DəDƏ qorqud a r a ş d ı r m a L a r ı



Yüklə 1,74 Mb.
səhifə16/77
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51680
1   ...   12   13   14   15   16   17   18   19   ...   77

49 

 

meydanında at çapdım və türk zəriflərinə türkcə şeirin gözəllikləri 



ilə  zövq verdim. Bu da məni o qədər təşvişə salmadı, çünki türk-

cə şeir mənim əslimin  səliqəsinə uyğundur. Bəzən fars dili sapına  

incə düşdüm və o budaqdan könül meyvəsi dərdim [3;19-20]. 

Azərbaycan  Yazıçılarının  VII  qurultayında  Ümumilli  lider 

Heydər  Əliyev  dərin  məzmunlu  çıxışında  göstərirdi  ki,  M.Füzuli 

ilk növbədə böyük şairdir. Amma o, ondan öncə filosof, alim şair-

dir.  Məhz  bu  baxımdan  ədəbiyyatşünas  Həmid  Araslı  ona  həsr 

etdiyi “Sözün qüdrəti” məqaləsində doğru göstərir ki, şairin zən-

gin  irsini  öyrənmək,  ətraflı  izah  etmək  üçün  hər  şeydən  əvvəl 

onun şeirə, sənətə münasibətini müəyyənləşdirmək lazımdır. De-

məli, Füzulini ədəbi-nəzəri fikir işığında  poeziyada tutduğu möv-

qeyi ilə elmi axtarışlarını paralel şəkildə tədqiq etmək zəruruidir. 

Elə  bu  zəruriyyətin  nəticəsidir  ki,  İraq,  İran,  Türkiyə,  rus, 

Azərbaycan  füzulişünaslığında  “Füzuli”(H.Araslı);  ”Füzulinin  li-

rikası”(M.Quluzadə);  ”Füzulinin  sənətkarlığı”(M.Cəlal);  Füzuli 

düşünür”(M.Cəfər); ”M.Füzulinin “Leyli və Məcnun  poemasının 

ideya bədii xüsusiyyətləri haqqında”(R.Azadə) ; “Füzuli öyrədir” 

(A.Vəfalı);  ”Füzulinin  poetikası”(S.Əliyev)  və  s.adda  kitab,  mo-

noqrafiya və s. məqalələr təqdim olundu. Bu əsərlərdə alim Füzuli 

ilə, şair Füzuli daha aydın görünür. 

M.Füzuli  əsərlərində  çox-çox  rast  gəldiyimiz    zəmanədən 

şikayət,  haqsızlıq,  ədalətsizlik,  nadanlıq  motivləri  feodal  dünya-

sının  təzahürü  kimi  verilir.  İkiüzlü  mollalar,  din  xadimləri,  fırıl-

daqçı axund və şeyxlər, ruhanilər şairin kəskin  tənqid hədəfi  idi: 



Tökdükcə qanımı oxun,ol asitan içər    

Bir yerdəyəm əsir ki, torpağı qan içər

Əhli-zəmanə qanına çox təsinədir səmin 

Qanın kimin tökərsə fələk,ol zaman içər! ( I cild, s.302) 

İlk  növbədə  maddi  vəziyyətdən  çətinlik  çəkən  şair  zəma-

nəsinin acınacaqlı vəziyyətindən narazı qaldığını bildirir: 

        “Çünki  doğulduğum  və  yaşadığım  yer  İraqi-ərəbdir  ki,  sul-

tanların kölgəsindən uzaq və sakinlərin şüursuzluğu üzündən xə-

raba qalmış bir ölkədir. Bura elə bir bağdır ki, xuraman sərviləri 

samum qasırğalarıdır, açılmamış qönçələri məzlum şəhid qəbirlə-



50 

 

rinin qübbələridir. Bura elə bir zövq məclisidir ki, şərabı parçalan-



mış ciyərlərin qanı, nəğmələri avara qəriblərin naləsidir. Nə möh-

nət artıran səhrasında rahatlıq nəsimi əsir, nə də bəlalarla dolu çö-

lündə  dərd  tozlarını  yatıra  biləcək  ümid  buludu  görünür!  [2;  18-

19]. 


Bu  da  həqiqətdir  ki,  şairin  şikayətlərinin,  narazılıqlarının, 

həyatdakı uğursuzluqlarının səbəbini onun kasıb və yoxsul olması 

ilə izah etmək heç də doğru deyil. Füzuli öz dərd-kədəri yox, xal-

qın, millətin faciəli həyatını ürəyində yaşadır. Taxt-tac, var-dövlət 

üstündə  tökülən  günahsız  qanlar,  feodalların  ərşə  çıxan  zülm  və 

işgəncəsi,  mollaların,  qazilərin  maskalanmış  simalarını  görüb 

“Şikayətnamə”ni ümumiləşdirir. Bir sözlə şairin məzmunlu qəzəl 

və  qəsidələrində  ağır  həyat  tərzi  keçirən  insanların  güzaranı  real 

boyalarlatəsvir edilir. 

Akademik  Fuad  Qasımzadənin  təbirincə  desək  “Qəm  kar-

vanı” çəkən M.Füzuli dərdi intim deyil, ictimaidir. Onun kökün-

də, ruhunda bəşəriliyi daha aydın görmək olar. Nədir bu bəşərilik? 

Bu  kədərin  qaynaqlarına  diqqət  edək:  müharibə,  cəhalət,  bəra-

bərsizlik,  hüquqsuzluq,  ictimai  zülm,  dilənçilik,  quduzluq,  qeyri-

insani  ehtiraslar,  zehni  və  sosial  kölə,  eşqin,  əqlin,  elmin,  şeirin  

və  s.  maddi    sərvətlərin  lazımınca  qiymətləndirilməməsi  olmuş-

dur. Şairin zəmanəsindən “Şikayətnamə”sində çox işlətdiyi dərd, 

qəm,  qüssə,  kədər,  qubar,  möhnət,  ah,  fəğan,  fəryad,  dağ,  süz, 

azar, nalə, zülm, sitəm, aciz, mərəz, əsir, pərişan, qəmküsar və s. 

onlarca söz və ifadələr kədər motivləri haqqında çox şey deyir. 

M.Füzuli gənc yaşlarından İraq hakimiyyətini məğlub etmiş 

Şah  İsmayılı  rəğbətlə  qarşılamış,  qələmə  aldığı  “Bəngü-badə”  

poemasını  bir Azərbaycan hökmdarı kimi ona həsr etmişdir. Poe-

mada “Həmdəmim qüssə, məhrəmim qəmdir” deməklə öz kədərli 

notlarından uzaqlaşmır. Əksinə onu  qələmə aldığı ayrı-ayrı əsər-

lərə gətirib canlı və təbii obrazların idealı, arzusu, istəyi kimi vəsf 

edir. 

Şah İsmayıl və onun tərəfdarları tərəfindən rəğbətlə qarşıla-



nan şairi heç də binava,  kasıb,  yoxsul,  aciz bir insan kimi  qəbul 

etmək doğru olmaz!  Heç şübhəsiz  M.Füzuli ayıq-sayıq, uzaqgö-




51 

 

rən xarakterilə şahların, məmurların, hökmdarların iç üzünü  gör-



müş,  onların  şəninə  mədhiyyələr,  fəxriyyələr,  qəsidələr  də  yaz-

mışdır. Belə bir cəhət M.Füzulidən də yan keçməmiş, o, Bağdadı 

işğal edən Sultan Süleymanın şəninə qəsidələr yazmışdır. 

Elə bunun müqabilində  böyük şairə Sultan Süleyman ayda 9 

arça  təqaüd  kəssə  də  verilmiş  fərman  yerinə  yetirilməmiş,  kağız 

üzərində qalmışdır. Təqaüdü almaqda məmurlar ona  süni maneə-

çilik törədir, şairi get-gələ salır. M.Füzuli Mustafa Çələbiyə məh-

şur  “Şikayətnamə”sini  yazır.  Və  məmurları  tənqid  edib  onların 

riyakar, rüşvətxor olduğunu göstərib, özününün ehtiyac içərisində 

yaşadığından, xəstə olmasından şikayətlənir [2;203]. 

Ədəbiyyatşünas  Əkrəm  Cəfər  doğru  göstərir  ki,  M.Füzuli 

təkcə  “Şikayətnamə”sində deyil, qəzəl,  qəsidə, qitə, rübailərində, 

dördlük,  beşliklərində,  tərkib  bəndlərində,  ayrı-ayrı  əsərlərində 

belə  zəmanəsindən  şikayət  edir.  XVI  əsr  Şərq  aləminin,  müsəl-

man  dünyasının  məmur  özbaşınalığından  şikayətlənən  şair  heç 

şübhəsiz  XXI  əsrin  məmurlarını,  millət  vəkillərinin  xalqın  qəs-

dində dayanan əməllərini görsəydi yəqin ki,”Şikayətnamə”ni orta-

lığa çıxarmazdı. “Faciənamələr” serialları yazardı... 

 “Kədəri,qüssəni  bəşəriləşdirən(Sabir  Əliyev)  şairə  görə 

hansı ürəkdə eşq qəmi var-dünyanın bütün ləzzəti ondadır; hansı 

bədəndə ki, bir dərdli ürək yoxdur, o, bir qəbirdir ki, orada bir ölü 

yatır!  Bütün bunları deyən Füzuli öz dövründən,  zəmanəsindən 

və yurdundan da şikayət edir: 

Padşahi-mülk dinarü-dürəm rüşvət verib

Fəti-kişvər qılmağa eylər mühəyyə ləşkəri. 

Yaxud: 


Cənnətı almaq olmaz arça ilə

Girmək olmaz behiştə rüşvət ilə [2]. 

Beləliklə,  XVI  əsrin  nadan  dövlət  məmurları  korrupsiya 

haqqında  qanun  qəbul  etsəydi,  müsəlman  dünyasında  rüşvət  və 

rüşvətxorluq  halları  aradan  qalxar  və  Füzuli  “Şikayətnamə”sinin 

dərd-səri az da olsa yüngülləşərdi... 

M.Füzulinin “Şikayətnamə”sində,”Bəngü-Badə”sində qəzəl, 

qitə  və  rübailərində  zəmanədən  şikayət  motivləri  müxtəlif  üsul-



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə