D ə d ə qorqudara ş d ı rmalar ı • Folklor, Mifologiya və Etnoqrafiya • Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə46/93
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51012
1   ...   42   43   44   45   46   47   48   49   ...   93

149
min janrı olaraq formalaşır. Çağdaş dünyanı və əski tarixi romantik 
- fəlsəfi idrak bu dramaturgiyanın əsas ideya məhvərini müəyyənləş-
dirir. Romantik mənzum dramaturgiyada H.Cavid yalnız tarixi təs-
vir etmir, tarixin fakt - sənət mənzərəsini, xronologiyasını təcəssüm 
etdirir. Qələmə aldığı dövrün bədii tarixi obrazını yaradır. Tarixi ob-
razlaşdırmaq çox çətin, fəlsəfi problemdir. Bu mənada H.Cavid dra-
maturgiyasında tarixilik həm ideya - fəlsəfi problem, həm də bədii 
əksetdirmənin prinsipi kimi iştirak edir. H.Cavid tarixin özünə də ta-
rixən yanaşır, tarixi tarixin öz təcrübəsinə istinadən əks etdirir. Tarix 
və şəxsiyyət, ideal və həqiqət, iman və məhəbbət H.Cavid dramatur-
giyasında qaldırılan, romantikcəsinə həll edilən başlıca bədii- fəsəfi 
problemlərdir. H.Cavid öz məzum dramları ilə tarixdən müasirliyə 
güzgü tutur, bu güzgünün fokusunda tarixi şəxsiyyətlərin psixologi-
yası və xarakterləri əksini tapır.
Ədəbiyyat
1. Əliyev. K. Azərbaycan romantizminin poetikası. Bakı, “Elm”, 2002.
2. Gəncəvi N. Xosrov və Şirin. Bakı, “Lider” nəşriyyat, 2004.
3. Hüseynov.R. Vaxtdan uca. Bakı, 1987.
4.  İsrafilov.H.  Azərbaycan  dramaturgiyasının  inkişaf  problemləri,  Bakı, 
“Elm”, 1988.
5. Qarayev.Y.  Faciə və qəhrəman. Bakı, “Elm”, 1965.
6. Qarayev.Y. H. Cavid: Sənətkar və tarix. “Azərbaycan” jurnalı, 1982, sayı 8.
7. Mir Cəlal, F.Hüseynov, XX əsr Azərbaycan ədəbiyyatı. Bakı, 1984.
 
Folklor, mifologiya, etnoqrafiya


150
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Süsən Bədəlova,
AMİ-nin Azərbaycan ədəbiyyatı ixtisası üzrə magistrı
YUSİF SƏMƏDOĞLUNUN 
“QƏTL GÜNÜ” ROMANININ YAZILDIĞI DÖVR
XX əsrin başa çatan son iyirmi illiyi ictimai və mədəni həyatın 
bütün sahələrində olduğu kimi, ayrı-ayrı ədəbi hadisələrə, ümumən 
ədəbiyyatın  təşəkkül  istiqamətlərinə  də  nəzər  salmağı  tələb  edir, 
onun təhlil və tədqiqini bir problem kimi aktuallaşdırır. Bu proble-
mi həm başa çatan əsrin ədəbi inkişaf meyillərini qiymətləndirmək, 
həm  də  mövcud  ədəbi  prosesi  müasir  milli  ədəbi-estetik  təfəkkür 
süzgəcindən araşdırmaq zərurəti şərtləndirir. Xüsusilə, ona görə ki, 
XX əsrin başa çatmaqda olan son iki onilliyi yalnız siyasi, ictimai, 
iqtisadi yox, ədəbi, bədii sahələrdə də köklü dəyişikliyə məruz qal-
mışdır. İctimai-siyasi quruluşun (sosializmin) dəyişməsi yeni müna-
sibətlər sisteminin yaranmasını şərtləndirmişdir. Siyasi sferada baş 
verən proseslər ədəbi həyata da öz təsirini göstərmişdir. Yaranmış 
yeni münasibətlər sistemində Azərbaycan ədəbiyyatı əvvəlki onillik-
lərdən fərqli bir mərhələsini yaşamalı olmuşdur.
Bu dövr, hər şeydən əvvəl, milli müstəqillik təfəkkürünün ele-
mentləri ilə səciyyələnir və ədəbi prosesin müxtəlif inkişaf meyilləri 
ilə ehtiva olunur. Ədəbi janrların təşəkkülü, mövzu, ideya, proble-
matika baxımından kifayət qədər zəngin olan bu dövr ədəbi prosesin 
təşkili etibarilə də əvvəlki mərhələlərdən  seçilir. Sovet İttifaqının 
ömrünü başa vurması ilə dünyanın siyasi mənzərəsi dəyişdiyindən, 
uzun müddət ədəbi incəsənət üzərində hegemonluq etmiş sosialist 
realizmi də ədəbiyyatın üzərindən öz kölgəsini yavaş-yavaş çəkməli 
olur. Bir əsrdən çox dünyanın böyük bir hissəsini öz təsiri altında 
saxlayan  marksist-leninçi  metodologiya    gücünü,  qüvvəsini  itirir. 


151
Ədəbi-bədii düşüncənin inkişaf istiqamətləri həyata, hadisələrə yeni 
baxış prizmasından yanaşma tələbini irəli sürür. Ədəbi proses yeni 
qanunauyğunluqlar,  şərtlər  əsasında,  fərqli  şəraitdə  təşəkkül  tapır. 
Ədəbi prosesdə artan fəallıq Azərbaycan yazıçı, şair, dramaturq və 
publisistlərinin qarşısına yeni vəzifələr qoyur. Yaradıcılıq axtarışları 
aparılır və bu axtarışlarda, demək olar ki, Azərbaycan ədəbi-bədii 
fikrinin bütün nümayəndələri iştirak edirlər. 
Bildiyimiz kimi, ən yeni dövr Azərbaycan  ədəbiyyatı tarixinin 
ikinci mərhələsi XX əsrin ortalarından - 50-ci illərin sonu, 60-cı illə-
rin əvvəllərindən başlayır. Əsrin bu dönəmində sovet cəmiyyətində 
siyasi ab-hava yumşalır, müəyyən demokratik meyillər özünü göstə-
rir, “xalqlar həbsxanası”nın qapıları tədricən dünyaya açılır. Kom-
munist  ideologiyası,  sosialist  realizmi  metodu  bədii  yaradıcılığa 
əvvəlki mərhələdə olduğu kimi ardıcıl təzyiq edə bilmir, yazıçının 
müstəqilliyi  artır.  Ədəbiyyatda  sosialist  həyat  tərzinin  uğurları  ilə 
yanaşı, qüsurları, problemləri də göstərilməyə başlayır. Repressiya 
illərinin faciələri, Stalin rejiminin törətdiyi amansızlıqlar, sovet li-
derlərinin şəxsiyyətinə pərəstiş ifşa olunur. Ədəbiyyat sosialist məh-
dudiyyətindən çıxıb ümumbəşəri dəyərlər üzərində düşünür, insanın 
daxili aləminə, mənəviyyatına maraq güclənir. Sovet dövrü hələ da-
vam etsə də, kommunist ideologiyasına bu və ya digər dərəcədə zidd 
olan əsərlər də yaranır.
Bütün  bunların  nəticəsi  idi  ki,  1970-80-ci  illər-  ən  yeni  dövr 
Azərbaycan ədəbiyyatı tarixinə öz kriteriyaları ilə daxil olmuşdur. 
Bu  illərdə Azərbaycan  yazıçılarının  qurultayları  ardıcıl  olaraq  ke-
çirilməyə, milli ədəbi prosesə elmi, ictimai-siyasi dəyər verilməyə 
başlandı.  Həmin  ənənə  sonrakı  illərdə  də  davam  etdirilirdi.  Məhz 
70-80-ci illərdə “yeni nəsr”in mövqeyi daha da gücləndi. S.Azəri, 
İ.Məlikzadə,  F.Kərimzadə,  M.Süleymanlı, Y.Səmədoğlu, A.Məsud 
və başqa yazıçılar həm tarixi, həm də müasir mövzularda yazmağa, 
nəsrin idrak dairəsini genişləndirməyə başladılar.
Folklor, mifologiya, etnoqrafiya


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə