Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə37/64
tarix20.09.2017
ölçüsü2,8 Kb.
#1136
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   64

 
110 
da  inkiĢaf  edir.  Ġlkin  olaraq  nitq  müəyyənləĢməsi  sağ  əldə,  sonra  isə 
solda möhkəmlənir.  
UĢaqları  ətraf  aləmdə  bələdləĢməsi  eləcə  müəyyən  ardıcıllıqla 
inkiĢaf edir. Ġlkin uĢaqlar əĢyaların yerini (sağ və ya sol) yalnız sağ və 
sol  əlinə  yaxınlığı  ilə  müəyyən  edirlər.  Bu  zaman  istiqamətin 
müəyyənləĢdirməsi  və  gözlərin  sağa  və  ya  sola  uzun  müddətli 
reaksiyaları  ilə  müĢahidə  edilir.  Sonralar  nitq  iĢarələri  möhkəmləndiyi 
zamanda bu hərəkətlər azalır.  
Ətraf aləmlə bələdləĢmə aĢağıdakı ardıcıllıqla inkiĢaf etdirilir.  
1.UĢağın  özünə  münasibətdə  əĢyaların  məkanı  yerləĢməsinin 
müəyyən edilməsi. 
2.Böyründə 
yerləĢən 
əyĢaların 
məkanı 
münasibətlərin 
müəyyənləĢdirilməsi:  «Göstər,  hansı  əĢya  səndən  sağda  və  ya  solda 
yerləĢir»,  «Sağdakı  kitabı  özündən  sola  qoy»  və  s.  Əgər  bu  tapĢırığın 
yerinə  yetirilməsində  uĢaq  çətinlik  çəkərsə,  onda  ona  baĢa  salmaq 
lazımdır  ki,  sağ  tərəf  sağ  ələ  yaxındır,  sol  isə  sol  ələ  yaxın  olan 
məsafədir.  
3.2-3  əĢya  və  ya  təsvirlərin  arasındakı  məkanı  münasibətlərin 
müəyyən edilməsi.  
Bu  tapĢırığı  verərkən  loqoped  özü  kitabı  sağ  əlinə  götürüb  sağ 
tərəfə  qoyur,  sol  əli  ilə  dəftəri  götürüb  sol  tərəfə  qoyur  və  soruĢur: 
«kitab hardadır?» dəftərdən sağda və ya soldadır?» 
Sonrakı  gediĢdə  loqoped  uĢağa  müxtəlif  tapĢırıqlar  verə  bilər: 
KarandaĢı dəftərdən sola qoy, qələmi kitabdan sağa qoy və s. 
Loqoped bu tapĢırıqlardan sonra üç əĢya ilə çalıĢmalar verə bilər: 
«Kitabı qarĢına, dəftəri isə kitabdan sağa, qələmi isə sola qoy» və s.  
Bu  tapĢırıqlardan  sonra  hərf  və  fiqurların  məkanı  yerlərini 
müəyyənləĢdirmək üzərində iĢ aparmaq olar.  
Optik  disleksiya  və  disqrafiyanın  islahı  zamanı    məkanı 
təsəvvürlərin  inkiĢaf  etdirilməsi  ilə  paralel  olaraq,  görmə  ilə  təhlil  və 
tərkib prosesləri və onların nitq iĢarələri üzrə də iĢ aparmaq lazımdır.  
Optik  disleksiya  və  disqrafiyanın  aradan  qaldırıl-masında  böyük 
yeri  qarĢıdurmadan  hərflərin  optik  sürətlərinin  dəqiqləĢdirilməsi  və 
fərqləndirilməsi üzərində iĢ tutur. Bu məqsədlə bir-birinə oxĢar təsvir və 
əĢyalar  hərflə  uyğunlaĢdırılır.  Məsələn:  o  hərfi  qoğal,  3  hərfi  ilana,  j 
hərfi böcəyə və s. oxĢardır.              
QarıĢdırılan hərflərin fərqləndirilməsi bu ardıcıllıqla aparıla bilər:  
a)Təcrid olunmuĢ hərfin fərqləndirilməsi; 
b)hərfin hecada fərqləndirilməsi; 


 
111 
v)Söz və cümlələrdə hərfin fərqləndirilməsi; 
q)Mətndə hərflərin fərqləndirilməsi. 
Beləliklə də, optik disleksiya və disqrafiyanın islahı görmə qnozis, 
mnezis proseslərinin, məkanı təsəvvürlərinin və onların nitq iĢarələrinin, 
görmə  analiz  və  sintezinin  inkiĢafına  yönəlmiĢ  priyomlarla  həyata 
keçirilir. Bu iĢin aparılması zamanı müxtəlif analizatorlardan maksimal 
dərəcədə  istifadə  olunur.  Optik  disleksiya  və  disqrafiyanın  aradan 
qaldırılmasında  hərflərin  qarıĢdırılması  üzərində  iĢə  xüsusi  diqqət 
yetirilir  və  analizatorların  vasitəsi  ilə  müqayisə  aparmaq,  təsvirlərini 
çəkmək,  konturunu  iĢarələmək  və  s.    üsullarla  qüsur  aradan  qaldırılır. 
Sematik  orfoqrafiya.  Bu  prinsip  sözün  mafologiyasına  və  ya  mənasına 
görə yazılıĢına əsaslanır.  
Müasir  dövrdə  oxunun  pozulması  əsasən  «aleksiya-disteksiya» 
terminləri altında öyrənilir.  
Aleksiya-oxunun  tam  mümkünsüzlüyünü,  disleksiya  oxuya 
yiyələnmə prosesinin qismən pozulmasını ifadə edir.  
MüĢahidələr  göstərir  ki,  uĢaqlar  arasında  oxunun  pozulması 
halları daha çoxdur. Belə ki, yardımçı məktəb I sinif Ģagirdlərinin 62% 
oxu  qüsurlarına  malikdirlər.  Oğlanlar  qızlardan  fərqli  olaraq  4,5  dəfə 
qüsurları  müĢahidə  edilir.  Disleksiya-ali  psixi  funksiyaların 
formalaĢması  ilə  ĢərtlənmiĢ  oxu  prosesidə  qismən  spesifik  pozulması 
olub özünü təkrarlanan səhvlərin davamlı xarakter almasında göstərir.    
Oxu  qüsurlarının  müasir  təhlili  hər  Ģeydən  əvvəl  mürəkkəb 
psixoloji strukturun normada oxu prosesini dərk etməyə  və bu vərdiĢin 
uĢaqlar tərəfindən qavrama xüsusiyyətlərinə əsaslanır.  
Oxu  özü-özlüyündə  psixofizioloji  bir  prosesdir  və  bu  prosesdə 
müxtəlif  analizatorlar:  görmə,  nitq  hərəkəti,  nitqi  eĢitmə-iĢtirak  edir. 
Oxu  prosesinin  əsasında  analizatorların  qarĢılıqlı  fəaliyyətinin  çox 
mürəkkəb  mexanizmləri  və  iki  siqnal  sisteminin  müvəqqəti  əlaqələri 
təĢkil edir.  
Özünün  psixofizioloji  mexanizmlərinə  görə  oxu  Ģifahi  nitqdən 
daha müpəkkəb prosesdir. Buna baxmayaraq, o Ģifahi və yazılı nitqdən 
təcrid  edilmiĢ  Ģəkildə  öyrənilə  bilməz.  Oxu  prosesi  görmə 
qavpamasından  hərflərin  tapılması  və  fərqləndirilməsindən  baĢlayır. 
Sonralar  isə  hərflərin  səslərlə  uyğunlaĢdırılması  və  söz  sürətlərinin  səs 
tələffüzü vasitəsilə oxunması, yenidən istehsalı baĢlayır.  
Nəhayət, bu prosesdə Ģərti olaraq iki tərəfi fərqləndirmək olar: a) 
prosesin texniki tərəfi yazılmıĢ sözün görmə sürətləri ilə onun tələffüzü 
arasındakı  nisbət;  b)prosesin  məna  tərəfi-hansı  ki,  oxunun  əsas 


 
112 
məqsədini təĢkil edir. Bu tərəflər arasında sıx əlaqə mövcuddur. Belə ki, 
oxunanların baĢa düĢülməsi onun qavranılması ilə müəyyən edilir. Digər 
tərəfdən  görmə  ilə  qavrama  əvvəl  oxunulmuĢların  mənalı  məzmununu 
özü  uzərində  sınayır.  YaĢlı  adam  oxu  zamanı  psixofizioloji  hadisələri 
nəzərə  almadan,  avtomatik,  qeyri-iradi  olaraq  oxuduğunun  mənasını 
dərk edir. lakin oxuya yiyələnmədə avtomatlaĢdırılmıĢ əməliyyatlar çox 
ərəfli  və  mürəkkəbdir.  Hər  hansı  bir  vərdiĢ  kimi  oxu  da  özünün 
formalaĢmasında  bir  neçə  mərhələdən  keçməli  olur  və  hər  bir  mərhələ 
özündən  əvvəlki  və  sonrakı  ilə  sıx  əlaqədar  olub.  Beləliklə  də  bu 
vərdiĢləri  uzun  və  məqsədə  yönəlmiĢ  təlim  prosesində  formalaĢır. 
Böyük  rus  alimi  T.U.Yeqorova  görə  oxunanlar  aĢağıdakı  mərhələdə 
formalaĢır: 
1.Səs-hərf göstəricilərinə yiyələnmə. 
2.Hecalarla oxu.  
3.Oxunun sintetik priyomlarının yaranması. 
4.Sintetik oxu.  
Göstərilən  hər  bir  mərhələ  özünəməxsusluğu,  keyfiyyəti, 
xüsusiyyətləri,  müəyyən  psixoloji  quruluĢ,  vəzifələri  və  çətinlikləri, 
eləcə də yiyələnmə üsulları ilə xarakterizə olunur. Oxu vərdiĢlərinə tam 
yiyələnmək üçün aĢağıdak Ģərtlərin olması vacibdir:  
1.ġifahi nitqin tam formalaĢması.   
2.Leksik-qrammatik  təhlil  və  tərkib  proseslərini  aparmaq 
bacarığının formalaĢması. 
3.Dilin leksik-qrammatik quruluĢuna tam yiyələnmək.                           
 4.Məkanı təsəvvürlərin kifayət qədər inkiĢaf etməsi. 
5.Görmə  ilə  təhlil,  tərkibinə  mnezis  proseslərinə  yiyələnmə. 
Disleksiyanın  etimologiyasına  nəzər  salsaq  görərik  ki,  bu  barədə 
müxtəlif  fikirlər  mövcuddur.  Bir  çox  tədqiqatçılar  (M.Zami,  K.Zonay, 
M.Sule, 
B.Xalqren 
və  baĢqaları  oxu  pozulmalarını  irsiliklə 
əlaqələndirirlər.  Reynxoldun  fikrinə  görə  disleksiya  çox  vaxt 
valideynlərindən irsi olaraq uĢaqlara keçir. O, bunu onunla izah edir ki, 
valideynlərdə olan baĢ beynin müəyyən sahələrinin kamilsizliyi uĢaqlara 
irsən  keçir  və  nəticədə  anadangəlmə  disleksiya  meydana  çıxır. 
Tədqiqatların  böyük  əksəriyyəti  disleksiyanı  yaradan  səbəblər  kimi 
hamiləlik  və  sonrakı  dövründə  uĢağın  inkiĢafına  patoloji  faktları  aid 
edirlər. Disleksiyanın mənĢəyini bioloji və sosioloji amillərin göstərdiyi 
təsirlə  əlaqələndirirlər.  Oxu  pozulması  üzvü  və  funksional  xarakterli 
səbəblərdən irəli gəlir.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə