Daġ DÖVRÜ alti cġlddə



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə72/106
tarix30.12.2017
ölçüsü2,35 Mb.
#18438
1   ...   68   69   70   71   72   73   74   75   ...   106

291 

 

vurma  aləti,  çapacaq)  tək-təkdir.  Həqiqi  iti  uclu  alətə  nadir  halda 



rast  gəlinir,  o  da  atipik  formalıdır,  dişli- gəzli  alətlərsə  bütün 

çeşidlərdə  təmsil  olunmuşdur.  Qaşovlar  növbənöv,  həm  də 

mükəmməl işləklidir. 

      Kür  çayının  sol  sahilində  Ağ  göl  ətrafı  tirə  və  maili 

düzənliklərdə  eyni  bir  inkişaf  xətti  qədim  insan  dəstələrinin  bir 

neçə  nəslinin  müxtəlif  istehsal,  ov,  müvəqqəti  dayanacaq  

yönümlü  emalatxana  və  düşərgələrin  varlığı  aydın  olur.  Aşelin 

müxtəlif  inkişaf  mərhələlərinin  əks  etdirən  abidələrdə  kalun 

(balta),  dəhrə,  çopper  formalı  iri  ağır  alətlər,  spesifik  qaşovlar 

qabarıq  seçilir.  Abidələrdən  üzə  çıxarılan  alətlər  yaşayış  yerinin 

istehsalat,  məşğuliyyət  və  təsərrüfat  sahələrini  müəyyən  etməyə 

imkan verir. 

      Ağ göl ətrafı Ceyrançöl yaşayış yerlərinə uyğun abidələr 

Yuxarı  Kür  hövzəsində,  Pəri  gölü,  Axalsi  ətrafında  aşkar 

edilmişdir.  Bu  xarakterli daş  məmulatı qonşu  ərazilərdə də qeydə 

alınmışdır (Kiokodze, 1993). 

     Ağ  göl  ətrafı  paleolit  abidələri  müəyyən  ərazini  əhatə 

etdiyindən  və  ən  başlıcası  spesifik  alət  kateqoriyalarına  malik 

olduğundan  və ətraf    həmdövr abidələrdən  texniki parametrlərinə 

görə  kəskin  fərqləndiyindən  Ağ  göl  aşel  abidələrini    “Ceyrançöl 



paleolit  mədəniyyəti” kimi ədəbiyyata salmağa  imkan verir. Orta 

Kür  hövzəsində, digər bir  mədəniyyəti Qayalı, Şişquzey abidələri 




292 

 

fonunda  ayırmağa  haqqımız  vardır.  Qayalı  makroaşel,  Şişquzey 



isə mikro aşel variantı (Derevyanko və b. 2003; Lübin, 1986) kimi 

xarakterizə edilə bilər. 

     Deməli,  iki  texniki-tipoloji  ənənəyə  bağlanan  miqrasiya 

dalğasının  yayılma  yollarının  izləri Qafqaz ərazisində aşkar edilib 

tədqiq  olunmuş  abidələr  (düşərgələr)  silsiləsində  bariz  şəkildə 

özünü göstərmişdir. 

 

 

2. Mustye abidələri 

 

Qafqazda  Mustye  dövrü  təxminən  100-120  min  il  əvvəl 

başlanmışdır.  Bu  da  Xəzər-Xvalın    (Ris-Vyurm)  geolji  dövrünün 

istiləşmə  mərhələsinə  uyğun  gəlir.  Hələ  Ris-Vyurm  (Xəzər-

Xvalın)  və Xvalın  (Vyurm) əsrlərinin keçid dövründə aşel ənənəli 

texniki- morfoloji  xüsusiyyətlər  davam  edirdi.  Həm  də  Xvalının 

(Vyurmun)  birinci  yarısı  mərhələsinə  uyğun  gələn  təbəqələrin 

tədqiqi  göstərir  ki,  bu  dövr  mülayim  rütubətli  iqlim  şəraitində 

keçmişdir.  Azıx  mağarasının  III  təbəqəsinin  alt  horizontları  buna 

əyani  sübutdur  (Hüseynov,  1975).  Artıq  Xvalının  ortalarından 

getdikcə soyuq rütubətli  iqlim  hakim rol oynamağa başlayır  və bu 

səbəbdən  neandertal  tipli  insan  kiçik  fasilələrlə  daimi  ocaq 

yandırır,  onu  qoruyub  saxlayır  ki,  həm  nəmişlikdən,  həm  də 



293 

 

soyuqdan  qorunsun.  Belə  mənzərə  Yaxın  Şərq,  Orta  Asiya  və 



Qafqaz,  o  cümlədən  Tağlar  düşərgəsində  aydın  izlənir 

(Məmmədov, Cəfərov, 1974). 

     Mustye  mədəniyyətinin  yaradıcıları  ilk  şüurlu  insanlar  – 

paleantrop tipli neandertallar olmuşlar. Bu tip qədim insanların ilk 

inkişaf  mərhələsi Azıx  mağarasının orta aşel çöküntüsündən aşkar 

edilmişdir (Hacıyev, Hüseynov, 1970). 

    Erkən  paleolitin  yekun  mərhəsində  daha  inkişaf  etmiş 

fiziki  insan  tipi  fəaliyyət  göstərməyə  başlayır  və  onlara  müvafiq 

də  inkişaf  etmiş  yüksək  səviyyəli  maddi  mədəniyyət  Mustye 

dövründə yaranır. 

    Mustye  dövründə  dini  təsəvvür,  inam  etiqadı  və  qəbilə 

kök əlaqələrindən irəli gələn qəbir – dəfnetmə meylləri yaranır.  

    Mustye 

dövründə 

təsviri 

incəsənətin, 

zərifliyin, 

simmetriyanın  rüşeymləri  özünü  göstərir.  Sümüklər  üzərində 

kəsmələr, oxradan  istifadə, qaşov,  itiuclu  və çapma  tipli alətlərdə 

mütənasiblik,  onlar  üzərindəki  neqativlər,  dişək  düzümündəki 

incəlik bu daxili və zahiri kamillikdən xəbər verir. 

    Orta paleolit abidələri  Aşel dövrünə  nisbətən çox, həm də 

sıx  yayılmaqla  daha  geniş  ərazini  tutmuşdur.  Bu  dövr  abidələri 

yerləşmə zonalarına görə bir neçə qrupa bölünür. Bunlar Quruçay-

Köndələnçay  hövzələri,  araz  çayı  yuxarı  hövzəsi,  Talış  subtropik 



294 

 

dağları  Tərtərçay,  Həsənsu,  İncəsu,  Təvədöy  çay  hövzələri  və 



Ağgöl qruplarından ibarətdir. 

  Quruçay-Köndələnçay 

hövzəsi  abidələri  Azıxın  III 

təbəqəsi  və  Tağlar  mağarasının düşərgələri  ilə  təmsil olunmuşdur 

(Hüseynov, 1985; Cəfərov, 1999). 

     Araz  hövzəsi  Naxçıvanın  Qazma  mağara  düşərgəsi  

(Cəfərov,  1999;  Zeynalov,  2004)  Talış  zonası  Buzeyir  və  Alar 

mağara (Cəfərov, 2004) materialları ilə xarakterizə olunur. 



      Həsənsu-İncəsu-Təvədöy  çayları  hövzələrinin  Mustye 

dövrü  abidələri.  Bu  qrup  abidələr  Qazax  rayonunun  Şıxlı, 

Kəmərli  və  Ağstafa  rayonunun  Köçəsgər  kəndləri  ətrafında 

yerləşir. Bunlardan ilk qeydə alınanı, ən qədimi və zəngin material 

verəni Qədirdərə paleolit  yaşayış yeridir. O, Şıxlı kəndinin cənub-

qərbində,  Qədirdərənin  şimal  üzündə,  maili  düzənliyin  orta 

terrasla  qovuşduğu  burunda  yerləşir.  Geomorfoloq  N.Ş.Şirinovun 

fikrincə,  materiallar  Qədirdərənin  15  m-lik  terrasının  çarxac 

çöküntülərilə  bağlıdır.  Daş  məmulatı  1023  əşyadan  ibarətdir. 

Xammal  kimi  düşərgədə  boz  və  göyümsov  rəngli  müxtəlif 

dərəcədə  çaxmaqlaşmış  süxurlardan    və  andezit  daşından  istifadə 

olunmuşdur.  Yaşayış  yeri    1960-cı  ildə  qeydə  alınmışdır 

(Mənsurov, 2005). Mustye kompleksində 25  nüvə  vardır. Bunlar, 

hər  şeydən  əvvəl,  arxa  tərəfdən  yastı  şəklə  salınmaları  ilə 

xarakterizə  olunur.  Bu  nüvələrin  10  ədədi  son  işləmə  həddində 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə