178
DƏDƏ QORQUD ARAŞDIRMALARI
22) sözlərinə də rast gəlirik ki, bu da ay sinkretik kökünün “taxma
ad, ləqəb” məna çalarlığını dilimizdə qoruyub saxlayan ən dəyərli
faktlardır.
Yuxarıda qeyd etdiyimiz kimi, ay sinkretik kökünün “ayama”,
“taxma ad”, “ləqəb”, “ləqəb vermək” kimi məna çalarlıqlarını “Di-
vani-lüğəti-it türk”də də aya (ləqəb vermək, ləqəb), ayağ (ləqəb),
ayağa (ləqəb) sözlərində görürük. Ay sinkretik kökü əsasında aya
(ləqəb vermək, ləqəb), ayağ (ləqəb), ayağa (ləqəb) sözləri yaranmış-
dır. Ortaq türk dilinə məxsus olan aya (ləqəb vermək, ləqəb) sözü
əsasında ayağ (ləqəb), ayağa (ləqəb) isimləri yaranmışdır. Ay sink-
retik kökündən yaranan ayalğa, ayama, ayalama (ləqəb) isimləri isə
dilimizin ortaq türk dilindən fərqlənən özünəməxsus sözyaratma
formalarıdır. Hər iki mənbəyə əsaslanaraq sözün formalaşma ardı-
cıllığını təxminən aşağıdakı kimi göstərə bilərik: ay – aya - ayağ –
ayağa – ayalğa – ayala -ayalama - ayama.
Aymaq feli türk dillərində ayt//eyt variantlarında da işlənir. Bu
felin semantikası ilə bağlı N.K.Dmitriyev haqlı olaraq qeyd edir ki,
ayt- feli yalnız adi danışığı bildirmir, həm də insan nitqinin yüksək
səslənməsini ifadə edir. Buradan aydın olur ki, ayt- feli “sözü uca-
dan demək”, “ucadan danışmaq”, hətta “mahnı oxumaq” mənaları-
nı bildirir (27, s. 571). Maraqlıdır ki, sonuncu mənası türk dilinin
dialektlərində mühafizə olunub (26, s. 421). Ayt- feli “Kitabi-Dədə
Qorqud”da da “mahnı oxumaq”, “demək” mənalarında işlənmişdir:
Qız aydır: Ayıtma ozan! (13, s. 59).
Bu gün dilimizin lüğət tərkibində bir qrup sözlər mövcuddur ki,
həmin sözlərin semantikasında da ay sinkretik kökünün “danışmaq”,
“səs çıxartmaq” mənası öz izlərini qoruyub saxlamışdır. Başqa sözlə,
bu sözlər öz semantikasında “çağırmaq”, “müraciət etmək”, “hayla-
maq”, “haraylamaq”, “səsləmək”, “qışqırmaq”, “kişnəmək”, “nəril-
dəmək”, “cavab vermək”, “səsə səs vermək” məna çalarlarını ifadə
edir. Həmin sözlər aşağıdakılardır: ay, ay haray, haray, hay, hay ver-
179
Onomastika, Dialektologiya, Etimologiya
mək, hay basmaq, hay qopmaq, hay düşmək, hay salmaq, hay vur-
maq, hayında, haya bənd olmaq, haya yetmək, hay-haray, hay-haray
salmaq, hay-huy, hay-küy, hay-küylə, hay-küyçü, hay-küylü, hay-
lı-küylü, hay-küysüz, hay-küy salmaq, hay-küy qaldırmaq, hayqırıq,
hayqırışma, hayqırışmaq, hayqırma, hayqırmaq, hayqırtı, hayxırıq,
hayxırma, hayxırmaq, hay-hay, haylama, haylamaq, haylaşma, hay-
laşmaq, haray çəkmək, haray qoparmaq, haray salmaq, haray etmək,
harayına gəlmək, harayına yetmək, harayına yetişmək, harayına çat-
maq, haray-həşir, haray-həşir salmaq, haraylamaq (4, s. 336-338).
Dilimizin lüğət tərkibində hayqırmaq, haray, hay (təql. çağırışa
cavab), haydı (nida. bir yerə getmək, yaxud bir işə başlamaq üçün
çağırış və ya əmr mənasında işlədilir) və s. bu kimi sözlər vardır
ki, həmin sözlərdə ay sinkretik kökünün “danışmaq, səs çıxartmaq”
mənasının izlərini çox asanlıqla bərpa etmək olar. Belə ki, bu gün
dilimizdə işlənən hayqırmaq feli bunu bir daha sübut edir. İlk əvvəl
sözə nəzər saldıqda onun iki tərkib hissədən – hay+qır ibarət olduğu-
nu söyləmək heç də çətin deyil. H səsinin sonrakı səs artımı (ürmək
– hürmək, örmək – hörmək fellərində olduğu kimi) olduğunu nəzərə
alsaq, hay sözündə ay sinkretik kökünün izlərini çox asanlıqla müəy-
yənləşdirmiş olarıq: (h)ay+qır. Sözün ikinci tərkib hissəsi olan qır
ünsürünə gəldikdə, onun hər hansı bir qrammatik ünsür, yaxud söz
kökü olduğunu müəyyənləşdirmək kimi çətin bir problemlə qarşıla-
şırıq.
Məsələyə bir qədər diqqətlə yanaşdıqda qır ünsürünün qramma-
tik ünsür deyil, söz kökü olduğunu görürük. Bunu vaxtilə dilimizdə
çox geniş işlənən və “tərcüməçi” mənasını ifadə edən, lakin sonralar
semantik dəyişməyə məruz qalaraq dilimizin lüğət tərkibində kobud
xarakterli sözlər sırasına keçən dılqır (dil qıran) sözü bir daha sübut
edir. Yaxud bu gün daha çox danışıq dilində işlənən qiybət qırmaq
ifadəsindəki qırmaq sözü “eləmək”, “danışmaq” mənalarını ifadə
edir. Müqayisə edin: qiybər qırmaq – qiybət eləmək – qiybət danış-
180
DƏDƏ QORQUD ARAŞDIRMALARI
maq. Bu zaman hayqır sözünün mənşəyini belə izah edə bilərik: (h)
ay+qır – (h)ay elə (çağır, səslə, qışqır).
Yaxud dilimizdə haray sözü mövcuddur ki, həmin sözün də eti-
mologiyasını bu cür izah etmək olar: H səsinin sonrakı səs artımı
olduğunu nəzərə alsaq, sözün tarixi formasını aray şəklində bərpa
etmiş oluruq. Lakin məsələyə bir qədər də diqqətlə yanaşdıqda, xü-
susi duyum və məntiq əsasında müəyyən etmək olur ki, həmin söz
tarixən ara (axtar) + ay (çağır, səslə, qışqır) formasında olmuşdur.
Doğrudan da, haray sözünün məzmunu da bunu təsdiq edir.
Belə ki, biz hər hansı bir şəxsi axtarmaq üçün harayladıqda, eyni
zamanda iki hərəkəti icra edirik; bizə lazım olan şəxsi arayırıq, ax-
tarırıq və elə bu məqsədlə də onu səsləyirik, çağırırıq, haraylayırıq.
Buradan belə bir nəticəyə gəlirik ki, haray sözü ara və ay sözlərinin
tarixən birikməsi nəticəsində yaranmışdır. Bu söz quruluş etibarilə
tarixən mürəkkəb olmuşdur, lakin müasir Azərbaycan dilində sadə
söz hesab edilir. Haray sözündə də ay sinkretik kökünün “danış-
maq”, “səs çıxartmaq” manasının izini bərpa etməaklə onun tarixi
formasını aşağıdakı kimi göstərə bilərik: (h)ar(a) + ay - axtar, çağır.
Eyni qayda ilə hay sözündə də ay sinkretik kökünün izini bərpa
etmək olar. Məsələn, (h)ay. Həmin söz hal-hazırda dilimizdə çağırışa
cavab məqamında işlənən təqlidi sözdür. Məsələn: Мənə niyə hay
(çağırışıma cavab) vermirsən? Yaxud qərb qrup dialekt və şivələrin-
də bu söz hə sözü əvəzində çağırışa cavab, qarşı tərəfin verdiyi su-
alı başa düşmədikdə suala sual vermək məqamlarında indi də işlən-
məkdədir. Məsələn, - Ay Kərim!; - Hay! Nə de:rsən aya?; - Şəhərə
gedəjəx’səŋmi?; - Hay? (уəni, nə?, песə?, nə deyirsən?); - De:rəm
şəhərə gedəjəx’səŋmi?; - Hay, gedəjəm.
Hay-huy səs təqlidi sözdür. Ay sinkretik kökünün “danışmaq”,
“səs çıxart-maq” mənası bu sözdə asemantikləşmişdir. (h)ay-(h)uy
– səs küy
Hay-hay sözü dilimizdə iki halda işlənir. Birinci halda, о, isim
Dostları ilə paylaş: |