Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə34/64
tarix20.09.2017
ölçüsü2,8 Kb.
#1136
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   64

 
101 
Yazı  qüsurları  daha  dəqiq  müayinə  etmək  üçün  ən  sadə 
tapĢırıqlardan  istifadə  etmək  olar.  Bunlardan  ən  əlveriĢlisi  kəsmə 
əlifbadan istifadə etməklə söz tərtibidir.  
Bundan baĢqa, Ģəkil üzrə sözlərin yazılmasından da istifadə etmək 
olur. UĢağa ona tanıĢ olan əĢyaların təsviri olan Ģəkillər təqdim edilir və 
həmin adları yazmaq tələb olunur. 
ġəkillər  üzrə  cümlə  qurmaq  da  yazı  qüsurlarını  aĢkara  çıxarmaq 
üçün  çox  əlveriĢli  vasitələrdən  biridir.  UĢaqlarda  süjetli  və  ya  Ģəkil 
seriyası verib onların məzmununa uyğun cümlə qurmağı təklif edirlər.  
EĢitmə  imlalar  fasitəsi  ilə  Ģagirdlərin  yazı  nöqsanlarını,  yazı 
vərdiĢlərinin vəziyyətini tədqiq etmək mümkündür.  
Göstərmək  lazımdır  ki,  imla  üçün  elə  mətnlər  seçilib 
götürülməlidir ki, onlarda səslənməsinə, artikulyasına yaxın və ya oxĢar 
səslərdən ibarət sözlər iĢtirak etsin. Bundan əlavə, uĢaqların müayinəsi 
üçün  təklif  edilən  imlalar  ana  dili  üzrə  məktəb  proqramının  bütün 
tələblərinə cavab verməli, onların yaĢ xüsusiyyətlərinə uyğun olmalıdır.  
Yazı  vərdiĢlərinin  müayinəsində  müstəqil  yazı  iĢlərinin  xüsusi 
rolu  vardır.  Bu  imla  yazısında  aĢkara  çıxarılmayan  qüsurları 
(aqromatizm,  lüğət  ehtiyatının  kasadlığı,  söz  və  Ģəkilçilərin  düzgün 
iĢlənməsi və s.) belə üzə çıxarmağa loqopedə imkan verir. Bundan əlavə 
müstəqil yazı iĢləri ümumilikdə uĢağın yazılı nitqə necə  yiyələnməsini 
də  əks  etdirir.  Müstəqil  yazı  vərdiĢlərinin  yoxlanması  zamanı  Ģagirdə 
süjetli  Ģəkli  təfsilatı  ilə  təsvir  etməyə  və  ya  Ģəkil  seriyası  üzrə  yazılı 
hekayə yazmağı tapĢırırlar. ġagirdə eyni zamanda gördüyü hadisə və ya 
1  gündə  baĢ  verənlər  –  bayram,  kino-filmə  baxıĢ,  kitab  barədə  yazı 
yazmağı tapĢırmaq olar.  
Yazı vərdiĢlərini müayinə etdikdə loqoped uĢağın özünün yazısına 
münasibətini  də  nəzərə  almalıdır:  UĢaq  düzmü  yazır,  səhvlərini  baĢa 
düĢüb islah edirmi, ya da ki, buraxdığı səhvləri heç görmür? 
Yazını  yoxlarkən  loqoped  hökmən  spesifik  səhvlərə  diqqət 
yetirməlidir. Spesifik, disqrafik səhvlərə aĢağıdakılar aiddir:  
1.Spesifik fonetik əvəzlənmələr.  
Bu səhvlər zərif akustik-artikulyasiya əlamətlərinə görə fərqlənən 
bu  və  ya  digər  qruplara  aid  olan  səslərin  kifayət  qədər  differensiasiya 
edilməsindən irəli gəlir.  
2.Sözün heca tərkibinin pozulması. 
Buraya  o  səhvlər  aid  edilir  ki,  onlar  kifayət  qədər  səs  təhlinin 
ardıcıllığının bilməsinin nəticəsi kimi meydana çıxır.  
3.Qrammatik səhvlər. 


 
102 
Bu 
səhvlər 
yazılı 
nitqin 
qrammatik 
cəhətdən 
hələ 
formalaĢmadığını  göstərir.  Onlara  aiddir:  hal  Ģəkilçilərinin  köməkçi 
sözlərin buraxılması və ya yerində iĢlənməməsi, sözlər arasında idarə və 
uzlaĢma əlaqəsinin pozulması.  
Göstərilən  spesifik  səhvlər  uĢaqlarda  disqrafiyanı  müəyyən 
etməyə  imkan  verir.  Belə  ki,  onlar  disqrafiyanın  diaqnozunu  təyin 
edirlər. 
Deyilənlərdən əlavə disqrafiyanı müĢayiət edən səhvlər də vardır. 
Bunlar orfoqrfik və qrafik səhvlərdir.  
1.Orfoqrafik səhvlər.  
Disqrafiyalı uĢaqların yazı iĢlərindəki səhvlər çoxdur. Bu səhvlər 
əsasən  qalın  və  incə  saitlərin,  kar  və  cingiltili  samitlərin,  Ģəkilçilərin 
yazılıĢında özünü göstərir.  
2.Qrafik səhvlər. 
Ġbtidai sinfin birinci və bəzən isə yuxarı sinif Ģagirdlərində qrafik 
səhvlər özünü göstərir.  
Bu  səhvlər  bu  və  ya  digər  hərfin  qrafik  cəhətdən  oxĢarlığı 
(məsələn:  i  əvəzinə  s,  yaxud  əksinə:  l  əvəzinə  m,  yaxud  əksinə:  m 
əvəzinə l və s) və qrafik əlamətlərinə görə yaxın hərflərinə yazılıĢında 
özünü göstərir. (məsələn: b əvəzinə d və əksinə, t əvəzinə Ģ və s) 
Disleksiyanın  aĢkara  çıxarılması  üçün  müasir  loqopediyada 
müxtəlif üsul və metodlardan istifadə edirlər.  
Oxu vərdiĢlərinin müayinəsi zamanı əsasən xüsusi, mütləq kəsmə 
əlifba ilə tərtib olunmuĢ mətnlərdən istifadə edirlər. Belə nitq materialı 
müəyyən tələblərə cavab verməlidir.  
1.Mətnin  məzmunu  uĢaq  üçün  anlamlı,  onun  bilik  səviyyəsinə 
uyğun tərtib olunmalıdır; 
2.Mətndə daha çox bir-birinə əks olan hərf və heca olmalıdır. 
3.Həcmcə bu mətnlər çox da böyük olmamalıdır; 
4.Əvvəlki istifadə olunmuĢ, tanıĢ mətnlər xaric edilməlidir. 
Demək  lazımdır  ki,  oxunun  müayinəsi  üçün  müxtəlif  üsullardan 
istifadə  etmək  olar.  Bu  yanaĢma  uĢaqlarda  oxu  qüsurlarını  daha  dəqiq 
aĢkarlamağa imkan verir. 
1.Ayrı-ayrı hərflərin oxunması. 
Loqoped  uĢağa  kəsmə  əlifbadakı  hərfi  göstərir,  o,  isə  hansı  hərf 
olduğunu  deyir.  Sonra  loqoped  uĢaqdan  həmin  hərfi  digər  hərflərin 
arasından seçib kənara qoyulmasını tələb edir. Hərflərin tapılmasını elə 
təĢkil etmək lazımdır ki, onlar bir-birinə əks olsunlar. Məsələn: s-Ģ, c-ç, 
z-j, r-l, q-k, və i.     


 
103 
2.Hecaların oxunması. 
Bir-birinə  əks  olan  fonemlərin  olduğunu  hecaların  oxunmasını 
uĢağa tapĢırırlar (sa-Ģa, za-ja, ra-la), sonra isə əks hecaların oxunmasını 
(as-aĢ, aj-az, ar-a) və s. tələb edirlər. Bu zaman loqoped uĢaqların həmin 
səslərin düzgün tələffüz edilməsinə diqqət yetirir. Əgər uĢaq bu səsləri 
düzgün  tələffüz  edə  bilmirsə,mütləq  həmin  səslər  korreksiya  edilməli, 
sonra  hecalarda  möhkəmlənməlidir.  Loqoped  həmçinin  uĢağın  səsləri 
fərqləndirmək bacarığına da xüsusi diqqət yetirməlidir.   
3.Sözlərin oxunması. 
Sözlərin  oxunması  üsulu  ilə  də  oxu  qüsurlarını  aĢkara  çıxarmaq 
olar.  Belə  ki,  əvvəl  uĢağa  sadə  sözlərin  oxunmasını  (ata,  ana,  baba,  ot, 
at),  sonra  isə  bir  qədər  mürəkkəb,  yəni  heca  və  morfoloji  quruluĢuna 
görə  zəngin  sözləri  (güzgü,  çarpayı,  ayaqqabı,  qəsəbə,  dəftər  və  s.) 
oxumağı tapĢırmaqla qüsuru müəyyən etmək olar.  
4.Xüsusi seçilmiş mətinlərdən ayrı-ayrı cümlələrin oxunması. 
Bu  üsul  uĢağın  oxu  vərdiĢlərini  müəyyən  etməklə  yanaĢı həm  də 
onun  oxuduğunu  necə  qavramağını  da  yoxlayır.  Bunun  üçün  uĢağa 
oxunmuĢ cümləyə dair Ģəkil seçməyi ondan tələb edirlər və ya oxunmuĢ 
mətnə aid suallara cavab verməsini tapĢırırlar.  
Bu üsulu həyata keçirən zaman loqoped uĢağın mətni hərflərlə və 
ya hecalayaraq oxunmasına diqqət yetirməlidir. 
Qeyd etmək lazımdır ki, disqrafiyada olduğu kimi disleksyada da 
spesifik  səhvlər  vardır.  Bunlar  hərf,  heca  buraxma  və  ya  yerdəyiĢmə, 
aqrammatizm  və  hecaların  təhrif  edilməsidir.  Lakin  disqrafiyada  bu 
qüsurlar özünü yazıda, disleksiyada isə oxu zamanı büruzə verir.  
Oxu  və  yazı  qüsurlarını  aĢkara  çıxartdıqdan  sonra  mütləq  onları 
təhlil edərək digərlərindən ayrılmalıdırlar. Bundan sonra uĢaqda ümumi 
nitq  inkiĢafının  vəziyyəti:  səs  tələffüzü,  fonematik  qavraması  müayinə 
edilməlidir.  Göstərilənlərdən  əlavə  uĢağın  lüğət  ehtiyatı  və  dilin 
qrammatik quruluĢunun formalaĢma səviyyəsi də yoxlanılmalıdır.  
Bütün  bunlar  hər  bir  konkret  vəziyyətdə  disqrafiya  və 
disleksiyanın  bir  qüsuru  kimi  həmin  uĢaqda  mövcudluğunu  və  ya 
təsadüf olduğunu dəqiqləĢdirir.  
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə