Dövlətin investisiya-innovasiya siyasəti
165
d) ABŞ, Fransa, taliya
e) spaniya, Portuqaliya, Yunanıstan
Test 5. rlandiya və Finlandiya iqtisadiyyatın hansı
inkişaf modelindən istifadə etmişlər?
a) Şərqi Asiya modeli
b) Avropa modeli
c) Amerikan modeli
d) Yaponiya modeli
e) Heç biri
Mövzu 14. Azərbaycan Respublikasında investisiya-
innovasiya siyasətinin xüsusiyyətləri.
Plan:
1. Azərbaycan Respublikasında investisiya
fəaliyyətinin hüquqi bazası
2. Azərbaycan Respublikasında investisiya durumu
3.
Azərbaycanda
innovasiya
sferasının
inkişaf
strategiyası.
1. AR investisiya fəaliyyətinin hüquqi bazası
2011-ci il Azərbaycan Respublikası müstəqilliyinin 20-ci
il dönümünü qeyd edir və qazanılan bir çox uğurlar arasında
müvəffəqiyyətlə həyata keçirilən investisiya siyasəti əsas
yerlərindən birini tutur.
nvestisiyalar hər bir ölkənin
iqtisadiyyatının
inkişafında
mühüm
rol
oynayaraq,
makroiqtisadi stabilliyi və əhalinin həyat səviyyəsinin artımını
təmin edir. qtisadiyyat investisiyaların cəlb edilməsi, səmərəli
yerləşdirilməsi milli iqtisadiyyatının rəqabət qabiliyyətini
artırır, dayanaqlı iqtisadi inkişafı təmin edir. Müasir şəraitdə
innovasiya
texnologiyalarına
qoyulan
investisiyaların
mahiyyəti artır.
Azərbaycan Respublikası müstəqilliyinin əldə edəndən
sonra keçid dövrünün ilk illərində böhranla bağlı ölkə
daxilində investisiya resursları, demək olardı ki, yox
səviyyəsində idi. qtisadi əlaqələrin qırılması nəticəsində
Dövlətin investisiya-innovasiya siyasəti
166
sənaye müəssisələri dərin tənəzzül vəziyyətinə düşmüşdülər.
Yaranan vəziyyətdə istehsal müəssisələri gəlir əldə edə bilmir,
milli valyutanın dəyərdən düşməsi və yüksək inflyasiya
templəri müəssisələrin amortizasiya fondlarının, əhalinin
ə
manət və yığımlarının dəyərdən düşməsi ilə nəticələnmişdir.
Beləliklə,
daxili
investisiya
resurslarının
tükənməsi
iqtisadiyyatın böhrandan çıxması üçün xarici investisiya
mənbələrinə üstünlük verilməsini qaçılmaz etdi. Bu səbəbdən
ölkədə birinci növbədə 1992-ci ildə «Xarici investisiyaların
qorunması haqqında» Qanun, sonra isə 1995-ci ildə
« nvestisiya fəaliyyəti haqqında» Qanun qəbul edilmişdir.
«Xarici investisiyaların qorunması haqqında» Qanun
qəbul olunması xarici investorların hüquqlarının müdafiəsini
təmin edən normativ-hüquqi bazasını yaradır.
“Xarici investisiyaların qorunması haqqında” AR Qanunu
VII bölmə və 43 maddədən ibarətdir. Birinci “Ümumi
müddəalar” adlanan bölmədə xarici investor kimi hansı
subyektlər çıxış edə bilər, Azərbaycan Respublikası ərazisində
hansı formada investisiya qoya bilərlər, dövlətsizləşdirmədə və
özəlləşdirmədə necə iştirak edə bilərlər, xarici investorların
hüquqi rejimi, fəaliyyət növləri, ərazi məhdudiyyətləri
müəyyən olunub.
Qanunun II-ci bölməsində xarici investisiya üçün dövlət
təminatları məsələləri əks olunub. Bu bölmədə xarici
investisiyanın
hüquqi
müdafiəsi,
qanunvericiliyin
dəyişdirilməsi ilə bağlı təminatlar, milliləşdirmə və rekvizisiya
ilə bağlı təminatlar, xarici investorların zərərinin kompensasiya
edilməsi və ödənilməsi, investisiya fəaliyyətinə xitam
verildikdə təminatlar göstərilir. Xarici valyuta ilə gəlirlərin və
başqa məbləğlərin köçürülməsinə təminatlar, mənfəətdən
istifadə üçün təminat məsələləri izah olunur.
“Xarici investisiyaların qorunması haqqında” AR
Qanununun III-cü bölməsində xarici investisiya qoyulmuş
müəssisələrin yaradılması və fəaliyyəti qaydaları izah olunur.
Dövlətin investisiya-innovasiya siyasəti
167
Burada müəssisələrin yaradılması qaydaları, bu müəssisələrin
sanitariya-gigiyena və ekoloji tələblərə riayət etməsinə dair
ekspertizası, dövlət qeydiyyatı, törəmə müəssisələr, filiallar və
nümayəndəliklər, müəssisələrin birləşməsi, birgə müəssisə
iştirakçılarının əmanətlərinin qoyulması, ehtiyat fondunun
yaradılması, ölkə ərazisində məhsulun satışı və göndərilməsi,
xarici valyuta ilə hesablaşmalar, məhsulun ixracı və idxalı,
gömrük vergisi, sığorta, vergi tutma, mühasibat uçotu və
hesabat, öhdəliklərin təmin edilməsi, intellektual fəaliyyət
nəticələrinə, hüquqlar və digər qeyri-əşya hüquqları, əmək
münasibətləri, sosial sığorta, təminat və müəssisələrin ləğvetmə
qaydaları göstərilib.
“Xarici investisiyaların qorunması haqqında” AR
Qanununun IV-ü bölməsində xarici investorların dövlət və
qeyri-dövlət müəssisələrinin qiymətli kağızlar əldə etməsi
qaydaları öz əksini tapıb.
“Xarici investisiyaların qorunması haqqında” AR
Qanununun V-i bölməsində xarici investorların torpaqdan
istifadə hüquqlarını və başqa əmlak hüquqlarını əldə etməsi,
icarə və konsessiya müqavilələrinin bağlanma qaydaları
göstərilir.
“Xarici investisiyaların qorunması haqqında” AR
Qanununun VI-i bölməsində sərbəst iqtisadi zonalarda xarici
investorların və xarici investisiyalı müəssisələrin fəaliyyəti
qaydaları öz əksini tapıblar.
Və nəhayət, “Xarici investisiyaların qorunması
haqqında” AR Qanununun sonuncu VII-i bölməsində
mübahisəli məsələlərin baxılması və beynəlxalq müqavilələr
bağlanması qaydaları izah olunub.
Qeyd olunduğu kimi, “ nvestisiya fəaliyyəti haqqında”
Azərbaycan Respublikasının Qanunu 1995-ci ildə qəbul
olunmuşdur. Adı gedən qanun IV fəsildən ibarətdir. Birinci
fəsildə ümumi müddəalar: investisiya anlayışı, investisiya
Dövlətin investisiya-innovasiya siyasəti
168
fəaliyyəti, investisiya fəaliyyətinin obyektləri və subyektləri
müəyyən olunur.
“ nvestisiya
fəaliyyəti
haqqında”
Azərbaycan
Respublikasının Qanunu II-ci fəslində investisiya fəaliyyəti
subyektlərinin hüquqları və vəzifələri, investisiya fəaliyyətinin
subyektləri arasında münasibətlər, investisiya fəaliyyətinin
maliyyələşdirilməsi mənbələri göstərilir.
nvestisiya
fəaliyyəti
haqqında
Azərbaycan
Respublikasının Qanunu III-cü fəsli investisiya fəaliyyətinin
dövlət tənzimlənməsi məsələlərinə həsr olunub və burada
dövlət tənzimlənməsinin məqsədi, formaları və vasitələri
sadalanır. Bura kredit və amortizasiya siyasətinin həyata
keçirilməsi; ayrı-ayrı region, sahə və istehsalatların inkişafı
üçün subvensiya, subsidiya büdcə borclarının verilməsi; dövlət
norma və standartlarının müəyyənləşdirilməsi; antiinhisar
tədbirlərin görülməsi; mülkiyyətin dövlətsizləşdirilməsi və
özəlləşdirilməsi; torpaq, su və başqa təbii ehtiyatlardan istifadə
şə
rtlərinin müəyyənləşdirilməsi; qiymətqoyma siyasətinin
həyata keçirilməsi; investisiya layihələrinin ekspertizasının
keçirilməsi daxildir. Bunlardan başqa, adı gedən fəsildə
Azərbaycan Respublikasının ərazisində dövlət investisiyalarına
dair qərarların qəbul edilməsi və əsaslı tikintidə işlərin yerinə
yetirilməsi üçün dövlət sifarişinin yerləşdirilməsi qaydaları əks
olunub, investisiyaların dövlət ekspertizası, investisiya
fəaliyyətində qiymətqoyma, Naxçıvan Muxtar Respublikasının
Ali Məclisi, yerli dövlət hakimiyyət və idarəetmə orqanları
tərəfindən investisiya fəaliyyətinin tənzimlənməsi haqqında
məlumatlar əks etdirilib.
nvestisiya
fəaliyyəti
haqqında
Azərbaycan
Respublikasının Qanunu IV-ci fəslində investisiya fəaliyyəti
subyektlərinin hüquqlarının təminatı və investisiyanın
qorunması haqqında, investisiya fəaliyyəti subyektlərinin
məsuliyyəti, investisiya fəaliyyətinin dayandırılması və ya ona
xitam verilməsi şərtləri beynəlxalq müqavilələrin iştirakı
Dostları ilə paylaş: |