D ə d ə qorqudara ş d ı rmalar ı • Folklor, Mifologiya və Etnoqrafiya • Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə77/93
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51012
1   ...   73   74   75   76   77   78   79   80   ...   93

258
DƏDƏ QORQUD ARAŞDIRMALARI
XIII-XIV əsrlərdən etibarən -lığ, -lig şəkilçisi oğuz qrupu türk 
dillərində, xüsusilə, Azərbaycan dilində son samitini itirərək -lı
4  
şək-
lində sabitləşmişdir. “Kitabi-Dədə Qorqud” dastanında, İ.Nəsiminin, 
Q.Bürhanəddinin və Xətainin əsərlərində bu şəkilçinin yalnız -lı
4
 va-
riantına rast gəlinir. Bunu XIV əsr müəllifi Əbu Həyyanının və İbn 
Mühənnanın  fikirləri  də  təsdiq  edir.  Hətta  bunu  “Orxon-Yenisey” 
abidələrindən gətirəcəyimiz nümunələrdə də görmək olar. Məsələn: 
Kül Tegin yeti otuz yaşına karluq budun erür barır erikli//erkli yağı 
baltı (Kül Tegin iyirmi yeddi yaşında olanda karluq xalqı sərbəst ol-
duğundan güclü yağı oldu).
R.Eyvazova  Kişvəri  “Divan”ının  dilində  dördvariantlı  -lı
4
  şə-
kilçisinin ancaq -lü variantının işləndiyini qeyd etmişdir. Məsələn: 
Xeyrlü baxış gegül qoyun saru qəssabının. Sürməli çeşmin gözüm-
dən bərlü qan eylər yenə. Divanda bu şəkilçinin qədim forması olan 
-lıq, -lığ çox az işlənmişdir. Məsələn: Nə bəlalığ gün idi kim aşina 
buldum sana. Eyni zamanda burada heç bir yerdə rast gəlinməyən 
-lıq şəkilçisinin -ğu variantı da işlənmişdir. Məsələn: Yox irax gecə 
qəranğu kimsə yox başarıcı.
Ş.X.Xəlilov -lı
4
 sifət düzəldən şəkilçinin “Əsrarnamə”nin dilində 
necə işləndiyini müəyyənləşdirmişdir. Kişvərinin “Divan”ında oldu-
ğu kimi burada da şəkilçinin ancaq -lü variantı ilə sifət düzəlmişdir. 
Məsələn: dürlü, görklü və s. ”Dedi İskəndər həkimə, ey ulu, əql içün-
də qamumuzdan böyüklü” nümunəsində -lü şəkilçisi sifətə artırılıb. 
Bu da təsadüfi haldır. Lakin bunu düzəltmə söz kimi vermək düzgün 
olmaz. Burada yeni mənalı söz yaranmır, “böyüklü” deyəndə şəxsin 
əqli keyfiyyətinin üstünlüyü daha qabarıq nəzərə çatdırılır. Bu ha-
disəyə XVI əsr Azərbaycan yazılı abidəsi “Şeyx Səfi” təzkirəsində 
də rast gəlinir. Belə maraqlı dil hadisəsi bu gündə qaraim dilində 
yaşamaqdadır.
Ə.Rəcəbli “Göytürk dilinin morfologiyası” kitabında bu şəkilçi 
ilə düzələn sifətlərə aid nümunələr vermişdir. Məsələn: İnili, eçili 
kinşürtükin üçün, bəgli, bodunlığ yonşürtukin üçün türk bodun il-


259
lədükilin  ıçğınu  idmıs  (Kiçikli,  böyüklü  dalaşdırdığı  üçün,  bəyli, 
xalqlı savaşdırdığı üçün türk xalqı düzəltdiyi elini dağıtmış). Turuk 
bukalı, səmiz bukalı arkada bilməz (Arığ buğalı, kök buğalı arxadan 
bilməz). M.Hüseynzadə və Buludxan Xəlilovun -lı
4
 şəkilçisi ilə bağ-
lı fikirləri demək olar ki, üst-üstə düşür. Hər ikisi bu şəkilçinin yalnız 
isimlərə və feldən düzələn isimlərə artıraraq sifət yaratdığını qeyd 
etmişdir.  Çoxlu sözünün isə istisnalıq təşkil etdiyini bildirmişlər. Bu 
da -lı
4
 şəkilçisinin omonimlik xüsusiyyəti ilə əlaqədardır. Beləki -lı
4
 
şəkilçisi həm sifət düzəldən, həm isim düzəldən, həm də say düzəl-
dən şəkilçi kimi çıxış edir.
Azərbaycan  SSR  Elmlər  Akademiyası  Nizami  adına  Ədəbiy-
yat və Dil İnstitunun nəşri olan “Azərbaycan dilinin qrammatikası” 
kitabında kəndli, şəhərli, imişli tipli sözlər isimləşmiş sözlər kimi 
verilmişdir.  Burada  -lı
4
  şəkilçisinin  omonimlik  xüsusiyyəti  nəzərə 
alınmamışdır. Lakin Buludxan Xəlilov buna münasibətini bildirərək 
haqlı olaraq  bu tipli sözləri düzəltmə isimlər kimi qeyd etmişdir. 
Bunlar  cümlə  daxilində  sintaktik  vəzifəsinə  görə  sifətləşərək  tə-
yin rolunda çıxış edə bilir. F.Zeynalov “Türk dillərinin müqayisəli 
qrammatikası” kitabında müxtəlif türk xalqlarının dilində -lı
4
 şəkil-
çisinin köməyi ilə düzələn sifətlərə aid çoxlu nümunələr vermişdir. 
Məsələn: bilikli (şagird), ağıllı (məsləhət) (Az); akıllı, atlı, qayratlı 
(türkmən); pullu, sakallı, ufkeli (qaqauz); aşulı, arlı, paydalı (qazax);  
anlı,  aklı (tatar); miltikli, küçli, sütli (özbək); tatlı, dehşetli, sütlü 
(türk) və s. Ə.Tanrıverdi  “Azərbaycan dilinin tarixi qrammatikası”  
kitabında  -lı
4
 şəkilçisinin inkişaf tarixini dəqiq müəyyənləşdirmiş-
dir. “Orxon-Yenisey” abidələrindəki -liğ, -lig şəkilçisi dilimizdə son 
səsini itirmiş vəziyyətdə sabitləşmişdir. Həm də bu sabitləşmə  ən 
azı “Kitabi-Dədə Qorqud”  dövrünə təsadüf etdiyini bildirmiş, Dədə 
Qorquddan və klassik şairlərimizin əsərlərindən  çoxlu nümunələr 
gətirmişdir. Məsələn: Qafalu-börklü başın kəsmiyincə... Təxt  vergil, 
- ərdəmlidir!... Binər olsun, hünərlidir! (“Kitab”);  Necə sən qanlu 
yürəgümün qanına qanasan (Q.Bürhanəddin);  Axdı yenə qanlı yaş 
Onomastika, Dialektologiya, Etimologiya


260
DƏDƏ QORQUD ARAŞDIRMALARI
gözümdən. Bir dəxi var onda ey vəfalı (Xətai);  Sürməlü çeşmün 
gözümdən bərlü qan eylər yenə (Kişvəri);  Dünya yeddi başlı, əjda-
hadır, Əndişeyi-ülfəti xətadır (Füzuli).
Ədəbiyyat
1
. M. Kaşğari “Divanü lüğat-it-türk. Bakı – 2008.
2. “Kitabi-Dədə Qorqud”, Bakı – 1962.
3. B.Çobanzadə “Türk qrammeri” , Bakı – 1924.
4. Az. SSR Elmlər Akad-sı Nizami adına Ədəb. Və Dil İnstitu “Azərbaycan dilinin 
qrammatikası” , I hissə, Bakı – 1951.
5. H.Mirzəzadə “Azərbaycan dilinin tarixi qrammatikasına aid materiallar” , Bakı – 
1953.
6.  Ə.C.Şükürov, A.  M.  Məhərrəmov  “Qədim  türk  yazılı  abidələrinin  dili”  ,  Bakı  – 
1976.
7. H.Vəliyev “Azərbaycan dialektologiyası” , Bakı – 1975.
8. Y.Məmmədov “Orxon-Yenisey abidələrində adlar”, II hissə, Bakı – 1981.
9.R.Eyvazova “Kişvəri “Divan”ının dili” , Bakı – 1983.
10. Ş.X.Xəlilov “Əsrarnamə”nin dili” , Bakı – 1988.
11. Ə.Rəcəbli “Göytürk dilinin morfologiyası” , bakı – 2002.
12. M.Hüseynzadə “Müasir Azərbaycan dili”.  Morfologiya. III hissə, Bakı – 2007.
13. F.R.Zeynalov “Türk dillərinin müqayisəli qrammatikası” , I hissə, Bakı – 2008.
14. Ə.Tanrıverdi “Azərbaycan dilinin tarixi qrammatikası” , Bakı – 2010.
Резюме
В статье прослежена путь развития окончания –лы
4
, образующего прилагательное, 
начиная  с  “Дивани  лугати-ат-турк”  по  настоящему  времени,  освещены  мнения 
разных лингвистов об этом окончании.
Ключевые слова. Окончания –лы
4
, “ Дивани лугати-ат-турк», «Деде Коркут».
Conclusion
In the article traced way of development of completion of - lı
4
 formative an adjective, 
since “ Divanü lüğat-it-türk “ on present tense, opinions of different linguists are lighted up 
of this completion.
Key words. - lı
4
 suffix, “Divanu Lûgat-it-turk”, “Dede Korkut” .


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə