|
D ə d ə qorqudara ş d ı rmalar ı • Folklor, Mifologiya və Etnoqrafiya • Onomastika, Dialektologiya və Etimologiya
297
Gözəl atın qarımışdı, qulun verdi axır!
Dəvələrin qarımışdı, köşək verdi axır!
Qoyunların qarımışdı, quzu verdi axır!
On altı illik həsrətin- oğlun Beyrək gəldi axır!
Qayınata, qayınana, nə muştuluq verəsiz mənə! (1).
Oğuzlarda ataya olan hörmət və ehtiram «Qazılıq Qoca oğlu
Yeynək boyu»nda da təsvir edilmişdir. O, bir yaşında ikən atası
Qazılıq Qoca dustaq düşür. Lakin Yeynək 16 yaşınadək onu ölmüş
bilir. Günlərin birində atasının dustaq olduğunu eşidən Yeynək bu
xəbərdən sarsılır. Atasına olan ehtiramı, onun ürəyini yerindən oyna-
dır. Bayandur xanın yanına gəlir. Yeynəyin Bayandur xana müraciəti
gənc Oğuz igidinin ataya-böyüyə olan hörmət və ehtiramın nümunə-
si kimi xarakterizə olunur:
Səhər çağı sərt yerdə tikilən
Hündür evli!
Atlaslardan yapılmış göy alaçıqlı!
Çağıranda hay verən, yolu çavuşlu!
Süfrəsindən yağ tökülən, bol nemətli!
Bütün igidlərin arxası,
Yoxsulların ümidi!
Türküstanın dirəyi!
Tüklü quşun balası!
Amit soyunun aslanı!
Qaracığın qaplanı!
Dövlətli xan mənə kömək! (1).
Qoşun ver, məni atamın dustaq olduğu qalaya göndər!
Oğuz igidlərinin böyüyə hörməti, ulu Tanrıya olan ehtiram,
məhəbbət və inamından irəli gəlir. Qazlıq Qoca oğlu Yeynək Allaha
sığınıb deyir:
Ucalardan ucasan!
Kimsə bilməz necəsən, əziz tanrı!
Sən anadan doğulmadın, sən atadan olmadın,
Pedaqogika, Fəlsəfə, Psixologiya
298
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Heç kimin malını yemədin
Kimsəyə güc etmədin.
Hər yerdə əhədsən, allahu səmədsən!
Adəmə sən tac qoydun,
Şeytana lənət etdin.
Bir günaha görə qapından qovdun
Nəmrud göyə ox atdı,
Qarnı yarıq balığı qarşıya tutdun.
Böyüklükdə həddin yox,
Sənin boyun-qəddin yox,
Ya bədənin, cəddin yox!
Vurduğunu ulatmayan ulu tanrı!
Basdığını bildirməyən bəlli tanrı!
Apardığını göyə yetirən əziz tanrı
Qəzəbləndiyini batırıb-boğan acıqlı tanrı!
Birliyinə sığındım, qadir tanrı!
Qara donlu kafirə qarşı at sürürəm,
İşimi sən başa vur, sən kömək et! (1).
Tanrıdan aldığı güc və qüvvət, atasına olan sonsuz məhəbbət
Yeynəyin qoluna güc, möhkəmlik verir. Yeynək atasını dustaqlıqdan
azad edir, azadlığa qovuşdurur.
Dastanda anaya olan hörmət və ehtiram, sonsuz məhəbbət aparı-
cı xətlərdən birini təşkil edir. Ana məhəbbəti, anaya ehtiram duyğu-
ları oğuz gənclərinin mənəvi zənginliyindən, dəyərlərə bağlılığından
xəbər verir. Anaya sonsuz məhəbbəti öncə Qazan xanın timsalında
təhlil etmək istərdim. Qazan xanın Oğuz igidlərinə şəxsi münasibət-
ləri anasına olan məhəbbətində də özünü büruzə verir. «Salur Qaza-
nın evinin yağmalandığı boy»dan məlum olur ki, Şöklü Məlik Qa-
zan xanın evini, obasını yağmalayır, ailəsini, anasını əsir alıb aparır.
El-obasını xilas etməyə gedən Qazan xan Şöklü Məliyə deyir:
Ay Şöklü Məlik!
Qızıl tağlı uca evlərimi götürüb gəlmisən,
299
Sənə kölgəlik olsun!
Qiymətli xəzinəmi, bol gümüşümü götürmüsən,
Sənə xərclik olsun!
Qırx incə belli qızla Burla xatunu gətirmisən,
Sənə əsir olsun!
Qırx igidlə oğlum Uruzu gətirib gəlmisən,
Sənə qulun olsun!
Tövlə-tövlə şahanə atlarımı gətirib gəlmisən
Sənin miniyin olsun!
Qatar-qatar dəvələrimi gətirib gəlmisən,
Sənin yükünü daşısın!
Qoca anamı gətirmisən, ay kafir,
Anamı ver mənə!
Savaşmadan, vuruşmadan qayıdım geri,
Dönüm gedim! (1)
Göründüyü kimi, Oğuz elinin başçısı, baş qəhrəmanı Qazan xan
ana yolunda bütün var yoxundan keçir. Oğuz elində ana mövqeyini,
ana nüfuzunu qoruyan bir sərkərdə kimi danışır. O, anasına olan son-
suz məhəbbətini nümayiş etdirməklə həm də Oğuz igidlərinə anaya
məhəbbət və hörmət hisslərini aşılayıb təlqin edir.
Oğuz igidlərinin anaya hörmət və ehtiramının kökündə isə na-
mus, qeyrət dayanırdı. Onlar haqlı olaraq oğuz qızının, oğuz qadı-
nın kafir əsirliyində qalmasını, el-obanın adına ləkə hesab edirdilər.
Namus, qeyrət yolunda canlarını çəkinmədən qurban verirdilər. Təki
oğuz elinin adına ləkə gəlməsin.
Oğuz igidlərinin qadına, anaya bəslədikləri məhəbbət kimi, onun
qadınları da həyat yoldaşlarına böyük ehtiramla yanaşırdılar. «Dirsə
xan oğlu Buğac xan boyu»nda Dirsə xanın əsir düşdüyünü duyan
kimi anası oğluna deyir:
Görürsənmi, ay oğul, nələr oldu?!
Sərt qayalar oynamadı, yer ovuldu.
Eldə düşmən yoxkən atanın üstünə düşmən gəldi.
Pedaqogika, Fəlsəfə, Psixologiya
300
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Atanın o qırx namərd yoldaşı onu tutdu.
Ağ əllərini ardına bağladılar.
Ağ boynuna qılsicim taxdılar.
Özləri atlı, atanı piyadə yeritdilər.
Alıb uzaq kafir ellərinə yönəldilər.
Xan oğlum! Qalxıb yerindən ayağa dur!
Qırx igidi dəstəsinə qat!
Atanı o qırx namərddən qurtar!
Yenri, oğul!
Atan sənə qıydısa da, sən atana qıyma!-dedi (1).
Oğuz igidləri duşmən qarşısında cəsarətlə dayanan, el-obanın
namus və qeyrətinin qoruyucusudurlar. Bu səbəbdən onların hörmət
və ehtiramı hamı tərəfindən qorunur. Onlara xüsusi ehtiram bəsləni-
lir.
Ağsaqqala, böyüyə hörmət Oğuz elində yaşayan hər bir insa-
nın ümdə vəzifəsidir. Yolundan dönmüş, mənəvi dəyərlərə, adət-
ənənələrə xəyanət etmiş insanların cəzalandırılması «Basatın Təpə-
gözü öldürdüyü boy»da ölüm ayağında olan Təpəgözün dili ilə
açıqlanır:
Ağsaqqalın qarğışımı tutdu ola, gözüm, səni?
Ağ birçəkli qarıları çox ağlatmışam,
Anaların göz yaşımı tutdu ola, gözüm səni?
Bığ yeri tərləmiş cavanları çox yemişəm,
Cavanlıqlarımı tutdu ola, gözüm səni?
Əlləri xınalı qızcığazları çox yemişəm,
Ovucları-qarışları tutdu ola, gözüm səni?
Belə ki, mən çəkirəm gözümün göynəmini,
Heç kimə verməsin allah göz yükü, göz qəmini!
Gözüm, gözüm, ay gözüm, yalnız gözüm! (1).
Göründüyü kimi, dastanın qəhrəmanları tutduqları mövqelərin-
dən, ictimai statuslarından, yaşlarından asılı olmayaraq ağsaqqal
nüfüzunu, ağsaqqal müqəddəsliyini qəbul edir, ona sığınır, müqəd-
Dostları ilə paylaş: |
|
|