Dövlətin investisiya-innovasiya siyasəti
45
Test 2. Ölkənin investisiya iqlimi adə çəkilənlər
amillərin hansılarından asılıdır?
a)
ə
halinin sahibkarlığın inkişafına münasibətindən
və gəlirlərinin diferensiasiyasından
b)
investisiya potensialı və investisiya risklərindən.
c)
siyasi sabitliyi təmin olunması və ekoloji
vəziyyətdən
d)
məşğulluq və inflyasiya səviyyəsindən
e)
bütün cavablar düzdür.
Test 3. Əlverişli investisiya iqliminin yaradılması üçün
dövlət siyasətinin əsas istiqamətləri hansılardır?
a)
aktiv xarici-iqtisadi siyasətin aparmaq
b)
siyasi sabitliyin və regionların sosial-iqtisadi
inkişafının təmin etmək
c)
kapital yığımını təmin etmək və riskləri azaltmaq.
d)
Bütün cavablar düzdür
e)
Düz cavab yoxdur.
Test
4.
Adı
çəkilənlərdən
hansı
investisiya
cəlbediciliyinin yüksək olmasını göstərir?
a)
yüksək potensial – mülayim (qəbul oluna
biləcək) risk
b)
maksimal potensial – minimal risk
c)
yüksək potensial – yüksək risk
d)
orta potensial - minimal risk
e)
orta potensial - mülayim (qəbul oluna biləcək)
risk
Test 5. Əlverişli investisiya mühitinin formalaşması
mexanizminə nə daxildir?
a)
vergi güzəştləri və vergi krediti
b)
pul-kredit vasitələri,
c)
dövlət satın almaları
d)
antiinhisar siyasəti.
e)
bütün cavablar düzdür
Dövlətin investisiya-innovasiya siyasəti
46
Mövzu 4. Xarici investisiyaların tənzimlənməsi.
Plan:
1.
Xarici investisiyaların mahiyyəti və növləri.
2.
Beynəlxalq maliyyə institutlarının dünya
investisiya prosesində rolu.
3.
Xarici investorların dövlət tənzimlənməsi
Əsas anlayışlar:
Xarici investisiya, Beynəlxalq maliyyə institutları,
Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Yenidənqurma və
nkişaf Bankı, Avropa Yenidənqurma və nkişaf Bankı, slam
nkişaf Bankı, Azad iqtisadi zonalar.
1.
Xarici investisiyaların mahiyyəti və növləri.
Xarici
investisiyalar
iqtisadiyyata
qoyulan
investisiyaların
vacib
mənbələrindən
biridir.
Xarici
investisiyalar əsasən pul, maddi-texniki vasitələr, intellektual
mülkiyyət formasında reallaşa bilər. Ölkəyə cəlb olunan xarici
kapitalın məbləği onun investisiya cəlb ediciliyi, siyasi sabitliyi
və iqtisadiyyatın perspektiv inkişafı indikatoru kimi çıxış edir.
Xarici investisiyaların növləri aşağıdakılardır:
- birbaşa investisiya;
- portfel investisiyalar;
- qeyri-maddi aktivlərə investisiya;
- insan kapitalına investisiyalar;
- vençur investisiyalar.
Birbaşa xarici investisiyalar – bilavasitə iqtisadiyyatın
hansı sa sahəsinə yönəlir və inkişaf etməkdə olan ölkələr üçün
çox önəmlidir. nkişaf etmiş ölkələrdən inkişafda olan ölkələrə
xarici investisiyaların cəlb edilməsi xüsusi mülkiyyətin
qorunmasına əlavə zəmanət verir, bu ölkələrə müasir texnika və
texnologiya, sahibkarlıq ənənələri, işgüzar etika və davranışı
idxal olunur ki, bu da ölkəni zənginləşdirir. Birbaşa xarici
Dövlətin investisiya-innovasiya siyasəti
47
investisiyaların ölkəyə cəlb edilməsi onun qanunvericilik,
institusional və maliyyə sahəsində sivil və demokratik
istiqamətdə sabit inkişaf etməsini göstərir.
Xarici portfel investisiyalar strateji və möhtəkir ola
bilərlər. Strateji portfel investisiyalar (səhm və pay) iqtisadi
inkişaf üçün daha əlverişlidir. Portfel investisiyalar ölkənin
fond bazarının inkişafına təsir edirlər.
2.
Beynəlxalq maliyyə institutlarının dünya
investisiya prosesində rolu.
Beynəlxalq maliyyə institutları – maliyyə sahəsində
beynəlxalq, ölkələr arası razılaşmalar əsasında yaranan
təşkilatlardır. Bu sazişlərin iştirakçıları kimi dövlət və qeyri-
dövlət
institutları
çıxış
edirlər.
Beynəlxalq
iqtisadi
münasibətlərin tənzimlənməsi məqsədi ilə ölkələr arası
təşkilatın yaradılması ideyası 1929-1933-ci illərdə iqtisadi
böhranın təsiri altında yaranmışdır. Beynəlxalq maliyyə
təşkilatları
iştirakçı
ölkələrin
maliyyə
resurslarının
birləşdirilməsi yolu ilə yaradılır və dünya iqtisadiyyatı, o
cümlədən, beynəlxalq iqtisadi münasibətlər sahəsində yaranan
problemlərinin
həllinə
yönəlir.
Beynəlxalq
maliyyə
təşkilatlarının məqsədləri - əməkdaşlığın inkişafı, mürəkkəb
vəziyyətlərinin sabitləşməsi, dünya iqtisadiyyatında olan
ziddiyyətlərin aradan qaldırılmasıdır. Bu baxımdan beynəlxalq
maliyyə təşkilatlarının əsas fəaliyyət dairələri aşağıdakilardır:
- dünya iqtisadiyyatının inkişafının amil və meylilərinin
təhlili;
- investisiya fəaliyyəti;
- dövlət layihələrinin kreditləşməsi;
- beynəlxalq yardım proqramlarının maliyyələşdirilməsi;
- beynəlxalq valyuta və fond birjasında əməliyyatlarının
həyata keçirilməsi;
- elmi tədqiqatların maliyyələşdirilməsi;
Dövlətin investisiya-innovasiya siyasəti
48
- xeyriyyəçilik fəaliyyəti.
Ə
sas beynəlxalq maliyyə təşkilatları kimi Beynəlxalq
valyuta fondu, Beynəlxalq yenidənqurma və inkişaf bankı,
Beynəlxalq maliyyə korporasiyası, Beynəlxalq inkişaf
assosiasiyası, Beynəlxalq hesablaşmalar bankı, Avropa
yenidənqurma və inkişaf bankı, Avropa investisiya bankı,
Asiya inkişaf bankı, Afrika inkişaf bankı, Ərəb valyuta fondu,
slam inkişaf bankı və s. fəaliyyət göstərirlər.
Beynəlxalq Valyuta Fondu (BVF) Bretton-Vud sazişinə
ə
sasan 1945 ildə yaradılıb və hazırda dünya valyuta sisteminin
sabitləşməsində, inkişafda olan və keçid dövrü yaşayan
ölkələrinə investisiya cəlb olunmasında böyük rol oynayır.
BVF səhmdar cəmiyyət kimi təşkil olunub. BVF üzvlərinin
səsləri onların üzvlük haqqına mütənasibdir. nkişaf etmiş
ölkələrin (24 ölkə) səsləri BVF 60% təşkil edir, o cümlədən
ABŞ payına 18% düşür. BVF üzvlərinin kvotalarının 25%
konvertasiya olunan, 75% isə milli valyutada ödənilir. BVF
ə
sas vəzifələri bunlardır:
- beynəlxalq ticarətin tarazlaşdırılmış artımına şərait
yaratmaq;
- ölkədə böhranlı vəziyyətlərin aradan qaldırılması
məqsədi ilə BVF-in iştirakçılarına 3-5 illik kreditlərin
verilməsi;
- valyuta məhdudiyyətlərin aradan qaldırılması;
- ölkələr arası valyuta tənzimlənməsi;
- tövsiyələrin işlənib hazırlanması;
- bank sisteminin sabitləşdirilməsində iştirak.
BVF tərəfindən kreditlərin verilməsində məhdudiyyətlər
ölkənin kvotası və onun sabitləşməsi proqramlarına tələblərlə
müəyyən olunur. Qeyd etmək lazımdır ki, BVF tərəfindən bir
çox ölkələrdə baş verən böhranların qarşısını almaq mümkün
olmamışdır. Bu səbəbdən müstəqil ekspertlər tərəfindən BVF
tənqid olunub. Belə ki, onlar tərəfindən qeyd olunur ki:
Dostları ilə paylaş: |