D ə d ə qorqudara ş d ı rmalar ı • Folklor, Mifologiya və Etnoqrafiya • Onomastika, Dialektologiya və Etimologiya


Onomastika, Dialektologiya, Etimologiya



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə61/93
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51012
1   ...   57   58   59   60   61   62   63   64   ...   93

203
Onomastika, Dialektologiya, Etimologiya
əsər dilimizin formalaşmasında, onun inkişafında çox böyük rol oy-
namışdır. Biz hər iki əsərin əsas nitq hissələrinə müasir Azərbaycan 
dili kontekstindən yanaşaraq müəyyən etdik ki, əsərlərin morfoloji 
xüsusiyyətləri bugünkünə nisbətən fərqli tələffüz olunmuş və zama-
nın süzgəcindən keçərək indiki halına gəlib çıxmışdır.  
Ədəbiyyat
1. “Kitabi-Dədə Qorqud” əsil və sadələşdirilmiş mətnlər. B., 2004.
2. “Dastani-Əhməd Hərami” B., 2004.
3. Ə.Tanrıverdi. “Azərbaycan dilinin tarixi qrammatikası” B., 2010.
4. Ə.Dəmirçizadə. “Kitabi-Dədə Qorqud” dastanının dili. B., 1959.
5. K.Bəşirov. “Oğuz qrupu türk dillərində qrammatik morfemlər” B., 2009
6. H.Mirzəzadə. “Azərbaycan dilinin tarixi qrammatikası” B., 1990.
7. B.Vahabzadə. Seçilmiş əsərləri. B., 1984.
8. E.Əzizov. “Azərbaycan dilinin tarixi dialektologiyası” B., 1999.
Резюме
Oбщем морфологическим (для oсновными частями речи) 
особенность эпоса “Книга-моего Деда Коркута” и поэма “Дастани-
Ахмед Харами”
В этой статье исследуются морфология эпоса “Книга-моего Деда Коркута” 
и  поэма  “Дастани-Ахмед  Харами”  в  общем  понимании  лингвистического 
разбора.
Summary
“Kitabi-Dede Korkut” saga and “Dastani-Ahmed Haramy” common morp-
hological poem 
(the main parts of the) features
In this research work the morphology of   “Dastani-Ahmed Haramy”s poema 
is with the epos of  “Kitabi-Dede Korkut” in the companion flatness.


204
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Aynurə Əliyeva, 
kiçik elmi işçi
“KİTABİ-DƏDƏ QORQUD” DASTANINDA İŞLƏNMİŞ 
TOPONİMLƏRİN MÜASİR TÜRK DİLLƏRİNDƏ YERİ
“Kitabi-Dədə Qorqud” türk dünyasının qədim və əzəmətli tarixi-
ni yaşadan, onu bu günümüzə çatdıran möhtəşəm söz abidəsidir. Bu 
epos  türk xalqlarının tarixi salnaməsi, həyat ensiklopediyasıdır. Tə-
sadüfi deyil ki, bir çox tarixçilər Oğuzun tarixi haqqında məlumat 
verərkən ona dönə-dönə müraciət etmişlər. Görkəmli qorqudşünas 
Muharrem Ergin əsaslı şəkildə inandırır ki, Osman Bayburdlu, Rə-
şidəddin, Əli Yazıçıoğlu, Əbülqazi Xivəli və başqa oğuzşünas tarix-
çilər “Dədə Qorqud kitabı”na tarixi mənbə kimi baxmışlar (10, 6).
“Kitab”ın tədqiqi ilə məşğul olan alimlərin sayı çoxdur. Həmin 
tədqiqatçılar sırasında V.V.Bartold, H.F.Dits, A.Y.Yakubovski, V.M.
Jirmunski, E.Rossi, K.Rüfət, H.Araslı, Ə.Dəmirçizadə, O.Ş.Gökyay, 
M.Ergin və başqalarının adları  xüsusilə qeyd olunmalıdır.  “Kita-
b”da  işlənən  coğrafi  adlar  haqqında  M.F.Kırzığlunun  “Dede  Kor-
kut  oğuznameleri”  (I  kitab,  İstanbul,  1952)  kitabında  geniş  məlu-
mat  verilmişdir.  Bu  kitabın  1962-ci  ildə  Moskvada V.V.Bartoldun  
tərcüməsində çıxan rusca çapında («Книга моего деда Коркута») 
həmin araşdırmadakı məlumat əsas götürülmüşdür. Orhan Şaiq Gök-
yayın 1973-cü ildə çap olunan kitabında da tarixi-coğrafi-etnoqrafik 
məsələlər ətraflı şərh olunmuşdur. “Dədə Qorqud”un 1978-ci il Bakı 
çapını hazırlayan H.Araslı burada ənənəvi sözlüklə yanaşı, qısa şəxs 
və yer adları cədvəllərini vermişdir. Sonrakı nəşrlərdə də bu ənənə 
özünü göstərir.
“Dədə  Qorqud  kitabı”  Azərbaycan  xalqının  tarixi  keçmişinin 
öyrənilməsində  çox  dəyərli  mənbədir.  Türk  araşdırıcılarının  çoxu 
(F.Köprülü, A.Dilaçar, M.Ergin və b.), haqlı olaraq, “Kitab”ın XIV 


205
Onomastika, Dialektologiya, Etimologiya
əsrdə Azərbaycan yazılı dilinin abidəsi olduğunu dəfələrlə qeyd et-
mişlər. “Dədə Qorqud kitabı”nda  toponimik vahidlərlə ifadə olu-
nan  tarixi-coğrafi  reallıq  da  “Kitab”ın  məhz  Azərbaycan  xalqına 
məxsusluğunu göstərən tutarlı faktlardandır. Belə ki, “Dədə Qorqud 
kitabı” Oğuzun hər iki mühüm qolunun, ümumi Oğuz boyunun ya-
radıcılığı, ədəbi-bədii göstəricisidir. Burada təsvir olunan Oğuzların 
məskəni Azərbaycan torpağıdır. Oğuzların başbiləni, müdrik dədəsi 
Qorqud “Bayat” boyundan, hökmdarı Qamğan oğlu Bayandır xan 
“Bayandır”lardan,  bəylərbəyisi  Qazan  xan  “Salğur  (Salur)”lardan, 
“səhabəsi”, dini təbliğatçısı Bükdüz Əmən “Bükdüz”lərdəndir. Qa-
lan surətlər də ümumilikdə Oğuz boylarındandır. 
Məlumdur ki, islamiyyətə qədər vahid Oğuz eli və onun 22 kökü 
– boyu vardır. “Dədə Qorqud” qəhrəmanları da bu boylardandır. Bu 
türk boylarına Mahmud Kaşğarinin “Divan”ında da rast gəlirik.
M.Kaşğarinin məlumatına görə, oğuzlar türklərin daha güclü bo-
yudur. Bununla belə, bu boy öz daxilində müstəqil qollara, oymaq-
lara ayrılır ki, onların da sayı 22-dir: 1) “Qınıq”lar; 2) “Qayığ”lar; 3) 
“Bayundur”lar; 4) “İvfa”lar və ya “Yıvfa”lar; 5) “Salqur”lar; 6) “Əf-
şar”lar; 7) “Bəgtili”lər; 8) “Bükdüz”lər; 9) “Bayat”lar; 10) “Yazqır”-
lar;  11)  “Eymür”lər;  12)  “Qarabölük”lər;  13)  “Alqabölük”lər;  14) 
“İkdir”lər; 15) “Ürəgir”lər; 16) “Tuturğa”lar; 17) “Ulayundluğ”lar; 
18)  “Tükər”lər;  19)  “Beçənək”lər;  20)  “Çuvaldar”lar;  21)  “Çəp-
ni”lər;  22)  “Çaruqluq”lar  (11,  55-57).  Göründüyü  kimi,  “Dədə 
Qorqud” qəhrəmanları türksoylu Oğuz  boylarındandır.
“Kitab”da işlənmiş toponimlər, əsasən, aşağıdakılardır:* Abqaz 
eli,  Ağcaqala,  Ağcaqala  Sürməli,  Ağca  saz,  Ağ  Hasar  (qala),  Ağ 
Qaya, Ağlağan, Ağsaqa, Aqhasar qalası, Ala tağ, Amit qalası, Arqıç 
qır (çay), Arqubel, Aslan yatağı, Aya Sofya, Ayqırgözlü, Bam-bam 
təpə, Barasar, Başıaçıq Tatyan qalası, Bayburd Hasarı (qalası), Bər-
də,  Cızıxlar,  Dəmirqapı  Dərbənd,  Dərbənd,  Dərəşam,  Diş  Oğuz, 
* Bu toponimləri verərkən “Kitabi-Dədə Qorqud” (əsil və sadələşdirilmiş mətn-
lərə) Bakı, 2004-cü il nəşrinə əsaslanmışıq. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə