165
Onomastika, Dialektologiya, Etimologiya
boynın öpəm.
Yağrınında qalqan oynar babasının
Qadir qorsa, başın kəsəyim (2, 106).
Qonur atın sürücdirəsən
Savaşdügin vaqtın kəndüni tutdurasan
Ğafillücə gözəl başın kəsdürəsən (2, 88) –
arzu şəkli
“Dədə Qorqud” dastanında ismi xəbərlərin işlənmə məqamlarına
diqqət yetirək:
Sənün bir Tanrın varsa,
mənüm yetmiş iki bütxanam var! (2, 143).
Qanlu Oğuz ellərində dərnək var imiş (2, 146).
Mərə qavat, mənim babam Bayındır xan degilmidir.
Ağ-boz ata binən ol yigit nə yigitdir (2, 159).
kimün nəsidir (2, 161).
Ağ saqqalu Baban adı nədir (2, 132).
Altundağı Al ayğırı bilürüz Bəkilindir
Bəkil qanı?
Əgər Bəkil bunda imiş isə (2, 142).
Yucalardan yucasan yuca Tanrı!
Kimsə bilməz necəsən
Görklü Tanrı ( 2, 143).
Çox zamanmış “Əgrək” deyərlər,
bir yigit tutsağmış (2, 143).
“Dədə Qorqud” dastanında xəbər cümlə üzvünün adlarla ifadəsi
feli xəbərlərə nisbətən azlıq təşkil edir. Abidələri müqayisə etdikdə
belə bir nəticəyə gəlmək olur ki, hər iki əsərdə xəbər cümlə üzvü
istər ifadə imkanları, istərsə də qrammatik cəhətdən formalaşmış
haldadır. Hər iki abidənin dilində xəbər cümlə üzvünün ifadə va-
sitələri genişdir, onların formalaşmasında iştirak edən qrammatik
ünsürlər də tam formalaşmışdır. Bu səbəbdən də abidələrin dilində
xəbər cümlə üzvünün formalaşması müasir dildə olduğu kimi, bu və
166
DƏDƏ QORQUD ARAŞDIRMALARI
ya digər şəxsə aid olması üçün cümlədə mübtədanın iştirakı vacib
sayılmır. Burada həlledici rolu şəxs-xəbərlik şəkilçiləri oynayır.
Ədəbiyyat
1. Q.Kazımov. Azərbaycan
dilinin tarixi, Bakı, 2003.
2. “Kİtabi-Dədə Qorqud. əsl və sadələşdirilmiş mətnlər. Bakı, 2004.
3. Dastani-Əhməd Hərami. Bakı, 2004.
4. Ə.Tanrıverdi. Azərbaycan dilinin tarixi qrammatikası. Bakı, 2010.
5. Y.Seyidov. Əsərləri, On beş cilddə,
III cild, Nəsiminin dili, Bakı, 2007.
6. B.Xəlilov. Azərbaycan dili antologiyası. Bakı, 2013.
7. Ə.Z.Abdullayev, N.Q.Cəfərov, Y.M.Seyidov, A.Q.Həsənov. müasir Azər-
baycan dili, IV hissə,
Sintaksis, Bakı, 2009.
8. Dədə Qorqud araşdırmaları. Bakı, 2012.
S
UMMARY
Bahram Mammadov
The syntactical features in the work of “Kitabi-Dede Korkud” and
“Dastani-Ehmet-Harami” (Tha main parts of sentences)
In this research work is researched the main parts of the sentence in historical
monuments. The historical development directions are identified.
РЕЗЮМЕ
Бахрам Мамедов
Общие синтактические особенности произведений “Книга-моего
Деда Коркуда” и “Дастани Ахмед Харами” ( на базе главных членов
предложений этих памятников )
В работе выявляются особенности использования главных членов
предложения в исторических памятниках Азербайджанского языка.
Исследуются стадии исторического развития подлежащего и сказуемого.
167
Onomastika, Dialektologiya, Etimologiya
Murad Seyidov,
ADPU-nun “Dədə Qorqud elmi-tədqiqat
laboratoriyası”nın kiçik elmi işçisi
“KİTABİ-DƏDƏ QORQUD” DASTANI VƏ
“DASTANİ-ƏHMƏD HƏRAMİ” POEMASININ ORTAQ
LEKSİK XÜSUSİYYƏTLƏRİ
(Müasir dilimizin lüğət tərkibi ilə müqayisədə)
Anadilli ədəbiyyatımızın ən qədim qaynaqlarından biri olan “Ki-
tabi-Dədə Qorqud” dastanı özünün zəngin universal keyfiyyətləri ilə
seçilir. Dastanda kifayət qədər tarixi, etnoqrafik, mifoloji, coğrafi,
bədii, linqvistik faktorlar mövcuddur. Dastanın universal keyfiyyəti
də elə onun bu cəhətləri ilə şərtlənir. Buna görə də dastan tədqiqa-
ta cəlb olunduğu ilk dövrlərdən dilçilərlə yanaşı, bir çox tarixçi və
ədəbiyyatşünas alimlərin də diqqətini cəlb etmiş, bu xüsusda kifayət
qədər elmi tədqiqat əsərləri yazılmışdır.
Xüsusilə, Azərbaycanın müstəqil bir dövlət olaraq mövcud oldu-
ğu son 22 il ərzində bu tədqiqatlar daha da intensivləşmişdir.
Lakin dastan nə qədər elmi tədqiqata cəlb edilsə də, bu barədə nə
qədər fikirlər söylənsə də bu şah əsərin hər dəfə yenidən işlənilmə-
sinə, elmi araşdırmalar süzgəcindən keçirilməsinə ehtiyac yaranır.
“Kitabi-Dədə Qorqud” dastanı özünün zəngin leksik xüsusiyyət-
ləri ilə fərqlənir. Buna görə də ilk öncə onun leksik xüsusiyyətlərini
tədqiqata cəlb etməyi qarşımıza məqsəd qoymuşuq.
Xüsusilə onu anadilli ədəbiyyatımızın digər qədim yazılı qaynaq-
ları ilə tutuşdurduqda ortaya daha maraqlı nəticələr çıxır. Biz ilkin
tədqiqat olaraq dastanın lüğət tərkibini “Dastani-Əhməd Hərami”
poemasının leksik tərkibi ilə müqayisə etmək istərdik. Bu məqsəd-
lə bir sıra maraqlı faktları nəzərdən keçirmək daha məqsədəuyğun
168
DƏDƏ QORQUD ARAŞDIRMALARI
olardı.
Dastanda qıl (“tük”), qılağuz (“bələdçi”), qılıc (“qılınc”), qılmaq
(“etmək”) sözləri mövcuddur ki, həmin sözlər eyni ilə “Dastani-Əh-
məd Hərami” poemasında da işlənməkdədir. Məsələn: Qıl sicim ağ
boynına taqalım (14, s. 33); Məhəmmədin sağ yanında namaz qı-
lan (14, s. 21); Məanidə qılı iki biçənlər (yəni mənada tükü tükdən
seçənlər – M.S.Seyidov), Dilindən daima gövhər saçanlar (23, s.19);
Olursa həqq-taaladan inayət, Qılam (yəni edəm - M.S.Seyidov) bu
qissəyi bir-bir inayət. (23, s. 22); Gəlin, barı bu gün söhbət qılalım
(yəni edək - M.S.Seyidov) (23, s. 19); Nələr qılır (yəni edir - M.S.
Seyidov) görün bu çərxi-qəddar, Qılır (yəni edir - M.S.Seyidov) dər-
də necələri giriftar. (23, s. 64).
Maraqlıdır ki, “Kitabi-Dədə Qorqud” dastanında qılınc sözü yal-
nız bir formada - qılıc kimi işlənir. “Dastani-Əhməd Hərami” poe-
masında isə bu söz iki formada – həm qılıc, həm də müasir dilimizdə
səsləndiyi kimi, qılınc formasında işlənir. Məsələn: Qılucumdanmı
gördi, süfrəmdənmi gördi (14, s. 24); Qara polat uz qılıcum əlümə
alayımmı? (14, s. 26); Qılıcunı nə ögərsən, mərə kafir (14, s. 39);
Qara polat uz qılıcın vergil mana (14, s. 43); Qılıcından saparım yoq!
(14, s. 156); Qılıc salsa bir ərə təpinəydi (23, s. 23); Şoluqdəm belinə
qılınc quşandı (23, s. 29); Qılınc ilə çün anı dəxi yıxdı (23, s. 32).
Qeyd etmək lazımdır ki, qıl sözü qədim söz köküdür.
Günümüz-
də bu söz öz izlərini qıl (et, elə), qıl (tük) sözlərində qoruyub sax-
lamışdır. Müasir Azərbaycan dilinin lüğət tərkibində hər iki sözün
mənası daralmışdır. Belə ki, bu gün dilimizdə qıl (et, elə) sözü ancaq
namaz qılmaq ifadəsində öz izini qoruyub saxlamışdır. Qılınc sözü
də bu qəbildəndir. Qıl (tük) sözü isə “razı olmaram ki, qılına bir
zərər gəlsin”, “ələkçinin qıl verəni”, “qıl körpüsü” kimi ifadələrdə
daşlaşmışdır.
“Kitabi-Dədə Qorqud”da “axar su, dənizə tökülən axar su, çay”
mənasını ifadə edən ırmaq sözü işlənir. Bu söz cüzi fonetik dəyi-