Dövlətin investisiya-innovasiya siyasəti
157
də azaldırdı. Cənubi Koreya hökuməti, müxtəlif növ
firmalardan ibarət olan ailə konqlomeratları – çebulların
ayrılmasını həyata keçirtməyə məcbur idi (çebullar – bir ailə
klanının nəzarəti altında olan 20-30 müstəqil hüquqi firmadan
ibarət olan konqlomeratlardır).
Cənubi
Koreya,
iqtisadiyyatda
və
ölkənin
demokratikləşməsində əhəmiyyətli uğura nail olmuşdur. Lakin,
müasir dövrdə qeyri-səmərəli olan çebulların (monopoliya və
oliqopoliya) dövlət tərəfindən dəstəklənməsi və iqtisadi
proteksionizm siyasəti özünü doğrultmur. Və Cənubi Koreya
iqtisadiyyatının liberallaşması siyasətinə keçdi.
Perspektiv sahə və istehsalların inkişafının dəstəklənməsi
aləti kimi, vergi imtiyazlarından istifadə edilir. Hindistanda,
ayrı-ayrı sənaye layihələri üzrə, 10 il müddətinə, vergi tutma
bazasının 30% azaldılması təmin edilirdi, 5 illik vergi tətilləri
verilirdi. Qanunvericiliyə əsasən, Çində, vergi tətilləri və
imtiyazlar, imtiyazlı idxal tarifləri, işçilərin asanlaşdırılmış
(yüngülləşdirilmiş) işə qəbul və işdən azad edilmə qaydaları
nəzərdə tutulub. Xüsusi iqtisadi zonalarda, regional hakimiyyət
tərəfindən, bilavasitə xarici investisiyalar üçün əlavə stimullar,
o cümlədən, xüsusi vergi rejimi və rüsumlardan azad edilmə
rejimi yaradılır. Vergi imtiyazları ayrı-ayrı sahələrə verilirdi,
məsələn, Yaponiyada, avtomobil sənayesi üçün birinci iş ilində
avadanlığın xüsusi amortizasiya dərəcəsi 50% həcmində təyin
edilmişdir.
rlandiya və Finlandiya iqtisadiyyatın inkişaf və
diversifikasiyasının digər bir modelindən (Avropa modeli)
istifadə etmişdilər. Avropa ölkələrinin investisiya strategiyası
inkişafa
yüksək
kapital
qoyuluşları,
sosial
sferanın
dəstəklənməsi, və bunun nəticəsi kimi, dövlətin yüksək sosial
və digər ümumi xərclərinə əsaslanır. Bu ölkələrin
iqtisadiyyatını sosial-istiqamətlənmiş iqtisadiyyat adlandırırlar.
1980-ci illərin əvvəllərində rlandiya, Qərbi Avropanın,
sənayesi inkişaf etmiş ölkələri sırasına daxil deyildi, burada,
Dövlətin investisiya-innovasiya siyasəti
158
daha çox, aqrar-sənaye kompleksi sahələri inkişaf etdirilirdi.
Ə
halinin adambaşına ÜDM səviyyəsi Avropa
ttifaqı
ölkələrinin orta səviyyəsinin 60%-ni təşkil edirdi. rlandiyanın
uğurları dövlətin səmərəli siyasəti ilə əlaqəlidir. 1987-ci ildə
büdcə xərcləri azaldılmış, eyni zamanda, vergi bazasını və
vergi yığımını əhəmiyyətli dərəcədə genişləndirən, vergi
amnistiyası keçirilmişdir. Həmin dövrdə, iqtisadi siyasət üç
istiqamət üzrə həyata keçirilirdi: fiskal stabilləşmə; ticarət və
investisiya rejiminin açıqlığı; aktiv struktur siyasəti.
rlandiyanın Avropa qtisadi Cəmiyyətinə məxsusluğu, bir
tərəfdən, Avropa bazarına daxil olmaq üçün ticarət və digər
maneələri aradan qaldırmış və A fondlarından ölkənin
subsidiyalaşma miqyasını əhəmiyyətli dərəcədə artırmış, digər
tərəfdən – rəqabəti artıraraq, səmərəliliyin artırılmasına
stimullar yaratmışdır. Aparılan islahatlarda müsbət rolu
nisbətən yüksək olan ilkin (start) inkişaf səviyyəsi oynamışdır.
Ölkə özünün texnologiyalarından istifadə edə bilmişdir.
rlandiya, xarici biznesə yüksək vergi imtiyazları vermişdir.
Məsələn, gəlir vergisinin dərəcə 28% olduğu halda, informasiya
texnologiyaları sektorunda gəlirin azaldılmış vergitutma
dərəcəsi 10% təyin edilmişdir.
Xarici investisiyaların cəlb edilməsi üçün inzibati –
hüquqi sədlərin aradan qaldırılması böyük əhəmiyyət kəsb
edirdi. Ölkədə, əsas vəsaitlərin alınmasına, infrastrukturun
inkişafına, binaların tikilməsinə, yeni iş yerlərini yaradan
kompaniyaların iş qüvvəsini muzdla cəlb edilməsinə, fəhlə və
menecerlərin peşə-ixtisas səviyyəsinin artırılmasına, yeni
məhsulların yaradılması üçün tədqiqatlara, mövcud istehsalın
səmərəsinin artırılmasına, yeni texnologiyaların alınmasına
dövlət subsidiyalarının tətbiqi sistemindən istifadə edilir.
nformasiya texnologiyaları sahəsində ölkədə keçirilən dövlət
siyasətinin mühüm istiqaməti – müvafiq ixtisaslar üzrə təhsilə
edilən dövlətin əhəmiyyətli kapital qoyuluşları, eləcə də,
informasiya kompaniyaları üçün vacib olan infrastrukturun, hər
Dövlətin investisiya-innovasiya siyasəti
159
ş
eydən əvvəl, müasir rabitə sistemlərinin yaradılmasıdır.
rlandiyanın təcrübəsi aydın şəkildə göstərir ki, ölkə, çox az bir
vaxtda, iqtisadiyyatın strukturunu prinsipial olaraq dəyişib,
yüksək texnologiyalı məhsul və xidmətlərin ixracatçısı
olmuşdur.
Digər
maraqlı
misal,
Finlandiyada
keçirilmiş
diversifikasiyadır. Dörd onillik ərzində ölkə, meşə resursları ilə
ə
laqəli sənaye üzərində əsaslanmış iqtisadiyyatdan – yüksək
texnologiyalar iqtisadiyyatına qədər olan bir yol keçmişdir.
Eyni zamanda, meşə sənayesinin mühüm rolu qorunub
saxlanmışdır. Yüksək texnologiyalar sahəsində uğurlar elmin,
təhsilin inkişafı, yerli texnologiyaların yaradılması və inkişafı,
aktiv rəqabət və bazarların ümumi liberallaşması, yüksək
texnologiyalı məhsullara yüksək daxili tələbatla bağlıdır. Fin
istehlakçıları və kompaniyaları, aktiv olaraq, texniki yenilikləri
tətbiq edirdilər. Finlandiyada Mobil rabitə şəbəkəsinin sıxlığı –
dünyada ən yüksəkdir. nternet istifadəçilərinin sayına görə də,
o dünyada birinci yeri tutur. Məhdud elmi-texniki resursların
rəqabət şərtləri əsasında bölgüsü zamanı milli prioritetlərin
innovasiya sahəsinə verilir.
Finlandiyada yüksək artım səviyyəsi ilə eyni zaman,
xarici investisiya və texnologiyaların payı kifayət qədər az idi.
Fin ixracının və onun kompaniyalarının ixtisaslaşdırılması
ə
sasında, əsasən yerli texnologiyalar durur. Finlandiya, yüksək
elmi, texnoloji və təhsil səviyyəsi, ümumi yüksək səviyyə,
insan kapitalının keyfiyyəti və iqtisadiyyatın açıqlığına görə,
dünyanın ən yüksək rəqabət qabiliyyətli ölkələrindən biridir.
Finlandiyada hər zaman dövlətin rolu böyük olmuşdur, lakin
istehsalda deyil, inkişaf etmiş institusional infrastrukturun,
stabil institusional münasibətlərin təmin edilməsində, sosial
sferada və s. Finlandiyada ET -nin 2/3 – si özəl korporasiyalar
tərəfindən maliyyələşdirilir.
Finlandiya, dünya bazarlarında onun yüksək texnoloji
məhsulunun rəqabət qabiliyyətliliyini təmin edən, səmərəli
Dövlətin investisiya-innovasiya siyasəti
160
vençur biznesini yarada bilmişdir. Finlandiyada rəqabət
qabiliyyətli postindustrial iqtisadiyyatın uğurla yaradılmasının
ə
sas amilləri – onun bürokratiyasının aşağı səviyyədə olması
dünyada ən aşağı korrupsiyaya səviyyəsi və insan kapitalının
ümumi səviyyəsinin çox yüksək olmasıdır. Diversifikasiya
nəticəsində
Finlandiyanın
iqtisadiyyatı
iki
sektorda
ixtisaslaşmağa başladı: xammal (meşə sektoru); informasiya və
kommunikasiya texnologiyaları.
2.
nvestisiya-innovasiya
strategiyasına
görə
ölkələrin təsnifatı.
nkişaf etməkdə olan ölkələri bir neçə qrupa bölmək olar:
1. Yaxın gələcəkdə, elmi-texniki inkişaf və əhalinin
adambaşına düşən ÜDM üzrə dünyanın qabaqcıl ölkələrinə
yaxınlaşmağı qarşılarına məqsəd qoyan, o ölkələrdə olan
səviyyə çatmağı prioritet kimi seçən ölkələr. Bura Cənubi
Koreya, Tayvan, Braziliya, Meksika, Çin və s. aiddir. Bu
ölkələrin
strategiyası,
qabaqcıl
ölkələrdən
yüksək
texnologiyaları əldə edib, onların əsasında öz texnologiyalarını,
müasir təhsil və elm sistemlərini yaratmaq, ÜDM-ə nisbətən
investisiyaların payını əhəmiyyətli dərəcədə artırmaqdır (10%-ə
qədər). Bu ölkələr, tarixən qısa müddətdə, dünyanın qabaqcıl
ölkələrinə ümumi və texnoloji inkişaf üzrə yaxınlaşmağa
çalışırlar.
2. nkişafda olan ölkələr. Bu ölkələr xammal, əmək
tədarükçüsü rolu ilə kifayətlənərək, iqtisadiyyatın industrial
sektorunun yaradılması, adambaşına ÜDM-in artımı, əhalinin
həyat səviyyəsi və keyfiyyətinin artımı ilə məşğuldurlar
(Türkiyə, Misir, CAR, Çili). Bu qrupa, Qərb ölkələrinin
texnologiyalarından istifadə edən və onların müstəqil işlənib-
hazırlanmasına cəhd etməyən ölkələr daxildirlər. Bu ölkələrin
strategiyasını istehlakçılar cəmiyyətinin yaradılması kimi
müəyyən etmək olar (bu mərhələdən bütün inkişaf etmiş ölkələr
keçiblər).
Dostları ilə paylaş: |