107
Yerarmudunun yaşıl kütləsinin ən yaxşı istifadəsi silos-
laşdırmadır. Yerarmudunun yaşıl kütləsi həm təzə həm də quru-
dulmuş halda çox yaxşı siloslanır və gözəl silos əmələ gətirir.
Yerarmudu silosu yaxşı iyi, dadı, rəngi, yüksək yeyilməsi, yaxşı
saxlanılması tərkibində turşuların çoxluğu ilə fərqlənilir.
Yerarmudunun yaşıl kütləsi siloslaşma zamanı şəkər mini-
mununu 3-
4 dəfə artırır ki, bu da onun yaxşı siloslaşmasına və
keyfiyyətli olmasına səbəb olur. Siloslaşmış yaşıl kütlədə qıcqır-
ma prosesinin gedişi normaldır. Yerarmudunun yaşıl kütləsinin və
silosunun iri buynuzlu heyvanlarda istifadəsi (sutkada 25-kq-a
qədər) südün miqdarını və yağlılığını artırır. Tərkibindəki əsas
qida maddəlirinin miqdarına görə yerarmudunun yaşıl kütləsindən
hazırlanmış silos qarğıdalı silosuna demək olar ki, bərabərdir.
Lakin yerarmudunun yaşıl kütləsindən hazırlanmış silosu
uzun müddət açıq havada qalarsa onun rəngi tündləşir, tərkib
pozulur və pis qoxu əmələ gəlir. Bu da bir neçə səbəblərlə izah
edilə bilər. Məlumdur ki, süd turşusu bakteriaları yerarmudunun
epifit mikroflorasında çox az miqdarda olur. Buna görə də
yerarmudunun
silosunda süd-
turşulu qıcqırma prosesi çox zəif
gedir və süd turşusu az əmələ gəlir. Silosda süd turşusunun
miqdarının az olması onun açıq havada tez xarab olmasına gətirib
çıxarır.
Süd -
turşulu qıcqırma prosesinin gedişini artırmaq üçün
yerarmudunun yaşıl kütləsinə bir az saman ya da digər yem
bitkilərinin yaşıl kütləsini əlavə etmək lazımdır.
Yerarmudunu heyvandarlıqda tək silos kimi yox, həmdə təzə
təbii və qurudulmuş halda da istifadə etmək olar. Onun gövdə
yumruları kənd təsərrüfatı heyvanları üçün dəyərli qidadır.
Azərbaycanın suvarılan əkinçilik rayonlarında becərilən
yerar
mudunun yumrularında olan proteinin miqdarı Rusiyanın
orta qursağında becərilmiş yerarmudundakından azdır,
lakin azot-
suz ekstraktiv maddələr çoxdur. Yerarmudu yumrularında olan
azot
suz ekstraktiv maddələrin miqdarı 12,0-14,8%-ə qədər dəyişir.
Bu göstrəricinin miqdarı sortundan asılı olaraq 13,8-15,05%
arasında dəyişə bilir.
109
Şəkil 1. Yarpaq çuğunduru (Manqold)
Beta vulgaris
v. cicla): : 1 –
gümüşü saplaqlı, 2 – sarı saplaqlı,
3 –
qırmızı saplaqlı
110
Şəkil 2. Şəkər çuğunduru (
Beta saccharafera)
1- kökü
meyvənin
eninə kəsiyi, 2 - çiçəkli budaq;
3 -
meyvəcik; 4 - toxum.
1
2
3
4
111
Şəkil 3.
Mətbəx çuğunduru
(Beta vulgaris v. esculenta):
1 – cavan bitki, 2 – Bordo sortu,3 –
çiçəkli gövdə,
4 –
çiçəyin
hissələri, 5 – meyvə