DəDƏ qorqud a r a ş d ı r m a L a r ı



Yüklə 1,74 Mb.
səhifə34/77
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51680
1   ...   30   31   32   33   34   35   36   37   ...   77

105 

 

7.  Tuncer  Gülensoy,  Ahmet  Buran.  Elaziğ  Yöresi  Ağızlarından 



Derlemeler. Ankara, 1994. 240 səh. 

8.  Cemil Gülseren. Malatya ili ağızları. Ankara, 2000. 448 səh. 

9.  Mukim Sağır.Erzincan ve yöresi ağızları.Ankara,1995,435 səh. 

10.Ahmet Ercilasun. Kars ili ağızları. Ankara, 2002. 386 səh. 

11.Mübariz Yusifov. Füzulinin söz dünyası.Bakı, “Elm və təhsil”, 

2011. 496 səh. 

 

Резюме 

 

Лексический состав творчество Магамеда Фузули в 



сравнении диалектизмов Восточной Анатолии 

(на основе тюркских газелей поэта) 

В данной научной работе исследуются общие диалекти-

ческие  особенности  существующие  между  диалектизмами 

использованные  М.Фузули  в  его  газелях  и  диалектизмами 

Восточной Анатолии. Использованием сравнительного мето-

да  изучения  диалектизмов  автором  получены  интересные 

научно-исторические заключения. 

Ключевые слова: Восточная Анатолия, Мохаммед Фи-

зули, Диалектологии, Taрaкaмa диалект, Турецкие газели. 

 

Summary 

 

The vocabulary in Fuzuli’s creation 



 (based on the poems in Turkish)  

in the comparison with Eastern Anatolian dialects. 

İn this scientific work common dialectological features are 

researched  which  are  used  in  Fuzuli’s  Turkish  ghazals  between 

Eastern Anatolian region and good results have been amazing. 



Key words:Eastern Anatolia, Mohammed Fuzuli, Dialecto-

logy, Tarakama dialect, Turkish ghazals. 




106 

 

Bəhram Məmmədov 



             elmi işçi   

 

    M.FÜZULİ  YARADICILIĞI VƏ DİALEKTLƏRİMİZ  

 

Klassik  Azərbaycan  poeziyasının  görkəmli  nümayəndələrin-



dən biri olan Məhəmməd Füzuli təkcə türk  dünyasının deyil,  bü-

tövlükdə Şərq xalqlarının ədəbiyyatına təsir göstərən sənətkardır. 

M.Füzuli poeziyası, xüsusilə türk və fars  dillərində yazmış oldu-

ğu “Divan”ları ədəbiyyatşünasların hər zaman diqqət mərkəzində 

olmuş, onun lirik şeirləri müxtəlif istiqamətlərdə araşdırılmışdır.  

Şairin  zəngin  bədii  irsi  ədəbi  tənqidçilərin  diqqətini  cəlb  et-

məklə yanaşı dilçilərin, dil tarixçilərinin də əsas tədqiqat  obyek-

tınə çevrilmişdir. Bu baxımdan M.Füzuli poeziyasında işlənən və 

müasir dövrdə Azərbaycan dilinin dialekt və şivələrində öz varlı-

ğını qoruyub saxlayan dil faktlarına təsadüf edilməsi diqqəti cəlb 

edir. 

M.Füzulinin türkcə divanı bizə zəngin dialektoloji faktlar ve-



rir. Belə ki, “Divan” Azərbaycan dilinin dialekt və şivələri ilə fo-

netik,  leksik  və  qrammatik  səviyyələrdə  paralellərlə  rastlaşmaq 

mümkündür. Məhz bu amili nəzərə alaraq M.Füzuli poeziyasında 

rast gəldiyimiz dialektoloji faktları üç istiqamətdə nəzərdən keçir-

mək mümkündür. 

Fonetik xüsusiyyətlər. Müasir Azərbaycan ədəbi dilini dialekt 

və  şivələrimizdən  ayıran  əsas  cəhətlərdən  biri  də  fonetik  fərq-

lərdir. Müasir ədəbi dildə rast gəlmədiyimiz bir çox səslər və fo-

netik  hadisələr  vardır  ki,  həmin  dil  faktlarına  dialekt  və  şivələ-

rimizdə  rast  gəlirik.  M.Füzuli  yaradıcılığında  rast  gəldiyimiz  və 

dialektlərimizdə qorunub saxlanılan fonetik fərqlərə nəzər salaq: 

a>ə. A saitinin ə səsi ilə  əvəzlənməsi Azərbaycan dilinin bü-

tün  dialekt  və  şivələrində  rast  gəlinən  fonetik  hadisədir.  Eyni 

fonetik əvəzlənməyə M.Füzuli poeziyasında da rast gəlirik. 



Fərq mülkün tut, gər istnadə istərsən kəmal

Səltənətdən keç kim, ol vahidə çoxdur ehtiyac. 

                                                           M.Füzuli  

 



107 

 

               Tari-zülfündürmü rüxsarında canlar məskəni



               Ya buraxmış bir rəhi pürpiçü xəm güluzarə mur  

(8,s.100) 

M.Füzulinin türkcə divanında dialekt və şivələrimiz də müşa-

hidə edilən ə>a  əvəzlənməsinə  də  rast  gəlmək  mümkündür. Əsa-

sən  qərb  qrupu  dialekt  və  şivələ-rimizdə  rast  gəlinən  bu  fonetik 

hadisəyə  Şahbuz,  Zaqatala,  Qax,  Muğan  qrupu  şivələrində,  Bakı 

və  Quba  şəhərlərinin  bəzi  kənd  şivələrində  də  rast  gəlmək 

mümkündür. Məsələn, xarc, xazna, mana. 

Füzuliyə nəzər salaq: 



Ya rəb, həmişə lütfünü et rəhnüma mana 

Göstərmə ol təriqi ki, gəlməz sana, mana  (8, s.39) 

 

Yox məndə bir  bir əməl sənəşayistə, ah əgər, 

Əmalimə görə verə ədlin cəza mana (8, s.39) 

 

Azərbaycan  dilinin  dialekt  və  şivələrinin  fonetik  xüsusiyyət-



lərini  əks  etdirən  hadisələrdən  biri  də  samitlərin  əvəzlənməsidir. 

Samitlərin əvəzlənməsi nəticəsində baş verən hadisələrdən ən sıx 

rast  gəlinən  karlaşma  və  ya  cingiltiləşmədir.  Samitlərin  əvəzlən-

məsi  hadisəsinə  həm  söz  əvvəlində,  həm  söz  ortasında,  həm  də 

söz sonunda rast gəlirik (7, s.79). 

M.Füzulinin  türkcə  divanında  ən  çox  rast  gəldiyimiz  samit 

əvəzlənməsi söz ortasında y>g əvəzlənməsidir. Y>g əvəzlənməsi 

Azərbaycan  dilinin  dialekt  və  şivələrində  ən  çox  şərq  qrupu  dia-

lekt və şivələrinə aiddir. M.Füzulinin türkcə divanına nəzər salaq: 

İç meyi-nab ki, bağrından edər cümlə-kabab 

Atəşi-eşq ilə üşşaqi-cigər xar sana (8, s.52)  

 

Azərbaycan dilinin dialekt və şivələrində, həmçinin M.Füzuli-



nin  dilində  müşahidə  edilən  y>g  əvəzlənməsi  orta  əsrlərdə  möv-

cud  yazılı  abidələrin demək olar ki,  böyük  əksəriyyətində müşa-

hidə edilir. Qədim dövr yazılı abidələrimizdə, həmçinin g>y əvəz-

lənməsi  də  müşahidə  edilir.  Bu  haqda  prof.Ə.Tanrıverdi  yazır: 

“Müasir ədəbi  dilimizdə “y” ilə başlayan “yenə” sözü “Kitab”da 

“genə” formasındadır. “Dədə Qorqut  genə soylamış”. Həmin söz 




Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə