Dövlətin investisiya-innovasiya siyasəti
153
doğrultmaya da bilərlər. nsan kapitalı özü də, həmin konkret
ölkənin dayanıqlı iqtisadi artım trayektoriyasına prinsipial çıxış
imkanlarını müəyyən edir.
Son onilliklər ərzində inkişaf etməkdə olan iqtisadiyyata
malik olan ölkələrin təcrübəsi göstərir ki, bu ölkələr müxtəlif
iqtisadi inkişaf modellərindən uğurla istifadə etmişlər: liberal
model (Sinqapur, Hon-Konq), qarışıq model (Yaponiya,
Cənubi Koreya, Tayvan),
lokal, yalnız azad iqtisadi zonalarda
liberal
modelin tətbiqi (Çində). Və, mahiyyət etibarilə, yalnız
inzibati amirlik iqtisadiyyatı özünün qeyri-səmərəli olduğunu
göstərdi.
nkişaf etməkdə olan və keçid iqtisadiyyatlı ölkələri üçün,
iqtisadiyyatın diversifikasiyası xüsusi əhəmiyyət kəsb edir.
Yaponiya, Çin, Cənubi Koreya və Hindistan iqtisadiyyat
strukturunun diversifikasiyasını uğurla həyata keçirmişlər. Eyni
zamanda, Yaponiya, sənayesinin müharibədən sonra bərpası
məsələsini həll edirdi. Çin, Hindistan və Cənubi Koreya, aqrar
ölkələr
olduqları
üçün,
industriallaşma (sənayeləşmə)
məsələsini həll edirdilər.
nkişaf mərhələsindən asılı olaraq, idarəetmənin iki tam
ə
ks olan mövqeyi mövcuddur:
1) bazar iqtisadiyyatının aktiv dövlət tənzimlənməsi;
2) inzibati amirlik iqtisadiyyatının liberallaşdırılması.
Bütün ölkələrdə, iqtisadiyyatın struktur diversifikasiyası
zamanı, prioritet sahələrin seçimi aparılır, və bu sahələrə
investisiyalar yönəldilirdi. Prioritet sahələrə vergi və digər
imtiyazlar verilirdi.
Yaponiyada, prioritet sahələr, əvvəlcə – metallurgiya və
kömür sənayesi, 1950-ci illərin sonlarından isə – avtomobil
sənayesi seçilmişdi.
Çində, 1978-ci ildən inzibati-amirlik iqtisadiyyatının
liberallaşdırılması siyasəti keçirilirdi: liberal kapitalist
iqtisadiyyatının nümünələri yaradılır, rejimin liberallaşması,
iqtisadi idarəetmənin qeyri-mərkəzləşməsi aparılırdı. Dövlət
Dövlətin investisiya-innovasiya siyasəti
154
planlaşdırılması sisteminin və iqtisadiyyatda dövlət sektorunun
rolu azaldılır, xarici investisiyalar cəlb edilirdi. Tədricən,
prioritet sahələrin tərkibi dəyişilirdi. Çində, islahatların ilk
mərhələsində, istehlak malları istehsal edən kənd təsərrüfatı,
yeyinti sənayesi və digər sahələr prioritet hesab edilirdilər,
sonradan isə belə sahələr kimi – maşınqayırma, tikinti
materiallarının istehsalı, avtomobil və kimya sənayesi qəbul
edildi. 1990-cı illərin ikinci yarısında mikrosxemlərin, personal
kompyuterlərin, telekommunikasiya komponentlərinin və yeni
materialların istehsalı prioritet sahə sayılmağa başladı.
Hindistanda, birinci beşillik çərçivəsində (1951-1956-cı
illər) prioritet sahələr – kənd təsərrüfatı, irriqasiya, energetika
və nəqliyyat sayılırdı, yəni infrastruktur yaradılırdı. kinci
beşillik çərçivəsində (1956-1961 illər) ağır sənaye sahələri
prioritet sahələr oldular. 1960-1970-ci illər ərzində ixrac
ə
vəzolunma və strateji sahələrin (energetika, banklar, sığorta)
milliləşdirilməsi siyasəti aparılırdı. Bu milliləşdirmə və dövlət
sektorunun artımı, 1980-ci illərin ortalarında iqtisadiyyatda
böhran vəziyyətinə gətirib çıxartdı. Buna görə də, 1991-ci ildə
hökumət iqtisadiyyatda struktur dəyişiklikləri proqramını –
xarici ticarətin və kapital bazarlarının liberallaşdırılması
proqramını qəbul etdi. stehsal infrastrukturu sahələrinə
(energetika, rabitə, limanlar, bütün növ maşınqayırma, kimya
sənayesi və əczaçılıq) birbaşa xarici investisiyaların cəlb
edilməsi prioritet oldu. Kənd təsərrüfatı ilə əlaqəli olan
sahələrin inkişafı da stimullaşdırılırdı.
Cənubi Koreyada mərkəzləşdirilmiş planlaşdırılma tətbiq
edilirdi (orta və uzunmüddətli planlar və məqsədli proqramlar),
istehsalat tapşırıqları və onların yerinə yetirilmə müddətləri
təyin edilirdi. Hökumət, beşillik planlar çərçivəsində,
iqtisadiyyatın hansı sahələri iri müəssisələr və xarici kapital
üçün açıq, hansı isə bağlı olduğunu göstərirdi.
Hal-hazırda Çində XXІ–ci əsrin ortalarına qədər nəzərdə
tutulmuş üç mərhələli plan yerinə yetirilir. Birinci mərhələdə
Dövlətin investisiya-innovasiya siyasəti
155
(1990-cı ilə qədər) ÜDM-in iki dəfə artırılması, əhalinin ərzaq
və geyimlə təmin edilməsi planlaşdırılırdı. kinci mərhələdə
(1991-2000-ci illər) məcmu milli məhsulun üç dəfə artırılması
planlaşdırılırdı ki, bu da, hesablamalara görə, ölkədə «orta
bolluq» cəmiyyəti yaratmalıdır (islahatlar başlayandan 2000-ci
ilə qədər ÜDM 6 dəfə artmışdır). Üçüncü mərhələdə (2050-ci
ilə qədər) əhalinin adambaşına ÜDM həcminə görə orta inkişaf
etmiş ölkələr səviyyəsinə çatmaq, iqtisadiyyatın kompleks
modernləşdirilməsini başa çatdırmaq, dünyanın qabaqcıl
ölkələrinin texnoloji və elmi səviyyəsinə çatmaq planlaşdırılır.
Yaponiya və Cənubi Koreyada bizneslə məsləhətləşmə
siyasəti tətbiq edilirdi. Yaponiyada müxtəlif məsləhət şuraları
yaradılmış və buraya işgüzar dairələrin nümayəndələri daxil
edilmişdir. Biznesə məsləhətlər verilirdi, və o bunları nəzərə
alırdı. 1997-ci ildə Asiyada baş verən böhrandan sonra, Cənubi
Koreyanın hökuməti və iri biznes, ən iri kompaniyaların
maliyyə vəziyyətinin yaxşılaşdırılması və biznesin strukturunun
yenidən qurulması haqqında razılaşdırılmış tədbirlər haqqında
müqavilə bağlamışlar.
Xarici investisiyalar üçün bəzi ölkələrdə ən cəlbedici
şə
rait (Çin), digərlərində isə məhdudiyyətlər tətbiq edilirdi.
Cənubi Koreyada 1970-ci illərin əvvəllərində investisiya axını
çox böyük idi. Buna görə də, hökumət həddən artıq çox olan
xarici kapital axınının neqativ nəticələrindən ehtiyatlanaraq,
məhdudiyyətlər tətbiq etmişdir. Üstünlük müştərək sahibkarlığa
verilmişdir, xarici investisiya layihəsinin kifayət qədər sərt
seçim meyarları təyin edildi. Bir qayda olaraq, investisiya
layihələrində xarici kapitalın payı 50%-lə məhdudlaşdırıldı.
Lakin, 1980-ci ildən, hökumət, birbaşa xarici investisiyalar
üçün əlverişli şərait yaratmağa başladı. Belə ki, birgə
müəssisədə xarici kapitalın payına düşən məhdudiyyət aradan
qaldırılmışdır.
Hindistanda, investisiya layihəsində xarici investisiya
payına 40% məhdudiyyət tətbiq edilirdi. stisnalar, yeni
Dövlətin investisiya-innovasiya siyasəti
156
texnologiyaların cəlb edilməsi nöqteyi nəzərindən prioritet olan
sahələr üçün edilirdi. Çində xarici investorlar üçün əlverişli
şə
rait yaradılmışdır. Əsas investisiyalar xüsusi iqtisadi zonalara
daxil olurlar. Bir qayda olaraq, müəssisələrə vergi tətilləri
verilir, onlar xammal və komponentlərə, istehsala (aksizlərə)
qoyulan vergilərdən azad edilirlər. Nəticədə, Çinə, son illərdə,
ildə 50 mlrd. dollar birbaşa xarici investisiyalar daxil olur, və o,
bu göstərici üzrə dünyada ikinci yerə çıxmışdı (ABŞ-dan
sonra).
nkişaf etməkdə olan ölkələrdə xarici ticarət sahəsində
proteksionist siyasəti aparılırdı, o cümlədən, yüksək rüsumlar,
istehlak və sənaye mallarının ixracına kvotalar və subsidiya,
idxal edilən avadanlıq və texnologiyaların rüsumlardan azad
edilməsi və s. tətbiqi olunur. Belə ki, Cənubi Koreyada ilkin
mərhələdə dövlət, müxtəlif imtiyazlar alan milli ixracatçıları
subsidiyalaşdırıb, idxal və ixraca sərt nəzarət edirdi.
Sahibkarların
vergi
yükünün
azaldılmasına
və
real
investisiyaların artmasına xüsusi əhəmiyyət verilirdi. Cənubi
Koreyada dövlət birləşmə vasitəsi ilə iri kompaniyaların
yaradılmasını stimullaşdırırdı. O, Cənubi Koreyalı ailəvi
maliyyə-sənaye qruplarının - çebulların formalaşdırılmasını
dəstəkləyirdi.
Dövlət,
prioritet
sahələrdə
rəqabəti
məhdudlaşdırırdı. O, firmaları birləşməyə və ya bazarın həmin
seqmentini tərk etməyə məcbur edirdi. Ölkə hökuməti çox vaxt
«seçilmiş ixracatçıların» itkilərinin birbaşa kompensasiyasına
gedirdi. Təbii ki, korrupsiya artırdı. Dövlət imtiyazları ona
gətirib çıxartmışdır ki, 1980-ci illərin birinci yarısında emal
sənayesində 30 iri Cənubi Koreya konqlomeratının payı 1/3
çatmış, ixracda isə 1/3-ni ötmüşdür. Nəticədə, ölkənin sürətlə
sənayeləşdirilməsi məsələsi həll olunmuşdur. Lakin, səmərəli,
özü inkişaf edən sənayenin yaradılması problemi həll
edilməmişdir. qtisadiyyatda güclü ailəvi çebul-klanlarının
mövcudluğu ölkə daxili bazarlarda rəqabəti azaldır, və müvafiq
olaraq, əmtəə istehsalının səmərəliliyini və rəqabət qabiliyyətini
Dostları ilə paylaş: |