D ə d ə qorqudara ş d ı rmalar ı • Folklor, Mifologiya və Etnoqrafiya • Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə42/93
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51012
1   ...   38   39   40   41   42   43   44   45   ...   93

136
DƏDƏ QORQUD ARAŞDIRMALARI
 
Tarixin  ədəbiyyata  inteqrasiyası  elmi  prinsiplərə  əsaslanır. 
Elmi prinsiplər Həsənzadənin dramaturgiyasında ədəbiyyatla tarixin 
əlaqəli tədqiqi və təhlili zamanı alınan nəticə ilə müəyyənləşib. 
N.Həsənzadə  “Atabəylər”  dramı  ilə  qədim  Səlcuqların  döv-
lətçiliyini,  “Pompeyin  Qafqaza  yürüşü  ”  ilə Antik  dövr  mövzusu-
nu Azərbaycan teatr səhnəsinə gətirən ilk dramaturqdur. “Atabəy-
lər” Azərbaycan ədəbiyyatında mənzum dramaturgiyanın da, tarixi 
dramların inkişafında da mühüm sənət hadisəsi saylmağa layiqdir. 
XX əsrin 80-ci illərində yazılmasına baxmayaraq, bu əsərdə ideo-
loji təmayüllər deyil, dövlətçilik maraqlarının və milli mənafelərin 
əks etdirilməsi zamanına görə müəllifin vətəndaşlıq cəsarətinin və 
uzaqgörənliyinin ifadəsi idi. “Atabəylər” geniş mənada Azərbaycan 
milli dövlətçilik ideyasının dramıdır. N.Həsənzadə hələ müstəqillik-
dən qabaq yazdığı bu əsərdə Atabəylər dövlətinin simasında Azər-
baycanda müstəqil dövlət qurub yaratmağın mümkünlüyünü diqqət 
mərkəzinə çəkmişdir.
Görkəmli dramaturq N.Həsənzadə yazdığı dram əsərlərində elə 
problemlərə  toxunmuşdur  ki,  bunlar  təkcə  ədəbiyyatçıları  deyil, 
həm də tarixçiləri, bütün ictimaiyyətimizi maraqlandırır, düşündü-
rür. Məsələlərin qoyuluşunda və bədii həllində şairin orijinallığı, ha-
disələrə müasirlik nöqteyi-nəzərindən yanaşması özünü göstərmək-
dədir. Şairin dramlarında vətənpərvərlik, qəhrəmanlıq, milli ləyaqət 
kimi  yüksək  insani  keyfiyyətlər  ön  plana  çəkilir.  N.Həsənzadənin 
dramları  mövzusundan  asılı  olmayaraq  həm  lirizmə,  həm  epizim, 
həm də dramatizm poetik məntiqə malikdir.
Nəriman  Həsənzadə  müdrik  insandır,  filosof  şairdir.  N.Həsən-
zadə hər iki əsəri tarixi mövzuda yazmasına baxmayaraq “Atabəy-
lər”(1981) tarixi dramatik, “Pompeyin Qafqaza yürüşü”nü isə tarixi 
xronika adlandırıb. Hər iki adı belə aydınlaşdırmaq olar: Tarixi xro-
nika-sadəcə olaraq tarixin müəyyən ardıcıllıqla, cəmiyyət daxilində 
enən və qalxan hadisələrinə, cəmiyyətin daxili ziddiyyətlərinə heç 


137
bir şey əlavə etmədən göstərməkdir. Burada bədiilik tarixə ancaq sı-
ğal verə bilər, onun məna və məzmununa hərəkət trayektoriyasına 
toxunmaq səlahiyyətinə malik deyildir. əgər toxunsa konflikt tarixi-
liyini itirəcək “Atabəylər”də Atabəy Cahan Pəhləvanın ölümündən 
sonra  Qızıl  Arslanın  hakimiyyətə  gəlməsi,  saray  çəkişmələrində 
İnanc xatunun rolu tarixi xronikada faciədir. 
Dramatik xronika- insanın təbiətlə və ictimai mühitlə əlaqəsini 
ictimai həyatdakı, həmçinin ayrı-ayrı adamların həyatındakı dialek-
tik prosesləri və ziddiyyətləri müəyyən edən və ümumiləşdirən este-
tik kateqoriyadır. Dramatizm cəmiyyətin irəliyə doğru tarixi inkişafı 
prosesində təzahür edir.
N.Həsənzadə ictimai həyat hadisələrini, cəmiyyətin öz daxilində 
baş verən ziddiyyətləri  xronikal qaydada, ardıcıllıq prinsipinə riayət 
etməklə dramatik qanunlara xələl gətirmədən “Atabəylər” və “Pom-
peyin Qafqaza yürüşü” mənzum dramlarında: Atabəy Məhəmməd, 
Qızıl Arslan, Toğrul, İnanc xatun, Pompey, Alban çarı Uruz, İberiya 
knyazı Atrak, II Tiqran və başqa obrazların simasında ümumiləşdirib 
göstərmişdir. “Atabəylər” və “Pompeyin Qafqaza yürüşü” xronikal 
tarixi əsərlər olsa da, onlar müstəqil yaradıcılıq ehtirasından doğul-
muşdur.
“Atabəylər”də  tarix  ardıcıllıqla  vahid  bir  dövlət-  Azərbaycan 
dövləti  yaratmaq  strukturu  çərçivəsində  göstərilmiş,  ziddiyyətlər 
obrazların  tarixən  bir-birinə  münasibəti  zamanı,  bəzən  mülayim, 
bəzən gərgin, bəzən də sərt olmuşdur. “Pompeyin Qafqaza yürüşü” 
dramatik xronika olduğuna görə, hər obrazın xarakterindən doğan 
dramatizm tarixin gərgin situasiyaları ilə bağlıdır:
Ariman  (Erməni-    S.M.)  hökmdarı  II Tiqranla  oğlu  arasındakı 
ziddiyyətlər, Alban çarı Uruza və İberiya knyazı Artaka II Tiqranın 
xəyanət etməsi, tarixdə qalan bu dramatik xronikanın məzmununda 
saxlanılan ziddiyyətdir., dramatik ziddiyyətdir, tarixdə olduğu kimi-
dir, burada dramaturqun bədii təfəkkürünü işə salıb uydurma konf-
Folklor, mifologiya, etnoqrafiya


138
DƏDƏ QORQUD ARAŞDIRMALARI
likt  yaratmasına,  elə  böyük  ehtiyac  olmur.  Bu  cəmiyyətin  özünün 
yaratdığı hadisələrin dramatizmidir. Belə əsərləri təhlil edərkən xro-
nikallıqda adları çəkilən insanlar haqqında qısa məlumat verilməli-
dir  ki,  onların  xarakterləri,  mövqeləri,  yaşadıqları  ictimai  mühitin 
onlara nə dərəcədə təsir edib-etmədiyi aydınlaşsın.
İki hissə və on altı şəkildən ibarət “Pompeyin Qafqaza yürüşü” 
adlı dramatik xronikal əsərinin hər bir hissəsi səkkiz şəkildən ibarət-
dir. Əsərin I hissəsi II hissəyə hazırlıq məqamındadır. Roma qoşun-
larının Qafqaza yürüşünün qarşısını almaq üçün Alban, İberiya və 
Ariman çarları Pompeyin işğalçı ordularına qarşı birləşib dövlət və 
millətlərini qorumaq üçün and içirlər. II hissədə Uruz, Artak və II 
Tiqranın xarakteri açılır.
Sitayiş eyləyir insan həmişə,
         batan günəşə yox, çıxan günəşə! (1,195).
Bu sözləri deyərək o, Roma sərkərdəsinin qarşısında əyilib diz 
çökür. “Böyük Ermənistan” hökmdarının bu vəziyyətini təsvir edən 
Antik yunan tarixçisi Plutarx yazır ki, şahdan ötrü bundan rüsvayçı 
şey yoxdur. (Plutarx. Soçinenya. İzdatelstvo “Xudojestvennaya lite-
ratura”, M., 1983 q, str. 232)
Bu dramatik xronika vasitəsilə müasir dövrə gəlib çıxan konflikt 
tarixi  konfliktdir.  II Tiqran  andına  xilaf  çıxmış,  gizlindən  Pompe-
yin çadırına getmiş, satqınlıq etmişdir. Bu barədə İberiya çarı Artak 
Uruza deyir: “Böyük Ermənistan” eşqilə Tiqran, xəcalət çəkməyir 
satqınlığından”.
Birinci hissənin birinci şəkli Çaparın bu sözləriylə başlayır.
Qazın, bu torpağı, hər qatı qandır,
     Hər uçuq başdaşı bir qəhrəmandır (1,189).


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə