Daş yuxular 1 Әkrәm Әylisli Daş yuxular



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/31
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1649
1   ...   19   20   21   22   23   24   25   26   ...   31

DAŞ YUXULAR 
94
Saday dostunun başını bahalı papağıyla bir yerdә sinәsinә 
sıxdı. Onlar bir neçә  dәqiqә dinib-danışmadan biri-birinә 
baxdılar. O qısa zaman kәsiyi Camalın özünü әlә almasına, 
nә söylәmәk istәdiyini kәsdirmәyinә kifayәt elәdi. Lap 
әvvәl bir qәdәr hәyәcanlandı, sonda isә doluxsunub 
hıçqırdı. 
- Zibilә düşmüşәm, qardaş, - sözә başladı. - Kömәyin 
lazımdı. Oğlumu tutub salıblar türmәyә. Rayonda 
döymәdiyim qapı qalmayıb. Sözümә baxan yoxdu. Durub 
gәldim, bәlkә burda kimsә kömәk elәyә. 
- Nә üstündә tutublar oğlunu? - Artist әsәbi halda 
soruşdu. - Camalın belә ağlamsınmağını heç istәmirdi. 
Camal cavab vermәdi. Cibindәn dәsmal çıxarıb 
aramla gözündәn, burnundan axıb ağzına dolan seli-suyu 
sildi. Yalnız bundan sonra özünü әlә alıb artıq sakit, 
arxayın sәslә dәrdini açdı. 
- Eşit, Sarı, başımın boşluğuna görә Allah cәzalandırıb 
mәni. Adam nә  qәdәr sәfeh olar ki, gedib qәssab 
Mәmmәdağanın nәvәsin gәlin deyib gәtirәr ocağının 
başına, qanını it qanına  calayar.  Bu  da  axırı. Mәni adam 
saymır, qayınanasını it kimi tutur. Qandığı döymәkdi, 
söymәkdi, lәnәt yağdırmaqdı. Bizi bütün kәnddә biabır 
eliyib. Tutması tutanda bir әli olr, bir başı - özünü döyüb 
qana qәltan elәyir. Sonra da atası Cingöz Şabanın 
öyrәtmәsi ilә qaçır şәhәrә, xәstәxanaya, ay camaat, baxın 
deyir, әrim mәni öldürmәk istәyir. Bax belә, uşağı şәrlәyib 
basdılar içәri.  İyirmi gündü onun-bunun qapısında 
yatıram. Rayonda kimin yanına gedirәm heç üzümә  dә 
baxmır. Gümanım kәsilib. Ümidim bircә sәnә qalıb, Saday. 
Sәn kömәk elәyә bilәrsәn mәnә. Hörmәtli adamsan, hamı 


DAŞ YUXULAR 
95
sәni tanıyır. - Camal diqqәtlә Sadayın üzünә baxaraq 
susdu. Sadayın Camala yazığı  gәldi. O, eyni zamanda 
özünün,  Әylisin, Cingöz Şabanın kәmağıl qızının halına 
yandı. Saralıb solan Әylisin, bozarıb dәrd çәkәn dağların, 
üşüyәn, soyuqdan nәfәsi buz bağlayan, baharın gәlişinә 
hәsrәt qalan daşların, küçәlәrin, evlәrin halına yandı. Daş 
kilsә. Onun altından çağlayıb axan çeşmә, indi buz 
bağlayan, o çeşmәnin axıb töküldüyü çayın rәngi bir az 
qaramtıldı, elә bil nәdәnsә qorxub vә  qәfil, haradansa 
peyda olan, bәlkә  dә  әcәlin dartıb buralara gәtirdiyi 
möcüzәli dәrәcәdә qara tülkü - Allahın yaratdığı  xırda 
canlı...vә bir dә o bulağın yanında qәdimlәrdә tikilәn, 
üstündәki qıpqırmızı qan lәkәsi pozulmayan daş hasar... 
Cingöz  Şaban bu hasarın dibindә güllәlәmişdi o yazıq 
mәxluqu. Artist Әylisin belәcә, boz vә yazıq sifәtini gözü 
önünә gәtirir vә Camaldan hәmәn o sarımtıl - narıncı işıq 
barәdә soruşmaq xәyalına görә utanıb xәcalәt çәkirdi. 
- Baxaq görәk. Nәsә fikirlәşәrik, - Saday Sadıqlı 
inmasız, heç bir ümid yeri qoymadan cavab verdi vә bir 
qәdәr ucadan әlavә etdi: - Hә, danış görüm Әylisdә  nә 
var, nә yox? 
- Nә olasıdı  Әylisdә? Necә görmüsәn, elә - köhnә 
hamam, köhnә tas, - Camal tam könülsüz dilini sürüdü. 
- Bilirsәn axırıncı dәfә Әylisdәn çıxdığım neçә ildir? 
- Lap olsun yüz il. Lap yüz il dә olmasan, Әylisdә heç 
zad dәyişәn deyil, - Camal cavab verdi vә  nәdәnsә 
tәәssüflә Mopassanın üzünә gülümsündü. - Amma sonra 
nә düşündüsә Sadaya Әylis barәdә azdan-çoxdan 
danışmaq qәrarına gәlib, könülsüz-könülsüz dillәndi. - Bu 
il yaz girәndә Mirәli kişi öldü, mәn bilәn xәbәrin var 


DAŞ YUXULAR 
96
bundan. Tәzәlikcә Anıx da canını  Әzrailә tapşırdı. Qoca 
qarı  nә  tәhәr hikkәliymiş, son nәfәsi üzülәnәcәn 
ermәniliyini danmadı. Bizim arvadlar vidalaşmağa 
gedәndә, hamıya üz tutub nә desә yaxşıdı? Deyib, eşidin, 
mәn dinimi dәyişә, inandığım Allaha dönük çıxa bilmәrәm. 
İndiyә  qәdәr mәn sizin, mәdәni dildә desәm, başınızı 
tәllәyirdim... Hә, ermәnilәr belә alçaqdılar! - Camal mәzәli 
bir tәrzdә üz-gözünü әyişdirib, bu dәfә dә ani vә ehtiyatla 
Mopassan Mirәlәmova baxdı. Sonra isә çaşqın halda 
Sadaya nәzәr yetirib hansı sәbәbdәnsә başını aşağı saldı. 
- Hәdi, hәlә  dә  Әylisdә ermәnilәr barәdә  hәdyan 
söylәmәk dәbdәrir? – Saday güclә eşidilәn sәslә soruşdu 
vә özünü әylisli müsәlman arvadlar dövrәlәyәn, ölüm 
yatağında can verәn sonuncu Әylis ermәnisi Anikonun 
yerindә  tәsәvvür elәmәyә çalışdı. Onun ölüm sәhnәsini 
tәsәvvürünә  gәtirә bilmirdi. Әvәzinә gözlәri önünә 
Әylisdәki әn gözәl, böyük, ikimәrtәbәli ev gәlirdi. Hündür 
artırmasınada  әlә  gәtirmәk mümkün olan hәr növ güllәr 
düzülmüşdü. Tәmizlik vә sәliqә-sahman evә tәrәf uzanan 
daş döşәnmiş  cığırla gedәn adamın gözlәrini dincәldirdi. 
Anikonun Vәng kilsәsindә  әkdiyi vә  hәvәslә qulluq etdiyi 
güllәr Sadayın ruhunu çox oxşamış, ona zövq vermişdi. 
Artist Camalın başındakı bahalı papağa baxır vә xatırlayırdı 
ki, neçә müddәtdәn bәri çıxarmadığı kirli, qartmax 
bağlamış kepkanı onun başından Haykanuş ölüm-zülüm 
dartıb qopara bilmişdi. 
-  Әgәr Allahın olsaydı, sәn dә ona qarşı satqınçılıq 
elәmәzdin. - Artist heç nәdәn ehtiyatlanmadan uca sәslә 
dedi. Vә  dәrhal (dediyi sözlәrә görә  tәәssüf hissi 
keçirdiyinә görәmi, yaxud hansısa başqa bir sәbәbdәn) 


DAŞ YUXULAR 
97
içindә uçurum kimi boşluq duydu, elә qaranlıq, nәhayәtsiz 
boşluq ki, nә başlanğıcı vardı, nә  dә sonu, hәyatsız vә 
havasız bir boşluq idi. Onun sözlәrindәn sonra ortaya 
çökmüş ani sükut arasında o, Mopassan Mirәlәmovun 
gözlәrindәki  şübhәli-hiylәgәr vә soyuq tәbәssümü tuta 
bildi. Amma direktorun tәrtәmiz tәraş edilәn kök sifәti bir 
anda ciddilәşdi. İşә bax ki, Sadayın tikanlı sözlәri Camalın 
halına tәvavüd elәmirdi. 
- Düz deyirsәn, - cavab verdi, ermәnilәr öz 
Allahlarından heç vaxt üz döndәrmirlәr. 
Saday bu sözü elә bil әvvәllәr dә  eşitmişdi. Artistә 
görә, eşitdiyi sadәcә söz deyildi, bu sözlәr hәm dә  nә 
zamansa bu dünyada var olan, sonra izsiz-tozsuz yoxa 
çıxan, unudulan sәs, yumşaq, xeyirxah işıq idi. Saday 
Sadıqlı bu sözlәri eşidәndә sakitlik tapmış, özünü әlә 
almışdı. O, bu saat bütün yaddaşını geri çevirib әlәk-vәlәk 
elәmәyә hazır idi ki, o sözü ilk dәfә kimdәn, nә zaman, 
harada eşitdiyini xatırlasın. O, bütün Әylisi hamıya mәxsus 
olan tәk bircә ev kimi qucaqlayıb bağrına basmaq, cavan 
ağac kimi silkәlәmәk, bir ovuc su kimi başına çәkib içmәk 
istәyirdi, tәki bilsin, xatırlasın ki, Camalın indicә dediyi 
sadә, amma inanılmaz dәrәcәdә  dәrin mәnaya malik 
cümlәnin ilk әylisli müәllifi kim olub. Ey ucalardan uca 
Allah! Mәgәr bu sözlәr deyilәndә  Әylis o ulu, әlçatmaz 
yaradanın yanında deyildimi? Әylis dә  mәgәr böyük 
yaradan qәdәr  әlçatmaz olanda deyilmәyibmi bu sözlәr: 
"Allahın nәzәri hәmişә ermәnilәrin üstündәdir." 
Ürәkdәn sevinәn Saday Camalın boynunu qucaqladı. 
- Ay Cambul, elә Cambulsan ki, durmusan. Nә qәdәr 
tәmiz ürәklisәn, xәtrinә dәysәm dә incimәdin. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə