D ə d ə qorqudara ş d ı rmalar ı • Folklor, Mifologiya və Etnoqrafiya • Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə43/93
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51012
1   ...   39   40   41   42   43   44   45   46   ...   93

139
Çapar dramaturqun özünün qoyduğu addır. Xronikal tarixdə belə 
bir ad yoxdur. Çapar obrazı əsər boyu öz atını çapır. O, tarixçi, arxeo-
loq və etnoqrafdır. Xronikal dünyadan xəbər verən müdrikdir. Çapar 
ağsaqqal məsləhətinə qulaq asır atını irəliyə doğru çapdıqca xeyir və 
şər qüvvələrin mövqeyi və adları aydınlaşır: Şahzadənin adının Arta-
bas olduğunu tarixçi Xorenatsi yazır. Ata və oğulun adları lənətlənir. 
II Tiqran  “Dənizdən-dənizə”  iddiası  ilə  taxt-tacını  Pompeyə  verir, 
onun qulu olduğundan qürur duyduğunu söyləyir. Şahzadə də ata-
sından hökmdarlıq taxtını almaq üçün Roma sərkərdəsinə bələdçilik 
edir. Hər iki halda ata və oğul Alban çarına, bütpvlükdə Qafqazlılara 
xəyanət edir. Ata II Tiqran xəyanəti “Böyüm Arimaniya” xülyasıdır. 
Bu da səbəbsiz deyildir:
“Şah Tiqran
     Özünü bənzədir Kirə
        Deyir varisiyəm böyük Daranın” (1,233).
Şahzadənin  xəyanəti  də  atasından  səltənətin  taxtını  almaqda 
Pompeydən kömək istəməsidir. II Tiqranın Pompeyin görüşünə get-
məsi bugünkü ermənilərin tarixən riyakar, alçaq və şərəfsiz olduğu-
nu göstərib təsdiqləyir.
Ədəbiyyat
1. Həsənzadə.N. “Seçilmiş əsərləri”. 7 cild. Pyeslər. B., 2011.
2. Həsənzadə.N. Haqqında yazılanlar, I kitab. B., 2012.
3. Şəmsizadə N. Azərbaycan ədəbiyyatşünaslığı: mərhələlər və konsepsiyalar. 
B., 1997.
4. Şükürov S. N.Həsənzadənin yaradıcılıq yolu. B., 2004.
5. Şükürov S. N.Həsənzadənin dramaturgiyası. B., 2007.
Folklor, mifologiya, etnoqrafiya


140
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Gülnaz Hüseynova,
Azərbaycan Müəllimlər İnstitutunun
Azərbaycan Ədəbiyyatı ixtisası üzrə magistrı
SƏMƏD VURĞUNUN “KOMSOMOL POEMASI”NIN 
NƏŞRİ TARİXİ VƏ TEKSTOLOJİ VƏZİYYƏTİ
 
                     
Səməd  Vurğun  “Komsomolu”  30-cu  illərin  başlanğıcından  ta 
ömrünün  axırına  qədər  uzun  bir  müddət  ərzində  yazmışdır.  Poe-
manın  əsas  hissələri  1931-1935-ci  illər  arasında,  “Son  mühasirə” 
adlanan axırıncı fəsli isə şairin ölümündən bir il əvvəl,1955-ci ildə 
yazılmışdır. Əsər ümumiyyətlə tamamlanmamış, pərakəndə halda”-
Kommunist”, “Ədəbiyyat”, “İnqilab və mədəniyyət”, “Gənc bolşe-
vik”, “Şərq qadını”, “Hücum” kimi  qəzet və jurnallarda dərc olun-
muşdur.  
Əsər toplu halda müəllifin əlində olmadığı üçün, 1935-ci ildən 
sonra bu mövzudan ayrılan şair, əsərə yenidən qayıdıb onu tamamla-
ya bilmirdi. Bu işdə “Komsomol poeması” mövzusunda namizədlik 
dissertasiyası müdafiə etmiş Sadıq Şükürovun təşəbbüs və zəhmətini 
xüsusilə qeyd etmək lazımdır. O, ayrı-ayrı qəzet və jurnallarda çap 
olunmuş parçaların çoxunu toplayıb müəllifə təqdim etmişdir. Buna 
baxmayaraq  poemanın  parçalarının  hamısı  tapılmış,  toplanmışdır 
demək çətindir. Ola bilsin ki, yenə də ələ keçməmiş parçalar qal-
mışdır.
Səməd Vurğun  uzun  fasilədən  sonra  “Komsomol  poeması”nın 
üstünə 1956-cı ildə qayıtmışdır. Şair əsərə yenidən baxmış, bəzi fə-
sillər arasında məntiqi əlaqə yaratmış, parçalarda təsadüf edilən dil, 
ifadə qüsurlarını təshih etmiş və “Son mühasirə” adlanan fəsli yaz-
mışdır. Şair əsərin son fəslini İstisu yaylağında istirahət etdiyi zaman 
yazmağa başlamışdır.


141
Bəxtiyar Vahabzadə qeyd edirdi: “Səməd Vurğun bir çox söhbət-
lərində, çıxış və nitqlərində , hətta bəzi şeirlərində də bu böyük əsəri 
yarımçıq qoyduğuna təəssüflənir və bu əsərə yenidən qayıdacağını 
vəd edirdi” (1, s. 74). Bu baxımdan şairin “Bizim gəncliyə” adlı şei-
rindən misal gətirilən aşağıdakı parça səciyyəvidir:
Bizim gənclik bəsləmişdir, böyütmüşdür aslanları
Bu gəncliyin gözlərindən oxuyuruq ilk baharı.
Bu gün könlüm dərdə düşdü,könül sordu, noldu şair,
Qurtarmadı komsomolun qəhrəmanlıq dastanları.
Səməd Vurğun bu şeirdə “Komsomol poeması”nı bu vaxta qədər 
qurtara bilmədiyinə görə, özünü məzəmmət edir və bundan narahat 
olduğunu bildirirdi.
Əsərin “Son mühasirə” adlanan sonuncu fəsli 1955-ci ilin son-
larında yazılsa da bir çox fəsillər, obrazlar natamam, bəzi hadisələr 
yarımçıq qaldı, bəzi fəsillər arasında məntiqi əlaqə yaranmadı. Lakin 
əsərdə əsas xətt - Gəray bəy - Cəlal - Humay xətti başa çatdırılmışdır.
Səməd  Vurğunun  oxucuları  “Komsomol  poeması”nı  maraq-
la izləyir, onun nəşrini səbirsizliklə gözləyirdilər. Osman Sarıvəlli 
qeyd edirdi:”Hörmətli şair! Komsomol poeması indi nə haldadır?”, 
“Komsomol  poeması”nı  nə  zaman  bitirəcəksiniz?”,  “Bəxtiyarın, 
Gəray bəyin taleyi sonra necə olur?”kimi suallar görüşlərdə Səməd 
Vurğuna verilən, ən çox təkrar edilən suallar idi (3, s. 97).
“Komsomol poeması”nın 88 misralıq bir parçası ilk dəfə 1932-
ci ildə “Gənc bolşevik” jurnalının 7-8-ci nömrələrində nəşr edilmiş, 
sonra bu parçanın yenidən işlənilmiş variantı “İnqilab və mədəniy-
yətin”  10-12-ci  nömrələrində  çap  olunmuşdur.  Bu  nömrədə  dərc 
olunmuş  “Təslim”  parçasında  qolçomaq  Soltanın  poemanın  qəh-
rəmanı  Bəxtiyara  və  onun  yoldaşı  Cəlala  təslim  olduğu  göstərilir. 
“Gənc bolşevik” jurnalında çap olunmuş hissə ilə “İnqilab və mədə-
Folklor, mifologiya, etnoqrafiya


142
DƏDƏ QORQUD ARAŞDIRMALARI
niyyət” jurnalında çap olunmuş hissə arasında 92 misra fərq vardır. 
Poemanın “Sarı Şəmistan” hissəsi də elə həmin ilin noyabr ayında 
“Hücum” jurnalının 11-ci nömrəsində çıxmışdır.
“Komsomol  poeması”nın  “Qanlı  çadır”  hisssəsi  mətbuat  sə-
hifələrində daha cox çap edilmişdir. Bu hissə ilk dəfə 1935-ci ilin 
yanvar ayında “Gənc bolşevik” jurnalında, bir neçə ay sonra “Gənc 
işçi”(1935-ci il, 26 aprel) qəzetində, “İnqilab və mədəniyyət” (1935, 
sayı 5) jurnalında, 1935-ci il iyunun 6-da yenidən “Gənc işçi” qəze-
tində və sair yerlərdə müxtəlif dəyişikliklərlə dərc olunmuşdur.
Sadıq Şükürov qeyd edir ki, “Şair Osman Sarıvəlli 1932-ci ildə 
“İnqilab və mədəniyyət” jurnalının 10-12-ci nömrəsində “Təslim” 
adı altında “Kürün sahilində var əski bir köy” misrası ilə başlayan 
37 beytdən ibarət, tam bir lövhəni əks etdirən hissədən 20 misra gö-
türərək ədəbiyyatşünas Atababa Musaxanlının Səməd Vurğunun ya-
radıcılığına həsr etdiyi “Böyüyən şair” adlı məqaləsindəki misralarla 
birləşdirmiş və sonra bu hissəni “Sahildə” adlandırmışdır. Belə bir 
vəziyyət poemanın “Təslim” hissəsində natamamlığa səbəb olmuş-
dur” (4, s. 215).
Poemanın vaxtı ilə çap olunmuş hissələri tamam toplanılmamış-
dır. Təəssüf ki, bunlar da poemanın 1958-ci il nəşrinə salınmamışdır. 
Belə ki, şair 1934-cü ildə “Ədəbiyyat qəzeti”nin 4-cü nömrəsində 
çap etdirdiyi məqaləsində
Belə getsə bu güzəran,
Əllərimdə donmasa qan,
Papaq mənə haram olsun!
misralarını Gəray bəyin tipik mülkədar olduğunu bildirmək üçün iş-
lətmişdir. Lakin bu misralarda poemanın yeni nəşrində yoxdur.
Poemanın Osman Sarıvəlli tərəfindən 1959-cu ildə tapılmış “Ba-
har  eşqi  ilə.....”  hissəsi  də  kitaba  daxil  edilməmişdir.  Şair  Osman 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə