D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 29,12 Kb.
Pdf görüntüsü
səhifə10/84
tarix21.06.2018
ölçüsü29,12 Kb.
#49900
1   ...   6   7   8   9   10   11   12   13   ...   84

34
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Eşq  sevgidir,  eşq  həyatdır,  eşq  ölümdür!  Eşq  elə  bir  hiss, 
duyğudur  ki,  o  bizimlə  birgə  doğulur.  Bu  eşq  öncə  yaradana, 
ilahi varlığa, “Tanrı”yadır. Sonra da onun yaratdıqlarına. Eşqlə 
doğulub, eşqlə də bu dünyadan köçürük. Eşq onda gözəldir ki, 
əzabsız, iztirabsız, şərbəti acı yox,  şirin olur. Bu halda aşiqlik 
xoşbəxtlikdir.  Böyük  Nizami  təsadüfi  deməmişdir:  “Eşqsiz  bu 
dünya soyuq məzardır, Yalnız eşq evində rahatlıq vardır”.
Aşiqliyin də tipləri var. Aşıq var (Məcnun) Füzuli eşqi yaşa-
yır, çəkdiyi əzablardan, iztirablardan yorulmaq, usanmaq bilmir, 
əksinə: “Olduqca mən əl götürməm bəladan iradətim”, “Gəldikcə 
dərdinə betər et  mübtəla məni?!...” Tanrıdan diləyir. Aşiq də var 
Nigarı ilə xoşbəxtdir. Eşqin bəlalarından uzaqdır. Onu üzən yal-
nız Nigarının nazü-qəmzəsidir. Hicrandır. Yunus İmrədə hər iki 
aşiqlik var.
Yenə seyr eylədi könlüm dostun cəmalın arzular,
Hicrə qatlanmaz könül, dostun camalın arzular.
Yunus İmrənin bir eşq fəlsəfəsi var. Bu fəlsəfəyə görə də dün-
yanın dayaq nöqtəsi eşqdir. Bütün kainat onun  ətrafında fırlanır. 
Ondan can alır. Onun üzərində dayanır, hər bir dərdin dərmanı 
yalnız eşqdir:
                           
Sevərsən dünyəyi möhnət bulasın,
Ərənlər sirrini qaçan tuyasın .
Yunus  İmrə  sufi  şairdi.  Onun    “Divan”ına  daxil  olmuş 
şeirlərinin  böyük  əksəriyyəti  aşiqliyin,  eşqin  təntənəsidir. 
Eşq  şərqiləridir..  Bu  nəğmələr  insan  şəxsiyyətini  ucaldır.    Ali 
səviyyəyə çatdırır. 
Aşiqlik yolu elə bir karvandır ki, bu yolda əql də, iradə də 


35
Folklor, Mifologiya, Etnoqrafiya
belə kara gəlmir. Aşiqin könlü, canı yalnız əqli ilə  birgə qərar ve-
rir. Eşq, əql, elm, əgər onlar arasında paralellər aparılsa qalibiyyət 
eşqindir. Bu Nizamiyə, Yunis İmrəyə,  Nəsimiyə, Füzuliyə görə 
də belədir. 
Aşiqlərin hər bir halından  ancaq aşiqlər anlar. Eşqin bəlasını 
ancaq onu yaşayanlar bilər.
                        
Xaqani, hər kəsin payı deyil eşq,
Olmaz nakəslərdə ondan nişana!.
Aşiqlik dünyasına qədəm qoymayan insan
Ürəyinə gözündən axıtmamışdır al qan.
Hər kəsə ki vurmayıb qəm oxunu məhəbbət.
O, eşqin əhvalını biləcəkdir haradan?
Ürəklərinə  “qəm  oxu”  vurulan  yuxarıda  adları  çəkilən 
mütəfəkkirlərin yaradıcılığında sufi görüşlərə baxmayaraq onla-
rın şeirlərində, qəzəllərində yaşanmış hisslərin, duyğuların ifadəsi 
var. Hətta bu hisslər, duyğular ölməz Nəsimidə də özünü göstərir. 
Yunis İmrə də bundan istisna  deyil.
İki cahan zindan isə gərək bana büstan ola,
Ayruq bana nə ğəm-ğüssə, çün inayət dostdan ola.
Eşq yoxsa, əql?! -  Yunus İmrə yazır:
Ey dost,  səni sevəndən əqlim getdi, qaldım bən. 
İrmaqları seyr edib dənizlərə taldım bən.
Könlüm, canım, əqlim, bilim, sənin ilə qərar verər:
Əvvəl dəxi bu əqli can sənin ilə əsli məkan
Axır yenə sənsin məkan  üz vuraram səndən yana.


36
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Əql eşq ilə bir məkanda  - vücudunda olsa da eşqə düşəndən 
əqli  getmiş,  yalnız    bütün  vücudu    eşqdir.  Eşq  bütün  varlığına 
hakim kəsilmişdir. Nəsimi  də eşq mərəzinə tutulandan əqli ilə 
yad münasibətdə bulunmuşdu. Eşqi əqlinin əlindən hakimiyyəti 
alıb. “Eşq ilə mən aşinayəm, Əql ilə yad olmuşam”. Füzuli də 
əqlindən məşuqəsinə şikayət edir: “Əql yar olsaydı, tərki-eşqi yar 
etməzmidim? İxtiyar olsaydı, rahət  ixtiyar etməzmiydim?”.  
Yunus İmrənin görüşlərində elm də eşq ilə bir araya gəlmir. 
Eşq elə bir sirdir ki, elm də bu sirri açmaqda acizdir.
    
Elm ilə, hikmət ilə kimsə irməz bu sirrə
Bu bir əcaib sirdür elmə, kitaba sığmaz.
Böyük Nizami demişdir: 
                            
Bu dünya eşqdir, qalan fırıldaq, 
Eşqdən başqa şey boş bir oyuncaq.
 
Ölməz  Məhəmməd Füzuliyə görə:
Eşq imiş hər nə varsa aləmdə,
Elm bir qilü-qal imiş ancaq.
Cəlal  Bəydili  (Məmmədov)  (“Həqq  didarın  görən  şair”  ön 
söz. 1. s. 5) yazır: “Füzuli kimi dərviş Yunus da elm ilə eşq ara-
sındakı çarpışmanı eşqin xeyrinə həll edir”. Eşqin, aşiqliyin bü-
tün hallarını göstərən Yunus İmrənin divanı haqqında F.Köprülü 
yazır: “Divan”ının böyük qismi eşq fəryadlarıyla doludur”. Yunis 
İmrənin  eşq  fəryadları  hakim  ideologiyaya  qarşi  üsyandır.  Eşq 
onlarla  müharibədə  qalibiyyətdir. Ancaq  onu  da  etiraf  edək  ki, 
bəşər  ədəbiyyatında  bəşər  tarixində  bu  yolda  Füzuli  fəryadına 


37
Folklor, Mifologiya, Etnoqrafiya
heç bir aşiqin fəryadı çatmaz. Bu fəryad aşiqliyi,  eşqi buxovla-
yan bütün qayda-qanunlara, zəncirlərə qarşı ahu-fəğandır. Füzuli 
eşqi insanın-insana olan ilahi bir eşqidir. Bu eşq ali mərtəbələrin 
mərtəbəsidir.  Bundan  o  tərəfi  yoxdur,  desək  yanılmarıq.  Elmi 
ədəbiyyatdan elmindən məlumdur ki, Füzuli “Leyli və Məcnun“ 
əsərini nəzmə çəkərkən Nizamini özünə müəllim bilmiş, müəllim 
isə bu əsəri yazmaq sifarişini alanda tərəddüd etmiş, onun ağırlı-
ğından şikayətlənmişdir.
Rəvayət:  Hz.  Peyğəmbər  bir  gün  namaz  qılmağa  hazırla-
şırmış, dəstəmaz aldığı yerdə gənc bir oğlan bir əlində siyrilmiş 
qılınc bir əlilədə gənc bir qızın qolundan tutmuş halda hövlank 
içəri daxil olur,Hz.Peyğəmbər halını pozmur. Dəstəmaz aldıqdan 
sonra gəncdən soruşur:
Nə olub,səni qovanmı var? Belə qan-tərin içindəsən.
Gənc:
- Sənin başını kəsməyə gəlmişəm.
Hz. Peyğəmbər gülür,niyə günahım nədir?
Gənc oğlan qızı göstərir:
-  Bu  mənim  sevgilimdir.  Atası-kafir  qarşıma  şərt  qoyub 
ki,  sənin  başını  ona  aparmasam  qızını  mənə  vermiyəcək,  indi 
gəlmişəm sənin başını kəsib ona aparım,sevgilimlə toy edim.
Hz. Peyğəmbər gülümsəyir.Əli ilə başını göstərib deyir:
-  Əgər  bu  baş  sızın  eşqinizə  mane  olursa  onu  bu  bədənin 
üstündə gəzdirməyə dəyməz.Mən başı verdim getdi.
Aşiqliyin tipləri olduğu kimi, eşqin də müxtəlifliyi var (Biz 
bu  barədə  yuxarıda  bəhs  etmişik).  Böyük  nasir  Yusif  Vəzir 
Çəmənzəminlinin “Ağ buxaqda qara xal” hekayəsinin qəhrəmanı 
mərsiyəxan eşqi yolunda əqidəsindən üz döndərir, dini, məscidi 
atır, ağ buxaqlı, qara xallı gözəlin – ilahi eşqin əsiri olur. “Cənnətin 
qəbzi”ndə Usta Ağabala məşuqəsinin –  “cənnətin” əsiridir. Bu 
aşiqlik onun əqlini əlindən alır və o, “aşiqliyinin” qurbanı olur. 


Yüklə 29,12 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə