D ə d ə qorqudara ş d ı rmalar ı • Folklor, Mifologiya və Etnoqrafiya • Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə80/93
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51012
1   ...   76   77   78   79   80   81   82   83   ...   93

269
P E D A Q O G I K A , 
F Ə L S Ə F Ə   V Ə
P S I X O L O G I YA


270
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Səlimə Məmmədova
«Dədə Qorqud» elmi-tədqiqat 
 laboratoriyasının kiçik elmi işçisi
«DƏDƏ QORQUD» KİTABINDAKI DAVRANIŞ VƏ
RƏFTAR QAYDALARININ XII ƏSRƏ QƏDƏR 
TÜRK PEDAQOJİ FİKRİNDƏ YERİ
İnsan  fəaliyyəini,  psixologiyasını,  mil-
lətlərin və xalqların tarixi, mədəni və sosial 
inkişafını bir sıra elm sahələri öyrənir. Bu 
elm  sahələri  arasında  pedaqogika  elminin 
müstəsna yeri var. Pedaqogika elmi vasitə-
silə  gələcək  nəslin  təlim-tərbiyə  işləri  icra 
edilir,  bununla  yanaşı  demək  lazımdır  ki, 
pedaqogika  mütləq  keçmiş  tərbiyə  üsulla-
rını təhlil və araşdıran bir xüsusi elm sahəsidir. Bir çox alimlər pe-
daqogika elmini tərif edərkən onun mürəkkəb, dialektik mahiyyətini 
qabardaraq zəngin nəzəri və praktiki materiallarını tədqiq edərək bu 
elmi ictimai hadisələri öyrənən elm sahələri arasında xüsusi tutuma 
malik elm kimi əsaslandırmışlar. 
Müasir pedaqoji fikir tarixində XVII əsrin böyük nəzəriyyəçisi 
Y.A.Komenski  pedaqogika  elminin  banisi  hesab  edilir.  Bu  heç  də 
pedaqoji fikrin məhz XVII əsrlə bağlı mütəşəkkil surətdə sistemə sa-
lınmasını ifadə etmir. Çünki pedaqogika elmi artıq Y.A.Komenskiyə 
qədər zəngin pedaqoji irsə, qabaqcıl pedaqoji təcrübəyə malik idi. 
Pedaqogika tarixi qədim dövrlərlə səsləşir. İlk insanın formalaşdığı, 
ilk cəmiyyətin meydana gəldiyi dövrdən tərbiyə, davranış məsələləri 
aktual ictimai problemlərdən olduğu üçün məhz pedaqoji fikir tarixi-
nin izləri də də qədim dövrlərə gedib çıxır. Ə.Paşayev və F.Rüstə-
movun  fikrincə:  «Pedaqogika  elmi  sosial  elmdir.  Belə  fikir  vardır 


271
ki, guya ancaq təbiət və texnikaşünaslıq elmləri istehsal qüvvəsinə 
çevrilmişdir. Sosial elmlər isə sosial-dəyişdirici qüvvəyə malik de-
yil. Elmi biliklərin ayrı-ayrı sahələrinin bir-birinə qarşı qoyulmasını 
düzgün hesab etmək olmaz» (2; 11).
Pedaqogika  elmi  pedaqoji  iş  təcrübəsinə  əsaslanır.  Pedaqoji  iş 
ictimai əsaslarla tənzimləndiyindən cəmiyyətin sosial, milli, mənəvi, 
elmi, dini və tərbiyə anlayışlarını dərindən əks etdirməli və doğru is-
tiqamətin seçilməsinə istinad etməlidir. Bu cəhətdən pedaqoji təfək-
kür xalqın qədim və müasir milli dəyərlərinə söykənir. Ona görə də 
pedaqogika elminin inkişafına təkan verən tarixi materialları təhlil 
etmək və araşdırmaq xüsusi prinsipial məqamlardandır.
Hər bir millətin özünəməxsus tarixi inkişaf prinsipləri mövcud 
olmuşdur. Bu milli prinsiplər xalqın mədəni-mənəvi həyatını, siyasi 
durumunu  və  sosial  inkişaf  mexanizmini  əhatə  etmişdir.  Nəticədə 
bu və ya digər tərəqqiyə, yüksəlişə səbəb olan amilləri məhz xalqın 
dünyagörüşü  və  milli  dəyərlərində  əsaslandırmaq  imkanları  üzə 
çıxır. Məhz bu baxımdan «Dədə Qorqud» kitabının pedaqoji aspek-
tdən tədqiqi xüsusi elmi mahiyyət daşıyır. Tarixi, mədəni irsimizin 
başlıca əlaməti və xəzinəsi olan «Kitabi-Dədə Qorqud» müasir döv-
rümüzdə də pedaqogika elmi üçün maraqlı materiallar təqdim edir. 
Bu zəngin ədəbi-tarixi irsimizi pedaqoji fikrin inkişaf istiqamətindən 
tədqiqata cəlb edərək nəinki tarixi reallıqları əsaslandırmaq müm-
kündür,  eyni  zamanda  xalqımızın  müasir  davranış  tərzini,  mədəni 
potensialını dəyərləndirmək mümkündür.
«Dədə  Qorqud»  kitabı  pedaqoji  fikir  tarixində  müxtəlif  is-
tiqamətlərdə  araşdırmalara  cəlb  edilmişdir.  Müasir  tədqiqatımızda 
bu ədəbi-tarixi abidəyə pedaqogika elminin spesifik tədqiq obyekti 
olan davranış psixologiyası və rəftar qaydaları baxımından müriciət 
etmək istərdik. «Dədə Qorqud» kitabının tədqiqində xalqın bir sıra 
maraqlı davranış spesifikasına və rəftar qaydalarına malik olması-
nı müşahidə edə bilərik. Bunları aşağıdakı şəkildə ümumiləşdirmək 
olar.  Davranış-rəftar  qaydaları  və  psixologiyasını  bu  ədəbi-tarixi 
Pedaqogika, Fəlsəfə, Psixologiya


272
DƏDƏ QORQUD ARAŞDIRMALARI
abidədə aşağıdakı münasibətlərdə müşahidə edirik: 
1. Milli-mənəvi dəyərlərin mahiyyətində görmək olar – toy-dü-
yün mərasimlərində; advermə, adaxlanma, açıq döyüş səhnələrində; 
ovçuluq və təsərrüfat münasibətlərində; niqabla gəzmə və yaşmaq-
lanma davranışlarında; demokratiya məsələlərinin qabardılmasında; 
Qalın Oğuz daxilində mövcud olan İç Oğuz və Daş Oğuz münasibət-
lərində; dini və milli inamlar sistemində (Axır zamana, axirətə, aqi-
bət və Allaha münasibətdə; Xızır, Oğuz, Qorqud ataya və Qorqudçu 
ozan obrazlarında, aşıq idealında əksini tapır) əks olunur.
2. Ayrı-ayrı şəxslərə münasibətdə rəftar fərqliliyinin əyani təza-
hürünu vermiş olur. Burada Bayandır xana, Dirsə xana, Qazan xana, 
Bəkilə, Aruza, Basata, kafir məliklərinə, rəiyyət və bəylərə xüsusi 
fərqli rəftarları müşahidə edə bilərik.
3. Dastanda davranış estetikasının mahiyyətində xüsusilə seçilən 
məqamlar da vardır ki, bunları – andlarda, alqış və qarğışlarda, ha-
lallıq məsələlərində, vədlərdə, müraciət tərzlərində, tərif və təşbeh-
lərdə görə bilərik.
4. Müxtəlif situasiyalarda rəftarın vəziyyətə uyğun deyil, məhz 
qəbul olunmuş davranış qaydalarına müvafiqliyi şəklində müəyyən 
olunmasının  şahidi  oluruq.  Məsələn,  ağac,  qurd,  it,  qopuz,  at,  qı-
lınc  kultlarına  münasibətdə  «can  yerinə  can»  süjetində,  ailədaxili 
münaqişələrdə, adətə və ənənələrə sədaqətin təzahürlərində geniş və 
qabarıq üzə çıxan ictimai-sosial davranış qaydaları ayrı-ayrı şəxslə-
ri deyil, bütövlükdə oğuz cəmiyyətinin mədəni həyatını ifadə etmiş 
olur.
«Dədə Qorqud» kitabı müasir dövrümüzdə də əhəmiyyətli dərə-
cədə həyatımıza təsir edə biləcək qüvvədə olan dəyərlərin təmsilçisi 
rolunu oynaya bilər. Bu abidə pedaqoji fəaliyyət sahəsində əvəzsiz 
mövqeyə malikdir. Yeni nəslin tərbiyəsində, milli ruhun bərpasında 
mühüm məzmun və ideoloji mahiyyət daşıması ilə hələ də öyrənil-
məyə ehtiyac duyulan dastanlardandır.
«Dədə  Qorqud»  kitabının  tədqiqatında  xalqın  pedaqoji  təsəv-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə