Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 27



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/62
tarix29.05.2018
ölçüsü2,8 Kb.
#46531
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   62

62 
2. Ürək əzələsinin yığılma qüvvəsinə 
3. Ürəkdə oyanmanın nəql olunma sürətinə 
4. Ürəkdə oyanma astanasına 
5. Ürək əzələsinin tonusuna  
Simpatik  sinir  qeyd  olunmuş  göstəriciləri,  yəni  ürəyin  işini 
qüvvətləndirir.  Parasimpatik  sinir  isə  zəiflədir.  Hər  iki  sinir  ürək 
avtomatizminə qüvvətli təsir göstərir. 
Məşğələyə hazırlaşmaq üçün suallar: 
1. Ürəyin fəaliyyətinin mərkəzi 
2. Azan və simpatik sinirin ürəyin işinə təsiri 
3. Ürək fəaliyyətinin reflektor və humoral tənzimi 
4. Ürəyin işinin fаzаlаrı 
5.  Dаmаr  rеflеksоgеn  zоnаlаr  və  qаn  dövrаnının  tənzimində 
оnlаrın rоlu. 
 
Laboratoriya iĢi 24.  
Ürək fəаliyyətinin humоrаl tənzimi 
ĠĢ  üçün  lazımdır:  dovşan,  narkotik  maddə,  təsbit  üçün  stol, 
alətlər,  ucunda  bayraqcıq  olan  uzun  iynə,  induksion  cihaz  və  ya 
elektrostimulyator, fizioloji məhlul, tənzif, sap. 
IĢin gediĢi. Dovşan cərrahi stol üzərində təsbit edilir. Boyun 
nahiyyəsində  dəri  kəsilir.  Azan  sinir  toxumalardan  aralanır,  sapa 
götürülüb kəsilir, lakin sapda sinirin periferik-ürək ucu qalmalıdır.  
Döş boşluğunun sol tərəfində 7-ci və 8-ci qabırğaların arasın-
dan,  ucunda  bayraqcıq  olan  uzun  iynə  ürəyin  zirvəsinə  batırılır. 
Bayraqcığın  hərəkətinə  əsasən  ürək  vurğusunun  qüvvəsi  və  miq-
darı müşahidə edilməlidir. Sonra azan sinirin periferik ucu  qıcıq-
landırılır  və  ürək  fəaliyyətində  əmələ  gələn  dəyişiklik  müşahidə 
edilir (şəkil 18, 19). Nəticə analiz olunaraq dəftərə qeyd olunur. 
 


63 
 
 
Şəkil 18. Аzаn sinirin ürək fəаliyyətinə təsiri:  
А-qulаqcıqlаrın yаzısının аlınmаsı; B-mədəciklərin yаzısının аlınmаsı;  
V-аzаn sinirin qıcıqlаndırılmаsı. 
 
 
Şəkil 19. Simpаtik sinirin ürək fəаliyyətinə təsiri:  
I-qıcığın vеrilməsi; II-qıcığın dаyаndırılmаsı
 
 
 
Lаbоrаtоriyа iĢi 25.  
Ürək fəaliyyətinin sinir tənzimi. 
Ürək  fəaliyyəti  tənziminin  təlimi  I.I.Pavlov  tərəfindən  yara-
dılmışdır.  О,  müəyyən  etmişdir  ki,  ürəyin  ritmik  (ürək  vurğu-
larının  sayına  təsir  edən)  sinirlərdən  başqa,  dinamik  (ürəyin 
qüvvəsinə  təsir  edən)  sinirlər,  yəni  mərkəzdənqaçan  sinirlərdə 
ürəyin vurğularını qüvvətləndirən və zəifləndirən liflər vardir. 
I.I.Pavlov bu sinirləri kəşf etməklə, sinir trofik təliminin əsa-
sını qoymuşdur. Bu o deməkdir ki, sinir sistemi, toxuma və üzvlə-


64 
rin  maddələr  mübadiləsini  tənzim  edir  və  şəraitdən  asılı  olaraq 
onu dəyişdirir. 
Ürək  fəaliyyətinin  sinir  tənzimi,  mərkəzi  sinir  sistemindən 
ürəyə gələn azan və simpatik sinirlər vasitsilə təmin olunur (şəkil 
20). 
Azan  və  simpatik  sinirlər  ürək  yığılmаlarının  ancaq  sayına 
(xronotrop)  deyil,  eyni  zamanda  ürək  yığılmаlаrının  qüvvəsinə 
(inotrop),  ürəkdə  oyanmanın  nəql  olunma  sürətinə  (dromortop), 
oyanma  astanasına  (batmotrop)  və  ürək  əzələsinin  tonusuna 
(tonotrop) da təsirlər göstərir. 
 
Şəkil 20. Ürəyin öz-özünü tənzimi:  
1-qаbıq mərkəzi; 2-uzunsоv bеyin mərkəz; 3-dil-udlаq siniri;  
4-sinеkаrаtid və yа Qеrinqа siniri; 5-аzаn sinirin vidаci düyünü;  
6-bоyunun ön simpаtik siniri; 7-ulduzvаri düyün; 8-pаrаsimpаtik sinir;  
9-dеprеssоr sinir; 10-kаrоtid sinusu; 11-аоrtа qövsü rеsеptоrlаrı;  
12-bоş vеnаlаrın rеsеptоrlаrı. 
 
Azan və simpatik sinirlərin qıcıqlаndırılmаsı ürək fəaliyyətinə 
bir-birinin əksinə olaraq təsir göstərir. Azan sinir ürək fəaliyyətini 
ləngidir, simpatik sinir isə əksinə ürək fəaliyyətini qüvvətləndirir. 
Qıcığın  qüvvəsindən  asılı  olaraq,  azan  sinirin  ürəyin  işinə 
təsiri bir qədər dəyişir. 


65 
Azan  sinir  qüvvətli  elektrik  cərəyanı  ilə  qıcıqlаndırıldıqda 
ürək  dərhal  diastola  fazasında  dayanır.  Qıcıq  dayandırıldıqdan 
sonra ürəyin əvvəlki fəaliyyəti tez bir zamanda bərpa olunur. 
Azan  və  simpatik  sinirlər  istiqanlıların  ürəyinə  müstəqil 
şaxələr  şəklində,  qurbağada  isə  bir  sinir  sütünu  ilə  gəlir.  Həmin 
sütün vaqo-simpatik sütun adlanır.  
Qurbağanın  vaqo-simpatik  sütununu  qıcıqlаndırdıqda  ürəyin 
fəaliyyəti zəifləyir. Bu, ürək fəaliyyətinə azan sinirin təsirinin üs-
tünlüyünü  göstərir.  Qıcıqlanma  dayandırıldıqdan  sonra  ürək  bir 
müddət  (vaqo-simpatik  sütünun  qıcıqlanmasına  qədər  olduğun-
dan) daha tez-tez və nisbətən qüvvətli işləyir. Bu, simpatik sinirin 
təsiri ilə əlaqədardır.  
Buradan  belə  nəticəyə  gəlmək  olur  ki,  simpatik  sinirə  nisbə-
tən  azan  sinir  yüksək  oyanma  xassəsinə  malikdir  və  təsirdən 
sonrakı dövrü də qısadır. 
ĠĢ üçün lazımdır: kimoqraf, induksion cihaz və ya elektrosti-
mulyator, Ringer məlulu, elektrod, ştativ, alətlər, sap və qurbağa. 
IĢin gediĢi. Qurbağa adi qaydada hərəkətsizləşdirilir. Döş və 
qarın boşluğu yarılır, ürəyin üzəri açılır, perikard kasılır və ürəyin 
yüyəninə sap bağlanır. Arxası üstə təsbit edilmiş, qurbağada azan 
sinir  axtarılır.  Siniri  axtarmazdan  qabaq,  ayrı-ayrı  sinirlərin 
yerlərini öyrənmək lazımdır. 
Əvvəlcə sağ tərəfdə qabaq ətraf kənara və aşağı çəkilir. Ürə-
yin  arasındakı  əzələ  və  fassiya  çənə  bucağı  üzrə  nazik  qayçı  ilə 
kəsilir.  Kəsik  davam  etdirilərək  qoltuqaltı  nahiyyənin  sığallı 
səthinə qədər aparılır. 
Bu  əzələnin  üzərində  onun  aşağı  kənarına  yaxın  damar-sinir 
dəstəsi yerləşir. Bu dəstə yuxu arteriyası, vidaci vena, qırtlaq siniri 
və vaqo-simpatik sinirlərdən ibarətdir. 
 Ön tərəfdə daha aydın iki sinir kələfi görünür. Bunlardan biri 
dilkökü siniri, o biri dil və udlaq siniridir. Dilkökü siniri sinir-da-
mar dəstəsini köndələn kəsir. Dil-udlaq siniri isə onların üzərində 
ilgək əmələ gətirir. Göstərilən sinirlərin arxasından azan və qırtlaq 
sinirləri keçir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə