«Дядя Горгуд китабы»нда ат кулtу
104
Qorqudun həmin ―qaçmağı adam kimi olan‖ varlığa ―Oğlanım,
sən insansan‖, -deyərək ―Basat‖ adını verməsi təsadüfi hesab
oluna bilməz: birincisi, ona görə ki, ―at basubən‖ feli birləĢməsi
inversiya ilə iĢlənsə (-ubən feli bağlama Ģəkilçisinin ixtisarı ilə),
bas+at + basat modeli alınır
1
; ikincisi, yaxĢı at minməyi öyrən-
mək cəmiyyətə qovuĢmağın ən əsas yolu hesab olunur; üçün-
cüsü, ―boy‖un məzmunundan aydın olur ki, təbiətdən cəmiy-
yətə gələrək ―Basat‖ adını alan (qaçmağı adam kimi olan var-
lıq) nəinki cəmiyyətə qovuĢur, hətta cəmiyyəti məhv etmək
istəyən qorxunc bir qüvvəni – Təpəgözü sıradan çıxarır.
―Kitab‖da elə epizodlara rast gəlinir ki, orada real olaraq
at, at çapma və atçılıqdan söhbət getmir: Təkur övrəti aydır:
―Dinüŋ içün Qazan bəg, yedi yaĢında bir qızcuğazım ölmüĢdür,
kərəm eylə, aŋa binmə!..‖ Qazan aydır: ―...Bir adam gətürüŋ
binəyim, sizi ögəyim!..‖ Kafəriŋ arxasına əyər saldı, ağzına
uyan urdı... Uyanın çəkdi, ağzın ayırdı, kafəri öldürdi... Bu sin-
taktik bütövə müxtəlif prizmalardan yanaĢılmıĢdır. Məsələn,
―...əski etiqdi görüĢlər ―Kitab‖ın hansı çağların məcrasını
özündə birləĢdirdiyini də bizə göstərir‖, - deyən B.Abdulla
M.H.Təhmasibin belə bir fikrini təqdim edir: ―Ta ibtidai dövr-
lərdən bəri insanın nəzərini cəlb edən mürəkkəb və əsrarəngiz
hadisələrdən birisi ölüm idi... ictimai inkiĢafın bu mərhələsini
keçirən insan ölümə, öləni həyatdan, yəni yaĢayanlardan tama-
milə ayıran, təcrid edən bir hadisə kimi baxmamıĢdır. Bu döv-
rün dini etiqadlarına görə, insan öldükdən sonra da əvvəlki kimi
yaĢayır, yeyir, içir, gəzir, öz evi, ailəsi, nəsli, hətta mənsub
olduğu tayfası ilə daimi əlaqə saxlayırmıĢ... təndirə yapılan son
çörək ölənlərin payı sayılmıĢ, ruh günü sayılan cümə axĢamın-
da biĢirilən xörəkdən bir pay ayırıb bacanın yanına qoyulmuĢ,
aidiyyətli bayramlarda, qəbiristanlığa gətirilmiĢ xonçalardakı
nemətlərdən qəbir üstə pay qoyulmuĢ və s. Ölənin də bunlardan
1
Əzizxan Tanrıverdi. ―Kitabi-Dədə Qorqud‖da Ģəxs adları. Bakı, 1999, s.82.
Язизхан Танрыверди
105
mütləq dadacağına inanmıĢlar‖
1
. Qazan obrazına kompleks
Ģəkildə münasibət bildirən Anar yazır: ―...Yumorunu, zarafatını,
məzəsini Qazan əsirlikdə də itirmir. Təkurun övrətini inandırır
ki, ölülərinə gətirdiyi yeməklərin hamısını tutub əllərindən alı-
ram, həm də ölülərinizin yorğasına minər və kahinlərini yedə-
rəm. Biçarə Təkur arvadı Qazana yalvarır ki, beĢ yaĢında bir
qızcığazı ölüb, barı onu minməsin. Qazan: Ölülərinizdə ondan
yorğa yoxdur. Həp ona minirəm – deyir. Bu qara yumoruyla
Qazan zindanın zirzəmisindən qurtulur, üzə çıxır‖
2
. Hər iki izah
inandırıcı görünür. Belə ki, Azərbaycandakı, eyni zamanda
digər türk ölkələrindəki dəfn abidələrindən tapılmıĢ yaraq-əslə-
həli at skeletləri, at heykəlli qəbir daĢları M.Təhmasibin qənaət-
lərinin düzgün olduğunu arqumentləĢdirirsə, ―Kitab‖da
iĢlənmiĢ ―mərə kafərlər, bu ərəbəyi beĢigim sandım. Sizi yam-
ru-yumrı tadım-dayəm sandım‖ tipli cümlələr, eləcə də ―Ölən
adam dirilməz, çıxan can gerü gəlməz‖ kimi atalar sözləri də
Anarın fikirlərini qüvvətləndirir.
Təqdim etdiyimiz sintaktik bütövlərdəki atçılıqla bağlı
sözlər mətnin leksik mənasının qavranılmasında xüsusi çəkiyə
malikdir: binmək, yorğa, uyan, əyər... Deməli, atçılıqla bağlı
sözlər ―qara yumorlarda‖da məntiqi mərkəz rolunda çıxıĢ edir.
Bu da atın türk – Oğuz cəmiyyətində əvəzedilməzliyini təs-
diqləyən faktorlardan biri kimi görünür.
At oğuldur
―Kitab‖da atın dostdan, qardaĢdan, hətta oğuldan üstün
tutulduğunu təsdiqləyən detallar müĢahidə olunur: Bərü gəlgil,
qulunım oğul! Qazanın dilindən verilmiĢ bu misrada metafor-
1
B.Abdulla. Salur Qazan. Bakı, 2005, s.188-189.
2
Anar. Sizsiz. Bakı, 1992, s.87.
«Дядя Горгуд китабы»нда ат кулtу
106
ikləĢmiĢ ―qulunım oğul‖ müraciəti Uruza ünvanlanıb, sevimli
oğlum, gözəl oğlum, körpə oğlum və s. mənaları ifadə edir. De-
məli, ―qulunum oğul‖ müraciəti metaforik-poetik funksiya daĢı-
yır. Atın oğuldan üstün tutulması da məhz bu konteksdə müəy-
yənləĢir. Burada Qazan və at münasibətlərinin bəzi cəhətlərini
ümumiləĢdirmək lazım gəlir: 1. Qeyd etdiyimiz kimi, Qazan
xan və Qoŋur at adlarını ―q‖ səsinin alliterasiyası birləĢdirir; 2.
Qazan xan atı qəhrəmandan üstün hesab edir: ―Hünər atındır‖;
3. Qazan xan yeganə obrazdır ki, onun dilində atla bağlı məsəl
verilmiĢdir: ―At iĢləməsə, ər ögünməz‖. Bu məsəlin dastandan
leytmotiv kimi keçdiyi xüsusi olaraq vurğulanır. 4. Qazanın bir
sıra epitetləri atla bağlıdır: Qoŋur atıŋ ayası! Qaragöz atıŋ
belinə yatan Qazan! Bu mənada Qazanın dilində ―qulunım
oğul‖ ifadəsinin iĢlənməsi təbii qarĢılanır, həm də bu müraciət
onun dilindəki Oğul!... Ay oğul!... Arslanım oğul!.. Oğul, oğul,
ay oğul!... Canım oğul! kimi müraciətlərlə bir sırada dayanır.
Digər tərəfdən, həmin müraciətin semantik yükü Qazanın
dilindən verilmiĢ baĢqa parçalarla səsləĢir:
Oğul, oğul, ay oğul
QarĢu yatan qara tağım yüksəgi oğul!
Güclü belim qüvvəti, canım oğul!
Qaraŋ ulu gözlərim aydını oğul!
Burla xatunun dilində ―quluncıq‖ sözünün metaforik-po-
etik funksiya daĢımasına, oğul mənasında iĢlənməsinə təsadüf
olunur: Qulıncığı kiĢnəyüb belə keçdi. Qulıncığım aldırmıĢam,
kiĢnəyəyinmi? Burada ―quluncıq‖ sözünün oğul mənasını ifadə
edən metafora kimi iĢlənməsi mətnin semantik yükü konteks-
tində müəyyənləĢir. Maraqlıdır ki, bu cür metaforalar yalnız
Qazan xanın və onun xanımının – xanımlar xanımı Burla xatu-
nun dili baxımından səciyyəvidir. Burla xatunun dilindən veril-
miĢ baĢqa bir parçaya diqqət yetirək:
Dostları ilə paylaş: |