Daha güclü, daha etibarlı bir bp qururuq



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə15/33
tarix07.04.2018
ölçüsü0,93 Mb.
#36497
1   ...   11   12   13   14   15   16   17   18   ...   33

23

Təhsil və inkişaf

2012-ci ildə biz AGT regionunda müxtəlif 

təlimlərə 6,8 milyon dollara yaxın vəsait xərclədik. 

Regionda keçirdiyimiz ümumilikdə 1 340 təlim 

sessiyasında iştirakçıların sayı 10 000-ə yaxın 

oldu. Bu sessiyaların 1 159-u və ya 86%-dən 

çoxu Azərbaycanda keçirilib. Təlimlər əməyin 

təhlükəsizliyi, texniki, idarəetmə və biznes 

davranışları kimi müxtəlif mövzuları əhatə edib.



Davamlı peşə təlimi

Tam ştat işləyən yerli işçilərimizə öz ixtisas 

sahələri üzrə əlavə dərəcələr və ya sertifikatlar 

almalarına kömək məqsədilə maliyyə dəstəyi 

göstərməklə onları öz təhsillərini davam etdirməyə 

həvəsləndiririk. 

2012-ci ildə midstrim, geoloji-geofiziki işlər, 

əməliyyatlar, əməyin təhlükəsizliyi və əməliyyat 

riskləri, insan resursları, maliyyə, eləcə də əlaqələr 

və şirkətxarici işlər üzrə 36 əməkdaşımız bu 

proqram çərçivəsində dəstək alıb. İl ərzində 10 BP 

əməkdaşı tanınmış Britaniya təhsil müəssisələrində 

təbiət fənləri üzrə magistr dərəcəsi verən 

proqramlara muraciət etdilər. Daha 26 nəfər isə 

BP-nin köməyi ilə magistratura səviyyəsində digər 

təhsil imkanlarından faydalandı.



Dil təlimi

Yerli işçi heyətimiz üçün ingilis dili, Azərbaycanda 

yaşayan əcnəbi əməkdaşlarımız üçünsə 

Azərbaycan dili kurslarını davam etdiririk. 2012-ci 

ilin sonuna təxminən 320 yerli əməkdaşımız ingilis 

dili dərslərində iştirak edirdi. Səksəndən artıq 

əcnəbi işçimiz isə Azərbaycan dili dərslərinə gedirdi. 

Mütəmadi kurslarla yanaşı, əcnəbi əməkdaşlara 

Azərbaycanın tarixi, mədəniyyəti və adət-ənənələri 

barədə mühazirələr təklif edilir.



“Çəllenc” proqramı

Azərbaycanda gənc istedadların cəlb olunması 

və inkişaf etdirilməsi üçün peşə ixtisasları üzrə 

“Çəllenc” (“Sınaq”) adlanan proqramımız var. 

Adətən, iştirakçılar – “çəllencer”lər proqram 

müddətində 18 aydan 24 ayadək iki vəzifə yerinə 

yetirirlər. Proqram başa çatanda məzunların BP-nin 

biznes gündəliyinə və gələcək inkişafına tam töhfə 

verməyə qadir olan səriştəli mütəxəssislər olması 

gözlənilir. 

2012-ci ildə Azərbaycanda 29 yerli çəllencer bu 

proqramı uğurla başa vuraraq şirkətdə daha üstün 

vəzifələrə irəli çəkildi. Azərbaycanda Çəllenc 

proqramının iştirakçılarının sayı 158-ə çatdı.



Neft-qaz ixtisaslı məzunların  

təkmilləşdirilməsi proqramı 

BP-nin Neft-qaz ixtisaslı məzunların 

təkmilləşdirilməsi proqramı Azərbaycanlı gənc 

neft-qaz ixtisaslı məzunların BP daxilində uğurlu 

karyera qurmaları üçün təlim almalarına imkan 

yaradan beynəlxalq standartlara uyğun təlim və 

təkmilləşdirmə vasitəsidir. Bu, regionda biznesin 

inkişafına dəstək olmaq üçün BP-nin hər il 

işə götürdüyü yerli məzunların sayını artırmaq 

planlarına uyğundur. 

Texniki münsiflər heyəti 19 çəllencer və 15 yay təcrübəçisinin ikinci regional “TexnoFest”ə təqdim etdiyi 

layihələri qiymətləndirdi, avqust 2012-ci il. 

Bağlılıq

BP-nin Azərbaycanda insan resursları üzrə vitse-

prezidenti Syu Adlam-Hill özünün dil öyrənmək 

təcrübəsini paylaşır: 

“Azərbaycanda beş ildən artıq yaşadıqdan 

sonra çox istərdim ki, azərbaycanca sərbəst 

danışdığımı deyə bilim… ancaq bilmirəm. 

Buna baxmayaraq, fəxrlə çərçivəyə saldığım 

bir şəhadətnamə mənim başlanğıc və ibtidai 

mərhələdən keçərək orta səviyyənin 2-ci 

mərhələsinə çatdığımı təsdiqləyir.

Çəkdiyim bu zəhmət Azərbaycandakı iş 

həyatımı dəyişdi. İşdə olarkən sadə məsələlərdə 

– salamlaşma, təşkilati işlər, vaxtaşırı tədbirlərdə 

söylədiyim əvvəlcədən hazırlanmış nitqlər üçün 

Azərbaycan dilindən istifadə edirəm. 

İşdən kənarda isə özümü daha sərbəst 

hiss edirəm. Bakıda şəhərə çıxarkən, ya da 

bölgələrdə olarkən mükəmməl bilmədiyim 

azərbaycancadan istifadə etməyim 

vəziyyətdən çıxmaqda və heç vaxt təsəvvürə 

gətirməyəcəyim münasibətlər qurmaqda 

mənə kömək edib. Şəkidən başlamış ta Lahıca, 

Naxçıvana qədər qonaqpərvər azərbaycanlı 

ailələrinin qonağı olmuşam. Burada insanlar bir 

əcnəbinin onların doğma dilində danışmağa 

çalışdığını görəndə məmnun olurlar. 

Mən isə bu ölkə barədə başqa cür dəyərləndirə 

bilməyəcəyim şeyləri başa düşdüm. Əminəm 

ki, Azərbaycan dili və mədəniyyətini öyrənmək 

üçün göstərdiyim səylər BP və komandam 

üçün daha yaxşı işləməyimə kömək edib. 

Azərbaycana işləməyə gələn hər kəsə 

Azərbaycan dilini öyrənməyə cəhd etmələrini 

məsləhət görərdim. Hətta dili yalnız ibtidai 

səviyyədə mənimsəyə bilsəniz belə, o sizə 

sürətlə dəyişən bu valehedici ölkə ilə bağlılığın 

tamamilə yeni bir səviyyəsini qurmağa kömək 

edəcək. Mənim üçün bu, neçə gözəl dostluq 

münasibəti ilə ömrümün sonuna qədər 

mənimlə qalacaq bir bağlılıqdır”. 

Biz necə işləyirik 

BP Azərbaycanda. Davamlı inkişaf haqqında hesabat 2012



24

Neft-qaz ixtisaslı məzunların təkmilləşdirilməsi 

proqramı (NİMTP) neft-qaz ixtisaslı məzunlara 

yerüstü mühəndislik, geoloji-geofiziki işlər və 

quyular üzrə ixtisaslaşmaq imkanı verən dünya 

səviyyəli təlim proqramıdır. O, məzunlara öz texniki 

biliklərini, biznes haqqında məlumatlarını, ünsiyyət 

bacarıqları və ingilis dili biliklərini dərinləşdirməyə 

kömək etmək üçün işlənib hazırlanıb.

NİMTP-yə qəbul prosesi hər il BP-nin məzunların 

işə qəbulu proqramı çərçivəsində həyata keçirilir. 

Bu proqram hər il sentyabr ayında başlayır və 11 

ay davam edir. O, Bakıda, BP-nin İçəri Şəhərdə 

yerləşən yeni Neft-qaz Təlim Mərkəzində keçirilir. 

2012-ci ildə 55 nəfər Azərbaycanlı məzundan ibarət 

ilk qrup proqrama qəbul edilib. Layihə Heriot-Uatt 

Universiteti (Böyük Britaniya) və “TTE-Petrofac” 

(Böyük Britaniya) şirkəti ilə birgə həyata keçirilir.



Texniklikdən mühəndisliyə proqramı

Texniklikdən mühəndisliyə təşəbbüsü uyğun 

ixtisasa malik texnikləri təşkilat daxilində 

mühəndis karyerasına həvəsləndirmək üçün 

hazırlanıb. Ciddi seçim prosesi nəticəsində fərdi 

təcrübə və səriştələri əsasında uğurlu namizədlər 

müəyyənləşdirilir, cari və gələcək mühəndis-texniki 

vəzifələr üçün namizədlərin siyahısına daxil edilir. 

2012-ci ildə 60 texnik ərizə verdi, onlardan 26 nəfəri 

müsahibə olundu, yeddi nəfəri isə dörd mühəndis 

ixtisası üzrə namizədlər kimi seçildi.

“Apstrim ekselens” proqramı

BP-nin “Apstrim ekselens” proqramı 2012-ci ildə 

daha da inkişaf etdirildi. Proqram əməkdaşlarımızın 

öz səriştə və qabiliyyətlərini dərinləşdirməyin və 

Qazma və quyuya müdaxilə işləri üzrə gənc mühəndislər Quyular şöbəsində.

arzu etdikləri vəzifələrə çatmağın yolunu öyrənmək 

üçün şəffaf və obyektiv bir üsul kimi düşünülüb. 

2012-ci ildə proqram sağlamlıq, ətraf mühit, insan 

resursları, maliyyə və layihələr sahələrinə tətbiq 

olundu.  

Bu proqramın özəyini təşkilati bacarıqlarımızı 

genişləndirmək məqsədi daşıyan özünəməxsus, 

icra göstəricilərini diqqət mərkəzində saxlayan 

inkişaf prosesi təşkil edir. O, həmçinin 

əməkdaşlarımıza öz gələcək karyeraları ilə bağlı 

aydın istiqamət verərək fərdi inkişafı dəstəkləyir, 

eləcə də işçilərin öz bacarıq və qabiliyyətlərinə görə 

uğur qazandıqları meritokratiya mühitini təmin edir. 



Xəzər texniki təlim mərkəzi 

Xəzər texniki təlim mərkəzi (XTTM) BP və 

tərəfdaşları üçün Azərbaycan, Gürcüstan 

və Türkiyədə daha böyük sayda işçi heyətin 

milliləşdirilməsini həyata keçirməkdə misilsiz 

xidmət göstərir. Bundan əlavə, Oman və İraqdakı 

əməliyyatlarımızın XTTM-in xidmətlərindən istifadə 

etməsi ilə bura BP qrupu üzrə yüksək ixtisaslı 

kadrlar hazırlayan regional mərkəzə çevrilib. 

İlk məzunların buraxıldığı 2004-cü ildən bəri 

mərkəzin Hazırlıq proqramı çərçivəsində 800-dən 

çox texnik təlim alıb. 2012-ci ildə 51 texnik məzun 

olaraq qurudakı və dənizdəki obyektlərə yola salınıb.

XTTM-də əməyin təhlükəsizliyi göstəricisi 

2012-ci ildə yeni səviyyəyə yüksəldi – mərkəz 

xəsarətə görə vaxt itirmədən iki milyon adam-

saat iş və qəzasız qət edilmiş 1,3 milyon kilometr 

göstəricisinə nail oldu.

İlhamverici obraz

“BP Azərbaycanda. Davamlı inkişaf haqqında 

hesabat 2010”un üz qabığındakı foto 

çoxlarına tanışdır. Fotodakı BP-nin qazma 

mühəndisliyi üzrə çəllenceri Aysel Cavadova 

indi Azərbaycanda BP-nin quyuya müdaxilə işləri 

üzrə mühəndisidir. 

2008-ci ildə Ayselin BP-nin məzuların işə qəbulu 

proqramına qəbul üçün müraciəti uğurlu oldu. 

O, quyular şöbəsində Çəllenc proqramına 

qəbul edilərək bir illiyə qazma mühəndisliyi üzrə 

çəllencer kimi dənizə – Dərinsulu Günəşli (DSG) 

platformasına göndərildi. Bir çox şeyləri sıfırdan 

öyrənmək lazım idi, lakin modullara bölünmüş 

və hamilərin davamlı dəstəyini təmin edən 

Çəllenc proqramının böyük köməyi oldu. 

Onun məşhur fotosu elə o zamanlar, 2009-cu 

ildə DSG-də çəkilmişdi. Ondan sonra Ayselin 

karyerası quyuya müdaxilə işlərinə yönəldi. Öz 

menecerinin məsləhəti ilə Aysel Sürətləndirlmiş 

İnkişaf Proqramına (SİP) müraciət etdi. “SİP 

çərçivəsində Alyaskaya Prudo-Bey yatağına 

ezamiyyət həyatımda əsaslı dəyişikliyə səbəb 

oldu, – Aysel deyir. – Prudo-Bey kifayət qədər 

yaşlı bir yataqdır, hasilatı yüksək saxlamaq üçün 

buraya müxtəlif əməliyyatlar və texnologiyalar 

cəlb olunur”. 

SİP üzrə təcrübəçi ilk altı ay ərzində dörd xidmət 

xəttinin hər birində işləyir. Son olaraq, təcrübəçi 

bölmələrin birinə təyin edilmiş müstəqil quyu 

sahə rəhbəri kimi işləyir. İlk dəfə idi ki, Aysel 

BP nəzarətçisi kimi başqalarına rəhbərlik edirdi. 

Bu, yeni cavabdehlik və çətinliklərə malik 

həyəcanverici bir təyinat idi. Alyaskaya birillik 

ezamiyyətin sonunda Aysel həm SİP, həm də 

Çəllenc proqramlarını uğurla bitirərək məzun 

oldu. 

İndi yenə Bakıdadır, BP ilə Xəzərdə olmağın 



sevincini yaşayır. Onun davamlı inkişaf haqqında 

hesabatın üz qabığındakı fotosu isə BP-nin 

Xəzərdəki gələcək neft-qaz işlənmələrini irəli 

aparmaq üçün yetişdirdiyi dünya səviyyəli 

gənc Azərbaycanlı peşəkarların yeni nəslinin 

ilhamverici bir obrazı olaraq qalır.

Biz necə işləyirik 

BP Azərbaycanda. Davamlı inkişaf haqqında hesabat 2012




Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə