111
düşür. İkinci misrada yaş sözüü təzə-tər anlamında qəbul etdikdə
misra təxminən aşağıdakı şəkildə anlaşılır.
“Təzə-tər yetim uşaqlardır, onlarda ədəb-ərkan yoxdur”. Doğ-
rudur, dərin sətiraltı mənası ilə seçilən Füzuli poeziyasının bu şə-
kildə izah olunması mübahisə doğura bilər. Füzulişünaslar, beytin
ümumi mənasını fərqli şəkildə aça bilər, lakin misranın ilk anla-
şılan mənasının məhz qeyd etdiyimiz şəkildə olduğu qənaətin-
dəyik.
Budur cürmü, onu zəncirə çəkmiş dalğalar hər an,
Nə üzlə gözləyim şəfqət oğul üzlü gözəldən kim (8, s.34)
Beytin birinci misrasında işlənən cürmü sözü diqqəti cəlb edir.
Fikrimizcə, bu söz Çəmbərən dialektində qorunub saxlanan
“təkcə” məhdudlaşdırıcı ədatının (səh.83) qarşılığı kimi işlənən
cümrü sözünün fonetik cəhətdən dəyişilmiş formasıdır.
Füzuli, qıldı fəryadü Fəğanım tirə gərduni,
Hənuz ol mah sormaz kim,nə fəryadü fəğandır bu (8,s.266)
Məqtə beytinin birinci misrasındakı tirə sözü dialekt və
şivələrimizdə fərqli məna çalarlarında işlənməkdədir.
Tirə I (Ağdam, Gədəbəy, İmişli, Qarakilsə, Qazax, Qubadlı,
Laçın, Sabirabad, Şəmkir, Tovuz) – 1. nəsil; 2. tayfa; 3. qohum-
əqrəba və s.
Tirə II (Qubadlı) – 1. tərəfdar; 2. həmfikir.
Tirə IV (Şəki) – lək.
Tirə V (Şahbuz) – arı səbətinin içində olan bölmələr,
arakəsmələr (1, s.499).
Bizcə, beytdə işlənən tirə sözü ilə dialektlərimizdə rast gəldi-
yimiz tirə sözlərinin bir-biri ilə məna əlaqəsi yoxdur. Belə ol-
duqda misrada işlənmiş tirə sözü ilə mənaca səsləşən tir sözü
maraq doğurur. Azərbaycan dilinin dialekt və şivələrinin bir ço-
xunda işlənən tir sözü də tirə sözü kimi müxtəlif mənalarda tələf-
füz olunur. Lakin Salyan dialektində rast gəldiyimiz və böyük, iri
anlamlı tir sözünün misradakı tirə sözünün kökü kimi çıxış etdiyi
qənaətindəyik.
112
Misradan anlaşılan məna fikrimizi möhkəmləndirməyə kömək
edir. Fikrimizcə, beytin I misrası “Füzuli fəryadü-fəğanın böyük
fələyə söylədi” şəklin də anlaşıla bilər.
Aşıq oldum yenə bir tazə gülü-rənaya,
Ki, salır al ilə hər dəm məni yüz qovğayə (8, s.266)
Nümunədə işlənmiş al sözü yalan hiylə mənasında (Ağcabədi,
Ağdam, Bakı, Cəbrayıl, Füzuli, Qazax dialektlərində qorunub
saxlanılmışdır (1, s.18).
Bəla yolunda qovğayə qaçan mən tək
dözər Məcnun,
Qaçan olmaz durnatək, yey bilür hər
kimsə yoldaşın (8, s.266)
Beytdə yaxşı mənasında işlənən yey sözü Cəbrayıl, Gədəbəy,
Göyçay, Xanlar, İmişli, Meğri, Ordubad, Şamaxı, Tərtər dialekt-
lərində də yaxşı anlamında işlənməkdədir. “O sənnən yey danışır”
(İmişli) (1, s.549).
Abı-çeşmim cizginiz kuyində, əmma qəsri yox,
Deməsin bu dövrdə kimsə ki, mərdümzadəyəm.(8,s.223)
Beytin ikinci misrasında qarşılaşdığımız mərdümzadə sözü
diqqəti cəlb edir. Bizim fikrimizcə, bu söz əslində fars mənşəli
mərdümazar – xalqa əziyyət verən, camaatı incidən (6, s.52) sözü-
dür. Azərbaycan dilinin dialektoloji lüğətində mərdümazar sözü
əks olunmasa da, şəxsi müşahidəmizə əsasən deyə bilərik ki, mər-
dimazar sözü mərdimazar, mərgimazar şəklində Xaçmaz dialekt-
lərində “pislik edən adam” mənasında işlənməkdədir.
Canım aldın mey üçün saqi, içirdin mənə qan,
Dad əlindən ki, məni ol ilə məğbun etdin (8, s.266)
Beytdə müşahidə etdiyimiz məğbun sözü Biləsuvar dialektin-
də rast gəldiyimiz bacarıqsız mənalı mağ sözünə Yardımlı, Lerik,
Lənkəran dialektlərində qarşılaşdığımız mağmın – fərsiz, bacarıq-
sız sözləri ilə səsləşir. Bizim fikrimizcə, II misradakı tabeli mü-
rəkkəb cümlənin budaq cümləsi “məni yalan ilə bacarıqsız hala
gətirdin” şəklində anlaşıla bilər.
Qəmzə peykanının gözün mən mübtəladan saxlamaz
Sərf edər əhli-nəzər,nəqdin gədadan saxlamaz (8,s.144)
113
İkinci misrada işlənən gəda sözü qərb qrupu dialekt və
şivələrində aşağıdakı mənalarda işlənir:
Gədə I (Ağbaba, Çəmbərək, Vedi) – uşaq, oğlan.
Gədə II (Çəmbərək) – alaçıq (dəyə) tikmək üçün istifadə
olunan çubuq.
Gədə III (Vedi, Zəngibasar) –m kişiyə yaraşmayan hərəkət (5,
s.156).
Gədə sözünün qeyd olunan məna çalarlarından sonuncu –
“kişiyə yaraşmayan hərəkət” anlamı beytdəki gəda sözünə nisbə-
tən yaxın olsa da, tam olaraq həmin sözün mənasını ifadə etmir.
Beytdə işlənən gəda sözü daha çox Xaçmaz dialektində işlənən
gəda dialektində də gəda sözü beytdə işlənən mənada səviyyəsiz,
alçaq mənasında işlənmişdir.
Şükufə bərgi torpaq üzrə simin xiştələrdir kim,
Əsasi-eyşi-xəlq ol xiştlərdən üstü var oldu (8, s.338)
Nümunələrdən də göründüyü kimi, xiştə sözü bəndin hər
ikisində işlənmişdir. Xiştə sözünə dialekt və şivələrimizdə aşağı-
dakı şəkildə işlənir.
Xişdəx` I (Qax, Qarakilsə, Qazax, Şuşa) – köbə.
Xişdəx II (Çəmbərək) – şumlanmış sahə arasında qalan kiçik
xam yer.
Maraqlıdır ki, xişt sözü fars dilində kərpic anlamında da işlə-
nir (2, s.243). Xişt sözünün məna çalarını nəzərdən keçirdikdə
belə düşünmək olar ki, beytin birinci misrasında işlənmiş xişt
sözü Çəmbərək dialektindəki xişdəx – “şumlanmış sahə arasında
qalan kiçik xam yer” mənasında, II misrasında isə kərpic anlamın-
da işlədilmişdir.
Söylədim dərdi-dilimni bildi ol kim yardır,
Qılmadı bir rəhm bəs kim, zalimü xunxardır (8, s.332)
Beytin sonuncu misrasında işlənmiş xunxar sözü dialekt və
şivələrimizdə Lerik dialektində davakar anlamında işlənir (1,
s.230). Maraqlıdır ki, fars dilində qan içən anlamında işlənən xun-
xar sözü xonxar şəklində Bakı dialekti, Maştağa şivəsində də eyni
mənada işlənməkdədir.
Dostları ilə paylaş: |