Dövlətin investisiya-innovasiya siyasəti
113
Bu göstərici yeni məhsulun istehsalı, yeni müəssisənin
yaranması və ya istehsalın modernləşməsi ilə əlaqədar
hesablanır.
Layihənin həssaslığının təhlili ilkin göstəricilərin
dəyişməsi ilə bağlı səmərəlilik göstəricilərinin dəyişməsini
müəyyən etmək üçün nəzərə tutulub. Belə yanaşmada hər
səmərəlilik göstəricisi hansısa göstəricinin (məsələn, satışın
həcminin, diskont dərəcəsinin qalxıb-enməsi nəticəsində
dəyişkən
hesablanır.
Layihənin
həssaslığı
səmərəlilik
göstəricisinin ilkin parametrlərin 1 % artıb-enməsinə müvafiq
dəyişməsini göstərir.
Layihənin inkişaf ssenarilərinin təhlili – layihənin
səmərəliyinə eyni zamanda bütün əsas parametrlərin
dəyişilməsi təsiri göstərir. Bir qayda olaraq 3 ssenari təhlil
olunur: nikbin, bədbin və ən çox ehtimal olunan. Burada xüsusi
kompüter proqramları imitasiya modellərindən istifadə olunur.
Risklərin idarə edilməsi sistemi, onun elementləri bir sıra
proses və hərəkətləri nəzərdə tutur. Bura
- risklərin identifikasiya və lokallaşdırılması;
- risklərin təhlili və qiymətləndirilməsi;
- risklərin aradan qaldırılması və minimum səviyyə
endirilməsi;
- risklərin monitorinqi aiddir.
Riskləri sadələşdirilmiş sxem şəkilində belə təsvir etmək olar:
1.
göstəricilərin toplanması və emalı;
2.
risklərin keyfiyyət təhlili;
3.
riskin kəmiyyət qiymətləndirilməsi;
4.
riskin qəbul olunmasının qiymətləndirilməsi;
5.
riskin azaldılması imkanlarının
qiymətləndirilməsi
6.
riskin azaldılması metodlarının seçilməsi;
7.
riskin artırılması ehtimalın qiymətləndirilməsi;
8.
layihənin reallaşması (riskin qəbul edilməsi)
Dövlətin investisiya-innovasiya siyasəti
114
9.
layihənin reallaşmasından imtina (riskin qəbul
edilməməsi)
Risklərin keyfiyyət təhlili risklərin mənbəyi və səbəbləri,
risklərin əmələ gəlməsi ilə əlaqədar iş və mərhələlərin aşkar
edilməsi, potensial risk zonalarının və risklə bağlı qərarların
reallaşması ilə bağlı mənfi nəticələrin müəyyən edilməsini
nəzərdə tutur. Risklərin keyfiyyət təhlili kəmiyyət təhlil üçün
vacib informasiya bazasını təşkil edir. Riskin kəmiyyət təhlili
zamanı ayrı-ayrı və ümumi risklərin miqdarı hesablanır. Bu
mərhələdə riskli hadisənin reallaşma ehtimalı və onun yol
verilməli səviyyəsi hesablanır. Keyfiyyət və kəmiyyət təhlili
nəticəsində risklə bağlı hadisələrin baş verməsi ehtimalı və
onun nəticəsi müəyyən olunur. Təhlil nəticəsində riskin idarə
olunması strategiyası işlənib hazırlanır və onun əsasında riskin
qarşısının alınması və ya azaldılması tədbirləri hazırlanır.
Riskin aradan qaldırılması və ya minimuma endirilməsi
bir neçə mərhələdən ibarətdir:
- riskin
qəbil
oluna
biləcək
səviyyəsinin
qiymətləndirilməsi;
- riskin azaldılması və artırılması (o halda ki, riskin
səviyyəsi qəbil oluna biləcək səviyyədən azdır və onun
artırılması gözlənilən gəliri artırır);
- risklərin azaldılması və artırılması üsullarının seçilməsi;
- risklərin
azaldılması
və
artırılması
üsullarınin
seçilməsinin məqsədə uyğun olmasının qiymətləndirilməsi.
Risklərin azaldılması və minimuma endirilməsinə dair
tədbirlər müəyyən olunandan sonra onların kifayət olması
haqqında qərar qəbul olunur. Əgər bu tədbirlər kifayətdirlərsə
layihə reallaşa bilər, əks halda ondan imtina etmək daha
məqsədə uyğun olar.
Qeyd etmək lazımdır ki, burada risklərin idarə
edilməsinin sadələşdirilmiş sxemi göstərilib. Reallıqda risklərin
kəmiyyət və keyfiyyətinin qiymətləndirilməsi daha mürəkkəb
prosesdir və fəaliyyət dairəsinin xüsusiyyətindən asılıdır.
Dövlətin investisiya-innovasiya siyasəti
115
4 nvestisiya risklərin idarə edilməsi
Risklərin idarə edilməsində riskin azaldılması, qarşısının
alınması və ya olduğu səviyyədə saxlanması, diversifikasiyası
və ötürülməsi metodlarından istifadə olunur. Risklərin
azaldılması tədbirlərinə riskin istisna olunması, riskin əmələ
gəlməsinin ehtimalının azaldılması, risk nəticəsində ola biləcək
itkilərin azaldılması nəzərdə tutulur. Riskin istisna olunması
gözlənilən iqtisadi səmərəliyinə baxmayaraq investisiya
layihəsindən imtina etməsi deməkdir. Riskin əmələ gəlməsinin
ehtimalının azaldılması üçün investisiya obyektinin maliyyə
vəziyyəti dəqiq öyrənilməlidir, onun borc qaytarmaq
qabiliyyəti, işgüzar imici, idarə etmə heyətinin peşəkarlığı və
digər məlumatlarının toplanması zəruridir. nformasiya nə
qədər dəqiq və dolğun olarsa – riskin səviyyəsi o qədər az olar.
Risk nəticəsində ola biləcək itkilərin azaldılması risklərin
lokallaşdırılması vasitəsi ilə həyata keçirilə bilər. Məsələn,
vençur bölmənin yaradılması itkilərin yalnız bu bölmənin
müflis olması ilə nəticələnəcək və əsas biznesə xələl
gətirməyəcək.
Riskin
olduğu
səviyyədə
saxlanılması
onun
maliyyələşdirməməsi,
özünü
sığortalaması
və
digər
mənbələrdən vəsaitin cəlb edilməsini nəzərdə tutur. Risk
maliyyələşdirilməsə onun nəticəsində ola biləcək itkilər
ödənilmir. Özünü sığortalama prosesi müəssisənin öz gəliri
hesabına ehtiyat fondlarının yaradılmasını nəzərdə tutur. Bəzi
hallarda özünü sığortalama məqsədi ilə şirkət öz qız
kompaniyasını keptiv sığorta şirkətini yaradır. Ehtiyat
fondundan fərqli olaraq keptiv sığorta kompaniyası təsisçi
ş
irkətin ehtiyatlarını daha səmərəli idarə edir.
Diversifikasiya
kapitalın,
satış
bazarlarının
və
təchizatçıların diversifikasiyasını nəzərdə tutur. Maddi
istehsalda diversifikasiya çox vəsait tələb edirsə, fond
bazarında investisiya risklərinin diversifikasiyası çox asan
həyata keçirilir. Diversifikasiyanın digər istiqamətləri – satış
Dövlətin investisiya-innovasiya siyasəti
116
bazarlarının və mal göndərənlərin diversifikasiyası investisiya
layihəsinin biznes-planının tərtibi mərhələsində nəzərdə
tutulmalıdır.
Riskin ötürülməsi sığortalanma, maliyyə zəmanətinin
alınması və d. nəzərdə tutur. Risklərin ötürülməsi əsas üsulu
investisiya risklərinin sığortalanmasıdır. Sığorta şirkətlərinin
fəaliyyətinin əsas prinsipləri: sığorta hadisəsinin təsadüf və
gözlənilməz olması; itkinin hesablanması imkanı; sığorta
hadisəsi haqqında statistik məlumatın olması, riskin təkrar
sığorta edilməsi imkanıdır.
Suallar:
1.
“Risk” anlayışına dair hansı tərifləri bilirsiniz?
2.
Riskin hansı iqtisadi nəticələri ola bilər?
3.
Risk və qeyri-müəyyənlik arasında nə fərqi var?
4.
Riskləri necə təsnifləşdirmək olar?
5.
nvestisiya riskləri hansı üsullarla idarə edilir?
Testlər:
Test 1. Adı çəkilənlərdən hansı amillər xarici riskə təsir
edirlər?
a)
marketinq
tədqiqatların
səviyyəsi,
innovasiyaların tətbiqi;
b)
xammal mənbəyi və heyətin peşəkarlığı;
c)
ş
irkətin maliyyə durumu, qiymət siyasəti;
d)
siyasi, sosial-iqtisadi və ekoloji durum;
e)
qiymət siyasəti, sosial-iqtisadi və ekoloji durum;
Test 2. Adı çəkilənlərdən hansı amillər daxili riskə təsir
edirlər?
a) siyasi, sosial-iqtisadi, ekoloji durum, qanunvericilik və
vergi sistemi;
b) siyasi, sosial-iqtisadi, ekoloji durum, qiymət siyasəti;
c) innovasiyaların tətbiqi, xammal mənbəyi və heyətin
peşəkarlığı, marketinq tədqiqatların səviyyəsi;
d) siyasi, sosial-iqtisadi və ekoloji durum;
e) qanunvericilik və vergi sistemi;
Dostları ilə paylaş: |