Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirliyinin 07. 05. 2012-ci IL tarixli



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə15/52
tarix01.11.2017
ölçüsü4,55 Kb.
#8103
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   52

Dövlətin investisiya-innovasiya siyasəti 
 
57
 
qtisadi model, amerikan, yapon və isveç modelləri, 
paternalizm, investisiya modelləri, innovasiya modelləri.   
  
1. 
qtisadi modellər haqqında ümumi anlayış. Hər 
bir  ölkəyə  məxsus  investisiya  və  innovasiya  modellərinin 
formalaşması  bu  ölkədə  mövcud  iqtisadi  modeldən  asılıdır. 
qtisadi  model  –  obyektiv  xüsusiyyətləri  və  tədqiqatın 
məqsədləri  ilə  müəyyənləşdirilən    iqtisadi  proses  və  ya 
hadisələrin  təsvirinin  strukturudur.  qtisadi  modelin  əsasını 
iqtisadi  sistem  təşkil  edir  ki,  onunda  əsas  elementləri:  iqtisadi 
resurslar  və  təsərrüfat  fəaliyyətinin  mülkiyyət  formalarından 
asılı  olan  sosial-iqtisadi  münasibətlər,  təsərrüfat  fəaliyyətinin 
təşkilatı  formaları,  təsərrüfat  mexanizmi,  makroiqtisadi 
səviyyədə  iqtisadi  fəaliyyətin  tənzimlənmə  üsulu,  təsərrüfat 
subyektlərinin konkret iqtisadi əlaqələri və s.      
Hər  bir  ölkənin  iqtisadi  modeli  onun  resurs  potensialı, 
sosial-iqtisadi  inkişafı  və  xarici-iqtisadi  strategiyasından  asılı 
olaraq formalaşır. Ölkənin resurs potensialını təbii, cəmiyyət və 
ümumi  resurslara  ayırmaq  olar.  Təbii  resurslar  obyektiv 
(torpaq,  faydalı  qazıntılar  yəni  təbii  kapital)  və  subyektiv 
(insanın  əmək  qabiliyyətindən  yəni  fizioloji  kapitaldan) 
hissələrdən  ibarətdir.  Cəmiyyətin  resurslarına  gəldikdə  burada 
obyektiv amil kimi fiziki kapital - əmək vasitələri çıxış edirlər. 
Subyektiv  amil  kimi  isə  institut  və  təşkilatlar,  sahibkarlıq 
(sosial  kapital)  çıxış  edir.  Ümumi  resurslara  isə  informasiya  – 
insan kapitalı və informasiya kapitalı daxildir.     
Hər  bir  iqtisadi  sistemə  məxsus  iqtisadi,  sosial  şərait  və 
tarixi  xüsusiyyətlərə  əsasən  milli  təsərrüfat  modelləri 
formalaşır.  Müasir  bazar  iqtisadiyyatı  sistemlərində  müxtəlif 
milli modellər mövcuddur: amerikan, yapon, alman, isveç və s.  
Amerikan  modelinin  əsasını  sahibkarlıq  aktivliyinin 
dəstəklənməsi və iqtisadiyyatda qeyri-dövlət sektorunun yüksək 
payının olması təşkil edir. Dövlət tərəfindən sosial bərabərliyin 
Dövlətin investisiya-innovasiya siyasəti 
 
58
təmin  olunması  məqsədi  qoyulmur  və  aztəminatlı  əhalinin 
qənaətbəxş həyat səviyyəsinin təmin olunması müxtəlif imtiyaz 
və  güzəştlər  vasitəsi  ilə  həyata  keçirilir.  Amerikan  modeli 
yüksək əmək məhsuldarlığına və əmək etikasına, şəxsi təşəbbüs 
və  uğurluluğa  istiqamətləndirilib.  Adı  çəkilən  xüsusiyyətlər 
ə
nənəvi  amerikan  modelinə  məxsusdur,  son  10-illiklərdə  bu 
modeli gücləndirən yeni cəhətlər əlavə olunub: 
- çevrik, şaxələnmiş kiçik seriyalı istehsala keçid; 
- iqtisadiyyatın elm tutumluğunun artımı; 
- informasiya infrastrukturunun rolunun artması; 
- postindustrial iqtisadiyyatın elm, təhsil və səhiyyə kimi 
sahələrinin inkişafının təmin olunması; 
- mülkiyyətin  təkamülü  –  əlavə  kapitalın  cəlb  edilməsi 
baxımından ən səmərəli korporativ mülkiyyətin inkişafı. 
Bu yeni meyllər amerikan iqtisadi modelini möhkəmlədir, 
səmərəliliyini artırır. Sosial yönümlü iqtisadiyyatla müqayisədə 
amerikan modeli daha səmərəlidir.              
 
 
   Yaponiya iqtisadi modeli – “planlı bazar iqtisadiyyatı” 
kimi  də  təqdim  oluna  bilər.  Ölkədə  xüsusi  dövlət 
tənzimlənməsi  və  xüsusi  sahibkarlığın  qarşılıqlı  fəaliyyət 
(əməkdaşlıq)  sistemi  mövcuddur.  Bu  sistem  vasitəsi  ilə  dövlət 
xüsusi  sahibkarların  investisiya  və  elmi-texniki  siyasəti, 
mühüm əmtəə və resurslara qiymətin əmələ gəlməsi sahəsində 
qərarların  qəbul  olunmasına  təsir  edə  bilir.  Bu  metod  bazar 
mexanizmini əvəz etmir, o yalnız onun fəaliyyətini dəstəkləyir, 
tamamlayır  və  ona  müəyyən  korrektə  (düzəliş)  verir. 
Yaponiyanın  iqtisadi  inkişaf  modeli  əsas  4  prinsip  üzərində 
qurulur: 
- prioritet  vəzifələrinin  həlli  üçün  bütün  resursların 
səfərbər  edilməsi  məqsədi  ilə  sərt  dövlət  tənzimlənməsini 
həyata keçirilməsi; 
- ölkə iqtisadiyyatının ixraca istiqamətləndirilməsi; 
- xarici  kapitalın  ilk  növbədə  elmi-texniki  tərəqqinin 
təmin olunması üçün cəlb edilməsi; 


Dövlətin investisiya-innovasiya siyasəti 
 
59
- xarici bazarlarda  yüksək rəqabət qabiliyyətinə malik iri 
milli inhisarların yaradılması.  
Adı  çəkilən  prinsiplər  bir  çox  ölkələrdə  tətbiq  olunsa  da 
Yaponiya  möcüzəsinin  əsasında  yaponların  mürəkkəb  təbii  və 
tarixi  şəraitdə  formalaşan,  dini,  fəlsəfi  və  mənəvi  dəyərlərə 
ə
saslanan  mentalitetidir.  Bura  yapon  xalqının  sərt  nizam-
intizama riayət etməsi, zəhmətkeşliyi, səbirli, səliqəsi, minimal 
tələbata,  kollektivizm  hissi,  firmaya  sədaqət,  böyüklərə 
tabeçiliyik  və  hörmət,  daimi  oxumaq,  öyrənmək  həvəsi 
daxildir.  
Avropa  ölkələrinə  gəldikdə  burada  alman  və  isveç 
modelləri ilə tanış olaq. Alman modeli – sosial yönümlü bazar 
iqtisadiyyatıdır.  Burada  bazar  iqtisadiyyatının  qüsurları  sosial 
infrastruktur  vasitəsi  ilə  yumşaldılması,  aradan  qaldırılması 
nəzərdə  tutulub.  Almaniyada  sahibkar  və  muzdla  işləyənlər 
arasında əmək haqqı, iş vaxtının müddəti, məzuniyyət və digər 
şə
rtlər  üzrə  razılıq  əldə  olunur.  Eyni  zamanda  sosial  müdafiə 
sistemi  fəaliyyət  göstərir:  işsiz,  əlil  və  xəstələrə  müvafiq 
ödənişlər,  müəssisənin  müflisləşməsi  nəticəsinə  işini  itirənlərə 
və  yeni  peşə  öyrənənlərə  dəstək  və  s.  Beləliklə,  alman 
modelində  dövlətin  əsas  vəzifəsi  bazar  səmərəliliyi  və  sosial 
bərabərlik arasında tarazlıq yaratmaqdır. Alman modelinin əsas 
cəhətləri: 
- qarışıq  iqtisadiyyat  əhəmiyyətli  dövlət  sektoru  ilə 
xarakterizə edilir; 
- dövlət 
tənzimlənməsi 
tək 
makrosəviyyə 
ilə 
kifayətlənmir,  hətta  təsərrüfat  subyektlərinin  fəaliyyətinin  bəzi 
sahələrinə müdaxilə edir; 
- iqtisadiyyatın sosial  yönumlü olması, cəmiyyətin bütün 
üzvlərinə  qarşı  dövlət  tərəfindən  paternalizm  (himayədarlıq) 
siyasəti,  əhalinin  həyat  səviyyəsinin,  səhiyyə,  təhsil  və 
mədəniyyət xidmətləri ilə təmin olunmasına zəmanət verir;    
Dövlətin investisiya-innovasiya siyasəti 
 
60
- dövlət  tənzimlənmənin  əsas  istiqaməti  azad  rəqabəti 
dəstəkləmək,  kapitalın  təmərküzləşməsinin  azaldılması,  yeni 
təsərrüfat subyektlərinin yaranması üçün şərait yaradılmasıdır;   
- işsizliyin  minimum  səviyyə  endirilməsi  məqsədi  ilə 
məşğulluğun tənzimlənməsi; 
- dövlət  tənzimlənməsinin  əsas  vasitəsi  kimi  pul-kredit 
mexanizmindən istifadə etməkdir.            
sveç  modeli  –  güclü  sosial  siyasətlə  digər  modellərdən 
seçilir və milli gəlirin yenidən paylanması hesabına yoxsulların 
təmin olmasına, gəlirlərin bərabərsizliyinin azalmasına yönəlib. 
sveç  modelində  dövlət  xərclərinin  səviyyəsi  yüksəkdir  və 
onların çox hissəsi sosial məqsədlərə xərclənir. Dövlət xərclərin 
yüksək  səviyyəsi  və  onların  sosial  məqsədə  istifadə  edilməsi 
bazarda  rəqabət  şəraitində  fəaliyyət  göstərən  xüsusi  bizneslə 
məşğul olanlara yüksək vergi normasının tətbiqi ilə nəticələnir. 
Beləliklə,  xüsusi  sektor  iqtisadi  funksiyanı,  dövlət  isə  yüksək 
həyat  səviyyəsini,  o  cümlədən  də  məşğulluq,  təhsil,  sosial 
sığorta, elmi-tədqiqat və təcrübə-konstruktor işlərini və s. təmin 
edir.    sveç modelinin əsas cəhətləri: 
- dövlət sektorunun payının yüksək olması; 
- işsizlik səviyyəsinin çox aşağı olması; 
- əmək haqqı sahəsində həmkarların həmrəylik siyasəti; 
- yüksək vergi norması.    
Beləliklə  investisiya  və  innovasiya  modelləri  ölkələrin 
ümumi iqtisadi modellərinə müvafiq olur.     
2.  nvestisiya inkişaf modelləri   
Ə
vvəlki 
mövzuda 
biz 
dövlətin 
investisiyaları 
tənzimlənməsi  vasitələrindən  danışdıq.  Lakin  artıq  tam 
formalaşmış 
bazar 
şə
raitində 
dövlətin 
investisiyaları 
tənzimlənməsi  vasitələri  məhduddur,  əsasən  bu  vergilər  və 
dövlətin  müxtəlif    maliyyə  layihələrinin  tənzimlənməsidir. 
qtisadiyyatda  yaranan  vəziyyətdən  və  prioritet  məqsədlərdən 
asılı  olaraq  onlar  səmərəli  və  səmərəsiz  ola  bilər.  nvestisiya 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə