın!.. (“Xəyyam”, səh. 39)
H.Cavid fikirlərini doğru, dürüst, səlis və daha canlı şəkildə ifadə
etmək üçün sözləri xüsusi məharətlə seçib işlətmək bacarığına ma-
lik istedadlı bir dramaturq idi. O, yaratdığı ayrı-ayrı obrazların hiss
və həyəcanlarını təbii, inandırıcı tərzdə oxucuya çatdırmaq, nitqi-
nin təsirliliyini, kəsərliliyini artırmaq məqsədilə dramlarında emo-
sional-ekspressiv leksikaya geniş yer ayırmışdır. Yuxarıda gətirilən
nümunələrdən də anlamaq olur ki, H.Cavid dramlarında ekspressiv-
lik və emosionallığın yaradılması üçün bir çox üsul və vasitələrdən
istifadə etmişdir.
Ədəbiyyat
1. Əfəndiyeva T. Azərbaycan dilinin leksik üslubiyyatı. Bakı, 1980, səh.176-
178.
2. Məhərrəmova R. Sabirin satiralarında fikrin ekspressiv-emosional ifadə
vasitələri. Azərb.SSR EA “Xəbərlər”i, İctimai elmlər seriyası.№1, 1961, səh.55.
3. Məhərrəmova R. Sabirin satirik şerlərinin leksikası: sinonimlər, omonim-
lər, antonimlər. Azərb.SSR EA, Bakı,1968, 144 səh.
Onomastika, Dialektologiya, Etimologiya
250
DƏDƏ QORQUD ARAŞDIRMALARI
4. Adilov M. Sənətkar və söz. Yazıçı, Bakı,1984, 184 səh.
5. Dəmirçizadə Ə. Azərbaycan dilinin üslubiyyatı. AZƏRTƏDRİSNƏŞR,
Bakı, 1962, səh.73, 75.
6. Cəlilova T. “Emosionallığın leksik ifadə vasitələri” (Filologiya məsələləri,
№1. Bakı, 2001, səh.184-187).
7. Hüseyn C. Əsərləri. V cilddə. II cild. Lider nəşriyyatı, Bakı, 2005, səh.14,
17, 39, 274, 275.
8. Hüseyn C. Əsərləri. V cilddə. III cild. Lider nəşriyyatı, Bakı, 2005, səh.17,
45, 85-86.
9. Hüseyn C. Əsərləri. V cilddə. V cild. Lider nəşriyyatı, Bakı, 2005, səh.39,
64.
РЕЗЮМЕ
Ахмедова Гюльгюн
В драматических произведениях Гусейн Джавида из создавшихся
средствах использованы экспрессивность и эмоциональность
Гусейн Джавид для предания в драматических произведениях своим
мыслям большей убедительности, образности и эмоциональности часто
использовал эмоционально-экспрессивную лексику. В этой статье сказано о
разных средствах, используемых драматургом для создания экспрессивности
и эмоциональности.
Ключевые слова: повторения, ононимы, синонимы, антонимы и
своеобразная интонация
SUMMARY
Ahmedova Gulgun
Expressiveness and emotionalism creator means in Huseyn Cavid ‘s drama-
tic works
Huseyn Cavid has used emostional-ekspressive lexical much for the expres-
sing thought in the effective, acute, figurative, emotional in the dramatic works.
We have spoken from different means which dramatists used for the creating exp-
ressiveness and emotionalism.
Key words: repetitions, homonym, synonym, antonym and special intonati-
on.
Dostları ilə paylaş: |