Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirliyinin 07. 05. 2012-ci IL tarixli



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə31/52
tarix01.11.2017
ölçüsü4,55 Kb.
#8103
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   52

Dövlətin investisiya-innovasiya siyasəti 
 
121
1.Cəmiyyətin  maraqlarının  təmin  olunması.  Məsələn, 
istehsal  sahəsinə  cəlb  olunan  investisiyalar  bütövlükdə  ölkə 
iqtisadiyyatının inkişafına zəmin yaradır; 
2. 
Azad  və  açıq  bazarın  formalaşması.  Tələb  və 
təklifin nisbətinə əsasan qiymətli kağızların qiymətlərinin azad 
(sərbəst)  formalaşmasını  nəzərdə  tutur.  Tənzimlənmə  sistemi 
fond bazarında inhisarçı qiymətin olmasının qarşısını alır;  
3. 
Ə
dalətli  və  nizamlı  bazarın  formalaşması. 
Bazarın  bütün  iştirakçılarını  ayrı-ayrı  şəxslər  və  təşkilatların 
ə
dalətsizliyi və fırıldaqçılıqlından müdafiə edir.     
Fond  bazarının  tənzimlənməsinin  əsas  prinsipi  –  onun 
bütün  iştirakçılarını  –  emitentləri,  investorları,  peşəkar  fond 
vasitəçiləri,  infrastruktur  təşkilatları  –  əhatə  etməkdir.  Bu 
tənzimlənmə  daxili  və  xarici  ola  bilər.  Daxili  tənzimlənmə 
təşkilatın normativ sənədlərinə (bütövlükdə təşkilatın, onun ayrı 
bölmələrinin  və  işçilərinin  fəaliyyətinin  müəyyən  edən 
nizamnamə,  qaydalar,  daxili  sənədlər)  tabeçiliyi  nəzərdə 
tutulur.  Xarici  tənzimlənmə  fond  bazarının  dövlətin  normativ 
aktlarına,  beynəlxalq  təşkilatların  sazişinə  tabeçiliyini  nəzərdə 
tutur. Fond bazarının tənzimlənməsini ona səlahəti olan təşkilat 
və  qurumlar  həyata  keçirə  bilər.  Beləliklə,  fond  bazarının 
tənzimlənməsi 3 istiqamətdə həyata keçirilə bilər: 
- dövlət tərəfindən qanunverici, normativ aktlar, lisenziya 
və  nəzarətin  həyata  keçirilməsi  yolu  ilə.  Əsas  məqsəd  bu 
sahədə vahid dövlət siyasətini təmin etməkdir; 
-  özünə  nəzarət  prosesi  vasitəsi  ilə  fond  bazarının  özü-
özünü tənzimləməsi; 
- ictimai rəy vasitəsi ilə fond bazarının tənzimlənməsi.  
Qeyd  etmək  lazımdır  ki,  fond  bazarında  baş  verən 
proseslər  və  dəyişikliklər  ictimai  rəydən  asılıdır  və  onunla 
müəyyən  olunur.  Digər  dəyişikliklər  dövlət  və  müstəqil 
mütəxəssislərin  vasitəsi  ilə  tənzimlənir.  Fond  bazarının 
tənzimlənməsini bir neçə istiqamətə ayırmaq olar:      
Dövlətin investisiya-innovasiya siyasəti 
 
122
-  fond  bazarının  iştirakçılarının  -  peşəkar  vasitəçilərinin 
seçilməsi; 
- fond bazarının normal fəaliyyəti üçün normativ sənədlər 
bazasının yaradılması. Bura qanun, sərəncam, təlimat, metodik 
göstəriş və digər normativ aktlar daxildir.   
-  bazarda  təyin  olunan  norma  və  qanunlara  riayət 
olunmayan halda tətbiq olunan sanksiyalar sistemi. Sanksiyalar 
ş
ifahi və yazılı xəbərdarlıq, cərimə, iştirakçılar sırasından təcrid 
olunma  və  cinayət  məsuliyyətinə  cəlb  olunması  formasında 
həyata keçirilir.  
3. Fond bazarının dövlət tənzimlənməsi 
Fond bazarında dövlətin rolu bunlardan ibarətdir: 
- bazar iştirakçıları arasında mübahisə yaranarsa dövlət 
ali arbitr (münsif) rolunda çıxış edir; 
- fond bazarı üçün qanun və qanun-alt sənədlərin 
yazılmasında iştirak edir; 
- özəlləşdirmə hərraclarında səhmlərin satışının iştirakçı 
kimi çıxış edir;  
- dövlətin qiymətli kağızların emitenti kimi çıxış edir;  
- sənaye müəssisələrinin iri səhm portfelinin idarə 
edilməsində investor qismində çıxış edir.  
 Fond bazarının tənzimlənməsi dövlətin sərəncamında 
olan kapital və iqtisadi alətlər vasitəsi ilə həyata keçirilir. Bura: 
- vergi sistemi – müxtəlif vergi normaları və güzəştləri, 
vergidən azad olunma; 
- pul siyasəti – faiz dərəcəsi, valyuta kursu və s.; 
- dövlətdə cəmləşən kapital – maliyyə resursları, qeyri-
büdcə fondları, dövlət büdcəsi, büdcə fondları; 
- dövlət mülkiyyəti, təbii resurslar və müəssisələr 
daxildir. 
Fond bazarının tənzimlənməsində dövlət bir neçə 
metoddan istifadə edir. 
Birinci  metod  –  funksional  tənzimlənmədir.  Bu  metod 
bazarın  bütün  iştirakçıları  üçün  ümumi  qayda  və  standartların 


Dövlətin investisiya-innovasiya siyasəti 
 
123
müəyyən  olunmasındadır.  Bu  metod  ilkin  və  əsaslı  metoddur, 
ona  görə  ki,  onun  mövcudluğu  dövlət  və  onun  tənzimləyici 
fəaliyyətinə,  fond  bazarının  professional  iştirakçılarına, 
infrastruktur  qurumlara,  vergi  və  hüquq  sisteminin  etibalı 
olmasını  təmin  edir,  potensial  investorların  inamını  artırır.  Bu 
metodun ziddiyyəti ondadır ki, burada dövlət tək tənzimlənmə 
subyekti  olmaqla  yanaşı  tənzimlənmə  obyekti  kimi  də  çıxış 
edir.   
kinci metod – maliyyə tənzimlənməsi metodudur. Onun 
mahiyyəti  makroiqtisadiyyata  faiz  dərəcələri,  valyuta  kursu, 
dövlət qiymətli kağızların alğı-satqısı və digər vasitələrlə xarici 
investisiyaların cəlb edilməsini stimullaşdırmaq, əlavə kapitalın 
cəlb edilməsindən ibarətdir.  
Üçüncü  metod  –  institusional  metoddur,  hansı  ki, 
qiymətli  kağızlar  bazarda  fəaliyyət  göstərən  institutlara 
müəyyən  tələblərin  qoyulması  və  onların  yerinə  yetirilməsinə 
monitorinqi  nəzərdə  tutur.  Belə  ki,  fond  bazarında  fəaliyyət 
göstərən  institutların  xüsusi  kapitalının  həcminin  müəyyən 
(tələb  olunan)  səviyyədə  olması  investorlarıın  etibarını  artırır. 
Lakin  bu  sahədə  dövlət  siyasəti  çevrik  olmalıdır  və  fond 
birjasının  iştirakçılarının  kapitallaşması  prosesi  müntəzəm 
olaraq  bazarın  inkişaf  səviyyəsini  nəzərə  almaqla  həyata 
keçirilməlidir.                   
Dördüncü  metod  –  texniki  tənzimlənmə  metodudur. 
Texniki tənzimlənmə metodu vasitəsi ilə bazarda inhisarçılığın, 
saxtakarlığın,  bir  qrup  iştirakçılar  tərəfindən  qiymətlərlə 
manipulyasiyaların  qarşısını  alır.  Texniki  tənzimlənmə 
metodları  səmərəli  bazarın  formalaşmasını,  hər  bir  iştirakçının 
bərabər  hüquqa  malik  olmasını,  bu  və  ya  digər  maliyyə 
vasitələrinin  qiyməti  haqqında    informasiyanın  bütün 
iştirakçıları üçün əlçatan olmasını təmin etməlidir.  
Beşinci  metod  –  anti-böhranlı  tənzimlənmə  metodu  – 
daxili  və  qlobal  böhranların  baş  verdiyi  halda  dövlətin 
böhrandan  çıxması  siyasəti  olmalıdır.  Bəzi  hallarda  müxtəlif 
Dövlətin investisiya-innovasiya siyasəti 
 
124
nazirlik  və  qurumların  razılaşdırılmamış  siyasəti  böhranı  daha 
da  dərinləşdirə  bilər.  Bundan  başqa,  fond  bazarının  daimi 
monitorinqi  böhranın  yan  keçməsi  və  ya  fəsadlarının 
yumşaldılmasına imkan verir.  
Altıncı metod – kollektiv investorların tənzimlənməsidir. 
Bu  metodun  xüsusiyyəti  orta  və  kiçik  investorların  cəlb 
edilməsindən  ibarətdir.  Orta  və  kiçik  investorların  cəlb 
olunması  daxili  bazarın  dayanaqlığını  təmin  edir.  Lakin  bu 
tənzimlənmə  metodu  bir  sıra  hüquqi,  idarələrarası,  vergi  və  s. 
problemlərin həllini tələb edir.  
Yeddinci  metod  –  özünü  tənzimlənmə  metodudur  ki, 
burada bazarın iştirakçıları bazarda davranış qaydalarına riayət 
etməkdə  özləri  maraqlıdırlar.  Bilavasitə  fond  bazarının 
iştirakçıları olaraq onlar yaranan problemləri daxildən, birjadan 
kənar  tənzimləyəcək  qurumdan  daha  yaxşı  görürlər.  Bu 
səbəbdən  inkişaf  etmiş  ölkələrdə    fond  bazarının  iştirakçıları 
tənzimlənmə  funksiyalarının  bir  hissəsini  öz  üzərilərinə 
götürürlər.  
Səkkizinci metod – antiinhisar tənzimlənmədir. Bu metod 
antiinhisar  qanunvericiliyə  riayət  olunmasına  investisiya 
prosesinin bütün mərhələlərində - müəssisənin yaradılmasından 
başlayaraq  –  qiymətli  kağızların  alğı-satqısınadək  nəzarəti 
nəzərdə  tutur.  Digər  tərəfdən  isə  antiinhisar  tənzimlənmə 
maliyyə  bazarlarında,  o  cümlədən  qiymətli  kağızlar  bazarında 
inhisarçılığın  qarşısının  alınmasına,  rəqabətin  artırılmasına 
istiqamətləndirilməlidir.         
 ABŞ dünyanın maliyyə paytaxtı Nyu-York hesab olunur. 
Dünyanın  səhmlərinin  1/3  hissəsi  və  fyuçers  ticarətin 
ə
həmiyyətli hissəsi Nyu-Yorkun payına düşür.  Nyu-Yorkun ən 
iri  birjaları:  NYSE,  NASDAQ,  AMEX-dir.  Bazarın 
kapitalizasiyası    $10  trln.,  gündəlik  dövriyyə  isə    $70  mlrd. 
təşkil  edir.  ABŞ  ən  iri  fyuçers  birjalarına  CME,  CBOT  və 
NYMEX  aiddirlər.  Yalnız  valyuta  fyuçerslərinə  görə  gündəlik 
dövriyyə $40 mlrd. təşkil edir. 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə