“DƏDƏ-qorqud kitabi”nda at kultu



Yüklə 70,28 Kb.
Pdf görüntüsü
səhifə34/43
tarix11.03.2018
ölçüsü70,28 Kb.
#31149
1   ...   30   31   32   33   34   35   36   37   ...   43

 
Язизхан Танрыверди 
 
 
107 
 
                                     
            Dünlügi altun ban evimiŋ qəbzisi oğul! 
            Qaza bəŋzər qızımıŋ – gəlinimüŋ çiçəgi oğul! 
            Oğul, oğul, ay oğul! 
            Toquz ay tar qarnımda götürdigim oğul! 
            On ay deyəndə dünyaya gətürdügim oğul! 
             Tolması beĢikdə bələdügim oğul! 
 
Bu misralar semantika baxımından ―Quluncığım aldırmı-
Ģam, kiĢnəyəyinmi?‖ misrası ilə eyni xətdə birləĢir. Daha doğ-
rusu, ―qılıncığım‖ sözü həmin misralardan doğan məntiqi nəti-
cə  kimi  görünür.  Bir  cəhəti  də  qeyd  edək  ki,  Oğuz  elinin  ən 
böyük qəhrəmanı Qazan xanın və birinci xanımı Burla xatunun 
Uruz  barədə  dedikləri  əzizləmə,  oxĢama  çalarlı  qulunum,  qu-
luncuğum  vahidləri  təkcə  bir  ailənin  yox,  bütövlükdə  Oğuz 
cəmiyyətinin səciyyəvi cəhətlərini əks etdirir. 
 
At qardaĢdır 
 
 ―Kitab‖ın hər bir boyunda, xüsusən də ―Baybörənin oğlu 
Bamsı  Beyrək  boy‖unda  at  yüksək  qiymətləndirilir.  Məsələn, 
Beyrək  Boz  ayğırın  alnını  açıq  meydanlara,  gözlərini  gecə 
çırağına, yalını yumĢaq ipəyə, qulaqlarını iki qoĢa qardaĢa bən-
zətməklə  kifayətlənmir,  onu  qardaĢından  və  yoldaĢından  artıq 
hesab edir, köksünü qucaqlayır, iki gözündən öpür: 
         
      Açuq-açuq meydana bəŋzər səniŋ alıncuğıŋ, 
      Eki Ģəbçırağa bəŋzər səniŋ gözcigəziŋ, 
      ƏbriĢimə bəŋzər səniŋ yəlicigiŋ. 
      Ġki qoĢa qartaĢa bəŋzər səniŋ qulacuğuŋ. 
      Əri muradına yetürər səniŋ arxacığıŋ. 
      At diməzəm saŋa qartaĢ deyərəm, 
      QartaĢımdan yeg! 


 
  «Дядя Горгуд китабы»нда ат кулtу 
 
 
108 
 
      BaĢıma iĢ gəldi, yoldaĢ deyərəm, 
      YoldaĢımdan yeg! – dedi. 
 
At baĢını yuqarı tutdı, bir qulağın qaldırdı, Beyrəgə qarĢu 
gəldi. Beyrək at köksin qucaqladı. Ġki gözün öpdi. Sıçradı bin-
di... 
―Kitab‖da qardaĢın qardaĢa münasibəti təsvir olunan sin-
taktik  bütövlər  təkcə  formasına  deyil,  həm  də  semantikasına 
görə yuxarıdakı parça ilə səsləĢir:  
 
              Ağzıŋ içün öləyim, qardaĢ! 
              Dilüŋ içün öləyim, qardaĢ! 
              Ərmi oldıŋ, yigitmi oldıŋ, qardaĢ! 
              Qəriblığa qardaĢıŋ istəyü sənmi gəldiŋ qardaĢ? 
 
Müqayisə  və  qarĢılaĢdırmalar  belə  bir  fikri  reallaĢdırır: 
Atın  qardaĢdan  üstün  tutulması  metaforik-poetik  Ģəkildə  ifadə 
olunmuĢdur  (At  diməzəm  saŋa  qartaĢ  deyərəm,  QartaĢımdan 
yeg!). Yeri gəlmiĢkən, ―qulunum oğul‖ müraciəti ilə ―At dimə-
zəm  saŋa  qartaĢ  deyərəm‖  cümləsini  insan  və  at  münasibətləri 
kontekstində  modelləĢdirdikdə  belə  bir  nəticə  alınır:  oğul  (in-
san) = qulun (at); at = qardaĢ (insan). Bu modellərdə tərəflərin 
yeri  dəyiĢdirilsə  belə,  nəticəyə  təsir  etmir.  Əksinə,  həmin  mü-
nasibətlərin (insan və  at) vəhdətdə  olması  daha aydın  görünür: 
qulun (at) = oğul (insan); qardaĢ (insan)=at. Bu qarĢılaĢdırmanı 
ona  görə  təqdim  edirik  ki,  qorqudĢünaslıqda,  ümumən  türk 
folklorĢünaslığında atın qardaĢdan üstün tutulmasından kifayət 
qədər  bəhs  olunsa  da,  atın  oğuldan  üstün  tutulmasına  ötəri  də 
olsa  münasibət  bildirilməmiĢdir.  Təqdim  etdiyimiz  nümunələ-
rin semantik tutumu isə bütün parametrlərinə görə atın oğuldan 
üstün tutulduğunu təsdiqləyir.  
Türk epos təfəkkürünün ən gözəl, ən nadir inciləri sırasın-
da  duran  yuxarıdakı  parçada  Boz  ayğırın  təriflənməsi,  onun 


 
Язизхан Танрыверди 
 
 
109 
 
qardaĢdan artıq tutulması, eyni zamanda onunla davranıĢ mədə-
niyyəti  son  dərəcə  poetik  bir  dillə  çatdırılır.  Maraqlıdır  ki,  bu 
parçanın  semantik  yükü  ―Koroğlu‖  dastanında,  demək  olar  ki, 
eynilə saxlanılmıĢdır. Dəqiq desək, burada da at yüksək dəyər-
ləndirilir, qardaĢa bərabər tutulur. Bəzi detallara diqqət yetirək:  
Koroğlu  Qıratı  yüksək    qiymətləndirir:  onu  səksən  min 
sərkərdədən, səksən min ilxıdan, səksən min atdan, səksən min 
mahaldan,  səksən  min  kotandan  ...üstün  hesab  edir.  Mübali-
ğələr silsiləsindən ibarət olan Ģeirin son bəndi daha qüvvətlidir: 
 
             Koroğlu dövlətin endirsə düzə
             Say götür hamısın səksən min yüzə. 
             Səksən min gəlinə, səksən min qıza, 
             Səksən min ərgənə, dula da vermə! 
 
Koroğlu atı igidin qardaĢı kimi dəyərləndirir: 
 
               Yaz olanda dağa yollat, 
               Yay olanda ifçin nallat
               QıĢ olanda məxmər çullat, 
               At iyidin qardaĢıdı... 
 
Koroğlu  da  Beyrək  kimi  atla  qardaĢ,  yoldaĢ  münasibəti 
saxlayır,  davranıĢ  mədəniyyəti  nümayiĢ  etdirir:  ...Koroğlu  irəli 
yeriyib  qollarını  doladı  Qıratın  boynuna.  Üzündən-gözündən 
öpüb,  yalını-yalmanını tumarladı,  ifçin  yəhərləyib töylədən çı-
xardı... Bu mətn Beyrəklə bağlı deyilmiĢ ―Beyrək at köksin qu-
caqladı‖,  ―Ġki  gözin  öpdi‖  tipli  cümlələrin  semantik  yükü  ilə 
birbaĢa bağlanır. 
―Koroğlu‖  eposundakı  Qırat  ―Kitab‖dakı  Qoŋur  at,  Boz 
ayğır, Qara ayğır kimi atların ümumiləĢdirilmiĢ obrazıdırsa, Ġs-
mayıl  ġıxlının  yaratdığı  at  obrazı,  daha  dəqiqi,  ―Qəmər‖  bu 
atların  hamısının  ümumiləĢdirilmiĢ  obrazı  kimi  çıxıĢ  edir. 


 
  «Дядя Горгуд китабы»нда ат кулtу 
 
 
110 
 
Müəllifin ―Dəli Kür‖ romanını oxuyanda Qəmər obrazının necə 
ustalıqla yaradıldığının Ģahidi olursan, istər-istəməz Qazan xa-
nın  Qonur  atı,  Beyrəyin  Boz  ayğırı,  Koroğlunun  Qıratı  yada 
düĢür.  Cahandar  ağa  da  Qəmərə  adi  at  kimi  baxmır,  onunla 
sanki bir insan kimi, dost kimi, qardaĢ kimi davranır, ona nəva-
ziĢ göstərir, baĢını sinəsinə sıxıb gözünü oxĢayır, ata həddindən 
artıq ehtiram göstərir ki, bu da at kultunu xatırladır:  ―...Qəmər 
sahibini  görəndə  baĢını  tərpədib  oxrandı  və  gözünü  zilləyib 
sahibinin üzünə baxdı. Sanki ―bizi bu istidə niyə öldürürsən?‖ – 
demək istədi. Cahandar ağa onun  yalını sığalladı, boynunu qa-
Ģıdı,  baĢını  sinəsinə  sıxıb  gözünü  oxĢadı.  At  sahibinin  nəva-
ziĢini duydu və nazlı gəlinlər kimi cilvələndi. Cahandar ağa az 
qaldı  Qəməri  köksünə  basıb  üz-gözündən  öpsün.  Onların  ara-
sındakı  ünsiyyət  bir  heyvanla  insan  arasında  olan    dostluqdan 
daha çox iki sirdaĢın, ağır gündə bir-birinə kömək durub haraya 
çıxan  iki adamın mehribanlığına bənzəyirdi‖. Bu parçadakı ən 
kiçik  detal  belə  Beyrək  və  Boz  ayğırla,  eləcə  də  Koroğlu  və 
Qıratla  bağlı  təqdim  etdiyimiz  sintaktik  bütövlərlə  səsləĢir. 
Sanki  Ġ.ġıxlı  ―Kitab‖  və  ―Koroğlu‖dakı  həmin  parçaları  daha 
təkmil,  daha  zəngin  formada  oxucusuna  çatdırır.  Amma  bu  da 
var ki, Ġ.ġıxlı həmin mənbələrdən fərqli olaraq, at və qəhrəman 
münasibətlərinin  yalnız  təsvirini  verməklə  kifayətlənmir,  həm 
də  bu  hadisələrin  fəlsəfi  əsaslarını,  psixoloji  momentlərini  bir 
tənqidçi kimi müəyyənləĢdirməyə çalıĢır. Daha doğrusu, Ġ.ġıxlı 
yuxarıdakı  parçanın  ilk  hissəsində  yazıçı,  son  hissəsində  isə 
tənqidçi  kimi  görünür.  Son  cümlədə  iĢlənmiĢ  insan,  heyvan, 
ünsiyyət,  münasibət,  dostluq,  mehribanlıq,  sirdaĢ  və  s.  kimi 
sözlər daha çox tənqidi yazı daxilində psixoloji momentləri ifa-
də  edən  detallar  kimi  çıxıĢ  edir  ki,  bu  da  dediklərimizi  arqu-
mentləĢdirir. 
Qəmərin  yalının,  quyruğunun  qırxılması  Cahandar  ağa 
üçün ən böyük dərdə çevrilir: ―...Onlar bir daha  sataĢmıĢdılar, 
onu  təhqir  etmiĢdilər,  onun  qüruruna  toxunmuĢdular.  KiĢinin 


Yüklə 70,28 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə