19
İşçi heyətimizin və əməliyyatlarımızın təhlükəsizliyi
bir nömrəli prioritetimiz olaraq qalır. Hər bir işçidən
özünün illik fəaliyyət planında əməyin təhlükəsizliyi
ilə bağlı hədəflər təyin etməsi tələb olunur.
Digər əsas prioritet isə güclü milli işçi qüvvəsi
formalaşdırmaqdır. Buna yeni istedadları cəlb
etməklə və hazırkı əməkdaşlarımızın icra
göstəriciləri və karyera inkişafını fəal şəkildə idarə
etməklə nail olmaq niyyətindəyik.
2012-ci ildə Azərbaycanda BP-nin daimi yerli
işçilərinin ümumi sayı 234 nəfər və ya 11%-dən
çox artdı. Bu, ixtisaslı milli işçi qüvvəsi yetişdirmək
öhdəliyimizə sədaqətimizi nümayiş etdirir. 2012-ci
ilin sonunda Azərbaycanda BP-nin ixtisaslı işçi
qüvvəsinin 85%-ni ölkə vətəndaşları təşkil edirdi,
bir il əvvəl isə bu göstərici 86% olub. Cüzi azalma
əsasən mühəndis-texniki və quyular ixtisası üzrə
xüsusi səriştələrə malik kadrları işə götürməyi tələb
edən fəaliyyətlərimizin kəskin şəkildə artmasına
görə baş verdi.
İxtisaslı işçi heyətinə olan gələcək tələbatımızı
qismən 2012-ci ildə başladığımız innovativ Neft-qaz
ixtisaslı məzunların təkmilləşdirilməsi proqramı
vasitəsilə ödəməyi planlaşdırırıq. Bu proqram
barədə səhifə 23-də daha geniş oxuyun.
Yüksək vəzifəli yerli vətəndaşların sayı il ərzində
13% artaraq 168-ə çatdı. Onların arasındakı
qadın əməkdaşlarımızın əksəriyyəti maliyyə və
insan resursları şöbəsində, kişi menecerlərin
isə əksəriyyəti əməliyyatlar, mühəndis-texniki,
maliyyə, həmçinin sağlamlıq, əməyin təhlükəsizliyi,
təhlükəsizlik və ətraf mühit sahələrində işləyirdi.
Daha 22 azərbaycanlı əməkdaş digər ölkələrə ezam
olunaraq yüksək vəzifələrdə işləyib.
İşəgötürmə
İnanırıq ki, insanlar ən dəyərli sərvətimizdir.
Əməliyyatlarımızın davamlı irəliləməsi üçün hər gün
arxalandığımız onların istedadları və vəzifə borcu
hisləridir. Hər bir iş üçün düzgün insanları seçməyə
çalışır, onlara yaxşı təlim keçir və hörmətlə yanaşırıq.
Bundan əlavə, bütün prosesi düzgün apardığımıza,
hər bir işi səmərəli və şəffaf gördüyümüzə əmin
olmaq üçün öz işəgötürmə proseslərimizi və
prosedurlarımızı davamlı olaraq nəzərdən keçiririk.
Hər il həyata keçirdiyimiz Məzunların və yay
təcrübəsi keçən tələbələrin işə götürülməsi
proqramını 2012-ci ildə də davam etdirdik.
Həm texniki, həm də qeyri-texniki sahələr üzrə
Bir şirkət olaraq bizim davamlı inkişafımız əməkdaşlarımızın səriştələri,
davranışları və işə cəlb olunmalarından asılıdır. 2012-ci ildə biz
Azərbaycanda işləyən yerli işçilərimizin sayını artırmaq üçün əlavə
tədbirlər gördük.
Əməkdaşlarımız
BP-nin Azərbaycandakı ixtisaslı işçi heyəti
Bu diaqramda yerli vətəndaşların faizi də göstərilib
a
362
348
312
380
452
1 632
1 889
2 067
2 272
2 530
82%
84%
87%
86%
85%
500
1 000
1 500
2 000
2 500
3 000
3 500
2008
2009
2010
2011
2012
a
Buraya təyinatla xaricdə işləyən 65 ixtisaslı yerli işçi də daxildir.
b
Agentlik müqaviləsi əsasında çalışan əməkdaşlar BP üçün işləyirlər, lakin işə rəsmi olaraq
işəgötürmə agentlikləri tərəfindən qəbul edilirlər.
c
“Biznesə dəstək” keçənilki hesabatda verilmiş “icraçı rəhbərlik” kateqoriyasını da əhatə edir.
d
“Maliyyə” keçənilki hesabatda verilmiş “kommersiya” kateqoriyasını da əhatə edir.
e
Bu funksiya daha əvvəl “qazma və tamamlama” adlandırılırdı.
Kişi (cəmi 135)
Qadın (cəmi 33)
Yüksək vəzifəli azərbaycanlı menecerlər
6
3
5
10
15
20
25
30
3
3
3
3
1
1
13
15
16
11
3
3
3
7
1
9
9
31 1
6
8
8
2
2
Biznesə dəstək
c
Əlaqələr və şirkətxarici işlər
Planlaşdırma
Etika və uyğunluq
Mühəndis-texniki
Maliyyə
d
Sağlamlıq, əməyin təhlükəsizliyi, təhlükəsizlik və ətraf mühit
İnsan resursları
İnformasiya texnologiyaları və xidmətləri
Hüquq
Əməliyyatlar
Layihələr
Tədarük və təchizatın idarə edilməsi
Geoloji-geofiziki işlər
Vergilər
Quyular
e
Azərbaycanda BP-nin daimi işçiləri və
agentlik muqaviləsi əsasında işləyən
əməkdaşları
b
500
1 000
1 500
2 000
2 500
3 000
3 500
4 000
2008
2009
2010
2011
2012
1 785
1 929
2 020
2 226
2 470
416
399
450
475
537
528
422
434
521
673
120
96
86
110
132
Kişi
Kişi
Qadın
Qadın
İşçilərimiz Qərbi Çıraq platformasının üst modulunun tikinti sahəsində.
Biz necə işləyirik
BP Azərbaycanda. Davamlı inkişaf haqqında hesabat 2012