Dövlətin investisiya-innovasiya siyasəti
161
3. nsan kapitalının inkişaf səviyyəsi aşağı olan, industrial
cəhətdən inkişaf etməmiş, zəif inkişaf edən ölkələr. Bu qrup
ölkələr, öz inkişafında, inkişaf etmiş ölkələrdən getdikcə daha
çox geri qalır, və vəziyyəti dəyişə biləcək real inkişaf
strategiyalarına malik deyillər.
Ölkə səviyyəsində, investisiya strategiyası prioritet
sahələrin, müəssisələrin sosial-iqtisadi inkişaf istiqamətlərinin,
institusional inkişafın, infrastruktur inkişafının, vətəndaş
cəmiyyətinin
yaradılmasının
yollarının
seçimi
və
maliyyələşdirilməsi məsələlərini həll edir.
Birinci qrupa daxil olan ölkələr səmərəli və rəqabət
qabiliyyətli iqtisadiyyatın yaradılması vəzifələrini tarixən qısa
müddət ərzində həll edirlər. Dünya təcrübəsi göstərir ki,
Yaponiya, Cənubi Koreya, Tayvan belə məsələni yalnız
iqtisadiyyatın dövlət tərəfindən güclü tənzimlənməsi və
dünyanın inkişaf etmiş ölkələri tərəfindən dəstəklənməsi (hərbi,
maliyyə, texnoloji, elmi, institusional və sair) şəraitində həll
etmişlər. Yuxarıda adları çəkilən ölkələrə belə dəstəyi ABŞ – rı
göstərmişdir.
Belə iqtisadiyyatlı ölkələrin uzunmüddətli strategiyası
mərhələli xarakter daşıyır. nkişafın hər mərhələsində dövlət
tərəfindən prioritet sahələr müəyyən edilir və onlara müxtəlif
növ dövlət dəstəyi verilir.
Şə
rqi Asiya ölkələrinin keçdiyi inkişaf yolunu bir neçə
ümumi xüsusiyyətlə xarakterizə edilir:
- ölkələrinin investisiya strategiyası, sənayenin ixraca
istiqamətlənmiş sahələrinin inkişafına edilən yüksək kapital
qoyuluşlarına əsaslanır;
- dövlət xərclərinin səviyyəsinin aşağı olması;
- aşağı dərəcəli vergilərlə tətbiq olunur;
- çox yüksək daxili və xarici investisiya səviyyəsi;
- ÜDM-in çox yüksək artım templəri;
- iqtisadiyyatın xarici bazarlara istiqamətlənməsi;
Dövlətin investisiya-innovasiya siyasəti
162
-
dünyanın
qabaqcıl
ölkələrinin
ə
n
yeni
texnologiyalarından yüksək dərəcədə asılılığı;
- innovasiyalara yüksək dərəcədə tələbat;
- insan kapitalının yüksək səviyyəsi və keyfiyyəti;
- bazar tələblərinə yüksək adaptasiya (uyğunlaşma)
qabiliyyəti;
- iqtisadiyyatın inkişafının ardınca, dövlət institutlarını,
idarəetmə sistemlərini və demokratiyanın inkişaf səviyyəsini
dəyişmək qabiliyyəti;
- bu ölkələrdə, iqtisadiyyatda liberal islahatlar və siyasi
sferanın demokratik dəyişikliyi arasında əhəmiyyətli (böyük)
zaman fərqi.
Qısa müddət ərzində iqtisadiyyatın inkişafında o ölkələr
daha çox uğur qazanıblar ki, onlar yığılmış milli insan
kapitalını qoruyub saxlamış və əhəmiyyətli dərəcədə
artırmışlar: Yaponiya, Sinqapur, Tayvan, Honkonq, Cənubi
Koreya, bəzi Avropa ölkələri. Bütün bu ölkələr, Qərbin
ideoloji, elmi və iqtisadi dəyərlərini özlərinin insan kapitalının
tərkibinə daxil etmiş və milli ənənələri nəzərə almaqla, öz
torpaqlarına keçirtmişlər.
Təsadüfi deyil ki, məhz Yapon, Çin və Koreya
mədəniyyətli ölkələr, praktiki olaraq, bütün göstəricilər üzrə,
dünyanın qabaqcıl ölkələri sırasına daxil ola bilmişlər. Bu
ölkələr, dünya sivilizasiyasının «yatmış» artım nöqtələrinə aid
edilirlər.
Onlar,
toplanmış
ümumdünya
dəyərlərinin
mənimsənilməsinə, səmərəli iqtisadiyyatın və dövlətçiliyin
yaradılması üçün kifayət olan insan kapitalına malik idilər.
Bütün bu ölkələr qədim mədəniyyətə malikdirlər, keçmişdə
onlar, kifayət qədər kəşf və ixtiralar edən, dünya şərq
sivilizasiyasının mərkəzləri olmuşlar.
Qeyd edək ki, «Asya pələnglərinin» uğurlarının əsaslı
başlangıcı, əməyə hörmət və bazar ənənələri üzərində tərbiyə
almış, əməksevər xalqlar mentalitetinə əsaslanan, yüksək
səviyyəli və keyfiyyətli insan kapitalıdır. «Asiya pələnglərinin»
Dövlətin investisiya-innovasiya siyasəti
163
inkişaf təcrübəsi ümumi inkişaf nəzəriyyəsinin və konkret
olaraq iqtisadiyyatın diversifikasiyasının nəzəriyyə və
praktikasında – ölkə iqtisadiyyatının inkişaf prioritetlərinin
dəyişdirilməsi mexanizmləri və təcrübəsinə əhəmiyyətli töhvə
vermişdir. qtisadiyyatın diversifikasiyası – ölkənin rəqabət
üstünlüklərini müəyyən edən ölkə iqtisadiyyatının dayaq
sahələrinin
müxtəlifliyinin
artırılmasıdır.
qtisadiyyatın
diversifikasiyası isə hər bir ölkənin inkişafına lazım olan və
daimi bir alətdir.
«Asiya pələngləri» yüngül sənayenin inkişafından
(Yaponiya, Tayvan, Sinqapur, Hon-Konq), kənd təsərrüfatının
inkişafından (Çin), ekoloji «çirkli sahələrdən» (metallurgiya,
Yaponiya) və s., yəni, aşağı əlavə dəyərli, dünyanın inkişaf
etmiş ölkələri üçün keçmiş inkişaf mərhələsi olan sahələrdən
başlamışlar. Sonuncular bu sahələri inkişaf etməkdə olan
ölkələrə «güzəştə gedərək, vermiş», lakin, çox zaman, kapital
qoyuluşları vasitəsi ilə onlar üzərində nəzarəti saxlamışlar.
XX əsrin sonunda «Asya pələngləri» (Malayziya,
Tailand və s.) artıq öz inkişaflarını, həm onlara ənənəvi olan
istehsallar, həm də xarici texnologiya və xarici ehtiyat hissələri
ə
sasında məişət texnikası buraxaraq başlamışlar.
Özünün
müəyyən
inkişaf
mərhələsində,
ötmə
iqtisadiyyatlı ölkə, iqtisadi alətlər və dövlət tənzimlənməsinin
köməyi ilə, investisiya axınlarını maşınqayırmaya, avtomobil,
elektron sənayesinə, kompyuter texnologiyalarına və s.
(Yaponiya, Çin, Tayvan, Cənubi Koreya və s.), yəni, yüksək
ə
lavə dəyərə malik olan sahələrə istiqamətləndirir.
Suallar:
1. Qabaqcıl ölkələrin nailiyyətlərinə çatmaq üçün
inkişafda olan ölkələrin hansı məqsədlər qoyurlar?
2. nkişaf etməkdə olan ölkələri hansı qrupa bölmək
olar?
3. nkişaf etməkdə olan ölkələrin iqtisadiyyatında hansı
modellərdən istifadə olunur ?
Dövlətin investisiya-innovasiya siyasəti
164
4. Şərqi Asiya ölkələrinin keçdiyi inkişaf yolunu hansı
ümumi xüsusiyyətlə xarakterizə edilir?
5.
Hər bir ölkə üçün iqtisadiyyatın diversifikasiyası
zərurəti nədən irəli gəlir?
Testlər:
Test 1. Yaponiyada 1950-ci ildən sonra prioritet sayılan
sahə hansıdır ?
a) metallurgiya
b) kömür sənayesi
c ) avtomobil sənayesi
d) yeyinti sənayesi
e) kimya sənayesi
Test 2. nkişaf etməkdə olan ölkələr iqtisadi artım
tempini yüksək səviyyədə saxlamaq üçün nə edir?
a) milli gəlirin böyük hissəsini investisiyalara yönəltməli
olurlar
b) ÜDM-nin 50 %-ni investisiyalara yatırır
c) heç biri
d) hamısı
e) xalis gəliri kənd təsərrüfatına yatırırlar
Test 3. nvestisiya-innovasiya strategiyasına görə birinci
qrup ölkələrin strategiyasına məxsus cəhətlər hansılardır ?
a) ÜDM-ə nisbətən investisiyaların payını əhəmiyyətli
dərəcədə artırmaq
b) müasir təhsil və elm sistemlərini yaratmaq
c) qabaqcıl ölkələrdən yüksək texnologiyaları əldə etmək
d) xarici texnologiyalar əsasında öz texnologiyalarını
yaratmaq
e) Hamısı
Test 4. nkişaf Etməkdə Olan Ölkələrin ikinci qrupuna
hansı ölkələr daxildir?
a) Azərbaycan, ABŞ, Rusiya
b) Türkiyə, Misir, Çili
c) Tayvan, Fransa, taliya
Dostları ilə paylaş: |